Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   58   59   60   61   62   63   64   65   ...   134

129 
5.
 
Mirzəyev G.S. Xəzərin Abşeron yarımadasının sahilboyu sularında bentik orqanizimlərin və 
çanaqlı xərçənglərin növ tərkibi və yayılması. Zoologiya İnstitutunun əsərləri, XXVIII cild., 
Bakı, 2008, s. 551- 558. 
6.
 
Mirzəyev G.S. Orta Xəzərin Şimal Abşeron körfəzinin mikro və makrozoobentosu. 
Zoologiya İnstitutunun əsərləri, Cild.30, №1, Bakı, 2012, s. 167- 171. 
7.
 
Süleymanova Ə.Ə. Xəzərin Şimali Abşeron Körfəzi makrozoobentosunun növ tərkibi, 
yayılması və inkişaf dinamikası, Zoologiya İnstitutunun əsərləri, XXVIII cild., Bakı, 2008, 
s. 551- 558. 
 
ABSTRACT 
Geray Mirzayev 
Qachay Ismayilov 
The current state of the makrozoobentic animals the  coastal waters of the coastal 
waters of the  AbsheronPenisula of the Caspian Sea 
Material  for  the  articles  were  benthic  samples  seasonal  collected  during  the  period  2012- 
2013. Instudents in the coastal waters of Absheron peninsula of Caspian Sea just found 48 species 
belonging  to  9  different  taxonomic  groups.  Among  which  the  number  of  species  dominated  by 
amphipods (15 species) and the second place belongs to shellfish (10 species). Species composition 
makroozobentic  organisms  unstable  and  changes  over  year  and  seasons.  Maximums  number  of 
makroozobenthosspesies  (40-  48  species)  found  in  spring  and  summer,  and  the  minimum  (24-  28 
species) in the autumn season. 
 
РЕЗЮМЕ 
Герай Мирзоев 
Гачай Исмаилов 
Современное состояние макрозообентических животных прибрежных вод 
Апшеронского полуострова Каспийского моря  
Материал для статьи послужили бентические пробы собранные за  период 2012- 2013 
гг сезонов. При  исследованиивприбрежныхвод Апшеронского полуострав Каспийского моря 
всего  обнаружено  48  видов,  относящихся  к  различным  систематическим  группам.  Среди 
которых  по  числу  видов  доминируют  амфиподы  (15  видов)  и  второе  место  занимают 
моллюски  (10  видов).  Видовой  состав  макрозообетических  организмов  непостоянен  и 
изменяется  по  годам  и  сезонам.  Максимальное  число  видов  макрозообетосе  (40-  48  видов) 
обнаружено в весенне- летнем, а минимальное (24- 28 видов)- в осеннем сезоне.  
 
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent   
M. Piriyev
 
 
 


130 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
KİMYA 
TOFİQ ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
tofig_aliyev@ yahoo.com 
YAŞAR HASANOĞLU 
Ağrı-İbrahim ÇeçenUniversiteti 
hasanoğlu63@minet.com 
UOT:620.197.3 
KORROZİYATƏDQİQATLARINDA  ELEKTROKİMYƏVİ İMPEDANS 
SPEKTROSKOPİYASI (EİS) ÜSULUNDAN İSTİFADƏ 
Açar  sözlər:  Korroziya  sürəti,  Elektrokimyəvi  üsullar,  Elektrokimyəvi  İmpedans 
spektroskopiyası, Nyquist diaqramı 
Kлючевые  слова:  скоросмь  коррози,  Элэктрохuмuческuе  методы,  электрохимическая 
импедансная спектроскопия (ЭИС), Диаграмма Найквиста 
Key 
words: 
corrosion 
speed;electrochemiсal  methods;electrochemiсal  impedance 
spectroscopy (EİS);Nyquist plot 
Göstərmişdik  [1]ki,uzun  müddət  ərzində  korroziya  tədqiqatlarında  korroziya  sürəti  daha  çox 
qravimetrik  və  ya  çəki  azalması  üsulu  ilə  təyin  edilmişdir.Məlum  müsbət  cəhətləri  ilə  yanaşı  bu 
üsulun iki qüsurlu cəhətinin də olması yeni-daha müasir,ekspress üsulların axtarışını zəruri etmişdir 
[1].Əvvəllər  [1]korroziya  tədqiqatlarında  belə  üsullardan  biri  olan  polyarizasiya  müqavimətinin 
təyini üsulundan istifadə ilə bağlı məlumat vermişdik.Təqdim edilən məqalədə müasir dövrdə kor-
roziya tədqiqatlarında  istifadə  edilən  başqa  bir  elektrokimyəvi  üsula-dəyişən cəryan  impedansının 
ölçülməsi və ya elektrokimyəvi impedans spektroskopiyası (EİS)üsuluna həsr edilmişdir. 
Belə  ki,korroziya  sürətinin  təyin  edilməsi  üsullarından  biri  də  elektrodun  səth  təbəqəsini 
korlamadan həyata keçirilə bilən və elektrokimyəvi tədqiqat üsullarından biri olan dəyişən cərəyan 
(DC)  impedansı  üsuludur.  Yüksək  müqavimətli  sistemlərdə  də  ölçmə  aparıla  bilməsi  bu  üsulun 
digər  üsullardan  mövcud  olan  üstünlüklərindən  biridir.İmpedans  üsulu  (ingiliscə  “impedance”, 
latınca  “impedio”  sözlərindən  götürülmüşdür  ki,  bu  da  “mane  oluram”  mənasını  verir)  elektrod-
elektrolit sərhəddində  yaranan ikiqat elektrik təbəqəsini, orada baş verən  proseslərin mexanizm və 
kinetikasını  öyrənən  üsuldur.  Üsul  özü  elektrokimyəvi  özəyin  tam  müqavimətinin  (impedansının) 
və  bu  müqavimətin  dəyişən  cərəyanın  tezliyindən  asılılığının  ölçülməsinə  əsaslanır.  Başqa  sözlə,  
qeyd  edilən  üsul  elektrokimyəvi  özəyin  impedansının,  cərəyanın  tezliyinin  funksiyası  kimi  ölçül-
məsinə  əsaslanır.  Bunun  üçün  işçi  elektroda  müəyyən  müddət  ərzində,  dəyişən  tezlik  aralığında, 
kiçik diapozonlu dəyişən cərəyan verilir[2-5].  
Elektrokimya  kursundan  [6]  məlumdur  ki,  elektrokimyəvi  özəyin  (  qalvanik  elementin, 
elektroliz  qurğusunun)  daxili  dövrəsinin  tam  müqaviməti  (impedansı)  dövrədən  sabit  cərəyan 
keçdikdə məhlulun Omik müqaviməti Rm (R
m
 simvolu əvəzinə əksər ədəbiyyatlarda onun ingiliscə 
adına  uyğun  olaraq  R

simvolundan  istifadə  edilir  )və  ikiqat  elektrik  təbəqəsində  yaranan 
müqavimətin  cəmindən  ibarət  olur  (ikiqat  elektrik  təbəqəsində  mümkün  olan  elektrik  keçiriciliyi 
orda  baş  verən  elektrokimyəvi  reaksiyalar  sayəsində  mümkün  olur).  Elektrokimyəvi  proseslərin 
getməsinə  qarşı  yaranan  müqavimət  Faradey  müqaviməti  R

və  ya  elektrokimyəvi  polyarizasiya 
müqaviməti R

adlandırılır. Elektrokimyəvi reaksiyaların getməsi nəticəsində yarananan cərəyan isə 
Faradey cərəyanı İ

adlandırılır. Məhlulun Omik müqavimətindən fərqli olaraq Faradey müqaviməti 
Om qanununa tabe olmur. Rm (və yaR

 ) və R
f   
(
 
və yaR
p
)  müqavimətləri eyni tərtibdə olduğundan 
sabit cərəyanla məhlulun müqavimətini təyin etmək çətinlik törədir.[6] 
Elektrokimyəvi  özəkdən  dəyişən  cərəyan  keçdikdə  sərhəd  təbəqəsində  metalın  elektron 
keçiriciliyinin məhlulun ion keçiriciliyinə çevrilməsi və ya transformasiyası iki yolla mümkün olur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə