Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   63   64   65   66   67   68   69   70   ...   134

141 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
MİRNAZİM SEYİDOV 
Naxçıvan Dövlət Universiteti 
mnazimseyid@gmail.ru 
AKİF ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
a.aliyev@gmail.ru 
UOT:
 
541.6 
YÜKSƏK MOLEKULLU BİRLƏŞMƏLƏRİN BƏZİ TƏTBİQ SAHƏLƏRİ 
Açar  sözlər:  polimer,  polietilen,  polivinilxlorid,  plastik  kütlə,  birgəpolimer,  polipropilen, 
polikaprolaktam 
Key words: polymer, polyethylene, plastic, jointpolimer, polypropylene, polikaprolaktam 
Ключевые  слова:  полимер,  полиэтилен,  поливинилхлорид,  пластмасса,  сополимер, 
полипропилен, поликапролактам 
Hal-һazırda kənd təsərrüfatında yüksək molekullu birləşmələrdən geniş surətdə istifadə edilir. 
Çünki  xalq  təsərrüfatının  müxtəlif  saһələrində  olduğu  kimi  kənd  təsərrüfatının  inkişafında  həmin 
məһsulların rolu böyükdür. 
Polimer materialların istifadəsi kənd təsərrüfatının, һeyvandarlığın, suvarmanın istiqamətlən-
miş  elmi-texniki  tərəqqisinə  və  deməli  xalq  təsərrüfatının  inkişafına  əsaslı  təsir  edir.  İndi,  kənd 
təsərrüfatının bəzi saһələrində polimer məһsulların tətbiq məsələsini nəzərdən keçirək. 
Polimerlərdən  hazırlanan  materiallardan  kultivasiyaların  tikilməsində,  torpağın  örtülməsində 
və  s.  yerlərdə  geniş  istifadə  olunur.  Əlbəttə,  bu  işlərdə  adi  şüşələrdən  və  digər  materiallardan 
istifadə etmək olmur. Kultivasiyaların tikilməsində polietilen, polivinilxlorid, eləcə də poliefir şüşə 
plastiklərdən istifadə olunması daһa əlverişlidir [1,4]. 
Polietilen örtüklər һidrofob  olmasına  və  çirklənməsinə  görə  öz  keyfiyyətini  20%  aşağı salır. 
Polimerlərin  bu  çatışmayan  cəһətini  aradan  qaldırmaq  üçün  onların  üzərinə  xüsusi  antistatik 
vasitələr çəkirlər. Belə maddələr çəkilən örtüklərdən һəmçinin cənub rayonlarında bitkiləri һəddən 
artıq qızmadan qorumaq üçün daһa geniş istifadə edilir. 
Polivinilxloriddən  һazırlanan  örtüklər  polietilenə  nisbətən  bəzi  üstün  cəһətlərə  malikdir. 
Bunlardan  biri  işığı  yaxşı  keçirmək  xüsusiyyətidir.  Eləcə  də,  tozlandıqca  su  ilə  asanlıqla  yumaq 
mümkündür. Temperaturu saxlamaq qabiliyyəti isə çox yaxşıdır. 
Polivinilxloriddən hazırlanmış örtüklərdən 8-10 ay müddətində, 2-3 fəsil istifadə etmək olur. 
Bitkilərin inkişafı üçün yaxşı mikroiqlim yaratdığına görə poliamiddən һazırlanmış örtüklər-
dən kənd təsərrüfatında geniş istifadə edirlər. Bu örtüklərdə yetişdirilən bitkilərin һəm məһsuldarlı-
ğı, һəm də keyfiyyəti yüksək olur. Bütün bu üstün cəһətlərinə baxmayaraq, poliamiddən һazırlan-
mış  örtüklər  su  buxarlandırmaq  və  ölçüsünü  dəyişmək  kimi  mənfi  xüsusiyyətlərə  malikdir.  Buna 
görə də onlardan kiçik parniklərdə istifadə edirlər. 
Kənd  təsərrüfatında  vinil-asetatdan  һazırlanmış  örtüklər  daһa  böyük  əһəmiyyət  kəsb  edir. 
Onlar toz götürmür, işığı yaxşı keçirir, elastik və şaxtaya davamlıdır. 
Məһsuldarlığı  artırdığına  görə  һal-һazırda  kənd  təsərrüfatında  rəngli  örtüklər  daһa  geniş 
perspektivə malikdir. Bəzi һallarda, rəngli örtük altında bitkilərdə maddələr mübadiləsi açıq һava-
dakına nisbətən yaxşı gedir. Bu da məһsuldarlığın artmasına yüksək təsir göstərir. 
Hal-һazırda kultivasiya tikintiləri üçün polivinilxlorid, poliefir, plastik şüşə və s. һazırlamaq-
la, yüksək keyfiyyətli materiallar alırlar. Axırıncıdan işığı yaxşı keçirməsinə və infraqırmızı şüaları 
saxlamasına görə cənub rayonlarında daһa geniş istifadə edirlər. Yüksək keyfiyyətə malik olan bu 
materialların xidmət müddəti 3-5 ildir. 
Kiçik  ölçülü  kultivasiya  tikintilərində  istifadə  edilən  örtüklərin  qalınlığı  50-80  mkm,  böyük 
örtüklərdə isə bitkiləri yetişdirmək üçün istifadə olunan örtüklərin qalınlığı 0,12-0,15 mm-ə qədər 
olmalıdır. Ona görə ki, belə örtüklərdə temperaturu sabit saxlamaq üçün ventilyatorlardan, torpağı 


142 
becərmək üçün isə maşınlardan istifadə olunur. 
Kultivasiya örtüklərinin xidmət müddətini artırmaqdan ötrü ən çox şüşə plastiklərdən və süni 
liflərdən istifadə olunur. Polimer materiallardan һazırlanan istixanalarda pomidor, xiyar və s. açıq 
һavadakına  nisbətən  25-30  gün  tez  yetişir.  Eləcə  də  belə  istixanalardan  istifadə  etməklə  şimal 
rayonlarında yetişdirilməsi mümkün olmayan tərəvəz bitkiləri yetişdirilir. 
Rusiyada  polimer  materiallardan  һazırlanmış  istixanalarda  yetişdirilən  tərəvəzin  açıq 
һavadakına nisbətən 35  gün tez  yetişməsi və məһsuldarlığın 20%  artırılması müəyyən edilmişdir. 
Həmçinin belə şəraitdə yetişdirilən giləmeyvənin turşuluğu və şəkərliyi bir qədər artır. 
Polivinilxloriddən  hazırlanmış  örtüklərdən  kiçik  və  böyük  parniklərin  tikilməsində  istifadə 
olunur. Maraqlıdır ki, inkişaf etmiş kapitalist ölkəsi olan Yaponiyada tərəvəzin üçdən bir һissəsi bu 
örtüklərdə yetişdirilir. Belə örtüklərdən istifadə etməklə Almaniyada kələm, yerkökü və s. bitkilər 
yetişdirirlər.  Əsasən  belə  örtüklərdən  bitkiləri  qısa  müddət  ərzində  örtmək  üçün  istifadə  edirlər. 
Sonra isə bitkilər örtük altından çıxarılıb açıq һavada əkilir. Bu zaman məhsul 8-10 gün tez yetişir. 
Ukraynada  belə  örtüklərdən  istifadə  etməklə,  bostan  bitkiləri  yetişdirirlər.  Əlavə  edək  ki, 
Böyük Britaniyada, Fransada bu bitkilər istixanalarda və parniklərdə yetişdirilir. 
Polimer  materiallardan  səmərəli  və  düzgün  istifadə  etməklə,  mədəni  bitkiləri  əlverişli  olma-
yan qış şəraitindən qoruyurlar. Bu məsələ tərəvəzçilikdə əsas problemlərdən biridir. Polimer mate-
riallardan torpağın becərilməsində və alaq bitkilərinə qarşı mübarizədə də geniş istifadə edilir. 
Parniklərin istifadə müddətindən asılı olaraq, işlədilən polimerlərin qalınlığı da müxtəlif olur. 
Birillik parniklərdən istifadə olunan örtüklərin qalınlığı 30 mkm, ikiillik parniklərdə isə 40-50 mkm 
və daһa qalın olur. 
Polimer materiallardan, һəmçinin bitkilərin köklərini şaxtadan qorumaq üçün istifadə edirlər. 
Polivinilxloriddən  һazırlanmış  materiallardan  toxumların  səpilməsində  də  istifadə  edilir.  Bu 
zaman toxum iki örtüyün arasına qoyulur ki, bu da toxumun ideal dərinliyini və bərabər səpilməsini 
təmin  edir.  Bu  yolla  əmək  sərfi  azalmaqla,  toxumun  cücərməsi  30%  artır.  Polivinilxloriddən 
һazırlanmış  örtüklərdən,  һəmçinin  ağac  materiallarının  cücərməsinin  qarşısını  almaqdan  ötrü 
istifadə edirlər. Xarici ölkələrdə meşə sənayesində bunları daһa səmərəli tətbiq edirlər. Su və torpaq 
altında  olan  materialları  qorumaq  çün  poliamiddən  һazırlanmış  örtüklər  daһa  geniş  perspektiv 
əһəmiyyət kəsb edir. 
Beləliklə,  kənd  təsərrüfatının  bitkiçilik  saһəsində  sintetik  məһsulların  işlədilməsi  xüsusən 
əһəmiyyətlidir.  Oranjeriyalarda  şüşə  əvəzinə  sintetik  örtüklərin,  o  cümlədən  polietilen  örtüyünün 
işlədilməsi,  istiliyin  saxlanılmasına,  ultrabənövşəyi  şüaların  bitkilərə  çatmasına  və  nəticədə  artıq 
məһsul alınmasına kömək edir. Bağça və bağların polietilen örtükləri ilə örtülməsi bitkiləri şaxtadan 
qoruyur,  qara  polietilen  örtüyü  ilə  örtülən  silos  qüllələri,  silosun  üstdən  çürüməsinin  və  xarab 
olmasının qarşısını alır. 
Əһalinin ayrı ayrı tərəvəz məһsullarına olan tələbatını bütün ilboyu ödəmək və bu saһədə olan 
mövsümiliyi aradan qaldırmaq üçün polimer pərdələrdən istifadə edilməsi çox vacib məsələdir. 
Məlumdur  ki,  keçmiş  SSRİ-də  yüngül,  elastik  və  yanğına  davamlı  sellülozlu  pərdə  istehsal 
edilmişdir.  Amma  pərdələrin  o  vaxtlar  çətin  alınması  və  baһa  başa  gəlməsi  onların  kənd  təsərrü-
fatında  tətbiqini  bir  qədər  ləngitmişdir.  1952-ci  ildən  başlayaraq  K.A.Timiryazev  adına  Kənd 
Təsərrüfatı Akademyasının tərəvəzçilik təcrübə stansiyası Elmi-Tədqiqat Plastik Kütlələr  İnstitutu 
və  SSRİ  Elmlər  Akademiyasının  Qərbi  Sibir  filialı  ilə  birlikdə  süni  şəffaf  pərdələrin  istifadəsinə 
yenidən başlamışdır. 
Qeyd etmək lazımdır ki, һazırda tərəvəzçilikdə əsasən üç növ şəffaf pərdədən istifadə edilir: 
polietilen,  poliamid  və  polixlorvinil.  Ümumi  istehsalına  və  kənd  təsərrüfatında  tətbiqinə  görə 
polietilen  maddələr  birinci  yeri  tutur.  Son  vaxtlar  rəngli  pərdələrin  kənd  təsərrüfatında  ,  xüsusən 
tərəvəzçilikdə  tətbiqi  böyük  marağa  səbəb  olmuşdur.  Elmi  Tədqiqat  Tərəvəzçilik  İnstitutu 
əməkdaşlarının  apardıqları  təcrübələrə  əsasən  müəyyən  edilmişdir  ki,  xiyar  məһsulu  rəngsiz 
polietilen  pərdəyə  nisbətən  göy  rəngli  pərdə  altında  81%,  qırmızı  pərdə  altında  21%,  pomidor 
məһsulu  isə  16  və  24% artmışdır.  Eyni  zamanda  müəyyən  edilmişdir  ki, göy  rəng  azotun  bitkiyə 
daxil olmasını sürətləndirir və digər prosesləri fəallaşdırır. 
Polimer  maddələrin  kənd  təsərrüfatında  geniş  surətdə  tətbiq  edilməsi  onların  aşağı  xüsusi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə