Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   42   43   44   45   46   47   48   49   ...   127

95 
 
əsasən kserofil kolların arasında rast gəlinir (N 38

87' 49.0"; EO 46
0
 10' 66.0";H = 967 m). Avropa 
– Ön - Mərkəzi Asiya coğrafi areal qrupuna malik bitkidir. 
Cheilanthes persica (Bory) Mett. ex. Kuhn. - Ordubad rayonunun Kilit, Pəzməri və Kotam 
kəndləri ətrafında, Şərur rayonu  yaxınlığında Ardıc dağdan (Eyvazxan) toplanılmışdır [(N 39
0
  73' 
67.1";  EO 45
0
 06' 85.2"; H= 1937 m), (N 38

88' 25";  EO 46
0
  09' 90.6";  H=1116 m),   (N 38

55' 
60.0"; EO 46
0
 06'10.6"; H= 2143 m)]. Avropa – Ön – Mərkəzi Asiya coğrafi areal qrupuna malik 
bitkidir.  
Notholaena marantae (L.) Desv. - 2011-ci ildə Ordubad rayonunun Gilançay və Biləv kəndi 
yaxınlığından toplanılaraq muxtar respublika florası üçün  yeni növ kimi göstərilmişdir (N 39
0
  06' 
07.6"; EO 45
0
 82' 61.5"; H = 1155 m). Avropa – Kiçik Asya - Qafqaz coğrafi areal qrupuna malik 
bitkidir [3, s. 102-106]. 
Adiantum  capillus-  veneris  L.  -  Naxçıvan  Muxtar  Respublikasında  yayılma  zonaları: 
Ordubad  rayonunun  Kotam  –  Kilit  kəndləri  (N  38
0
  52'  04.1";  EO  46
0
  07'  08.1";  H  =794  m) 
yaxınlığındakı  Araz  çayı  sahilindən,  Bərəmi  və  Ül  dərəsindən,  Culfa  rayonunun  Əbrəqunus 
kəndində (N 39
0
08'24.8"; EO 45
0
38'04.5"; H=1075 m) çay kənarından toplanılmışdır. Kosmopolit 
coğrafi areal qrupuna malik bitkidir. 
Asplenium  septentrionale  (L.)  Hoffm.  -  Ordubad  rayonunun  Nürgüd  və  Nəsirvaz  kəndləri  
ətrafındakı meşə-kolluq və daşlıq ərazilərində yayılmışdır (N 39
0
  24' 34.2";  EO 45
0
  90' 55.1";  H= 
2089 m). Holarktik coğrafi areal qrupuna malik bitkidir.  
Asplenium trichomanes  L. - Culfa rayonunun Əbrəqunus kəndi  yaxınlığından, Berdik dağı, 
Aracıq və Dəmirli dağ ərazilərindən, Ordubad rayonunun Pəzməri kəndi yaxınlığından, Dəvəboynu, 
Nabatdağ, Qapıcıq, Qaranquş, Soyuq dağ və Şahbuz rayonunun Batabat ərazisindən toplanılmışdır 
(N 39
0
 54' 42.0"; EO 45
0
80' 50.7"; H= 2284 m). Kosmopolit coğrafi areal qrupuna malik bitkidir. 
Asplenium  adiantum-nigrum  L.  -  Şahbuz  rayonunun  Biçənək  kəndi  ərazisindən,  Ordubad 
rayonunun Tivi kəndi yaxınlığındakı Qazan yurdundan və Kilit kəndi ərazisindən, Şərur və Sədərək 
rayonlarının  Vəlidağ  və  Ardıcdağ  dağları  ətrafından  toplanılmışdır  (N  39

73'  67.1";  EO  45
o
06' 
85.2"; H= 1937 m). Avropa – Ön – Mərkəzi Asya coğrafi areal qrupuna malik bitkidir. 
Ceterach  officinarum  Willd.  -  Duzdağ  ərazisindən,  Ordubad  rayonunun  Kotam  -Kilit 
kəndləri, Qapıcıq və Soyuq dağ ərazisindən, Şahbuz rayonunun Türkeş kəndi yaxınlığından, Culfa 
rayonunun  Berdik  dağı  ətrafından,  Şərur  və  Sədərək  rayonlarının  Vəlidağ,  Qaraquş  və  Xanbulağı 
ərazilərindən toplanılmışdır (N 38
0
91'61.5"; EO 46
0
10'39.0"; H= 1486 m). Avropa – Ön – Mərkəzi 
Asya coğrafi areal qrupuna malik bitkidir. 
Athyrium distentifolium Tausch ex Opiz - 2012 -ci ildə Şahbuz rayonunun Biçənək meşəsinin 
Sərxanbiçən ərazisindən toplanılmışdır. Naxçıvan Muxtar Respublikası florası üçün yeni növdür (N 
39

54'19.7"; EO 45
0
 78' 00.6"; H= 2138 m). Avroasiya coğrafi areal qrupuna aid mezofit bitkidir 
[3, s. 102-106]. 
Cystopteris fragilis (L.) Bernh. - Culfa rayonunun Ərəfsə kəndi yaxınlığındakı Xəzinədərə və 
Paradaş  ərazisindən,  Kola  meşəsindən,  Berdik  və  İlanlı  dağ  ətrafından,  Ordubad  rayonunun  Kilit 
kəndi yaxınlığından, Şahbuz rayonunun Batabat zonasında Zorbulaq qayalıqlarından və Kükü kəndi 
ərazilərindən  toplanılmışdır  [(N  39
0
  54'  39.9";  EO  45
0
  80'  47.9";  H=  2261  m),  (N  38
0
  87'  48.4";     
EO  46

10'  69.6";  H=  1111  m),  (N  39

18'  39.1";  EO  45
0
  75'  63.7";  H=  1786  m)].  Kosmopolit 
coğrafi areal qrupuna malik bitkidir. 
Polystichum  lonchitis  (L.)  Roth  -  Culfa  rayonunun  Əbrəqunus  və  Ləkətağ  kəndləri 
ətrafından, Ərəfsə kəndi yaxınlığındakı Xəzinədərə ərazisindən toplanılmışdır (N 39
0
 28' 74.1"; EO 
45
0
 80' 14.9"; H= 1657 m). Holarktik coğrafi areal qrupuna malik bitkidir. 
Polystichum  aculeatum  (L.)  Roth  -  2012-ci  ildə  Culfa  rayonunun  Əbrəqunus  kəndi 
yaxınlığındakı Ərməmməd pirinin dağdağan, yemişan və ardıc meşə- kolluq ərazisindən yeni növ kimi 
toplanılmışdır. Avropa – Ön – Mərkəzi Asiya coğrafi areal qrupuna malik bitkidir[3, s. 102-106]. 
Dryopteris  filix-mas  (L.)  Schott  -  Şahbuz  rayonunun  Batabat  meşəsi  ərazisindən,  Culfa 
rayonunun Ərəfsə kəndi ərazisində yerləşən Ərəci dağının ətəyindəki, Xəzinədərə ərazisindən, Kola 
meşəsindən, Duman dağ ərazisindən, Ordubad rayonunun Talalar, Palıdlıq, Yuxarı Cəlilli və Soyuq 


96 
 
dağ ərazilərindən  toplanılmışdır (N 39
0
 21' 93.1", EO 45
0
 69' 26.7"; H= 1350 m). Holarktik coğrafi 
areal qrupuna malik mezofit bitkidir. 
Botrychium  lunaria  (L.)  Sw.  -  Ədəbiyyat  məlumatına  əsasən  Ordubad  rayonunun  Qapıcıq 
dağı  ərazisindən  toplanıldığı  qeyd  edilmişdir.  Həmin  əraziyə  dəfələrlə  edilən  ekspedisiyalarda  bu 
növ tərəfimizdən aşkar edilməmişdir, siyahıya ədəbiyyat materiallarına əsasən salınır. Kosmopolit 
coğrafi areal qrupuna malik bitkidir [2, s. 113-117]. 
Aparılan  tədqiqatlardan  məlum  olmuşdur  ki,  Naxçıvan  Muxtar  Respublikasında  yayılan 
qıjılar 6 coğrafi (arealoji) qrupa bölünür: Kosmopolit, Holarktik, Avroasiya, Avropa – Kiçik Asiya 
– Qafqaz, Avropa – Ön – Mərkəzi Asiya, Avropa – Qərbi Sibir coğrafi areal qrupları [Cədvəl 1]. 
Kosmopolit:  Mülayim  iqlim  şəraitində,  subtropik  ərazilərdə,  bəzən  isə  Şimal  və  Cənub 
yarımkürələrin tropik zonalarında yayılan növlər bu qrupun coğrafi elementlərinə aid edilir. Onların 
arealları adətən yarım quraqlıq sahələri əhatə edir. Bu areal qrupuna Naxçıvan Muxtar Respublikası 
florasında yayılan 4 növ [Asplenium trichomanes L., Cystopteris fragalis (L.) Bernh., Botrychium 
lunaria (L.) Swartz in Schrad., Jorun, Adiantum capillus-veneris L.] qıjı daxil edilir. 
Holarktik:  Bu  coğrafi  qrupa  daxil  olan  qıjılar  Şimal  yarımkürəsinin  tropik  zonalarında 
qismən,  subtropik  və  mülayim  iqlim  şəraitində  daha  geniş  yayılmışlar.  Naxçıvan  Muxtar 
Respublikası florasında bu qrupa 3 növ [Dryopteris filix-mas (L.) Schott, Polystichum lonchitis (L.) 
Roth, Asplenium septentrionale] qıjı daxil edilir. 
Cədvəl 1. 
Naxçıvan Muxtar Respublikasında qıjıların coğrafi areal qrupları üzrə yayılması 
Coğrafi qruplar 
Növlərin sayı 
Növlərin ümumi % göstəricisi 
Kosmopolit 

26,66 
Holarktik 

20 
Avroasiya qrupu 

6,67 
Avropa – Kiçik Asiya – Qafqaz 

6,67 
Avropa –Ön – Mərkəziasya 

33,33 
Avropa – Qərbi Sibir 

6,67 
Cəmi 
15 
100 
 
Avroasiya  qrupu:  Bu  qrupa  Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  bir  növ 
[Athyrium distentifolium Tausch ex Opiz (Athyrium alpestre (Hoppe) Clairv)] qıjı daxil edilmişdir. 
Bu qrupa daxil olan qıjılara əsasən dağlıq ərazilərdə rast gəlinir. Xüsusilə də Avropa, Qafqaz, Ural, 
Altayın dağlıq zonalarında yayılmışlar. 
Avropa  –  Kiçik  Asiya  –  Qafqaz  coğrafi  qrupu:  Bu  qrupa  daxil  olan  növlərin  arealı  əsasən 
Avropa və Qafqazda daha geniş  yayılmışdır. Naxçıvan Muxtar Respublikası florasında yayılan bir 
növ [Notholaena marantae (L.) Br.] qıjı daxildir. 
Avropa  –  Ön  –  Mərkəzi  Asiya  coğrafi  qrupu:  Bu  qrupa  daxil  olan  növlərin  arealı  Avropa, 
Qafqaz  və  İranda  daha  genişdir.  Naxçıvan  Muxtar  Respublikası  florasında    isə  5  növ  [Asplenium 
adiantum - nigrum L., Ceterach officinarum Willd., Cheilanthes persica (Bory) Mett., Cheilanthes 
pteridioides (Reichard) C.Chr., Polystichum aculeatum (L.) Roth P. lobatum (Huds.) Bast.] qıjı bu 
qrupa daxil edilmişdir. 
Avropa  –  Qərbi  Sibir  coğrafi  qrupu:  Bu  qrupa  daxil  olan  növlərin  əsas  arealı  Avropa  və 
Sibirdir.  Naxçıvan  Muxtar  Respublikası  florasında    isə  bir  növ  (Polypodium  vulgare  L.) 
yayılmışdır. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə