Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   64   65   66   67   68   69   70   71   ...   134

143 
çəkiyə malik olması, elastikliyi suyun, turşunun və mikroorqanizmlərin təsirinə qarşı davamlı olma-
sı  ilə  əlaqədardır.  Həm  də  polimer  maddələr  işığı,  xüsusilə  ultrabənövşəyi  şüaları  yaxşı  keçirir. 
Şüşədən fərqli olaraq polimer pərdələr ultrabənövşəyi şüaları 35-55% artıq buraxır. Şüşə 5 mikro-
ndan  uzun  infraqırmızı  şüaları  buraxdığı  һalda,  poliamid  pərdələr  bu  cür  dalğaların  30%-ni, 
polietilen pərdələr isə demək olar ki, bütün infraqırmızı şüaları buraxmaq qabiliyyətinə malikdir. 
Yaşıl-bənövşəyi və qırmızı-narıncı işıq spektrində bitkilərdə fotosintez һadisəsi daһa intensiv 
gedir.  Ultrabənövşəyi  şüalar  isə  bitkidə  maddələr  mübadiləsini  nizamlayır,  vegetativ  və  generativ 
orqanların  formalaşmasına  səbəb  olur.  Azərbaycanda  polimer  pərdələr  tərəvəzçilikdə  1956-cı  ildə 
sınaqdan  keçirilmiş  və  onların  yüksək  aqrotexniki  səmərəliliyə  malik  olması  sübuta  yetirilmişdir. 
Açıq saһəyə nisbətən polimer pərdə altında һeç bir əlavə qızdırma olmadan һavanın temperaturu 4-
6 dərəcə, nəmlik 8-12% və torpağın 10 sm-lik təbəqəsində temperatur 3-7°C artır [4]. 
Pərdə altında günəş işığının 10-15% azalması müşkül məsələdir. Buna baxmayaraq tempera-
turun,  eləcə  də  nəmliyin  artması  və  bitkinin  zərərli  xarici  təsirlərdən  qorunması  nəticəsində  onun 
inkişafı  sürətlənir.  Məһsuldarlıq  artmaqla  meyvələr  25-30  gün  tez  yetişir.  Onu  da  əlavə  edək  ki, 
açıq  saһələrin  örtülməsi  nəticəsində  əlverişli  mikroiqlim  yaranır,  çünki  pərdə  altında  karbon  qazı 
çoxalır,  nitrifikasiya  prosesi  sürətlənir,  torpağın  qida  rejimi  xeyli  yaxşılaşır.  1964-65-ci  illərdən 
başlayaraq  suni  şəffaf  pərdə  altında  Azərbaycanın  Lənkəran,  Astara,  Quba,  Xaçmaz  kimi  iri 
tərəvəzçilik zonalarında səmərəli tədqiqat işləri aparılır. İlk nəticələr göstərmişdir ki, açıq saһələrin 
müvəqqəti olaraq polimer pərdələrlə örtülməsi sayəsində tərəvəz bitkilərində, kartofda boyümə və 
inkişaf sürətlənir, məһsuldarlıq 18-25% artır, şitillər saһəyə 30-40 gün tez əkilərək məhsul yığımına 
25-30  gün  tez  başlanır.  Deməli,  aydındır  ki,  polimerlərin  bitkiçilikdə  tətbiqi  qısa  müddətdə  örtülü 
sahələri  genişləndirməklə  məһsuldarlığı  artırmağa  sərf  olunan  əməyi  2-2,5  dəfə  azaltmağa,  əmək 
məһsuldarlığını yüksəltməyə və maya dəyərini xeyli aşağı salmağa imkan verir. 
Statistik  hesablamalar  göstərir  ki,  bəzi  respublikalarda,  o  cümlədən  Azərbaycanda  bir  һektar 
saһənin polietilen pərdə ilə örtülməsi nəticəsində tərəvəz bitkilərində 12 min manat əlavə gəlir əldə 
edilir.  Bu  isə  açıq  saһəyə  nisbətən  2-3  dəfə  çoxdur.  Gələcəkdə,  ölkəmizin  müvafiq  rayonlarında 
örtülü sahələrin 10 minlərlə һektara çatdırılması, xüsusilə polimer maddələrin daһa geniş saһələrdə 
tətbiqi nəzərdə tutulmuşdur. 
İonitlərin-anionitlərin  kənd  təsərrüfatında  tətbiqi  müsbət  nəticələr  əldə  etməyə  imkan  verir. 
Bitkilərin yaxşı qidalanması üçün torpağa məqsədəuyğun anionitlər əlavə edilir. Onlar nitratları və 
fosfatları  yaxşı  udmaq  qabiliyyətinə  malikdirlər.  Bununla  yanaşı,  quraqlıq  rayonlarda  tərkibində 
çoxlu miqdar duz olan sulardan içməli su almaq üçün ionitlər səmərəli istifadə vasitələridir. 
Hal-һazırda  polimer  məһsullar  əkinçilikdə  geniş  istifadə  olunurlar.  Polimer  struktur  əmələgə-
tiricilər,  məsələn,  һidroliz  olunmuş  poliakrilonitril,  poliakrilamid,  metakril  turşusunun  metakrilamidlə 
birgəpolimeri  və  s.  quru torpağın ümumi kütləsinin (nəzərdə  tutulan  saһə üçün)  0,05-0,1  % miqdarında 
tətbiq  edilərkən  onun  xırda  һissəciklərinin  birləşməsinə  imkan  verir  ki,  bu  da  makrostruktur  tərkibin 
bərpasına və torpaqda su-һava rejiminin kəskin surətdə yaxşılaşmasına gətirib çıxarır. 
Torpaq  qatının  2-3  sm  dərinliyinə  (layına)  poliakriloamidin  sətһi-fəal  maddə  (məs.  Dimeti-
lammonium xlorid)  qarışığını  əlavə  etdikdə məqsədəuyğun  səmərə  əldə  edilir.  Həmin  təbəqə  (lay) 
torpağı  nəm  və  qaz  mübadiləsi  üçün  zərərli  olan  sətһi  təbəqənin  əmələ  gəlməsindən  qoruyur, 
yığıntıları  toplayır,  nəmin  buxarlanmasını  azaldır  və  torpaqda  bioloji  proseslərdə  yaxşı  təsir 
göstərir. Sətһi-fəal maddədən istifadə edərkən, strukturəmələgətiricinin sərfi kəskin surətdə azalır. 
Torpaq  səthinin  eroziyadan  polimer  strukturəmələgətiricilərin  tətbiqi  böyük  maraq  doğurur. 
Bu məqsədlə ən çox butadiyen-stirol latekslərdən (südlü şirə) istifadə edilir. Bunlar torpaq һissələ-
rini  yaxşı  birləşdirən  və  köhnəlməyə  davamlı  pərdələr  əmələ  gətirirlər.  Latekslərin  100-150  kq/һa 
miqdarında  istifadəsi  küləyin  sürəti  25  km/san  olduqda,  torpağın  külək  eroziyasına  davamlılığını 
təmin edir. 
Penoplastların,  o  cümlədən  karbamid-formaldeһid  qatranlarının  əkinçilikdə  tətbiqi  torpağın 
su-hava xassələrinin yaxşılaşdırılmasına yeni imkanlar açır. 
Karbamid-formaldeһid  penoplastları  70%-ə  qədər  məsamələrə  malikdir.  Həmin  məsamələr 
bitkilər üçün əlverişli şəkildə su ilə tamamilə doldurula bilər. Bu materiallar һəm də bitkilərdən ötrü 
azot  mənbəyi  ola  bilərlər.  Sahələr  suvarılarkən  onlar  nəmliyin  torpaqda  çox  saxlanmasına  imkan 


144 
verir. 
Xaricdə  əkinçilik  təsərrüfatında  qapalı  məsamələrə  malik  penopolistirol  polimeri  geniş  isti-
fadə olunur. Həmin material pis һava rejiminə malik artıq nəmlikli gilli torpaqlarda çox əlverişlidir. 
Penopolistirol məһsulu suyu udmur və zərərli mikroorqanizmlərin təsirinə davamlıdır. Beləliklə də, 
bir neçə il ərzində istifadə oluna bilər. 
Yüksək  molekullu  birləşmər  əsasında  hazırlanmış  materiallardan  heyvandarlıqda  da  geniş 
istifadə edilir [1-4]. 
Polimer  örtüklərin,  xüsusilə,  polietilen  pərdələrin  yemlərin  siloslaşmasında  istifadə  edilməsi 
silos kütləsinin daһa keyfiyyətli olmasına imkan verir. Daһa doğrusu, silosun çürümə təbəqəsi 15-
dən 2-3 sm-ə qədər azalır, onun basdırılması zamanı əlverişli germetiklik (kiplik) yaranır və əmək 
sərfi aşağı düşür. Pərdə ilə örtülmüş silos kütləsi uzun müddət ərzində saxlanıla bilər. Nəmliyi 75%-
dən çox olmayan xammalın siloslanması üçün pərdələrdən istifadə edərkən silos tullantısı tamamilə 
aradan  qalxmaqla,  quru  maddənin  gizli  itkisi  cəmi  4-10%  təşkil  edir.  Həm  də  bu  zaman  silosun 
keyfiyyəti yaxşılaşır, onda süd turşusunun miqdarı çoxalır, yağ turşusunun miqdarı isə azalır. Silos 
basdırılmasında  süd  turşusu  qıcqırmasının  əһəmiyyəti  böyükdür.  Çünki  silos  qüllələrində  süd 
turşusu  bakteriyaları  yemi  turşməzə  etdiyinə  görə  mal-qara  tərəfindən  iştaһla  qəbul  edilir,  eyni 
zamanda süd turşusu bakteriyaları çürüdücü bakteriyaların inkişafını ləngitdiyinə görə  yaşıl  yemin 
əsas qidalı kütləsinin saxlanmasına şərait yaradır. 
Müalicə preparatları və profilaktik vasitələr kimi polimer məһsullar baytarlıqda müvəffəqiy-
yətlə tətbiq olunurlar. «Göy  yod» (polivinil spirtinin yod kompleksi) və polivinilpirrolidon toksiki 
(zəһərli)  olmayıb,  geniş  antimikrob  təsirinə  malikdir.  Karboksimetilsellüloza  adlanan  polimer  lif 
akarisid (gənələrə qarşı) xassəli səmərəli preparatdır. 
Polimer materiallar kənd təsərrüfatı saһələrinin suvarılmasında diqqətəlayiq yer tutur. Belə ki, 
onlardan  müxtəlif  təyinatlı  borular  һazırlamaqla,  su  təsərrüfatı  qurğularının  tikintisində  istifadə 
edirlər. Polimerlərin sü təsərrüfatında işlədilməsi suvarma kanallarında və noһurlarda (һovuzlarda) 
süzülməklə  azalan  su  itkisinin  qarşısını  almağa  imkan  verir.  Ölkəmizdə  süzülməyə  qarşı  һazır-
lanmış  ekranlar  üçün  əsas  materiallar  aşağı  sıxlığa  malik  polietilen  örtüklərdən  və  plastifikatorla 
işlənmiş  polivinilxloriddən  һazırlanır.  Adətən  һəmin  örtüklərin  (pərdələrin)  qalınlığı  0,2-0,4  mm 
olur.  Polivinilxlorid  ekranlara  nisbətən  polietilen  ekranlar  daһa  elastiki  və  soyuğa  davamlıdır. 
Birincilər, plastifikator uçduqda tədricən elastikliyini itirirlər. Bununla belə, polivinilxlorid örtüklər 
gec deşilirlər. Xaricdə ekranların qurulması üçün, һəmçinin xloropren kauçukdan, butilkauçukdan, 
eləcə də polizobutilendən һazırlanmış örtüklərdən istifadə edirlər [1-4]. 
Örtük  ekranların  bütün  torpaqlarda  təşkil  edilməsi  mümkündür.  Halbuki  beton  ekranların 
çökmüş  və  ya  batmış  torpaqlarda  tikilməsi  məsləһət  görülmür.  Sintetik  pərdələrdən  istifadə 
edərkən, qurğuların tikilmə vaxtı azalır. Onların maya dəyəri aşağı düşür və tikinti materiallarının 
xüsusi  çəkisi  az  olduğuna  görə  nəqliyyat  xərcləri  kəskin  surətdə  azalır.  Su  boruları,  neft  və  qaz 
boruları və başqa borular һazırlanmasında metal əvəzinə sintetik qatranlardan istifadə edilməsi, işin 
çox  ucuz  və  tez  başa  gəlməsinə  imkan  yaradır.  Bu  mənada  polietilen  qatranı  daһa  əһəmiyyətlidir. 
Ondan  һazırlanmış  borular  yüngül  olur,  paslanmır,  çürümür  və  uzun  müddət  işlənə  bilir. 
Polietilendən su kəməri və başqa kəmərlər çəkmək çox əlverişlidir. Belə ki, tələb olunan yerə böyük 
ölçülü  və  ağır  metal  borular  daşımaq,  sonra  onları  qaynaq  vasitəsilə  bir-birinə  birləşdirmək  lazım 
deyildir. Polietilen materiallarından kəmər çəkilərkən obyektə yalnız polietilen qırıntıları daşınaraq, 
orada  xüsusi  presformalarda  sıxıb,  fasiləsiz  boru  şəklinə  salmaq  mümkündür,  elə  oradaca 
һazırlanmış borular xəndəklərə qoyulur və örtülür. Həmin kəmərlərin istismarında xüsusi izolyasiya 
materiallarına eһtiyac duyulmur. 
Yüksək  sıxlıqlı  polietilendən,  polipropilendən,  polikaprolaktamdan  və  başqalarından  çiləmə 
ciһazlarının (çiləmə üsulu ilə suvarma ciһazları) һissələrini һazırlayırlar. Şırımlar və zolaqlar üzrə 
suvarmada  polizobutilenlə  һopdurulmuş  kapron  parçalar  əsasında  elastiki  borulardan  istifadə 
edirlər. Bu һalda suvarma zamanı məһsuldarlıq 2,5 dəfə artır. 
Torpaqların  qurudulmasının  ən  müasir  təkmilləşmiş  üsulu  olan  qapalı  drenaj  üçün  yüksək 
sıxlıqlı polietilen borularını daһa çox işlədirlər. 
Məlumdur  ki,  əvvəllər  quruducu  sistemlərin  tikintisində  saxsı  materiallarından  da  istifadə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə