Elmi ƏSƏRLƏR, 2016, №7 (80) nakhchivan state university. Scientific works, 2016, №7 (80)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/127
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40129
1   ...   43   44   45   46   47   48   49   50   ...   127

97 
 
ƏDƏBİYYAT 
1.
 
Talıbov  T.H.  Naxçıvan  MR-in  flora  biomüxtəlifliyinin  müasir  vəziyyəti.  Bakı,  Elm,  2002, 
s.148-154 
2.
 
Talıbov  T.H.,  Novruzova  E.S.  Naxçıvan  Muxtar  Respublikası  florası  –  Polypodiophyta. 
Naxçıvan, Əcəmi 2014,152 s. 
3.
 
Talıbov  T.H.,  Novruzova  E.S.,  Əsgərov  A.M.  Naxçıvan  MR  florasında  qıjıların  yeni 
taksonları. Azərbaycan MEA Xəbərləri, Biologiya və tibb elmləri seriyası. 2014, cild 69, №2, 
s.102-106  
4.
 
Аскеров А.М. Папоротники Кавказа. Баку, Элм, 2001, 244 с. 
5.
 
Ибрагимов  А.Ш.  Растительность  Нахчыванской  Автономной  Республики  и  ее 
народнохозяйственное значение. Баку, Элм,  2005, 230 с. 
6.
 
100.Федченко Б.А. Вертикальное распространение папоротников Туркестанской горной 
страны  //  Изв. Глав. бот. сада, 1927, Т. 26, вып.1, с.66 – 70 
7.
 
104.Фомин А.В. Pteridophyta флоры Кавказа. Юрьев, 1913, 248 с.  
8.
 
Шмаков А.И. Определитель папоротников России. Барнаул: Изд- во Агу, 1999, 108 с. 
9.
 
Askarov A.M. Forest Ferns of the Caucasus, Its’Systematic and Eco-Geographical Analysis., 
International Caucasian Forestry Symposium. Artvin-Turkey, 2013, pp.258-264 
10.
 
Christ  H.  Deux  fougeres  nouvelles  du  Caucase  //  Monit.  Jard.  Bot.  Tiflis,  1906,  Liv.  6, 
pp.24-25 
11.
 
Hegi G. Illustrierte Flora von Mitteleuropa. Bd. I, T l, Berlin, 1984, 310 p.  
12.
 
Meyer  D.E.  Zur  Gattung  Polystichum  in  Mitteleuropa//Willdenowia,  1960,Vol.  2,  No  3, 
pp.336-343 
ABSTRACT 
Enzala Novruzova 
THE GEOGRAPHICAL (AREALOJI) INVESTIGATION OF SPREADING FERNS 
IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
The geographical analysis of plants of  the ferns branch had been given in the article which 
include  the  flora  of    Nakhchivan  Autonomous  Republic.  The  result  of  the  investigation  had  been 
clear that, the ferns divide 6 geographical (areologi) groups in Nakhchivan Autonomous Republic. 
Cosmopolitan,  Holarktic,  Eurasia,  Europe  -  Asia  -  Caucasus,  Europe  -  Preview  -  Central  Asia, 
Europe  -  Western  Siberia  geographical  areal  groups.  The  distribution  and  altitude  zones  of  each 
species of ferns had been shown, which spread in the area of Nakhchivan Autonomous Republic. 
РЕЗЮМЕ 
 
 Энзала Новрузова 
ГЕОГРАФИЧЕСКИЙ АНАЛИЗ (AREOLOJI) АНАЛИЗ ПАПОРОТНИКОВ, 
РАСПРОСТРАНЕННЫХ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ 
В статье представлено географическим анализом растений отдела папоротниковых, 
водящихся во флоре Нахчыванской Автономной Республике. Папоротники разделено на 6 
географических (areoloji) ареальных групп: Космополит, Голарктик, Евро-Азия, Европа-
Малая Азия-Кавказ, Европа-Передняя-Центральная Азия, Европа, Западный Сбир. Показано 
распространение отдельных видов папоротников по зонам и высотными поясами в 
Автономной Республике. 
NDU-nun  Elmi  Şurasının  30  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Biologiya elmləri doktoru, 
professor
 
T. Talıbov 
 


98 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 7 (80) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 7 (80) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 7 (80) 
 
 
VƏFA MƏMMƏDOVA  
Gəncə Dövlət Universiteti  
UOT: 593.17(479.24) 
 
SAMUR- DƏVƏÇİ  OVALIĞININ TORPAQ İNFUZORLARININ FAUNASI 
 
Açar sözlər: ibtidailər, infuzorlar, Samur-Dəvəçi ovalığı, torpaq. 
Key words: protozoa, ciliates, Samur-Davachi lowland, the soil 
Ключевые слова:  протисты, инфузории, равнина Самур-Девечи, земля 
Mövzunun  aktuallığı.  Torpaqda  baş  verən  bioloji  proseslərin  gedişində  peolobiont 
infuzorların  rolunun  tədqiqi  öz  aktuallığına  görə  diqqəti  cəlb  edir.  Ona  görə  ki,  bakteriofaq  olan 
infuzorlar torpaqda yaşayan müxtəlif bakteriyalarla qidalanır və torpağın bioloji təmizlənməsinə və 
müvafiq  üzvi  maddələrin  əmələ  gəlməsinə  səbəb  olurlar.  Nəticədə  torpaq  münbitləşir  və 
məhsuldarlığı  artır.  Daima  torpağın  faunası  öyrənilmiş,  lakin  infuzorların  tədqiqi  diqqət 
mərkəzindən  kənarda  qalmışdır.  Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  sonu  və  XXI  əsrin  birinci  on 
illiyi  dövründə  aparılan  tədqiqatlar  və  əldə  edilən  dəlillər  əsas  verir  ki,  (Foinser  1994,  2004; 
Bamfort 2001; Ələkbərov 2012.) sürətli inkişaf dövründə infuzorların biokütləsi hər hektar torpaqda 
bir neçə on kiloqram səviyyəsinə çatır.  
Məlum həqiqətdir ki, torpaq infuzorlarının öyrənilməsi onun əhəmiyyəti baxımından aktual 
problemlər  sırasına  daxildir.  Hal-hazıra  kimi  infuzorlardan  olan  peolobiontlar  ən  az  öyrənilən 
sahələrdəndir. Bunlar  yalnız Azərbaycanda deyil, xarici ölkələrdə nəşr olunmuş ədəbiyyatlarda da 
göstərilir  ki,  az  tədqiq  olunan  ekoloji  qrupdur.  Mütəxəssislərin  təcrübə  və  müşahidələrinin 
nəticələrinə  görə  (Forssner,  2004)  sərbəst  yaşayan  infuzorların  3000-ə  qədər  növü  məlumdur. 
Əslində  isə  onun  10.000-ə  qədər  növü  təsvir  edilmişdir.  Hələ  təsvir  edilməyən  yeni  növlərin 
regionların  torpaqlarda  aşkarlanması  nəzərdə  tutulmuşdur.  Azərbaycanın  ərazisində  torpaqda 
yaşayan ibtidai heyvanların tədqiqinə X əsrin  60-cı illərindən başlanılmışdır. (Əmraslanova, 1967; 
İbadov  1983;  Mirzəzadə  1989;  Zahidov  1995;  Ələkbərov  1992-1994;  Əhmədova  2004-2005; 
Ələkbərov; Sadıqova 2006). 
Yuxarıda  göstərilənləri  nəzərə  alaraq,  biz  Samur-Dəvəçi  ovalığının  pedabiont  torpaq  infuzorların 
mövsümü  suksessuyasının  nov  müxtəllifliyini  və  ümümi  miqdarını  təyin  etmək  ücün  bir  sıra 
tədqiqatlar aparmışdıq.  
Materiallar  və  istifadə  edilən  metodika.  2012-2016-cı  illərdə  Samur-Dəvəci  ovalıgının 
düzənlik-  meşə  ekosisteminin  sahələrində    insan  fəaliyyətinin  müxtəlif  səviyyədə  məruz  qalmış  9 
stasionar  toplama  sahələrindən  870  yoxlama  torpaq  nümunəsi  götürülmüş  və  laboratoriya  şəraitində 
təqdid  olunmuşdur.    Bununla  yanaşı  insan  fəaliyyətinin  torpaq  faunasına  təsir  dərəcəsini  
qiymətləndirmək  üçün  yaşayış    məntəqələrinə  yaxın  ərazilərdəki  meşə  torpaqlarından,  bağlardan, 
həyətyani  sahələrdən  120-yə  yaxın  torpaq  nümunəsi  götürülmüş.  Problem  pedobiont  infuzor  misalı 
əsasında təyin edilmişdir. Əsasən həm canlı  həm də sitoloji metod ilə kinetomun gümüş nitratı , gümüş 
proteini və nüvə rəngləmə  metodlarından istifadə usüllarının genis təhlili verilmişdi. Qeyd olunanlardan 
başqa pedobiont infuzorların ekoloji analizi və inseksidlərin vasitəsi ilə onların bəzi növlərinin orqanizm 
hüceyrə və populasiya səviyyələrində biotestləşdirmə metodlarından istifadə edilmişdir. 
Tədqiqatların nəticələri 
Samur  –  Dəvəçi  ovalığının  müxtəlif  ərazilərinin  peolobiont    infuzorlarının  biokütləsinin 
miqdarı  və  növ  tərkibinin  mövsüm  üzrə  dəyişmələri  göstərdi  ki,  torpaq  faunasının  inkişafı, 
yayılması,  biokütləsinin  miqdarı  və.s  bir  sıra  ekoloji  amillərinin  bilavasitə  və  ya  dolayı  yolla 
tənzimlənir.  İlk  növbədə  bu    millər  kompleksinə  torpaqda  mövcud  olan  məsamələrin  ölçüləri, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə