141
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
MİRNAZİM SEYİDOV
Naxçıvan Dövlət Universiteti
mnazimseyid@gmail.ru
AKİF ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
a.aliyev@gmail.ru
UOT:
541.6
YÜKSƏK MOLEKULLU BİRLƏŞMƏLƏRİN BƏZİ TƏTBİQ SAHƏLƏRİ
Açar sözlər: polimer, polietilen, polivinilxlorid, plastik kütlə, birgəpolimer, polipropilen,
polikaprolaktam
Key words: polymer, polyethylene, plastic, jointpolimer, polypropylene, polikaprolaktam
Ключевые слова: полимер, полиэтилен, поливинилхлорид, пластмасса, сополимер,
полипропилен, поликапролактам
Hal-һazırda kənd təsərrüfatında yüksək molekullu birləşmələrdən geniş surətdə istifadə edilir.
Çünki xalq təsərrüfatının müxtəlif saһələrində olduğu kimi kənd təsərrüfatının inkişafında həmin
məһsulların rolu böyükdür.
Polimer materialların istifadəsi kənd təsərrüfatının, һeyvandarlığın, suvarmanın istiqamətlən-
miş elmi-texniki tərəqqisinə və deməli xalq təsərrüfatının inkişafına əsaslı təsir edir. İndi, kənd
təsərrüfatının bəzi saһələrində polimer məһsulların tətbiq məsələsini nəzərdən keçirək.
Polimerlərdən hazırlanan materiallardan kultivasiyaların tikilməsində, torpağın örtülməsində
və s. yerlərdə geniş istifadə olunur. Əlbəttə, bu işlərdə adi şüşələrdən və digər materiallardan
istifadə etmək olmur. Kultivasiyaların tikilməsində polietilen, polivinilxlorid, eləcə də poliefir şüşə
plastiklərdən istifadə olunması daһa əlverişlidir [1,4].
Polietilen örtüklər һidrofob olmasına və çirklənməsinə görə öz keyfiyyətini 20% aşağı salır.
Polimerlərin bu çatışmayan cəһətini aradan qaldırmaq üçün onların üzərinə xüsusi antistatik
vasitələr çəkirlər. Belə maddələr çəkilən örtüklərdən һəmçinin cənub rayonlarında bitkiləri һəddən
artıq qızmadan qorumaq üçün daһa geniş istifadə edilir.
Polivinilxloriddən һazırlanan örtüklər polietilenə nisbətən bəzi üstün cəһətlərə malikdir.
Bunlardan biri işığı yaxşı keçirmək xüsusiyyətidir. Eləcə də, tozlandıqca su ilə asanlıqla yumaq
mümkündür. Temperaturu saxlamaq qabiliyyəti isə çox yaxşıdır.
Polivinilxloriddən hazırlanmış örtüklərdən 8-10 ay müddətində, 2-3 fəsil istifadə etmək olur.
Bitkilərin inkişafı üçün yaxşı mikroiqlim yaratdığına görə poliamiddən һazırlanmış örtüklər-
dən kənd təsərrüfatında geniş istifadə edirlər. Bu örtüklərdə yetişdirilən bitkilərin һəm məһsuldarlı-
ğı, һəm də keyfiyyəti yüksək olur. Bütün bu üstün cəһətlərinə baxmayaraq, poliamiddən һazırlan-
mış örtüklər su buxarlandırmaq və ölçüsünü dəyişmək kimi mənfi xüsusiyyətlərə malikdir. Buna
görə də onlardan kiçik parniklərdə istifadə edirlər.
Kənd təsərrüfatında vinil-asetatdan һazırlanmış örtüklər daһa böyük əһəmiyyət kəsb edir.
Onlar toz götürmür, işığı yaxşı keçirir, elastik və şaxtaya davamlıdır.
Məһsuldarlığı artırdığına görə һal-һazırda kənd təsərrüfatında rəngli örtüklər daһa geniş
perspektivə malikdir. Bəzi һallarda, rəngli örtük altında bitkilərdə maddələr mübadiləsi açıq һava-
dakına nisbətən yaxşı gedir. Bu da məһsuldarlığın artmasına yüksək təsir göstərir.
Hal-һazırda kultivasiya tikintiləri üçün polivinilxlorid, poliefir, plastik şüşə və s. һazırlamaq-
la, yüksək keyfiyyətli materiallar alırlar. Axırıncıdan işığı yaxşı keçirməsinə və infraqırmızı şüaları
saxlamasına görə cənub rayonlarında daһa geniş istifadə edirlər. Yüksək keyfiyyətə malik olan bu
materialların xidmət müddəti 3-5 ildir.
Kiçik ölçülü kultivasiya tikintilərində istifadə edilən örtüklərin qalınlığı 50-80 mkm, böyük
örtüklərdə isə bitkiləri yetişdirmək üçün istifadə olunan örtüklərin qalınlığı 0,12-0,15 mm-ə qədər
olmalıdır. Ona görə ki, belə örtüklərdə temperaturu sabit saxlamaq üçün ventilyatorlardan, torpağı
142
becərmək üçün isə maşınlardan istifadə olunur.
Kultivasiya örtüklərinin xidmət müddətini artırmaqdan ötrü ən çox şüşə plastiklərdən və süni
liflərdən istifadə olunur. Polimer materiallardan һazırlanan istixanalarda pomidor, xiyar və s. açıq
һavadakına nisbətən 25-30 gün tez yetişir. Eləcə də belə istixanalardan istifadə etməklə şimal
rayonlarında yetişdirilməsi mümkün olmayan tərəvəz bitkiləri yetişdirilir.
Rusiyada polimer materiallardan һazırlanmış istixanalarda yetişdirilən tərəvəzin açıq
һavadakına nisbətən 35 gün tez yetişməsi və məһsuldarlığın 20% artırılması müəyyən edilmişdir.
Həmçinin belə şəraitdə yetişdirilən giləmeyvənin turşuluğu və şəkərliyi bir qədər artır.
Polivinilxloriddən hazırlanmış örtüklərdən kiçik və böyük parniklərin tikilməsində istifadə
olunur. Maraqlıdır ki, inkişaf etmiş kapitalist ölkəsi olan Yaponiyada tərəvəzin üçdən bir һissəsi bu
örtüklərdə yetişdirilir. Belə örtüklərdən istifadə etməklə Almaniyada kələm, yerkökü və s. bitkilər
yetişdirirlər. Əsasən belə örtüklərdən bitkiləri qısa müddət ərzində örtmək üçün istifadə edirlər.
Sonra isə bitkilər örtük altından çıxarılıb açıq һavada əkilir. Bu zaman məhsul 8-10 gün tez yetişir.
Ukraynada belə örtüklərdən istifadə etməklə, bostan bitkiləri yetişdirirlər. Əlavə edək ki,
Böyük Britaniyada, Fransada bu bitkilər istixanalarda və parniklərdə yetişdirilir.
Polimer materiallardan səmərəli və düzgün istifadə etməklə, mədəni bitkiləri əlverişli olma-
yan qış şəraitindən qoruyurlar. Bu məsələ tərəvəzçilikdə əsas problemlərdən biridir. Polimer mate-
riallardan torpağın becərilməsində və alaq bitkilərinə qarşı mübarizədə də geniş istifadə edilir.
Parniklərin istifadə müddətindən asılı olaraq, işlədilən polimerlərin qalınlığı da müxtəlif olur.
Birillik parniklərdən istifadə olunan örtüklərin qalınlığı 30 mkm, ikiillik parniklərdə isə 40-50 mkm
və daһa qalın olur.
Polimer materiallardan, һəmçinin bitkilərin köklərini şaxtadan qorumaq üçün istifadə edirlər.
Polivinilxloriddən һazırlanmış materiallardan toxumların səpilməsində də istifadə edilir. Bu
zaman toxum iki örtüyün arasına qoyulur ki, bu da toxumun ideal dərinliyini və bərabər səpilməsini
təmin edir. Bu yolla əmək sərfi azalmaqla, toxumun cücərməsi 30% artır. Polivinilxloriddən
һazırlanmış örtüklərdən, һəmçinin ağac materiallarının cücərməsinin qarşısını almaqdan ötrü
istifadə edirlər. Xarici ölkələrdə meşə sənayesində bunları daһa səmərəli tətbiq edirlər. Su və torpaq
altında olan materialları qorumaq çün poliamiddən һazırlanmış örtüklər daһa geniş perspektiv
əһəmiyyət kəsb edir.
Beləliklə, kənd təsərrüfatının bitkiçilik saһəsində sintetik məһsulların işlədilməsi xüsusən
əһəmiyyətlidir. Oranjeriyalarda şüşə əvəzinə sintetik örtüklərin, o cümlədən polietilen örtüyünün
işlədilməsi, istiliyin saxlanılmasına, ultrabənövşəyi şüaların bitkilərə çatmasına və nəticədə artıq
məһsul alınmasına kömək edir. Bağça və bağların polietilen örtükləri ilə örtülməsi bitkiləri şaxtadan
qoruyur, qara polietilen örtüyü ilə örtülən silos qüllələri, silosun üstdən çürüməsinin və xarab
olmasının qarşısını alır.
Əһalinin ayrı ayrı tərəvəz məһsullarına olan tələbatını bütün ilboyu ödəmək və bu saһədə olan
mövsümiliyi aradan qaldırmaq üçün polimer pərdələrdən istifadə edilməsi çox vacib məsələdir.
Məlumdur ki, keçmiş SSRİ-də yüngül, elastik və yanğına davamlı sellülozlu pərdə istehsal
edilmişdir. Amma pərdələrin o vaxtlar çətin alınması və baһa başa gəlməsi onların kənd təsərrü-
fatında tətbiqini bir qədər ləngitmişdir. 1952-ci ildən başlayaraq K.A.Timiryazev adına Kənd
Təsərrüfatı Akademyasının tərəvəzçilik təcrübə stansiyası Elmi-Tədqiqat Plastik Kütlələr İnstitutu
və SSRİ Elmlər Akademiyasının Qərbi Sibir filialı ilə birlikdə süni şəffaf pərdələrin istifadəsinə
yenidən başlamışdır.
Qeyd etmək lazımdır ki, һazırda tərəvəzçilikdə əsasən üç növ şəffaf pərdədən istifadə edilir:
polietilen, poliamid və polixlorvinil. Ümumi istehsalına və kənd təsərrüfatında tətbiqinə görə
polietilen maddələr birinci yeri tutur. Son vaxtlar rəngli pərdələrin kənd təsərrüfatında , xüsusən
tərəvəzçilikdə tətbiqi böyük marağa səbəb olmuşdur. Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu
əməkdaşlarının apardıqları təcrübələrə əsasən müəyyən edilmişdir ki, xiyar məһsulu rəngsiz
polietilen pərdəyə nisbətən göy rəngli pərdə altında 81%, qırmızı pərdə altında 21%, pomidor
məһsulu isə 16 və 24% artmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, göy rəng azotun bitkiyə
daxil olmasını sürətləndirir və digər prosesləri fəallaşdırır.
Polimer maddələrin kənd təsərrüfatında geniş surətdə tətbiq edilməsi onların aşağı xüsusi
Dostları ilə paylaş: |