Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   119   120   121   122   123   124   125   126   ...   136

252 
 
           NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
İLHAM HÜSEYNOV 
Naxçıvan Dövlət Universiteti 
UOT :332.1 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA  
HƏYATA KEÇİRİLƏN İNVESTİSİYA SİYASƏTİ VƏ  
AQRAR SAHƏNİN İNKİŞAFI   
 
Açar sözlər: investisiya fəaliyyəti, aqrar sahəyə investisiyala, investisiya formaları, investor,  
muxtar respublika, proqnozlaşdırma və tənzimləmə istiqamətləri  
Keywoods:  investment,  investment  firms, investment  in  agrarian  sfere,  investor,  autonomous 
republic, prognostication and  regulation directions. 
Ключевые  слова:  инвестиционная  деятельность,  инвестиции  в  аграрную  отрасль, 
формы инвестирования, инвестор, автономная республика, направления прогнозирования и 
регулирования.  
 Müasir  iqtisadi  şərait  Naxçıvan  Muxtar  Respublikası  iqtisadiyyatının  məqsədyönlü  və  dinamik 
inkişafı ilə müşayət olunur.  Həyata keçirilən sistemli işlər, özünün kompleks  yanaşması ilə fərqlənən 
hüquqi-normativ  bazanın  təkmilləşdirilməsi,  mütərəqqi  təsərrüfatçılıq  üsul,  alət  və  mexanizmlərindən 
istifadə bu regionun sosial və iqtisadi simasını günü-gündən dəyişir. Bununla yanaşı perspektiv dövrün 
məqsədlərinin həyata keçirilməsi, əhali və iqtisadi sahələr üzrə artan tələbatların daha dolğun qarşılan-
ması  konkret  inkişaf  proqramları  işlənib  hazırlanması,  onların  yüksək  tələbkarlıq  əsasında  icrası 
zərurətini  şərtləndirir.  Bu  istiqamətdə  investisiya  fəalittərinin  düzgün  təşkili,  müvafiq  vəsaitlərin 
səmərəli bölüşdürülməsi və istifadəsi öz aktullığı ilə seçilən məsələlərdəndir. 
Özünün  kifayət  qədər  möhkəm  nəzəri  metodoloji  aspektlərinə,  beynəlxalq  təcrübənin  mütə-
rəqqi üsul və vasitəlrinin mənimsənilərək iqtisadiyyata tətbiqi ilə seçilən investisiyalaşma fəaliyyəti 
kifayət  qədər  qədim  köklərə  malik  olması  ilə  yanaşı  geniş  tətbiq  arealına,  müxtəlif  varianlarda 
həyata  keçirilmə  imkanlarına  malikdir.  Mövzunun  vahid  sistem  şəkildə  araşdırılması  onun  ikinci 
“tədqiqat tərəfi” olan aqrar sahənin qarşılıqlı əlaqə və təsir şəraitində öyrənilməsini də şərtləndirir.   
İlk növbədə investisiya məvhumunun mahiyyətinə sahənin inkişafını təmin etmək baxımından 
nəzər  yetirdikdə  onun  gəlir  və  ya  müəyyən  sosial  səmərə  əldə  olunması  məqsədilə  sahibkarlıq  və 
yaxud  digər  fəaliyyət  növləri  obyektlərinə  uzun  müddətə  qoyulan  maliyyə  vəsaitindən,  habelə 
maddi və intellektual sərvətlərdən ibarət olduğunu  görmək mümkündür.  Belə vəsait və sərvətlərin 
tərkibində  xüsusi  qruplar  kimi  pul,  məqsədli  bank  əmanətləri,  kreditlər,  paylar,  səhmlər  və  d. 
qiymətli  kağızlar;  daşınan  və  daşınmaz  əmlak  (tikililər,  qurğular,  avadanlıq  və  s.maddi  sərvətlər); 
müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; bu və ya digər istehsal 
növünün  təşkili  üçün  zəruri  olan,  ancaq  patentləşdirilməmiş,  texniki  sənədləşdirmə,  vərdiş  və 
istehsalat  təcrübəsi  kimi  tərtib  edilmiş  texniki,  texnoloji,  kommersiya  və  d.  biliklərin  məcmusu 
(“nou-hau”); torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan 
istifadə  hüquqları,  habelə  müəlliflik  hüququndan  irəli  gələn  başqa  əmlak  hüquqları  və  s.  qruplar 
fərqləndirilir.  Təcrübədə  istifadəsi  mümkün  olan  maliyyə  nəzəriyyələrinə  əsaslanaraq  qeyd  etmək 
olar ki, investisiya anlayışı real və maddi aktivlərin əldə edilməsi kimi xarakterizə olunmalıdır.  
Digər tərəfdən, aqrar sahəyə edilən investisiya  - əsas  və dövriyyə fondlarının yaradılmasına, 
genişləndirilməsi və yenidən qurulmasına sərf olunan birbaşa və dolayı xərclərin məcmusundan iba-
rətdir, onun makro və mikroiqtisadi anlamlarda ifadə edilən təməlləri mövcuddur.  
“Aqrar  sahə  -  investisiyalaşma”  müstəvisində  məsələnin  öyrənilməsi  onun  daha  konkret 
“ünvanlar”  əsasında  araşdırılmasına  şərait  yaradır.  Bu  kontekstdə  aparılan  tədqiqatın  obyektinin 
Naxçıvan Muxtar Respublikası olaraq seçilməsi bir tərəfdən öyrənilən məcmu çərçivəsini daraltdığı 
halda, digər tərəfdən isə ölkənin başqa regionları üzrə analoji tədqiqatların təşkili və həyata keçiril-


253 
 
məsində nümunə rolunu oynamaq iqtidarındadır.    
Düşünürük ki, muxtar respublikanın aqrar sferasında investisiyaların nə kimi rol oynamasını 
dəqiqləşdirmək üçün onların istifadə istiqamətlərinə ehtiyac vardır. Bu baxımdan ilk növbədə aşa-
ğıdakı qrupların fəarləndirilməsi zəruridir: 
1.
 
Aqrar  sahədə  istehsal  proseslərinin  geniş  diapozona  malik  maddi-texniki  bazasının 
formalaşdırılmasına,  kənd  təsərrüfatı  istehsalının  genişlənməsinə  və  müasirləşməsinə  yönəldilən 
investisiyalar
2.
 
Sahənin birbaşa və dolayı  yolla fəaliyyətinə təsir edəcək infrastrukturun (nəqliyyat, sosial 
və s.) yaradılmasına istiqamətləndirilmiş investisiyalar; 
3.
 
Birinci  dərəcəli  material  ehtiyatları  və  ümumiyyətlə  dövriyyə  vəsaitləri  üzrə  bazanın 
formalaşdırılmasına yönəldilən investisiyalar; 
4.
 
Sahə məhsullarının reallaşdırılmasına köməklik edəcək obyekt (bazar, firma mağazar və s.) 
və  fəaliyyətlərin  (satış-sərgilərin,  yarmarkaların  təşkili  və  s.)  bərqərar  olması  məqsədini  güdən 
investisiyalar; 
5.
 
Aqrar sahəyə birbaşa və dolayı əlaqəsi ilə seçilən işçi heyətinin əmək vərdişlərinin yüksəl-
dilməsinə yönəldilən investisiyalar; 
6.
 
Aqrar sahənin regional xüsusiyyətləri, mövsümilik və s. bu kimi amillərin tarazlanmasına 
yönəldilmə məqsədini güdən investisiyalar və s. 
Məzmunca,  iqtisadiyyatın  müxtəlif  sahələrinin  inkişafına  yönəldilən  investisiyalar  özü  ilə  
əsaslı  vəsait  qoyuluşunu  ehtiva  edir  ki,  burada  da  başlıca  məqsəd  “sahibkar  –  dövlət  (region)  – 
əmtəə  istifadəçisi”  əlaqələrində  qarşılıqlı  və  çoxtərəfli  faydanın  əldə  olunmasıdır.  Belə  ki,  real 
sahədə  tətbiqi  mümkün  olmuş  investisiyalar  bir  tərəfdən  sahibkarln  istehsal  imkanını  artırır,  onun 
məhsul-darlıq və digər göstəricilərinə təsir edir, dövlətin ərzaq təhlükəsizliyi və digər istiqamətlərdə 
həyata keçirdiyi siyasətə müsbət təsir göstərir, digər tərəfdən isə əhali və emal sənayesi daha ucuz 
və keyfiyyətli məhsullarla təmin olunur ki, bu da istehsalın genişləndirilməsi, insanların maddi rifah 
halının yaxşılaşdırılması, sosial təminatının yüksəldilməsi kimi məsələlərdə tərəqqiyə yol açır. 
Eyni zamanda qeyd olunmalıdır ki, innovasiya fəaliyyəti ölkə iqtisadiyyatında struktur dəyi-
şiklikləri  aparmaq  məqsədilə  reallaşdırılacaq  uzunmüddətli  elmi-texniki  tədqiqat  və  fundamental 
araşdırma işlərinin maliyyələşdirilməsi kimi də çıxış edir. Ölkə və ya region miqyasında investisiya 
gəaliyyətinin  səmərəliliyini  şərtləndirən  cəhətlərdən  biri  kimi  investisiya  bazarının  dinamikliyi  də 
qiymətləndirilir.  
Beynəlxalq  təcrübədə  investisiyanın  iki  əsas  forması  fərqləndirilir:  birbaşa  və  portfel  inves-
tisiyalar.  Real  investisiyalar  da  adlanan  birbaşa  investisiyalar  kapitalın  kənd  təsərrüfatı  və  digər 
sahələrin  müəssisələrinə  bilavasitə  yerləşdirilməsini  nəzərdə  tutur.  Məzmun  etibarı  ilə  bu  forma 
aqrar  sahənin  tələblərinə  daha  uyğundur    Portfel  (və  ya  maliyyə)  investisiyaları  isə  səhmlərə, 
istiqrazlara və digər qiymətli kağızlara investisiyalardır.    
ÜDM-də investisiyaların xüsusi çəkisi, iqtisadi inkişafın vacib şərtidir. Azərbaycan Respubli-
kasının “İnvestisiya fəaliyyəti haqqında” Qanununda əks olunduğu kimi, hüquqi bazanın təkmilləş-
dirilməsində  məqsədlərindən  biri  ölkə  iqtisadiyyatına  investisiyaların  cəlb  olunması  prosesinin  in-
tensivləşdirilməsidir.  Nəzəri  materiallara  əsaslanaraq  göstərə  bilərik  ki,  muxtar  respublikada  bu 
sahədə  aparılan  mütəşəkkil  işlər  onun  ardıcıl  artımı  ilə  nəticələnmişdir.  Deyilənləri  aşağıdakı 
cədvəllər əsasında müqayisəli şəkildə nəzərdən keçirək. 
 
Cədvəl 1. Muxtar respulibkanın 2015-ci il və 2016-cı ilin I yarısını əhatə edən əlaqəli 
makroiqtisadi göstəricilər 
 
Müqayisə  
predmeti 
2015-ci il 
2016-cı ilin yanvar-iyul 
ayları  
Faktiki, 
min man. 
2014-cü 
ilə 
nisbətən, 
%-lə 
Faktiki, 
min man. 
2015-ci ilin 
müvafiq döv-
rünə nisbətən, 
%-lə 
1  Əsas kapitala yönəldilən investisiyalar 
951196,5 
102,9 
562200,3 
100,6 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə