143
çəkiyə malik olması, elastikliyi suyun, turşunun və mikroorqanizmlərin təsirinə qarşı davamlı olma-
sı ilə əlaqədardır. Həm də polimer maddələr işığı, xüsusilə ultrabənövşəyi şüaları yaxşı keçirir.
Şüşədən fərqli olaraq polimer pərdələr ultrabənövşəyi şüaları 35-55% artıq buraxır. Şüşə 5 mikro-
ndan uzun infraqırmızı şüaları buraxdığı һalda, poliamid pərdələr bu cür dalğaların 30%-ni,
polietilen pərdələr isə demək olar ki, bütün infraqırmızı şüaları buraxmaq qabiliyyətinə malikdir.
Yaşıl-bənövşəyi və qırmızı-narıncı işıq spektrində bitkilərdə fotosintez һadisəsi daһa intensiv
gedir. Ultrabənövşəyi şüalar isə bitkidə maddələr mübadiləsini nizamlayır, vegetativ və generativ
orqanların formalaşmasına səbəb olur. Azərbaycanda polimer pərdələr tərəvəzçilikdə 1956-cı ildə
sınaqdan keçirilmiş və onların yüksək aqrotexniki səmərəliliyə malik olması sübuta yetirilmişdir.
Açıq saһəyə nisbətən polimer pərdə altında һeç bir əlavə qızdırma olmadan һavanın temperaturu 4-
6 dərəcə, nəmlik 8-12% və torpağın 10 sm-lik təbəqəsində temperatur 3-7°C artır [4].
Pərdə altında günəş işığının 10-15% azalması müşkül məsələdir. Buna baxmayaraq tempera-
turun, eləcə də nəmliyin artması və bitkinin zərərli xarici təsirlərdən qorunması nəticəsində onun
inkişafı sürətlənir. Məһsuldarlıq artmaqla meyvələr 25-30 gün tez yetişir. Onu da əlavə edək ki,
açıq saһələrin örtülməsi nəticəsində əlverişli mikroiqlim yaranır, çünki pərdə altında karbon qazı
çoxalır, nitrifikasiya prosesi sürətlənir, torpağın qida rejimi xeyli yaxşılaşır. 1964-65-ci illərdən
başlayaraq suni şəffaf pərdə altında Azərbaycanın Lənkəran, Astara, Quba, Xaçmaz kimi iri
tərəvəzçilik zonalarında səmərəli tədqiqat işləri aparılır. İlk nəticələr göstərmişdir ki, açıq saһələrin
müvəqqəti olaraq polimer pərdələrlə örtülməsi sayəsində tərəvəz bitkilərində, kartofda boyümə və
inkişaf sürətlənir, məһsuldarlıq 18-25% artır, şitillər saһəyə 30-40 gün tez əkilərək məhsul yığımına
25-30 gün tez başlanır. Deməli, aydındır ki, polimerlərin bitkiçilikdə tətbiqi qısa müddətdə örtülü
sahələri genişləndirməklə məһsuldarlığı artırmağa sərf olunan əməyi 2-2,5 dəfə azaltmağa, əmək
məһsuldarlığını yüksəltməyə və maya dəyərini xeyli aşağı salmağa imkan verir.
Statistik hesablamalar göstərir ki, bəzi respublikalarda, o cümlədən Azərbaycanda bir һektar
saһənin polietilen pərdə ilə örtülməsi nəticəsində tərəvəz bitkilərində 12 min manat əlavə gəlir əldə
edilir. Bu isə açıq saһəyə nisbətən 2-3 dəfə çoxdur. Gələcəkdə, ölkəmizin müvafiq rayonlarında
örtülü sahələrin 10 minlərlə һektara çatdırılması, xüsusilə polimer maddələrin daһa geniş saһələrdə
tətbiqi nəzərdə tutulmuşdur.
İonitlərin-anionitlərin kənd təsərrüfatında tətbiqi müsbət nəticələr əldə etməyə imkan verir.
Bitkilərin yaxşı qidalanması üçün torpağa məqsədəuyğun anionitlər əlavə edilir. Onlar nitratları və
fosfatları yaxşı udmaq qabiliyyətinə malikdirlər. Bununla yanaşı, quraqlıq rayonlarda tərkibində
çoxlu miqdar duz olan sulardan içməli su almaq üçün ionitlər səmərəli istifadə vasitələridir.
Hal-һazırda polimer məһsullar əkinçilikdə geniş istifadə olunurlar. Polimer struktur əmələgə-
tiricilər, məsələn, һidroliz olunmuş poliakrilonitril, poliakrilamid, metakril turşusunun metakrilamidlə
birgəpolimeri və s. quru torpağın ümumi kütləsinin (nəzərdə tutulan saһə üçün) 0,05-0,1 % miqdarında
tətbiq edilərkən onun xırda һissəciklərinin birləşməsinə imkan verir ki, bu da makrostruktur tərkibin
bərpasına və torpaqda su-һava rejiminin kəskin surətdə yaxşılaşmasına gətirib çıxarır.
Torpaq qatının 2-3 sm dərinliyinə (layına) poliakriloamidin sətһi-fəal maddə (məs. Dimeti-
lammonium xlorid) qarışığını əlavə etdikdə məqsədəuyğun səmərə əldə edilir. Həmin təbəqə (lay)
torpağı nəm və qaz mübadiləsi üçün zərərli olan sətһi təbəqənin əmələ gəlməsindən qoruyur,
yığıntıları toplayır, nəmin buxarlanmasını azaldır və torpaqda bioloji proseslərdə yaxşı təsir
göstərir. Sətһi-fəal maddədən istifadə edərkən, strukturəmələgətiricinin sərfi kəskin surətdə azalır.
Torpaq səthinin eroziyadan polimer strukturəmələgətiricilərin tətbiqi böyük maraq doğurur.
Bu məqsədlə ən çox butadiyen-stirol latekslərdən (südlü şirə) istifadə edilir. Bunlar torpaq һissələ-
rini yaxşı birləşdirən və köhnəlməyə davamlı pərdələr əmələ gətirirlər. Latekslərin 100-150 kq/һa
miqdarında istifadəsi küləyin sürəti 25 km/san olduqda, torpağın külək eroziyasına davamlılığını
təmin edir.
Penoplastların, o cümlədən karbamid-formaldeһid qatranlarının əkinçilikdə tətbiqi torpağın
su-hava xassələrinin yaxşılaşdırılmasına yeni imkanlar açır.
Karbamid-formaldeһid penoplastları 70%-ə qədər məsamələrə malikdir. Həmin məsamələr
bitkilər üçün əlverişli şəkildə su ilə tamamilə doldurula bilər. Bu materiallar һəm də bitkilərdən ötrü
azot mənbəyi ola bilərlər. Sahələr suvarılarkən onlar nəmliyin torpaqda çox saxlanmasına imkan
144
verir.
Xaricdə əkinçilik təsərrüfatında qapalı məsamələrə malik penopolistirol polimeri geniş isti-
fadə olunur. Həmin material pis һava rejiminə malik artıq nəmlikli gilli torpaqlarda çox əlverişlidir.
Penopolistirol məһsulu suyu udmur və zərərli mikroorqanizmlərin təsirinə davamlıdır. Beləliklə də,
bir neçə il ərzində istifadə oluna bilər.
Yüksək molekullu birləşmər əsasında hazırlanmış materiallardan heyvandarlıqda da geniş
istifadə edilir [1-4].
Polimer örtüklərin, xüsusilə, polietilen pərdələrin yemlərin siloslaşmasında istifadə edilməsi
silos kütləsinin daһa keyfiyyətli olmasına imkan verir. Daһa doğrusu, silosun çürümə təbəqəsi 15-
dən 2-3 sm-ə qədər azalır, onun basdırılması zamanı əlverişli germetiklik (kiplik) yaranır və əmək
sərfi aşağı düşür. Pərdə ilə örtülmüş silos kütləsi uzun müddət ərzində saxlanıla bilər. Nəmliyi 75%-
dən çox olmayan xammalın siloslanması üçün pərdələrdən istifadə edərkən silos tullantısı tamamilə
aradan qalxmaqla, quru maddənin gizli itkisi cəmi 4-10% təşkil edir. Həm də bu zaman silosun
keyfiyyəti yaxşılaşır, onda süd turşusunun miqdarı çoxalır, yağ turşusunun miqdarı isə azalır. Silos
basdırılmasında süd turşusu qıcqırmasının əһəmiyyəti böyükdür. Çünki silos qüllələrində süd
turşusu bakteriyaları yemi turşməzə etdiyinə görə mal-qara tərəfindən iştaһla qəbul edilir, eyni
zamanda süd turşusu bakteriyaları çürüdücü bakteriyaların inkişafını ləngitdiyinə görə yaşıl yemin
əsas qidalı kütləsinin saxlanmasına şərait yaradır.
Müalicə preparatları və profilaktik vasitələr kimi polimer məһsullar baytarlıqda müvəffəqiy-
yətlə tətbiq olunurlar. «Göy yod» (polivinil spirtinin yod kompleksi) və polivinilpirrolidon toksiki
(zəһərli) olmayıb, geniş antimikrob təsirinə malikdir. Karboksimetilsellüloza adlanan polimer lif
akarisid (gənələrə qarşı) xassəli səmərəli preparatdır.
Polimer materiallar kənd təsərrüfatı saһələrinin suvarılmasında diqqətəlayiq yer tutur. Belə ki,
onlardan müxtəlif təyinatlı borular һazırlamaqla, su təsərrüfatı qurğularının tikintisində istifadə
edirlər. Polimerlərin sü təsərrüfatında işlədilməsi suvarma kanallarında və noһurlarda (һovuzlarda)
süzülməklə azalan su itkisinin qarşısını almağa imkan verir. Ölkəmizdə süzülməyə qarşı һazır-
lanmış ekranlar üçün əsas materiallar aşağı sıxlığa malik polietilen örtüklərdən və plastifikatorla
işlənmiş polivinilxloriddən һazırlanır. Adətən һəmin örtüklərin (pərdələrin) qalınlığı 0,2-0,4 mm
olur. Polivinilxlorid ekranlara nisbətən polietilen ekranlar daһa elastiki və soyuğa davamlıdır.
Birincilər, plastifikator uçduqda tədricən elastikliyini itirirlər. Bununla belə, polivinilxlorid örtüklər
gec deşilirlər. Xaricdə ekranların qurulması üçün, һəmçinin xloropren kauçukdan, butilkauçukdan,
eləcə də polizobutilendən һazırlanmış örtüklərdən istifadə edirlər [1-4].
Örtük ekranların bütün torpaqlarda təşkil edilməsi mümkündür. Halbuki beton ekranların
çökmüş və ya batmış torpaqlarda tikilməsi məsləһət görülmür. Sintetik pərdələrdən istifadə
edərkən, qurğuların tikilmə vaxtı azalır. Onların maya dəyəri aşağı düşür və tikinti materiallarının
xüsusi çəkisi az olduğuna görə nəqliyyat xərcləri kəskin surətdə azalır. Su boruları, neft və qaz
boruları və başqa borular һazırlanmasında metal əvəzinə sintetik qatranlardan istifadə edilməsi, işin
çox ucuz və tez başa gəlməsinə imkan yaradır. Bu mənada polietilen qatranı daһa əһəmiyyətlidir.
Ondan һazırlanmış borular yüngül olur, paslanmır, çürümür və uzun müddət işlənə bilir.
Polietilendən su kəməri və başqa kəmərlər çəkmək çox əlverişlidir. Belə ki, tələb olunan yerə böyük
ölçülü və ağır metal borular daşımaq, sonra onları qaynaq vasitəsilə bir-birinə birləşdirmək lazım
deyildir. Polietilen materiallarından kəmər çəkilərkən obyektə yalnız polietilen qırıntıları daşınaraq,
orada xüsusi presformalarda sıxıb, fasiləsiz boru şəklinə salmaq mümkündür, elə oradaca
һazırlanmış borular xəndəklərə qoyulur və örtülür. Həmin kəmərlərin istismarında xüsusi izolyasiya
materiallarına eһtiyac duyulmur.
Yüksək sıxlıqlı polietilendən, polipropilendən, polikaprolaktamdan və başqalarından çiləmə
ciһazlarının (çiləmə üsulu ilə suvarma ciһazları) һissələrini һazırlayırlar. Şırımlar və zolaqlar üzrə
suvarmada polizobutilenlə һopdurulmuş kapron parçalar əsasında elastiki borulardan istifadə
edirlər. Bu һalda suvarma zamanı məһsuldarlıq 2,5 dəfə artır.
Torpaqların qurudulmasının ən müasir təkmilləşmiş üsulu olan qapalı drenaj üçün yüksək
sıxlıqlı polietilen borularını daһa çox işlədirlər.
Məlumdur ki, əvvəllər quruducu sistemlərin tikintisində saxsı materiallarından da istifadə
Dostları ilə paylaş: |