Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   60   61   62   63   64   65   66   67   ...   134

134 
Yuxarıda  qeyd  olunduğu  kimi,  dəyişən  cərəyan  impedansı  üsulunda  istifadə  edilən  texnika 
Elektrokimyəvi İmpedans Spektroskopiyası (EİS) da adlandırılır. Bu üsulla əldə edilən nəticələr Nyquist 
(şəkil 4.) və Bode diaqramları şəklində ifadə edilir. EİS üsulunda korroziya sürətini təyin etmək üçün 
həyata keçirilən ölçmələr açıq dövrə potensialında (Eadp), yəni korroziya potensialında icra edilir. Bu 
halda  bir  qayda  olaraq  5-10mV  potensial  aralığına  malik  diapazon  istifadə  edilir.  Dəyişən  cərəyanın 
tezliyi işin xüsusiyyətindən, sistemin xarakterindən və istifadə edilən cihazın texniki imkanlarından (bu 
məqsədlə hazırda müxtəlif markalı “potensiostat-qalvanostatlar”dan istifadə edilir) asılı olaraq müxtəlif 
tezlik diapazonunda, məsələn 10
5
-1Hz  aralığında dəyişdirilə bilər.  
Əldə edilən Nyquist diaqramlarının(həqiqi impedansla z
ı
  kompleks  impedansın  Z
ıı
 bir-birinə 
görə dəyişməsini göstərən) köməkliyi ilə polyarizasiya müqaviməti R
p
 müəyyən edilir. Bunun üçün 
metal-  məhlul  fazalararası  sərhəddə  nəzəri  olaraq  gözlənilən  müqavimət  və  tutum  elementlərinə 
görə  uyğun  bir  ekvivalent  dövrə  qurub  xüsusi  proqramların  (fittinq)  köməkliyi  ilə  kompyuterdə 
bütün lazımlı parametrlər əldə edilib metal səthində baş verən proseslər haqda mühakimə yürüdülür.  
Metal  –  məhlul  fazalararası  sərhəddə  yaranan  ikiqat  elektrik  təbəqəsinin  elektrik  tutumu 
aşağıdakı tənliklə hesablanır: 
C
it

 
   (  ״    )    
                  (t.10.) 
Qeyd etmək lazımdır ki, əldə edilən Nyquist diaqramları ümumiyyətlə, düşünülən elektronik 
ekvivalent  dövrələrə  tam  uyğun  gəlmir.  Digər  tərəfdən,dövrədə  olan  kondensatorun  cərəyan 
axmasına  imkan  vermədiyi  də  məlumdur.  Halbuki  elektrokimyəvi  sistemlərdə  metal-məhlul 
fazalararası  sərhəddə  yük  toplanması  ilə  birlikdə  cərəyan  keçidi  də  baş  verir.  Buna  görə  də 
ekvivalent    dövrələrdə  kondensatorun  yerinə  keçəcək,  ancaq  qaydalara  görə  müqavimət  təsiri  də 
göstərə bilən bir anlayış  olaraq səthin faza sabiti (constant  phose element, Q
de
 ) qəbul edilmişdir. 
Bu  yeni  anlayış  tutum ilə  müqavimət  arasında mümkün  olan  qiymətləri aşağıdakı  tənlik vasitəsilə 
ifadə edir:  
   
(  )  
 
           (       )
 
Burada n, -1≤n<1 aralığında dəyişir və aldığı qiymətlərdən asılı olaraq faza sabitinin mənası da dəyişir. 
Belə  ki,  n=-1  olduqda  induktivlik  təsiri,  n=0  olduqda  müqavimətin  təsiri,  n=1/2  olduqda  Warburq  və 
n=1 olduqda isə ideal kondensator təsiri özünü göstərir. 
Nyquist diaqramlarından müqavimətin  qiymətlərini tam olaraq müəyyən etmək çox vaxt çətinlik 
törətdiyindən  praktikada  real  müqavimətin  (həqiqi  impedansın)  tezlikdən  asılı  olaraq  dəyişməsini  əks 
etdirən  Bode  diaqramlarından  da  istifadə  edilir.  Bode  diaqramları  ya  lgf-θ  və  ya  lgf-lgz  şəklində 
verilir(burada  θ - faza bucagıdır). Yüksək tezlik bölgəsində metalın səthində baş verən proseslər haqda 
daha ətraflı məlumat əldə etmək üçün faza bucağı – tezlik asılılıqlarından xüsusilə geniş  istifadə edilir. 
Faza  bucağının  qiyməti    θ  ideal  kondensatorlarda  90  –  dır.  Hər  hansı  bir  sistemin  faza  bucağının 
qiymətinin  bu  qiymətə  yaxın  olması  metal  səthinin  korroziya  prosesinə  qarşı  son  dərəcə  yüksək 
müqavimət  göstərdiyini  əks  etdirir.  Lgf  –  lgz  şəklində  qurulan  Bode  diaqramlarından  ekstrapolyasiya 
üsulu ilə R

müqaviməti təyin edilir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliyev  Tofiq,  Hasanoğlu  Yaşar,  Hüseynova  Nəcibə  Korroziya  tədqiqatlarında  polyarizasiya 
müqavimətinin  təyini  üsulundan  istifadə.  Naxçıvan  Dövlət  Universiteti.  Elmi  əsərlər  (təbiət  və 
tibb elmləri seriyası)  2016. №7 (80). s.117-119  
2.
 
Elkadi L., Merkari B.,Traisnel M., Bentiss F.,Lagrence  M.Corros.sci.2000. №42.p.730 
3.
 
Erbil M.Alternativ Akım (AC) yöntemiyle korozyon hızı belirlenmesi.-Doğa. 1987.3.s.100-111 
4.
 
Ashassi-Sorkhabi H., Aliyev T.A., Nasiri  S., Zareipoor R.  Amsterdam. Elsevier.Electrochimica 
Acta.2007. №52.p.5238 
5.
 
Aлиев T.A.,Ashassi-Sorkhabi  H.,Гусейнов К.З.,Seifzadeh D. Москва. Практика противокор-
розионной  защиты. 2009, №2(52).с.50. 
6.
 
Подобаев Н.И. Электрохимия.-М.,Просвещение.1977. -152с. 
7.
 
Əliyev T.A.Kimya elmləri doktoru... dissertasiya. Bakı. 2011. BDU-290s. 


135 
8.
 
Yalçınkaya  Süleyman  Doktora  tezi.  (Kimya  anabilim  dalı)-Adana,  Çukurova  Üniversitesi,  Fen 
bilimleri Enstitüsü. 2008 -146s.  
 
ABSTRACT 
Tofig Aliyev 
Yashar Hassanoghly 
Use of electrochemical impedance spectroscopy (EIS) method in the corrosion researches 
 
The article deals with the electrochemical impedance spectroscopy (EIS) method which is one 
of modern electrochemical methods in the  corrosion researches. The paper explains the essence and  
theoretical   basics of the method and points out the advantages and disadvantages  of the method 
compared  to  others.  It  also  provides  the  possibility  of  calculating  the  important  corrosion  and   
electrochemical parameters as  Rp, R
f,
, C
dl
, etc. 
 
 
РЕЗЮМЕ 
Тофик Алиев 
Яшар Гасаноглы 
Применение метода электрохимического импедансного спектроскопии (эис) в 
коррозионных исслелованиях 
 
Статья посвящена одним из совроменным электрохимическим методом коррозионных 
исследований,  а  именно,  методом  электрохим  ической  импедансной  спектроскопии  (ЭИС). 
Описано сушность и теоретические основы этого метода, показано преимщество и недостатки 
указанного  метода  по  сравнению  с  другими  методами.  Показано  возможность  вычисления 
таких важных коррозионных  и элэктрохимических параметров,как R
p ,
R
f , 
C
dl 
 и т.д. 
 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor T. Əliyev
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə