134
Yuxarıda qeyd olunduğu kimi, dəyişən cərəyan impedansı üsulunda istifadə edilən texnika
Elektrokimyəvi İmpedans Spektroskopiyası (EİS) da adlandırılır. Bu üsulla əldə edilən nəticələr Nyquist
(şəkil 4.) və Bode diaqramları şəklində ifadə edilir. EİS üsulunda korroziya sürətini təyin etmək üçün
həyata keçirilən ölçmələr açıq dövrə potensialında (Eadp), yəni korroziya potensialında icra edilir. Bu
halda bir qayda olaraq 5-10mV potensial aralığına malik diapazon istifadə edilir. Dəyişən cərəyanın
tezliyi işin xüsusiyyətindən, sistemin xarakterindən və istifadə edilən cihazın texniki imkanlarından (bu
məqsədlə hazırda müxtəlif markalı “potensiostat-qalvanostatlar”dan istifadə edilir) asılı olaraq müxtəlif
tezlik diapazonunda, məsələn 10
5
-1Hz aralığında dəyişdirilə bilər.
Əldə edilən Nyquist diaqramlarının(həqiqi impedansla z
ı
kompleks impedansın Z
ıı
bir-birinə
görə dəyişməsini göstərən) köməkliyi ilə polyarizasiya müqaviməti R
p
müəyyən edilir. Bunun üçün
metal- məhlul fazalararası sərhəddə nəzəri olaraq gözlənilən müqavimət və tutum elementlərinə
görə uyğun bir ekvivalent dövrə qurub xüsusi proqramların (fittinq) köməkliyi ilə kompyuterdə
bütün lazımlı parametrlər əldə edilib metal səthində baş verən proseslər haqda mühakimə yürüdülür.
Metal – məhlul fazalararası sərhəddə yaranan ikiqat elektrik təbəqəsinin elektrik tutumu
aşağıdakı tənliklə hesablanır:
C
it
=
( ״ )
(t.10.)
Qeyd etmək lazımdır ki, əldə edilən Nyquist diaqramları ümumiyyətlə, düşünülən elektronik
ekvivalent dövrələrə tam uyğun gəlmir. Digər tərəfdən,dövrədə olan kondensatorun cərəyan
axmasına imkan vermədiyi də məlumdur. Halbuki elektrokimyəvi sistemlərdə metal-məhlul
fazalararası sərhəddə yük toplanması ilə birlikdə cərəyan keçidi də baş verir. Buna görə də
ekvivalent dövrələrdə kondensatorun yerinə keçəcək, ancaq qaydalara görə müqavimət təsiri də
göstərə bilən bir anlayış olaraq səthin faza sabiti (constant phose element, Q
de
) qəbul edilmişdir.
Bu yeni anlayış tutum ilə müqavimət arasında mümkün olan qiymətləri aşağıdakı tənlik vasitəsilə
ifadə edir:
( )
( )
Burada n, -1≤n<1 aralığında dəyişir və aldığı qiymətlərdən asılı olaraq faza sabitinin mənası da dəyişir.
Belə ki, n=-1 olduqda induktivlik təsiri, n=0 olduqda müqavimətin təsiri, n=1/2 olduqda Warburq və
n=1 olduqda isə ideal kondensator təsiri özünü göstərir.
Nyquist diaqramlarından müqavimətin qiymətlərini tam olaraq müəyyən etmək çox vaxt çətinlik
törətdiyindən praktikada real müqavimətin (həqiqi impedansın) tezlikdən asılı olaraq dəyişməsini əks
etdirən Bode diaqramlarından da istifadə edilir. Bode diaqramları ya lgf-θ və ya lgf-lgz şəklində
verilir(burada θ - faza bucagıdır). Yüksək tezlik bölgəsində metalın səthində baş verən proseslər haqda
daha ətraflı məlumat əldə etmək üçün faza bucağı – tezlik asılılıqlarından xüsusilə geniş istifadə edilir.
Faza bucağının qiyməti θ ideal kondensatorlarda 90 – dır. Hər hansı bir sistemin faza bucağının
qiymətinin bu qiymətə yaxın olması metal səthinin korroziya prosesinə qarşı son dərəcə yüksək
müqavimət göstərdiyini əks etdirir. Lgf – lgz şəklində qurulan Bode diaqramlarından ekstrapolyasiya
üsulu ilə R
p
müqaviməti təyin edilir.
ƏDƏBİYYAT
1.
Əliyev Tofiq, Hasanoğlu Yaşar, Hüseynova Nəcibə Korroziya tədqiqatlarında polyarizasiya
müqavimətinin təyini üsulundan istifadə. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər (təbiət və
tibb elmləri seriyası) 2016. №7 (80). s.117-119
2.
Elkadi L., Merkari B.,Traisnel M., Bentiss F.,Lagrence M.Corros.sci.2000. №42.p.730
3.
Erbil M.Alternativ Akım (AC) yöntemiyle korozyon hızı belirlenmesi.-Doğa. 1987.3.s.100-111
4.
Ashassi-Sorkhabi H., Aliyev T.A., Nasiri S., Zareipoor R. Amsterdam. Elsevier.Electrochimica
Acta.2007. №52.p.5238
5.
Aлиев T.A.,Ashassi-Sorkhabi H.,Гусейнов К.З.,Seifzadeh D. Москва. Практика противокор-
розионной защиты. 2009, №2(52).с.50.
6.
Подобаев Н.И. Электрохимия.-М.,Просвещение.1977. -152с.
7.
Əliyev T.A.Kimya elmləri doktoru... dissertasiya. Bakı. 2011. BDU-290s.
135
8.
Yalçınkaya Süleyman Doktora tezi. (Kimya anabilim dalı)-Adana, Çukurova Üniversitesi, Fen
bilimleri Enstitüsü. 2008 -146s.
ABSTRACT
Tofig Aliyev
Yashar Hassanoghly
Use of electrochemical impedance spectroscopy (EIS) method in the corrosion researches
The article deals with the electrochemical impedance spectroscopy (EIS) method which is one
of modern electrochemical methods in the corrosion researches. The paper explains the essence and
theoretical basics of the method and points out the advantages and disadvantages of the method
compared to others. It also provides the possibility of calculating the important corrosion and
electrochemical parameters as Rp, R
f,
, C
dl
, etc.
РЕЗЮМЕ
Тофик Алиев
Яшар Гасаноглы
Применение метода электрохимического импедансного спектроскопии (эис) в
коррозионных исслелованиях
Статья посвящена одним из совроменным электрохимическим методом коррозионных
исследований, а именно, методом электрохим ической импедансной спектроскопии (ЭИС).
Описано сушность и теоретические основы этого метода, показано преимщество и недостатки
указанного метода по сравнению с другими методами. Показано возможность вычисления
таких важных коррозионных и элэктрохимических параметров,как R
p ,
R
f ,
C
dl
и т.д.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor T. Əliyev
1>
Dostları ilə paylaş: |