Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   117   118   119   120   121   122   123   124   ...   136

248 
 
kəmiyyət  və  keyfiyyət  xüsusiyyətlərinə  tələbi  artırır.  Təsadüfi  deyil  ki,  bir  sıra  ölkələrdə,  eləcə  də 
Azərbaycanda iş yerlərinin və işçilərin tarazlaşdırılmaması əmək resurslarının az olması ilə yox, məhz 
keyfiyyət baxımından uyğun olan işçilərin çatışmaması ilə müşahidə edilir. [6, s 234]. Bazar şəraitində 
istehsalın səmərəliliyinin artırılması istehsal edilən məhsulda işçinin qabliyyətinin, biliklərin və əməyə 
yaradıcı  münasibətin    reallaşdırma  səviyyəsi    kimi  cıxış  edir.  Başqa  sözlə,  əmək  potensialı  insanın 
qabiliyyətini kəmiyyətcə  və keyfiyyətcə xarakterizə edən inteqral bir formadır.  Beləliklə, yeniliklərdən 
istifadə  etmə  yeni  iş  yerlərin  acılmasına,  Naxçıvan  Muxtar  Respublikasının  məşğulluq  səviyyəsinin 
yüksəldilməsinə şərait yaratmışdır.  
Regionun  məşğulluq  strukturunun  dəyişikliklərinə  yuxarıda  göstərilmiş  tədbirlərlə  yanaşı  başqa 
amillər də təsir edir: çoxquruluşlu iqtisadiyyatın formalaşması, sahə istehsal strukturunun dəyişilməsi, 
bazar sisteminin inkişafı və s. Potensialın təkrar istehsalına sistemli yanaşmanı, regional strategiyanın 
hazırlanmasını  və  əmək  potensialının  məqsədyönlü    inkişaf  proqramları  əsasında  regionun  sosial-
iqtisadi  inkişaf  proqramının  bir  hissəsi  kimi  həyata  keçirtmək  olar.  Bu  halda  hədəflər,  məsələlər, 
prioritetlər,  resurslar  və  reallaşma  mexanizmi  regionun  başqa  inkişaf  istiqamətləri  ilə  bağlı  olmalıdır. 
Naxçıvan  Muxtar  Respublikasında  belə  strateji  sənəd  kimi  “2016-2020-ci  illərdə  Naxçıvan  Muxtar 
Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” hesab ola bilər. 
 
ƏDƏBİYYAT 
1.
 
Nadirov A., Muradov Ş. Аzərbaycan iqtisadiyyatı. Bakı-Elm, 2003. 
2.
 
Akademik  Ə.Mahmudovun  75  illiyinə  həsr  olunmuş  elmi  konfrans  materialları.  AMEA-nın 
İqtisadiyyat institutu, 1998. 
3.
 
Nadirov A., Nuriyev Ə., Muradov Ş. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Bakı, Elm, 2000 
4.
 
Əhmədov M.A., Hüseyn A.Cİqtisadiyyatın dövlət nənzimlənməsinin əsasları.  Bakı, İqtisad 
Universiteti, 2011, 120 s. 
5.
 
Quliyev C. Naxçıvan statistika güzgüsində. Bakı 1999. 
6.
 
Muradov Ş. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. Bakı-Elm. 2004. 459 s. 
7.
 
Экономическая статистика. Под редакцией Ю. Н. Иванова. Москва. Инфра-М 2004. 
8.
 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytı  www.azstsat.org.   
 
ABSTRACT 
Sevinj Jabbarova 
Social state policy  and effective use of labour potential 
The article refers to the social policy of the state and factors of  formation of labor potential. 
There is carried out anal labor potential of Nakhchivan Autonomous Republic and justified from a 
scientific  point  of  view  of  the  future  prospects  of  its  development.  It  is  shown  that  an  effective 
social policy in the region plays a crucial role in the use of labor potential. 
 
РЕЗЮМЕ 
Севиндж  Джаббарова 
Социальная полика государства и эффективное использование трудового 
потенциала 
 
В  статье  говорится  о  социальной  политике  государства  и  факторах  формирования 
трудового  потенциала.  Здесь  проводится  аналих  трудового  потенциала  Нахчыванской 
Автономной Республики и обосновываются с научной точки зрения  будущие перспективы 
его развития. Показано,что эффективная социальная политика в регионе играет решающую 
роль в использовании трудового потенциала.  
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
İqtisad  üzrə  elmlər  doktoru, 
professor A.Rüstəmov
 


249 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
                                                    
      RÜFƏT ƏLİYEV 
                                                                                   Naxçıvan Dövlət Universiteti 
                                                                                  r.aliyevr@mail.ru 
UOT :336.7 
  SIĞORTA FƏALİYYƏTİ, FORMALARI, NÖVLƏRİ VƏ ƏSAS STRATEGİYASI 
 
Açar sözləri: Sığorta, sığorta fəaliyyəti, inkişaf strategiyası 
Key words: insurance , insurance activities, development strategy 
Ключевые слова: страхование,  активность страхование , стратегия развития 
Sığorta – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qada-
ğan  olunmayan  fəaliyyəti,  o  cümlədən  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  olan  əmlak  mənafelərinin 
müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. 
İxtisaslaşdırılmış  təşkilatlar-sığorta  şirkətləri  tərəfindən  sığorta  etdirənlərin  sığorta  haqların-
dan (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödə-
nildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı 
olan münasibətlər sistemidir. 
Ümumilikdə  sığorta  istehsal  münasibətlərinin  mühüm  elementlərindən  biridir.  Bu,  istehsal 
prosesində  maddi  itkilərin  ödənilməsi  ilə  əlaqədardır  və  normal,  fasiləsiz  və  müntəzəm  təkrar 
istehsalın  əsas  şərtlərindən  hesab  edilir.  Sığorta  xidmətləri  sığorta  bazarlarında  yayılır.  Sığorta 
bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – 
sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. 
Sığorta  könüllü  və  icbari  formalarda  həyata  keçirilə  bilər.  Könüllü  sığorta  sığortaçı  ilə 
sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və 
qaydalarını  müəyyən  edən  könüllü  sığorta  qaydası  sığortaçı  tərəfindən  müstəqil  müəyyən  olunur. 
Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta 
qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır. 
Qanunvericiliyə  zidd  olmayan  aşağıdakı  əmlak  mənafeləri  sığorta  obyektləri  ola  bilər: 
sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə 
əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); 
sığortalı  tərəfindən  ona  və  ya  fiziki  şəxsin  əmlakına  vurulmuş  ziyanın,  eləcə  də  hüquqi  şəxsə 
dəymiş ziyanın ödənilməsi ilə əlaqədar (məsuliyyət sığortası). 
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta və qarşılıqlı sığorta 
istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin əmlak mənafelərinin sığortası yalnız sığorta 
fəaliyyətinin həyata keçirilməsinə lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. 
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta fəaliyyətini həyata keçirə 
bilərlər. 
Verilmiş  səlahiyyətlərə  uyğun  olaraq  sığortaçının  adından  və  onun  tapşırığı  ilə  fəaliyyət 
göstərən fiziki və ya hüquqi şəxslər sığorta agentləridir. Sığortalının  yaxud sığortaçının tapşırıqları 
əsasında  öz  adından  sığorta  üzrə  vasitəçilik  fəaliyyətini  həyata  keçirən  sahibkarlar  qismində 
müəyyən olunmuş qaydada qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxslər sığorta brokerlər sayılır. 
Sığоrtа  cəmiyyətin  ictimаi-iqtisаdi  həyаtının  bütün  tərəflərini  əhаtə  еtməкlə  əhаlinin  mаddi 
rifаhının  və  sаhibкаrlıq  risкinin  zəmаnətçisi  кimi  çıхış  еdir,  gözlənilməz  və  fövqəlаdə  hаdisələr 
zаmаnı əmlак mənаfеlərinin qоrunmаsınа, dövlətin mаliyyə sistеminin möhкəmləndirilməsinə təsir 
göstərir.  О,  nəinкi  sığоrtа  hаdisələri  zаmаnı  büdcəni  dəyən  zərərlərin  ödənilməsindən  аzаd  еdir, 
həttа uzunmüddətli invеstisiyаlаrın mənbəyinə çеvrilir. Sığоrtа ixtisaslaşdırılmış sığоrtа təşkilatları 
tərəfindən  həyata  keçirilir.  Bu  təşkilatlar  dövlət  və  qeyri-dövlət  təşkilatları  ola  bilər.  Onların 
fəaliyyət  sahəsi  daxili  (məhdud),  xarici  və  yaxud  qarışıq  sığоrtа  bazarlarını  əhatə  edir.  Sığоrtа 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə