Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   123   124   125   126   127   128   129   130   ...   136

260 
 
 
 
Qrafik-2.  Azərbaycan  manatının  21.12.2015  tarixindəki  devalvasiyadan  sonra  dollara 
nisbətdə  dalğalanan  məzənnəsi.(  Qeyd:  statistik  məlumatlar  Azərbaycan  Mərkəzi  Bankın  rəsmi 
internet saytından götürələk müəlliflər tərəfindən hazırlanmışdır) 
 
Dünya praktikasında yalnız ölkələrin 30%-i üzən məzənnə sistemindən istifadə edir və onların 
təqribən yarısı isə minimal müdaxilələrlə məzənnələrə təsir edirlər. [5] 
Devalvasiya  bir  iqtisadi-siyasi  fəaliyyət  olaraq  ölkənin  sahib  olduğu  xarici  valyuta  ehtiyatlarının 
sərfiyyatının azaldılması, ticarətdə idxalın azaldılması, ixracın canlandırılması, xarici investorların ölkəyə 
təşviqi, yerli məhsulların istehsalı və sahibkarlığın dəstəklənməsi, rəqabət qabiliyyətli məhsul istehsalının 
təmin  edilməsini  ehtiva  edir.  Məhz  bütün  bunları  piroritet  seçərək  hökumətlər  devalvasiyaya  getsələrdə 
onlar  ilkin  mərhələlərdə  bir  sıra  problemlərlə  qarşılaşırlar.  ``Economics``(Jack  Atkinson  and  Alain 
Andersan “Economics”. Pearson Education Limited-2012. 435s.) kitabında devalvasiyadan sonra iki əsas 
problemin-J effekti və inflyasiya baş verdiyi qeyd edilir. Belə ki, devalvasiya sonrası ölkə iqtisadiyyatında 
kanyuktura sarsılır və şok effekti yaranır. Yerli pulun dəyər itirməsi xarici bazarla ticari əqdlərdə daha çox 
valyuta  sərfinə  səbəb  olur.  Amma  müəyyən  zaman  keçəndən  sonra  idxal  azalmağa  və  ixracın 
əməliyyatlatı  isə  əhəmiyyətli  miqdarda  artım  baş  verir  və  iqtisadi  durğunluq  canlanma  ilə  əvəz  olunur. 
Bütün  bu  prosesin  ölkənin  sahib  olduğu  valyuta  ehtiyyatları  fonunda  yaratdığı  situasiya  J  əyrisi  effekti 
adlanır.[2] 
Bu  effektin  əmələ  gəlməsində  bir  sıra  təsirlər-devalvasiya  sonrası  idxal  və  ixrac 
əməliyyatlarının daha öncə bağlanmış müqavilələrə əsasən aparılması, istehlakçıların dəyişmiş yeni 
qiymətlərə  alışmasının  və  istehlak  vərdişlərinin  dəyişməsinin  müəyyən  vaxt  tələb  etməsi, 
devalvasiya sonrası iqtisadi  əlaqələrin yeni situasiyalarda bərpasının müəyyən  vaxt aparması, bəzi 
bazar iştirakçılarının gözləmə mövqeyi tutması xüsusi rol oynayır. 
 
 
Şəkil-1.  Devalivasiya  sonrası  ölkə  valyuta  ehtiyatlarında  baş  verən  ümumi  dəyişiklik.  Ilkin 
olaraq çökmə(A nöqtəsindən) daha sonra isə canlanma müşahidə edilir. 
Devalvasiya  sonrası  təbii  olaraq  dəyişmiş  valyuta  məzənnələrindən  asılı  olaraq  əmtəə  və 
xidmətlərin dəyərlərində qiymət artımı müşahidə olunur. Bu artımın bir dəfə və devalvasiya edilən 
həcmindən  çox  olmayaraq  baş  verməsi  qəbul  ediləndir,  amma  bu  qiymət  artımları  spiralvari 


261 
 
formada  davam  edərsə  artıq  bu  inflyasiya  yaradacaq.  Məhz  devalvasiya  sorası  qiymətlərin 
tənzimlənməsi hökumətlərin qarşısında duran əsas məsələlərdəndir. [2] 
Hökumətlər  devalvasiya  edərkən  ticarət  balansında  idxalın  daralması  siyasəti  ilə  daha  az 
valyuta  sərf  etməklə  yanaşı,  ixracı  canlandıraraq  daha  çox  xarici  valyutanın  ölkəyə  gətirilməsinə 
çalışırlar.  Amma  bütün  bunlar  bir  çox  inkişafda  olan  ölkələrdə,  o  cümlədən,  Azərbaycanda  da 
olduğu  kimi  bir  sıra  səbəblərə-beynəlxalq  iqtisadi  sistemdə  istehsalın  zəifliyi,  yəni 
təmərküzləşmənin olmaması, ishehsalın az olması və  ya dar istehsal sahələrinin olması, idarəetmə 
və texnologiyalarda olan geriliyə görə lazımi effekti vermir. 
Devalvasiya sonrası sağlam iqtisadi mühitin yaradılması üçün nələr edilməlidir? 
Devalvasiya sonrası iqtisadi proses və situasiyalar hesablanması, müsbət tendensiyalı olması 
üçün bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. Məhz bütün bunların məntiqi davamı olaraq 
ölkələr devalvasiya sonrası qiymətlərin sabit qalması üçün inzibati və iqtisadi metodlardan istifadə 
etməlidirlər. Bu sahədə Azərbaycanda ilk aylarda ciddi işlər aparıldı, xüsusilə böyük firmaların süni 
qiymət artımı siyasəti sərt intizam-cəza tədbirləri ilə İqtisadiyyat Nazirliyi tərəfindən alındı. Amma 
bu  işin  davamı  istənilən  həcmdə  gəlmədi  və  hətta  yerli  istehsal  məhsulları  təkrarlanan  qiymət 
artımlarına məruz qaldı. 
Devalvasiya  sonrası  ixracın  artan  tredli  olması  üçün  ölkələr  mütləq  mənada  ehtiyat  əmtəələrə 
sahib olmalıdırlar. Əgər ölkədə tam məşğulluqdursa, yəni iqtisadiyyat tam həcmdə fəaliyyət göstərirsə 
bu  halda  ya  xammal  mənbələrinin  əlyetərliliyi  yaxşı  səviyyədə  olmalı  və  qısa  müddətdə  dövriyəsi 
reallaşmalı, ya da ki, ``nontrade`` məhsullar-binalar və s. ixrac edilməlidirlər (icra, satış və.s). 
Həmçinin  hökumətlər  dövriyədə  olan  pulun  həcmini  də  artımalıdırlar,  çünki  idxal  edilən 
məhsulların artan qiymətlər(məzənnə fərqindən  yarana) insanların daha çox pul sərf etməyə  vadar 
etdiyindən  yerli  əmtəəllərin  istehlakı  üçün  əlavə  vəsaitə  ehtiyac  duyulacaqdır.  Buna  görə 
dövrüyyəyə əlavə vəsaitin cəlb edilməsində əsas diqqət ediləcək nüans pul aqreqatlaının həcmidir. 
Bu həcmdevalvasiya sonrası yaranan əlavə pul tələbindən çox olmamalıdır. 
 Sabit  bazarlar  və  istehlakçi  vərdişləri  də  diqqət  ediləcək  nöqtələrdəndir  belə  ki,  əgər 
istehlakçılar  təklif  edilən  əmtəənin  keyfiyyətsiz  olduğu  inamına  sahibdirlərsə  qiymətlərin  aşağı 
olması  heç  də  həmin  əmtəənin  tez  və  çox  miqdarda  reallaşacağı  demək  deyil.  Məhz  buna  görə 
ölkələr bu kimi hallarda uğurlu reklam siyasəti də işləyib hazırlamalıdırlar. 
Pulun  devalvasiya  edildiyi  faiz  də  gələcək  inkişaf  üçün  çox  əhəmiyyətlidir.  Əgər  pulun 
devalvasiya  edilmiş  faizi  ölkəxarici  və  ölkədaxili  inflyasiya  faizlərinin  fərqinə  bərabərdisə,  onda 
real və nominal kurslar bərabərləşdiyi üçün uzunmüddətli inkişafa imkan yaranmır. Məhz buna görə 
də  devalvasiya  bu  fərqdən  kəskin  fərqlənən  böyük  həcmdə  olmalıdır  ki,  uzun  müddətli  iqtisadi 
inkişafa nail oluna bilinsin. [3] 
Devalvasiya zamanı Ölkəmizdə mövcud vəziyyət və görülən işlər 
Azərbaycanda  devalvasiyadan  sonra  iqtisadi  konyukturada  kəskin  dəyişikliklər  baş  verdi. 
Əsas yeyinti məhsullarının və gündəlik tələbat mallarının idxala əsaslanması qısa müddətli olsa da 
ölkədə  qıtlığa  səbəb  oldu.  İlkin  olaraq  əhalidə  təşviş  yarandı  və  qiymət  artımının  gözlənilməsinə 
adekvat reaksiya olaraq kütləvi alışlar baş verdi. Bu da ani olaraq ölkədaxili tələbi kəskin artıraraq 
ehtiyatda  olan  ərzaq  məhsullarının  qısa  zamanda  qeyri-bərabər  istehlakına  səbəb  oldu. 
Devalvasiyanın məntiqi davamı olaraq qiymət artımı baş verdi. Ölkənin xarici bazardan asılı olduğu 
sektorlar  və  əmtələr  qısa  müddətdə  bahalaşaraq  qıtlaşmağa  başladı.  Kütləvi  informasiya 
vaistələrində savadsız və səhv olan informasiyaların  yayılması və işbazların bu sahədə dırnaqarası 
uğurlu  ticarəti  Azərbaycan  hökumətini  açıq  iqtisadi  fəaliyyətə-  inzibati  və  iqtisadi  müdaxilələrlə 
atılmağa vadar elədi. [4] 
Devalvasiya  zamanı  baş  verən  hadisələrin  axarını  nəzarətdə  saxlamaq  və  devalvasiya 
siyasətinin  uğurlu  olması  üçün  bir  sıra  işlər  görülməyə  başladı.  Belə  ki,  ölkədə  fəaliyyət  göstərən 
valyuta  dəyişmə  məntəqələrinin  fəaliyyəti  sonlandırıldı.  Bu  səlahiyyətin  ancaq  banklara  verilməsi 
qara bazar ticarətinin qarşısının alınmasına, süpekilatif addımların önlənməsini nəzərdə tuturdu. 
Qeyd  etdiyimiz  kimi  bir  çox  gündəlik  tələbat mallarının  idxala  əsaslanması  və  xüsusən  bəzi 
növ  əmtəələrin  istehsalında  idxala  əsaslanan  xammalın  istifadə  edilməsi  ölkədə  ciddi  problemlər 
yaratmağa başladı. Xüsusən çörək və un məhsulunun xammalının 80% nin idxala əsalanması kəskin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə