Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   128   129   130   131   132   133   134   135   136

276 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
ŞƏFA BAĞIROVA 
Lənkəran Dövlət Universiteti 
 shefa.baqirova@mail.ru 
UOT:332 
AZƏRBAYCANDA İNVESTİSİYA QOYULUŞLARININ ÜMUMİ TƏHLİLİ 
 
Açar sözlər: iqtisadiyyat , kapital,investisiya, sektor 
Keywords: economy, capital, investment, sector 
Ключевые слова: eкономика, капитал, инвестиции, сектор 
 
Son  dövrlərdə  aparılan  investisiya  siyasəti  Azərbaycan  iqtisadiyyatının  əsaslı  şəkildə 
inkişafına,  onun  sturukturunun  təkmilləşməsinə  şərait  yaratmışdır.  Əsas  kapitala  yönəldilmiş 
investisiyanın  obyekt  quruluşuna  baxdıqda  (cədvəl  1)  görmək  olar  ki,  sərmayələrin  əsas  hissəsi 
tikinti–quraşdırma işlərinə yönəldilir.  
 
Əsas kapitala yönəldilmiş investisiyanın quruluşu (ümumi yekuna görə, faizlə) 
                                                                                                                    Cədvəl 1. 
  
Cəmi investisiyalar 
o cümlədən: 
tikinti-quraşdırma işləri 
maşın, avadanlıq,  alət 
və inventarlar 
sair işlər 
2004  100,0 
50,5 
23,9 
25,6 
2005  100,0 
53,9 
23,4 
22,7 
2006  100,0 
50,7 
30,0 
19,3 
2007  100,0 
51,6 
27,1 
21,3 
2008  100,0 
59,5 
27,5 
13,0 
2009  100,0 
67,1 
19,1 
13,8 
2010  100,0 
66,3 
26,1 
7,6 
2011  100,0 
61,2 
18,6 
20,2 
2012  100,0 
61,1 
15,2 
23,7 
2013  100,0 
66,3 
12,5 
21,2 
2014  100,0 
75,4 
11,7 
12,9 
 
Əsasən  infrasturuktur  layihələrinin  həyata  keçirilməsindən  ibarət  olan  tikinti  quraşdırma 
işlərinin belə geniş şəkildə maliyyələşdirilməsi müasir dövrdə mühüm istehsal amili hesab olunan 
infrasturukturun  yaxşılaşdırılmasına  istiqamətlənmiş  dövlət  siyasətinin  nəticəsidir.  Əsas  kapitalın 
daha  məhsuldar  hissəsi  hesab  olunan  və  milli  gəlirin  yaranmasında  daha  fəal  aktivlər  olan  maşın, 
avadanlıq  və  alətlərin  alınmasına  sərf  olunan  investisiyaların  xüsusi  çəkisinin  digər  investisiya 
növlərinə nisbətən azlığı faktı heç də investisiyaların qismən az səmərə verən obyektlərə qoyulması 
mülahizəsi üçün tam əsas hesab oluna bilməz. Məhsuldar aktivlər o zaman səmərəli olur ki, onların 
istehsal  gücündən  tam  istifadə  olunsun.  Bu  isə  müvafiq  miqyaslı  satış  bazarlarının,  müasir 
infrasturukturun  və  məhsulların  rəqabət  qabiliyyətinin  mövcudluğunu  tələb  edir.  Dövlətin  bu 
istiqamətdə  gördüyü  tənzimləyici  tədbirlərin  yaxın  gələcəkdə  investisiyaların  obyekt  quruluşunda 
fəal aktivlərin xeyrinə dəyişikliklərin olacağına möhkəm inam yaradır.  


277 
 
Əsas  vasitələrə  qoyulan  investisiyaların  daxili  və  xarici  mənbələr  üzrə  bölgüsü  də  maraq 
döğuran faktlardandır. 2-ci cədvəldə 2004-2014-cü illərdə əsas kapitala yönəldilmiş investisiyaların 
tərkibi  göstərilmişdir.  Əgər  daxili  və  xarici  mənbələr  üzrə  investisiyaların  həcmcə  dinamikasına 
baxsaq,  görmək  olar  ki,  2009-cu  il  istisna  olmaqla  hər  il  əvvəlki  ilə  nisbətən  daha  böyük  həcmdə 
daxili  investisiyalar  reallaşdırılmışdır.  Bunun  nəticəsidir  ki,  2014-cü  ilin  12,7  milyard  manatlıq 
daxili  investisiya  göstəricisi  2004-cü  ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  təxminən  9,6  dəfə 
böyükdür. Daxili investisiyaların həcmi 2007-ci ildən başlayaraq xarici investisiyalarda çox olmuş 
və  bu  fərq  sonrakı  illərdə  daha  da  artmışdır.  Belə  ki  daxili  investisiyalar  xarici  investisiyalardan 
2011-ci  ildə  3,9  dəfə,  2012-ci  ildə  3,7  dəfə,  2013-cü  ildə  2,8  dəfə,  2014-cü  ildə  isə  2,5  dəfə  çox 
olmuşdur.  Xarici investisiyaların həcmi 2006-cı ildən başlayaraq azalmağa başlamışdır. Bu azalma 
2009-cu  ilədək  davam  etmiş,  sonrakı  illərdə  isə  müəyyən  artım  olmuşdur.  2014-cü  ildəki  xarici 
investisiyalar 2010-cu ilin müvafiq göstəricisindən 2 dəfə böyük olmuşdur.   
                                                                                                      
  Cədvəl 2. 
2004-2014-cü illərdə əsas kapitala yönəldilmiş investisiyaların tərkibi                                  
 
 
Əsas kapitala yatırılmış daxili investisiyaların mülkiyyət növünə görə təhlili göstərir ki, bu 
sahədə  dövlətin  payı  kifayət  qədər  böyükdür  (şəkil  1).  Dövlətin  investisiyalarının  daxili 
investisiyalarda  xüsusi  çəkisi  2004-2008-ci  illərdə  14,4  dəfə  artmış,  sonrakı  illərdə  isə  həm 
həcminə,  həm  də  xüsusi  çəkisinə  görə  davamlı  olaraq  artaraq  2014-cü  ildə  8,67  milyard  manata 
yüksəlmişdir.  2014-cü ilin dövlət investisiyaları həcminə görə 2004-cü ilin müvafiq göstəricisindən 
21,8 dəfə çox olmuşdur.  
Qeyri  dövlət  sektorunun  investisiyalarının  dövlət  investisiyaları  ilə  müqayisədə  az  olmasına 
baxmayaraq  bu  sektorda  da  investisiya  fəallığı  müşahidə  olunur  (şəkil  2).  Əlbəttə,  dövlətin 
investisiya  xərclərinin  kəskin  artımı  digər  sahələr  üçün  törəmə  təlabatlar  yaratmaqla  özəl  sektor 
üçün  əlverişli  investisiya  formalaşdırır.  Bunun  nəticəsidir  ki,  qeyri-dövlət  sektoru  investisiyaların 
2014-cü ildəki 4,05 milyard manatlıq həcmi 2004-cü illə müqayisədə 4,4 dəfə, 2009-cu ilə nisbətən 
2,2 dəfə, 2011-ci illə müqayisədə isə 1,4 dəfə çox olmuşdur.  
 
  
Əsas kapitala yönəldilmiş 
investisiyalar, cəmi 
o cümlədən: 
Məhsul istehsalı 
obyektlərinin tikintisinə 
Xidmət sahələri üzrə 
obyektlərin tikintisinə 
min manat 
əvvəlki ilə 
nisbətən, 
faizlə 
min manat 
əvvəlki ilə 
nisbətən, 
faizlə 
min manat 
əvvəlki ilə 
nisbətən, 
faizlə 
2004 
4 922 755,9 
130,0 
3 973 010,4 
129,9 
949 745,5 
130,3 
2005 
5 769 876,3 
117,2 
4 262 797,1 
107,3 
1 507 079,2 
158,7 
2006 
6 234 483,7 
108,1 
4 365 127,0 
102,4 
1 869 356,7 
124,0 
2007 
7 471 189,9 
119,8 
4 838 690,3 
110,8 
2 632 499,6 
140,8 
2008 
9 944 153,8 
131,8 
4 651 970,1 
95,2 
5 292 183,7 
199,0 
2009 
7 724 944,8 
81,6 
3 522 058,9 
79,5 
4 202 885,9 
83,4 
2010 
9 905 665,8 
121,2 
4 821 024,8 
129,4 
5 084 641,0 
114,3 
2011 
12 799 061,3 
127,3 
6 033 002,7 
123,3 
6 766 058,6 
131,1 
2012 
15 407 274,4 
118,5 
7 187 757,7 
117,3 
8 219 516,7 
119,6 
2013 
17 850 815,7 
115,1 
8 781 648,6 
121,4 
9 069 167,1 
109,6 
2014 
17 618 601,1 
98,3 
10 225 173,7 
116,0 
7 393 427,4 
81,2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə