Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   124   125   126   127   128   129   130   131   ...   136

262 
 
və  ani  qiymət  artımına  səbəb  oldu.  Qiymətlərin  bəzi  məhsullarda  və  sahələrdə  sabit  qalması  üçün 
adekvat addımlar atılmağa başladı və bu  işin məntiqi davamı olaraq 15  yanvar 2016 cı ildə un və  
buğda idxalı ƏDV dən azad edildi. 
Devalvasiya  sonrası  qiymət  fərqilə  yerli  məhsulların  dünya  bazarında  rəqabəti  artıracaq 
üstünlük  qazanması  ölkəmiz  üçün  piroritet  olan  istehsal  sahələrinin  genişləndirilməsi  zərürəti 
yaratdığından  aqrar  sahənin  fəaliyyətinin  canlandırılması  üçün  “Ərzaq  məhsullarının  tədarükü  və 
təchizatı”  Açıq  Səhmdar  Cəmiyyətinin  yaradılması  haqqında  Azərbaycan  Respublikası  Prezidenti 
Sərəncam (11 aprel 2016-cı il) imzaladı. 
Qeyri-neft ixrac potensialının artırılması, idxalın  əvəzlənməsi, o cümlədən yerli sahibkarlara 
dövlət  dəstəyinin  gücləndirilməsi,  mövcud  iqtisadi  potensialdan,  əlverişli  investisiya  mühitindən 
daha səmərəli istifadəni, bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqi məqsədi ilə 
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxsi yaradıldı. Həmçinin, 
milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin 
hazırlanması və müvafiq icraatlara başlanılması, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət 
sahələri,  investisiya  layihəsinin  həcmi  ilə  bağlı  minimal  məbləğ  və  investisiya  layihəsinin  həyata 
keçiriləcəyi  inzibati  ərazi  vahidlərinin  formalaşdırılması  bu  işin  uğurla  icrası  üçün  atılan 
addımlardandır. 
Devalvasiya  sonrası  iqtisadi  sferada  yaranan  pul  tələbinə  adekvat  olaraq  əhalinin  müxtəlif 
təbəqələrinin maaşlarında artım həyata keçirərək hökumət dövrüyəyə əlavə pul kütləsi daxil etdi.  
Ölkəmizdə  yaranan  səmərəli  investisiya  mühitə  dəstək  olaraq  Azərbaycan  Respublikası 
Prezidenti “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər”  haqqında Fərmanı imzaladı. (18 yanvar 
2016-cı il) [6] 
Devalvasiya sonrası yaranmış iqtisadi situasiyalardan effektiv şəkildə faydalanmaq üçün 
nələr etmək olar? 
Devalvasiya  pulun  dəyər  itirməsi  olsa  da,  obrazlı  desək  iqtisadiyyata  bir  çox  faydalar 
qazandıra  bilər.  Devalvasiya  sonrası    sağlam  və  rəqabət  qabiliyyətli  iqtisadi  sistem  qurmaq 
devalvasiya  zamanı  ölkə  iqtisadiyyatının  ümumi  halından,  istehsal  gücü  və  sferalarından,  ölkənin 
xammal  təminatı,  satış  bazarlarına  yaxınlığı  və  inzibati-admistrativ  quruluşu,  hüquqi-qanunverici 
bazanın effektivliyindən asılı olmaqdadır. Devalvasiya sonrası proseslərin müsbət məcrada davam 
etməsi  üçün  bir  sıra  əlavə  tədbirlərin  görülməsi  fikirimizcə  daha  da  effektiv  olacaqdır.  Birinci 
olaraq  devalvasiya  sonrası  ucuzlaşan  xidmət  sahəsinin  təmsilində  turizmə  diqqətin  artırılması 
lazımdır.  Məhz  bu  ilin(2016)  mart  ayında  3min  turistin  1  həftə  ərzində  İrandan  Azərbaycana 
gəlməsi devalvasiyanin uğurunun göstəricisi saymaq olar və Azərbaycanın qonşu ölkələr, xüsusən, 
İran  və  orta  Asiya  üçün  kifayət  qədər  cazibədar  turistik  ölkə  olduğunu  unutmamaq  lazımdır. 
Sadəcə,  bu  işin  dəstəyi  üçün-  viza  rejimi  sadələşməli,  təbliğat  kompaniyaları  aparılmalı  və  bu 
sahədə  dövlət  dəstəyinin  artırılmalıdır.  Bütün  bunlar  ölkəmizə  daha  çox  turist  cəlb  etməkdən, 
Azərbaycana  xarici  valyuta  gətirməkdən  əlavə  xidmət  sferasını canlandıra  bilər.  İkinci  olaraq  onu 
əlavə  edim  ki,  devalvasiya  sonrası  durğunluq  bir  çox  sahibkar  və  investorları(  xüsusən  riskdən 
qaçan  )  gözləməyə,  yada  daha  risksiz  sektorlara  yönəlməyə  vadar  edə  bilər.  Buna  görə  də  bəzi 
müəssisə və firmaların( xüsusən istehsal və kənd təsərrüfatında) dövlət xətti ilə yaradılmasını, daha 
sonra  (1-2  il  və  ya  daha  uzun  müddətə)  dövlətsizləşdirmə  və  ya  özəlləşdirmə  ilə  investor  və 
sahibkarlara ötürülməsini məqsədə uyğun sayıram. Nəzərə alsaq ki, kənd təsərüffatının riskli olması 
və  bəzi  həsas  nöqtələrin  (məsələn  suvarma  sistemlərinin,  bazarların  tapılması  və  avadanlıqlarının 
bahalı olması) sahibkarlara maniələr yaratması, sahibkarlar üçün fəaliyyətdə olan və qazanc gətirən, 
qurulmuş    bir  firmaya  sahib  olmağın  0-dan  başlayaraq  yenidən  qurulmaqda  olan  bir  müəssədən 
daha  cazibədar  olması  və  bürokratik  əngəllərin,  bir  çox  rəsmi  pürosedurların,  süründürməçilik 
hallarının  olması  dövlət  xətti  ilə  müəssisələrin  qurulmasını  daha  da  vacib  edir.  Bütün  bunlarla 
paralel  xarici  investorların  ölkəyə  gətirilməsi  üçün  xüsusi  proqramlar  işlənib  hazırlanmalıdır.  Bu 
sahədə  xüsusən  xarici  investorların  sığortalanması  və  onlara  dövlət  güvəncəsinin  verilməsi  çox 
əhəmiyyətli  nüanslardır.    Xarici  valyutanın  dəyər  qazanması,  ölkədə  istehsal  ediləcək  məhsulun 
qiymət rəqabətində öz mövcudluğunu saxlaya bilməsi  xarici investorlar üçün ölkəni daha cazibədar 
hala  gətirir.  İnvestorların  cəlb  edilməsi  üçün  bir  sıra  situmullaşdırıcı  tədbirlər(  mənffəətin  50 


263 
 
faizindən vergi tutulması) edilsə də, lazımi hüquqi və iqtisadi bazanın formalaşdırılması daha həssas 
önəmə sahibdir. [7] 
Hazırki  situasiyada  iqtisadi  sferanın  canlandırılması,  yerli  istehsalın  təşviqi,  ölkənin  ərzaq 
təhlükəsizliyinin  təmini,  xarici  investorlar  başda  olmaqla  regionlarda  innovativ  istiqamətli 
investisiya layihələrinin təşkili Azərbayran  üçün ən mühüm vəzifələrdən hesab edilir. 
           
ƏDƏBİYYAT 
1.
 
 V.Zeynalov. “ Maliyyə, pul tədavülü və kredit ”.  Bakı, 2007, Azərnəşr. 400s. 
2.
 
Jack Atkinson and Alain Anderson “Economics”. Pearson Education Limited-2012. 435s. 
3.
 
HalilSeyidoğlu “Uluslararası İktisat-Teori, Politika ve uygulama”. Seçkin-2015.940s 
4.
 
 http://www.prezident.az 
5.
 
 http://www.anspress.com 
6.
 
 http://www.economy.gov.az 
7.
 
http://www.maliyye.gov.az 
8.
 
http://www.cbar.az/infoblocks 
 
 
 
ABSTRACT 
Shanay Isayeva 
Sahil Murtuzayev 
 
The nature and importance of devaluation-in the case of Azerbaijan 
 
The  article  explains  devaluation  as  policy  weapon  and  represent  different  conditions  which 
occur  during  long  and  short  term.  Also  try  to  show  all  possible  obstacles  and  key  points  to 
challenge  with  different  situations.  Additionally  text  explains  package  of  measures  designed  by 
Azeri government to increase competitiveness and performance of economy.  
 
PЕЗЮМЕ 
Шанай Исаева 
Сахиль Муртузаев 
Экономическая значимость девальваци и иеговажность напримере Азербайджана 
 
Статья  разъясняет  девальвацию  как  политическое  оружие  и  представляет  различные 
условия  в  короткоми  долгосрочном  периодах.  Также  показывает  все  возможные 
препятствияи  ключевые  моментыв  различных  ситуациях.  Ктому  же  статья  рассматривает 
переченьмер  напримере  Азербайджанского  государства  для  увеличения  конкуренто 
способности и эффективности экономики. 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
İqtisad  üzrə  elmlər  doktoru, 
professor A.Rüstəmov
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə