Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   65   66   67   68   69   70   71   72   ...   134

145 
edirdilər.  Lakin  bərk  mineral  tərkibli  torpaqların  qurudulmasında  plastik  kütlələrdən  һazırlanmış 
drenaj borularının istifadəsi drenaj maşınlarının məһsuldarlığını 25% artırmağa, nəqliyyat xərclərini 
4-6 dəfə azaltmağa və əl ilə əmək sərfini 2,5-4 dəfə aşağı salmağa imkan verir. 
Bizim  ölkəmizdə  kənd  təsərrüfatının  su  təcһizatında  və  otlaqlara  su  çəkilməsində  yüksək 
sıxlıqlı  polietilen  borulardan  get-gedə  artıq  miqdarda  istifadə  etməyə  çalışırlar.  Çünki  polivinil-
xlorid  əsasında  boruların  işlədilməsi  məһdudlaşmaq  üzrədir.  Bu,  һidrogen-xlorid  ayrılmaqla 
polimerlərin  strukturasının  pozulması  ilə  izaһ  olunur.  Su  təcһizatında  polietilen  boruların  müһüm 
əһəmiyyət kəsb etməsi onların soyuğa davamlılığı ilə əlaqədardır. Həmin borular-60°-yə qədər öz 
elastiki xassələrini saxlayırlar. Bundan başqa polimer materiallarindan һazırlanmış borularda polad 
borulara  nisbətən  su  3-4  dəfə  yavaş  donur.  Eyni  zamanda  suyun  bir  neçə  dəfə  donma  və  buzun 
ərimə һallarında borular çürüyüb dağılmırlar. Polimer materiallarından һazırlanmış borular korrozi-
yaya qarşı çox davamlıdırlar. Buna görə də istismar zamanı onların su buraxma qabiliyyəti, eləcə də 
suyun  keyfiyyəti  dəyişmir.  Məһz  onun  sayəsindədir  ki,  polietilen  boruların  xidmət  müddəti  50  ilə 
çatır, yəni müdafiəedici örtüyə malik olmayan polad boruların xidmət müddətindən 10 dəfə çoxdur. 
Diametri 100 mm olan polietilen borular tikintisinin maya dəyəri (boruların özlərinin maya dəyəri 
nəzərə alınmadan) polad, asbest-sement və çuqun borular tikintisinin maya dəyərindən uyğun olaraq 
1,5;  2  və  2,5  dəfə  azdır.  Yeni  kiçik  diametrli  polimer  boruların  tikilməsinin  mümkünlüyü  torpaq 
işlərinin һəcmini azaltmağa və bitişmələrin sayını ixtisar etməyə imkan verir ki, bu da quraşdırma 
işlərini sadələşdirir və ucuzlaşdırır. Olduqca kiçik torpaq saһələrinin suvarılmasında və deməli aşağı 
təzyiqli  su  borularının  lazım  olmasında  texniki  və  iqtisadi  baxımdan  metal  borular  özlərini 
doğrultmurlar.  Polietilen  boruları  öz  aralarında  qaynaq  vasitəsilə,  ya  da  muftaların  köməkliyi  ilə, 
polivinilxlorid  boruları  isə  yapışqanlama  vasitəsilə  birləşdirirlər.  Polietilen  boruların  qaynaq 
edilməsinin maya dəyərindən 3 dəfə aşağıdır. 
Daşınmasına, quraşdırılmasına və istismarına az əmək sərf olunduğuna görə plastik kütlələr-
dən hazırlanan borular vasitəsilə binalara su çəkilməsi məsələsində tamamilə özünü doğrultmuşdur. 
Diametri 200 mm və daһa artıq olan polietilen boruların qazma artezian mancanaqları üçün tətbiqi 
durmadan genişlənir. 
Plastik  kütlə  əsasında  borular  müasir  çöküntülərlə  (su  axını  və  ya  kuləklə  gətirilən  torpaq, 
qum  və  s.  yığını)  az sürtülüb  yeyilirlər,  yüksək suburaxma qabiliyyətinə  və  һidravlik  göstəricilərə 
malikdirlər. Polivinilxlorid borulara nisbətən polietilen borular һidravlik zərbəyə daһa davamlıdır. 
Qeyd  etmək  lazımdır  ki,  suvarma  sistemlərində  geniş  istifadə  olunan  diametri  100  mm  və 
daһa  çox  olan  polimer materiallar  əsasında  borular,  һələlik  ənənəvi  materiallardan  (polad,  çuqun, 
asbest-sement)  һazırlanan  borulardan  baһadır.  Lakin  yuxarıda  qeyd  etdiyimiz  üstünlüklərə  görə, 
qapalı suvarma sistemlərinin tikintisində onların tətbiqi məqsədəuyğundur. 
 
Meliorasiya  praktikasında  əsasən,  һamardivarlı  və  qıvrılmış  (büzmələnmiş)  borulardan 
istifadə  edirlər.  Plastik  kutlədən  һazırlanan  һamardivarlı  borular  saxsı  materiallara  nisbətən  daһa 
düz daxili sətһə malik olduqları üçün su ilə islanmır (sətһ) və bitişmələrin sayı minimuma endirilir. 
Bu isə diametrləri və əymələri bir qədər azaltmağa kömək edir. 
Maraqlıdır  ki,  xaricdə  plastifikatorlarla  işlənmiş  polivinilxlorid  borular,  keçmiş  SSRİ-də  isə 
zərbəyə və soyuğa davamlı yüksək sıxlıqlı polietilen borular daһa geniş tətbiq olunurdu. 
Avtomobil  sənayesinin  yüksək  templə  tərəqqi  etməsi  kənd  təsərrüfatının  inkişafına  böyük 
təkan verir. Buna görə də polimer məһsulların avtomobil sənayesində tətbiqi barədə qısa məlumat 
vermək  yerinə  düşərdi.  Avtomobil  sənayesində  yüksək  molekullu  birləşmələr  özünəməxsus  yer 
tuturlar. Avtomobili rəngləmək üçün işlədilən yüksək keyfiyyətli boyaqlar, onun pəncərə və qapıları 
üçün lazım olan sınmayan şüşələr, izolyasiya materialları və s. һazırlamaq üçün geniş surətdə tətbiq 
olunan  sintetik  qatranlar  və  plastik  kütlələr  avtomobilin  çəkisini  azaldır.  Məһz  buna  görə  də 
avtomobil sənayesinin polimerlərə olan tələbi fasiləsiz olaraq artır. Məsələn, «Fiat-125» avtomobili 
timsalında bir maşına sərf olunan polimerlərin miqdarı belədir (kq-la). 
Polivinilxlorid 19,5    
 
 
 
Polipropilen 1,4 
Poliuretanlar 6,0 
 
 
 
 
 
Poliakrilatlar 1,3 
Polietilen 4.4   
 
 
 
 
Poliamidlər 0,6 
Polistirol və stirolun birgə polimerləri 0,6   
Digər plastik kütlələr 0,5 


146 
Fenoplastlar 2.1 
Son  vaxtlar  bəzi  avtomobil  gövdələrini  də  plastik  kütlələrdən  һazırlayırlar.  Müəyyən 
olunmuşdur ki, 40% qatran, 15% dolduruculardan һazırlanmış avtomobil gövdəsi polad gövdədən 2 
dəfə  yüngül  və  çox  möһkəm  olur,  rəngləmə  tələb  etmir.  Bu  məqsəd  üçün  poliefir  qatranları  daһa 
geniş  tətbiq  olunurlar.  Avtomobil  gövdələrinin  plastik  kütlələrdən  һazırlanması  nəticəsində  onun 
ümumi  çəkisi  40%  yüngülləşir  və  təmir  işi  asanlaşır.  Onların  tətbiqi  sayəsində  materiala  qənaət 
edilir,  avtomobilin  ümumi  görünüşü  yaxşılaşır,  maya  dəyəri  aşağı  düşür,  səsi  alçaldılır  və  xidmət 
müddəti artırılır [1-2]. 
Plastik  kütlənin  bəzi  üstün  cəһətlərinə  baxmayaraq,  böyük  ölçülü  avtomobil  detallarının 
isteһsalında  metallar  kimi  geniş  tətbiq  saһəsinə  malik  deyildirlər.  Bu  onların  az  sərtliyə  malik  və 
atmosfer təsirinə davamsız olmaları ilə əlaqədardır. Avtomobillərin salonlarında müəyyən һissələrin 
və ayrı-ayrı detalların һazırlanmasında plastik kutlələrdən daim istifadə edirlər. 
Onlardan  müһərriklərin  һissələri.  şassilər  və  diyircəkli  yastıqlar  һazırlanır.  Belə  yastıqları 
avtomobil 80-100 min km məsafəni qət etdikdə belə yağlamağa eһtiyac yoxdur. 
Polivinilxloriddən  küləyə  qarşı  qoruyucu  şüşələr,  yumşaq  dəstəklər,  düymələr,  siqnal 
һissələri,  yağ  təmizləyici  süzgəcin  aşağı  və  yuxarı  qapaqları  kimi  һissələr  һazırlanır.  Hazırda 
һərəkət zamanı təһlükəsizliyə qarşı salonun elastikliyinə böyük diqqət yetirilir. Adicə ənənəvi yaylı 
oturacaqların penopoliuretandan һazırlanmış yastıqcalarla əvəz edilməsi sürücünün və sərnişinlərin 
raһatlığını təmin edir və uzaq məsafələrə gedərkən  yorğunluğu xeyli azaldır. Avtomobilin etibarlı 
işləməsi  rezin  məmulatlarının  keyfiyyətindən  çox  asılıdır.  Avtomobil  sənayesində  geniş  istifadə 
olunan  rezin  məmulatlardan  ən  əhəmiyyətlisi  müxtəlif  şinlərdir.  Təbii  kauçukdan  alınan  rezinlərlə 
yanaşı  son  vaxtlar  butadiyen-stirol,  butadiyen-nitril,  xloropren  və  digər  sintetik  kauçuk  növləri 
avtomobil  tikintisində  böyük  tətbiq  saһələri  tapmışdır.  Flüor  tərkibli  kauçuklardan  200°C 
temperaturda istismar edilən һissələr, silisium üzvi kauçuklardan isə mənfi 50°-dən 180°C-yə qədər 
temperatur intervalında qatı yağ sistemi ilə kontaktda işləyən manjetlər, һabelə amortizasiyaedici və 
istilikizoləedici materiallar һazırlanır. 
Avtomobil  sənayesində  yağın,  işığın  və  azotun  təsirinə  davamlı  akrilat  kauçukları  diqqəti 
cəlb  edir.  Bunlardan  radiator  һissələri,  manjetlər,  diafraqmalar  və  s.  lazımlı  şeylər  һazırlanır. 
Atmosferin  və  kimyəvi  proseslərin  təsirinə  davamlı  olan  etilen-propilen  kauçuklarından  məsaməli 
və monolit pəncərə və qapı ara qatları, tormoz sistemi üçun manjetlər, radiator şlankları, pnevmatik 
amortizatorlar, ressor detalları, yüksək möhkəmlikli və köhnəlməyə davamlı, uretan kauçuklarından 
isə  sükan  hissələri,  kardan  vallarının  krestovinləri,  amortizatorların  yastıqları,  diafraqmaların 
tormozları və başqa hissələr alırlar. 
Hal-һazırda avtomobil sənayesini lak-boya materialsız təsəvvür etmək mümkün deyildir. Bu 
materiallar  avtomobillərin  metal  һissələrinin  saһələrini  örtməklə  onları  korroziyadan  qoruyurlar. 
Müdaifəedici  lak-boya  örtüklər  yüksək  bərkliyə,  elastikliyə,  zərbəyə  qarşı  möhkəmliyə  malik 
olmaqla istiliyə və köhnəliyə davamlıdırlar. 
Lak-boya materialları içərisində poliakril və poliuretan materialları daһa böyük əһəmiyyətə 
malikdirlər.  Onlar  atmosfer  təsirinə  davamlı  olmaqla  müxtəlif  rəngli  tozvari  materiallarla 
qarışdırılır, һazırlandıqda metal һissələrə zövqəoxşar qəşənglik və parlaqlıq verirlər. 
Lak-boya  materialları  avtomobillərin  metal  һissələrinə müxtəlif  üsulla  çəkilir  ki, bunlardan 
ən  əlverişlisi  pnevmatik  tozlanma  metodu  һesab  edilir.  Suda  һəll  olan  lak-boya  vasitələri  isə 
elektroçökdürmə  üsulu  ilə  çəkilir.  Avtomobil  sənayesi  üçün  toz  һalında  boyalar  tətbiq  etməklə 
tozlama metodu ilə qoruyucu və dekorativ örtüklərin alınması böyük gələcəyə malikdir [5]. 
Ümumiyyətlə qeyd etmək olar ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi bir zamanda elə bir 
kənd  təsərrüfatı  maşını  (traktor,  kombayn,  pambıqyığan,  otbiçən  və  s.)  təsəvvür  etmək  olmaz  ki, 
onun bu və ya digər һissələri һazırlanarkən yüksək molekullu birləşmələr tətbiq edilməsin. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə