Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   125   126   127   128   129   130   131   132   ...   136

264 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
                                                           HƏVVA ADIGÖZƏLOVA                                                                    
    Naxçıvan Dövlət Universiteti 
                                                                            eva.alieva.2012@mail.ru 
UOT :378 
İNNOVASİYALARIN MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNİN TƏŞKİLİNDƏ ROLU 
                                                     
Açar  sözlər:  innovasiya,  innovasiya  fəaliyyəti, elmtutumlu  sahələr,  elmi-texniki  tərəqqi, yeni 
əmək məhsulları. 
Key  words:  innovation,  knowledge-intensive  areas  of  scientific  and  technological  progress, 
new labor products. 
Ключевые слова: инновация, инновационная деятельность, наукоемкие сферы, научно-
технический прогресс, новые трудовые товары. 
 
XX  əsrin  son  onilliklərindən  bu  günədək  insan  cəmiyyətində  çox  sürətli  dəyişikliklər 
getmişdir. Bütün bu dəyişikliklərin əsası innovasiya ilə əlaqədardır.   İnnovasiya fəaliyyəti dedikdə, 
bütünlükdə  yeniliklərə  fərdi  tələbi,  eləcə  də  cəmiyyətin  tələbatını  ödəmək  üçün  yeni  və 
yaxşılaşdırılmış  məhsulların  (xidmətlərin)  və  onların  istehsalının  yeni  üsullarının  alınması 
məqsədilə elmi, elmi-texniki və intellektual potensial tədbirləri sistemi başa düşülür. İnnovasiyaya 
olan  baxışlar  müxtəlifdir.  İnnovasiyaya  müxtəlif  təriflər  verilmiş  və  o  müxtəlif  formada  izah 
edilmişdir. Bunlardan bəzilərini qeyd edək: 
T.Ə.Quliyev göstərir ki, innovasiya yenilikdir, yeni fikrin məhsuludur (2, səh.438) A.Abbasovaya 
görə  innovasiya  idarəetmə  obyektinin  dəyişdirilməsi  və  iqtisadi,  sosial,  ekoloji,  elmi-teхniki  və  digər 
növ  effekin  alınması  məqsədilə  yeniliklərin  tətbiqinin  son  nəticəsidir  (3,  səh.88).  M.C.Atakişiyev, 
Q.S.Süleymanovun  fikrincə,  innovasiya  bazar  iqtisadiyyatına  uyğun  elm  və  teхnikanın  nəaliyyətləri 
əsasında istehlakçıların tələbatını ödəmək məqsədilə yeni əmək məhsullarını təklif etmək üzrə tədbirlər 
olub, investisiyanın keyfiyyət tərəfini хarakterizə edir (11, səh.8). 
İnnovasiya  –  yeni  texnoloji  ideyaların,  təkliflərin  elmi-texniki  qərarların  praktiki  tətbiq 
edilməsi  və  həyata  keçirilməsidir.  İnnovasiya  yeni  texnologiya  şəklində  yeniliklərin,  məhsul  və 
xidmət  növlərinin, istehsal, maliyyə, kommersiya  və inzibati xarakterli təşkilati-texniki və sosial-
iqtisadi  qərarların  mənfəətlə  istifadə  edilməsidir.  İnnovasiya  –  aparılmış  elmi-tədqiqatların  və 
xidməti kəşflərin istehsala tətbiq edilən (əvvəlki analoqlardan fərqli) obyektlərdir. 
Beləliklə,  innovasiya  müxtəlif  sahələrdə  yeniliklərin,  yeni  ideyaların,  dəyişikliklərin  və 
qaydaların yaradılması və təcrübədə istifadə edilməsi prosesidir. Y.Şumpeter bu cür dəyişikliklərin 
beş tipini fərqləndirirdi: 
1) yeni teхnika, yeni teхnoloji proseslərdən və ya istehsalın yeni bazar təminatından istifadə 
edilməsini
2) yeni хassələrə malik məhsulun tətbiqini
3) yeni хammaldan istifadə edilməsini
4) istehsalın təşkilində və onun material-teхniki təminatında dəyişikliklər edilməsini;  
5) yeni satış bazarının meydana çıхmasını. 
O  sübut  etdi  ki,  iqtisadiyyatda  mərkəzi  fiqur  novator-sahibkar  olacaqdır.  J.  Sumpeterə  görə, 
innovasiya-yeni  növ  istehlak  mallarının,  yeni  istehsal  və  nəqliyyat  vasitələrinin,  bazarların  və 
sənayedə təkilati formaların tətbiqi və istifadəsi məqsədilə bas verən dəyisiklikdir. 
         Mütərəqqi 
yeniliklərin  əksəriyyəti  öz  real  təcəssümünü  elmtutumlu  və 
rəqabətqabiliyyətli  məhsulların  yaradılmasında  tapır.  Yeniliklərin  yayılma  diapazonu  praktika 
əsasında  genişlənir.  Onların  dəyəri  insanla  və  onun  tələbatı  ilə  kontaktda  üzə  çıxır.  Dəyər 
münasibətləri bazar iqtisadiyyatında tənzimləmə amillərinin ayrıca bir qrupunu təşkil edir. Bu halda 


265 
 
elm  və  texnika  inkişaf  etdikcə  əmtəələrin  dəyərində  fiziki  əməkdən  daha  çox  intellektual  əmək 
sərfinə əhəmiyyət verilir. 
İnnovasiya  prosesi  müxtəlif  resursların  istehsal  fəaliyyətinə  cəlb  edilməsilə  bağlıdır.  Əsas 
resurslar yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar olan tədqiqatlar və 
araşdırmalar aparılmasına, layihə - texnoloji və başqa işlərin yerinə yetirilməsi üçün investisiyalar 
və  vaxt  sərf  olunur.  Bütövlükdə  innovasiya  fəaliyyəti  sisteminə    elm,  texnologiya,  innovasiya  və 
təhsil  kimi  tərkib  hissələri  daxildir.  Bu  komponentlərdən  hər  hansı  birinin  olmaması  innovasiya 
fəaliyyəti sisteminin bütövlüyünün pozulmasına gətirib çıxarır. 
Eyni  qayda  ilə,  bütöv  sistemin  komponentlərindən  birinin  inkişafına  lazımınca  diqqət 
yetirilməməsi nəticəsində məhsulun rəqabətlilik qabiliyyəti aşağı düşəcəkdir, çünki bu halda məhsulun 
elmtutumluluğu  azalır,  yaxud  təhsil  sahəsinə  lazımınca  diqqət  yetirilməməsi  təkcə  yeni  məhsullar 
yaradan təşkilatlarda və elmi müəssisələrdə deyil, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində də 
kadr  problemlərinin  kəskinləşməsinə  gətirib  çıxarır.  Bütövlükdə  innovasiya  fəaliyyəti  sistemində 
yuxarıda  nəzərdən  keçirilən  komponentlərin  içərisində  ən  əsas  ünsür  insandır.  Elm  insanın  tələbatına 
birbaşa  və  ya  texnologiya,  iqtisadiyyat  və  məişət  vasitəsilə  dolayı  şəkildə  təsir  göstərir.  Məqsədlərin, 
ideyalların və maraqların dəyişməsi ictimai istehsalda hökmranlıq edən texnoloji quruluşa adekvat olan 
yeni  dəyərlərin  inkişafına  şərait  yaradır.  Buna  görə  də  elmin  inkişafının  bir  mərhələsinə  xas  olan 
dəyərlər başqa, daha mütərəqqi mərhələdə öz əhəmiyyətini itirə bilər. 
Bazar  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrdə  elmi-texniki  tərəqinin  inkişafı  innovasiya 
sahibkarlığı ilə bağlıdır. Ümumiyyətlə, sahibkarlığın 2 formasını fərqləndirmək olar: onlardan biri 
yeniliklərin  tapılması  və  reallaşdırılmasıdır  ki,  buna  da  innovasiya  sahibkarlığı  deyilir.  Digəri  isə 
xalis bazar sahibkarlığıdır. Buna   da marketing deyilir. Elmi-texniki nəaliyyətlərin istehsala tətbiqi 
innovasiyanı şərtləndirir. İnnovasiya prosesi hər şeydən əvvəl aşağıdakıların yerinə yetirilməsindən 
ibarətdir: 

 
Yeni məhsulların mənimsənilməsi, buraxılan məhsulun modernləşdirilməsi. 

 
Yeni istehsal vasitələrini istehsal prosesinə cəlb edilməsi. 

 
Yeni texnologiya və məhsulun istehsalı üsullarından istifadə edilməsi 

 
İstehsalın təşkili və idarə olunmasının daha mütərəqqi formaları. 
 
İnnovasiyanın nəticələri isə aşağıdakılardan ibarətdir. 

 
Məhsulun  çeşidi  təzələnir,  rəqabət  qabiliyyəti  yüksəlir,  əhalini  tələbatının  ödənilməsinə 
kömək edir. 

 
İstehsalın  səmərəliyi  yüksəlir,  məhdud  resurslardan  qənaətlə  istifadə  olunur,  istehsal 
xərcləri azalmaqla mənfəət artır. 

 
Yeniliklər sosial nəticələrlə səciyyələnir. 
Lakin  qeyd  etdiyimiz  kimi,  innovasiya  sahibkarlığını  təşkil  etmək  o  qədər  də  asan  deyil, 
bunun üçün çoxlu miqdarda maliyyə vəsaiti tələb olunur. Bu çətinliyi aradan qaldırmaq yollarından 
biri  də  lizinq  müqavilələrinın  bağlanmasıdır.  Bu  müqaviləyə  uyğun  olaraq,  lizinq  şirkəti  sifariş 
olunan maşın, avadanlıq və s. malı istehlakçıdan alır və sifarişçiyə icarəyə verir. Müqaviləyə əsasən 
icarə haqqı amartizasiya ayırmaları və lizinq şirkətinin mənfəətindən ibarət olur. 
Xarici iqtisadçılar isə innovasiya sahibkarlığı ilə iri müəssisələrin məşğul olmasını məqsədəuyğun 
sayırlar. Buna səbəb bilavasitə, yuxarıda qeyd etdiyimiz kimi innovasiyanın mənimsənilməsinin yüksək 
xərc  tələb  etməsidir.  Bu  xərc  isə  əsasən  qiymətli  ixtiralar  və  yeni  sınaq  nümunələrinin  hazırlanması 
işinin çoxsaylı əmək kollektivinin səyini və çox güclü maddi texniki baza tələb etməsindən irəli gəlir. 
Odur  ki,  yalniz  yüksək  maliyyə  vəsaitinə  malik  olan  iri  firmalar  innovasiya  layihələrini  başa  çatdıra 
bilərlər.  İri  firmaların  digər  üstünlüyü  orada  çoxməqsədli  tədqiqatların  hazırlanmasıdır.  Həm  də  bu 
firmalarda  sınaq,  layihə  və  elmi  tədqiqat  işlərinin  aparılması  zamanı  müxtəlif  yanaşmalardan  istifadə 
edilməsi də onların digər üstünlüyünü müəyyən edir. 
          Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  ixtiraçılıq  fəaliyyətinə  elmi-texniki  tərəqqinin  əsas 
amili kimi baxıldığından bu ölkələrdə ixtiranı müdafiə  etmək üçün patent sistemi tətbiq edilir. Bu 
sistemə  əsasən  patent  sahibinə  həmin  ixtiranin  xüsusi  mülkiyyətçisi  hüququ  verilir  və  ixtiraya 
intellektual əmək məhsulu kimi baxılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə