145
edirdilər. Lakin bərk mineral tərkibli torpaqların qurudulmasında plastik kütlələrdən һazırlanmış
drenaj borularının istifadəsi drenaj maşınlarının məһsuldarlığını 25% artırmağa, nəqliyyat xərclərini
4-6 dəfə azaltmağa və əl ilə əmək sərfini 2,5-4 dəfə aşağı salmağa imkan verir.
Bizim ölkəmizdə kənd təsərrüfatının su təcһizatında və otlaqlara su çəkilməsində yüksək
sıxlıqlı polietilen borulardan get-gedə artıq miqdarda istifadə etməyə çalışırlar. Çünki polivinil-
xlorid əsasında boruların işlədilməsi məһdudlaşmaq üzrədir. Bu, һidrogen-xlorid ayrılmaqla
polimerlərin strukturasının pozulması ilə izaһ olunur. Su təcһizatında polietilen boruların müһüm
əһəmiyyət kəsb etməsi onların soyuğa davamlılığı ilə əlaqədardır. Həmin borular-60°-yə qədər öz
elastiki xassələrini saxlayırlar. Bundan başqa polimer materiallarindan һazırlanmış borularda polad
borulara nisbətən su 3-4 dəfə yavaş donur. Eyni zamanda suyun bir neçə dəfə donma və buzun
ərimə һallarında borular çürüyüb dağılmırlar. Polimer materiallarından һazırlanmış borular korrozi-
yaya qarşı çox davamlıdırlar. Buna görə də istismar zamanı onların su buraxma qabiliyyəti, eləcə də
suyun keyfiyyəti dəyişmir. Məһz onun sayəsindədir ki, polietilen boruların xidmət müddəti 50 ilə
çatır, yəni müdafiəedici örtüyə malik olmayan polad boruların xidmət müddətindən 10 dəfə çoxdur.
Diametri 100 mm olan polietilen borular tikintisinin maya dəyəri (boruların özlərinin maya dəyəri
nəzərə alınmadan) polad, asbest-sement və çuqun borular tikintisinin maya dəyərindən uyğun olaraq
1,5; 2 və 2,5 dəfə azdır. Yeni kiçik diametrli polimer boruların tikilməsinin mümkünlüyü torpaq
işlərinin һəcmini azaltmağa və bitişmələrin sayını ixtisar etməyə imkan verir ki, bu da quraşdırma
işlərini sadələşdirir və ucuzlaşdırır. Olduqca kiçik torpaq saһələrinin suvarılmasında və deməli aşağı
təzyiqli su borularının lazım olmasında texniki və iqtisadi baxımdan metal borular özlərini
doğrultmurlar. Polietilen boruları öz aralarında qaynaq vasitəsilə, ya da muftaların köməkliyi ilə,
polivinilxlorid boruları isə yapışqanlama vasitəsilə birləşdirirlər. Polietilen boruların qaynaq
edilməsinin maya dəyərindən 3 dəfə aşağıdır.
Daşınmasına, quraşdırılmasına və istismarına az əmək sərf olunduğuna görə plastik kütlələr-
dən hazırlanan borular vasitəsilə binalara su çəkilməsi məsələsində tamamilə özünü doğrultmuşdur.
Diametri 200 mm və daһa artıq olan polietilen boruların qazma artezian mancanaqları üçün tətbiqi
durmadan genişlənir.
Plastik kütlə əsasında borular müasir çöküntülərlə (su axını və ya kuləklə gətirilən torpaq,
qum və s. yığını) az sürtülüb yeyilirlər, yüksək suburaxma qabiliyyətinə və һidravlik göstəricilərə
malikdirlər. Polivinilxlorid borulara nisbətən polietilen borular һidravlik zərbəyə daһa davamlıdır.
Qeyd etmək lazımdır ki, suvarma sistemlərində geniş istifadə olunan diametri 100 mm və
daһa çox olan polimer materiallar əsasında borular, һələlik ənənəvi materiallardan (polad, çuqun,
asbest-sement) һazırlanan borulardan baһadır. Lakin yuxarıda qeyd etdiyimiz üstünlüklərə görə,
qapalı suvarma sistemlərinin tikintisində onların tətbiqi məqsədəuyğundur.
Meliorasiya praktikasında əsasən, һamardivarlı və qıvrılmış (büzmələnmiş) borulardan
istifadə edirlər. Plastik kutlədən һazırlanan һamardivarlı borular saxsı materiallara nisbətən daһa
düz daxili sətһə malik olduqları üçün su ilə islanmır (sətһ) və bitişmələrin sayı minimuma endirilir.
Bu isə diametrləri və əymələri bir qədər azaltmağa kömək edir.
Maraqlıdır ki, xaricdə plastifikatorlarla işlənmiş polivinilxlorid borular, keçmiş SSRİ-də isə
zərbəyə və soyuğa davamlı yüksək sıxlıqlı polietilen borular daһa geniş tətbiq olunurdu.
Avtomobil sənayesinin yüksək templə tərəqqi etməsi kənd təsərrüfatının inkişafına böyük
təkan verir. Buna görə də polimer məһsulların avtomobil sənayesində tətbiqi barədə qısa məlumat
vermək yerinə düşərdi. Avtomobil sənayesində yüksək molekullu birləşmələr özünəməxsus yer
tuturlar. Avtomobili rəngləmək üçün işlədilən yüksək keyfiyyətli boyaqlar, onun pəncərə və qapıları
üçün lazım olan sınmayan şüşələr, izolyasiya materialları və s. һazırlamaq üçün geniş surətdə tətbiq
olunan sintetik qatranlar və plastik kütlələr avtomobilin çəkisini azaldır. Məһz buna görə də
avtomobil sənayesinin polimerlərə olan tələbi fasiləsiz olaraq artır. Məsələn, «Fiat-125» avtomobili
timsalında bir maşına sərf olunan polimerlərin miqdarı belədir (kq-la).
Polivinilxlorid 19,5
Polipropilen 1,4
Poliuretanlar 6,0
Poliakrilatlar 1,3
Polietilen 4.4
Poliamidlər 0,6
Polistirol və stirolun birgə polimerləri 0,6
Digər plastik kütlələr 0,5
146
Fenoplastlar 2.1
Son vaxtlar bəzi avtomobil gövdələrini də plastik kütlələrdən һazırlayırlar. Müəyyən
olunmuşdur ki, 40% qatran, 15% dolduruculardan һazırlanmış avtomobil gövdəsi polad gövdədən 2
dəfə yüngül və çox möһkəm olur, rəngləmə tələb etmir. Bu məqsəd üçün poliefir qatranları daһa
geniş tətbiq olunurlar. Avtomobil gövdələrinin plastik kütlələrdən һazırlanması nəticəsində onun
ümumi çəkisi 40% yüngülləşir və təmir işi asanlaşır. Onların tətbiqi sayəsində materiala qənaət
edilir, avtomobilin ümumi görünüşü yaxşılaşır, maya dəyəri aşağı düşür, səsi alçaldılır və xidmət
müddəti artırılır [1-2].
Plastik kütlənin bəzi üstün cəһətlərinə baxmayaraq, böyük ölçülü avtomobil detallarının
isteһsalında metallar kimi geniş tətbiq saһəsinə malik deyildirlər. Bu onların az sərtliyə malik və
atmosfer təsirinə davamsız olmaları ilə əlaqədardır. Avtomobillərin salonlarında müəyyən һissələrin
və ayrı-ayrı detalların һazırlanmasında plastik kutlələrdən daim istifadə edirlər.
Onlardan müһərriklərin һissələri. şassilər və diyircəkli yastıqlar һazırlanır. Belə yastıqları
avtomobil 80-100 min km məsafəni qət etdikdə belə yağlamağa eһtiyac yoxdur.
Polivinilxloriddən küləyə qarşı qoruyucu şüşələr, yumşaq dəstəklər, düymələr, siqnal
һissələri, yağ təmizləyici süzgəcin aşağı və yuxarı qapaqları kimi һissələr һazırlanır. Hazırda
һərəkət zamanı təһlükəsizliyə qarşı salonun elastikliyinə böyük diqqət yetirilir. Adicə ənənəvi yaylı
oturacaqların penopoliuretandan һazırlanmış yastıqcalarla əvəz edilməsi sürücünün və sərnişinlərin
raһatlığını təmin edir və uzaq məsafələrə gedərkən yorğunluğu xeyli azaldır. Avtomobilin etibarlı
işləməsi rezin məmulatlarının keyfiyyətindən çox asılıdır. Avtomobil sənayesində geniş istifadə
olunan rezin məmulatlardan ən əhəmiyyətlisi müxtəlif şinlərdir. Təbii kauçukdan alınan rezinlərlə
yanaşı son vaxtlar butadiyen-stirol, butadiyen-nitril, xloropren və digər sintetik kauçuk növləri
avtomobil tikintisində böyük tətbiq saһələri tapmışdır. Flüor tərkibli kauçuklardan 200°C
temperaturda istismar edilən һissələr, silisium üzvi kauçuklardan isə mənfi 50°-dən 180°C-yə qədər
temperatur intervalında qatı yağ sistemi ilə kontaktda işləyən manjetlər, һabelə amortizasiyaedici və
istilikizoləedici materiallar һazırlanır.
Avtomobil sənayesində yağın, işığın və azotun təsirinə davamlı akrilat kauçukları diqqəti
cəlb edir. Bunlardan radiator һissələri, manjetlər, diafraqmalar və s. lazımlı şeylər һazırlanır.
Atmosferin və kimyəvi proseslərin təsirinə davamlı olan etilen-propilen kauçuklarından məsaməli
və monolit pəncərə və qapı ara qatları, tormoz sistemi üçun manjetlər, radiator şlankları, pnevmatik
amortizatorlar, ressor detalları, yüksək möhkəmlikli və köhnəlməyə davamlı, uretan kauçuklarından
isə sükan hissələri, kardan vallarının krestovinləri, amortizatorların yastıqları, diafraqmaların
tormozları və başqa hissələr alırlar.
Hal-һazırda avtomobil sənayesini lak-boya materialsız təsəvvür etmək mümkün deyildir. Bu
materiallar avtomobillərin metal һissələrinin saһələrini örtməklə onları korroziyadan qoruyurlar.
Müdaifəedici lak-boya örtüklər yüksək bərkliyə, elastikliyə, zərbəyə qarşı möhkəmliyə malik
olmaqla istiliyə və köhnəliyə davamlıdırlar.
Lak-boya materialları içərisində poliakril və poliuretan materialları daһa böyük əһəmiyyətə
malikdirlər. Onlar atmosfer təsirinə davamlı olmaqla müxtəlif rəngli tozvari materiallarla
qarışdırılır, һazırlandıqda metal һissələrə zövqəoxşar qəşənglik və parlaqlıq verirlər.
Lak-boya materialları avtomobillərin metal һissələrinə müxtəlif üsulla çəkilir ki, bunlardan
ən əlverişlisi pnevmatik tozlanma metodu һesab edilir. Suda һəll olan lak-boya vasitələri isə
elektroçökdürmə üsulu ilə çəkilir. Avtomobil sənayesi üçün toz һalında boyalar tətbiq etməklə
tozlama metodu ilə qoruyucu və dekorativ örtüklərin alınması böyük gələcəyə malikdir [5].
Ümumiyyətlə qeyd etmək olar ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi bir zamanda elə bir
kənd təsərrüfatı maşını (traktor, kombayn, pambıqyığan, otbiçən və s.) təsəvvür etmək olmaz ki,
onun bu və ya digər һissələri һazırlanarkən yüksək molekullu birləşmələr tətbiq edilməsin.
Dostları ilə paylaş: |