Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   71   72   73   74   75   76   77   78   ...   134

156 
etməsi  haqda  fikirlər  söylənilir  (1,  2).  Lakin  onun  duzluluq  stressinin  neytrallaşdırılmasında  rolu 
bitkilərdə kifayət qədər yaxşı öyrənilməmişdir. 
Gündəmdə  duran  maraqlı  məsələlərdən  biri  müxtəlif  bir-  və  ikiləpəli  bitkilərin  inkişafının  ilk 
dövrlərində  ətraf  mühitin  duzluluq  stressinə  qarşı  müdafiə  reaksiyalarında  Q6PDH  və  DMDH 
fermentlərinin  cəlb  olunma  dərəcəsini  müəyyənləşdirmək  və  onların  nə  dərəcədə  bu  proseslərdə 
iştirak etməsini aydınlaşdırmaqdır. 
       Aşağıdakı cədvəldə   Na-izokationlu   duzu məhlullarının  noxud  cücərtilərinin      kök  sisteminin 
sitoplazmatik  G6PDH  və  DMDH  fermentlərini  aktivlik  dinamikasına  və  onların  aktivliklərinin 
nisbəti göstəricisinə təsiri göstərilmişdir.  Cədvəldə təqdim olunmuş rəqəmlərdən göründüyü kimi, 
lobya  bitkisi  cücərtilərində  olduğu  kimi,  kontrol  variantda  noxud  cücərtilərinin  kök  sisteminin 
inkişafı  ilə  əlaqədar  Q6PDH  fermentinin  aktivliyi  tədricən  artır  və  7  günlük  cücərtilərin  kök 
sistemində  özünün  maksimal  həddinə  çatır.  Bu  müddət  ərzində  3  günlük  cücərtilərlə  müqayisədə 
fermentin  aktivliyi  36.6  %  artır. Kök  sisteminin  inkişafı ilə  əlaqədar,  Q6PDH  fermentinə  nisbətən 
zəif  də  olsa,  DMDH  fermentinin  də  aktivlik  səviyyəsində  yüksəliş  müşahidə  olunur.  Bu  halda,  3 
günlük cücərtilərlə müqayisədə 7 günlük cücərtilərdə analoji artım 14.8 % təşkil edir. 
     Cücərtilərin  kök  sisteminin  inkişafı  ilə  əlaqədar  Q6PDH/  DMDH  göstəricisində  də  müəyyən 
dəyişikliklər  baş  verir.  Birləpəli  buğda  və  arpa  bitkiləri  ilə  aparılan    eksperimentlərdən  alınan 
nəticələrdən  fərqli  olaraq  noxud  cücərtilərinin  kök  sistemində  bu  göstəricinin  qiyməti  nəinki 
azalmır, əksinə, bir qədər artır. Əgər 3 günlük cücərtilərin kök sistemi üçün bu rəqəm 1.47 təşkil 
edirdisə,  7  günlük  cücərtilərin  kök  sistemində  tədricən  artaraq  1.69-a  çatır.  Başqa  sözlə,  noxud 
cücərtilərinin  kök  sisteminin  inkişafı  ilə  əlaqədar  NADPH  potensialının  yaranmasında  Q6PDH 
fermentinin rolu nəinki azalır, əksinə, bir qədər artır.        
         NaCI duzu məhlulları noxud cücərtilərinin kök sistemində nisbətən aşağı qatılıqlarda Q6PDH 
fermentinin  aktivliyini  nəzərəçarpacaq  dərəcədə  stimullaşdırır,  yüksək  qatılqlarda  isə  təsiretmə 
müddətindən  asılı olaraq bu  prosesin gedişinə  əvvəlcə  ləgidici,  daha  sonra isə  ingibirləşdirici  təsir 
göstərir.  Məsələn,  25  və  50  mM  qatılıqlarda  NaCI  duzu  məhlulları  bütün  inkubasiya  dövrlərində 
qatılığa uyğun şəkildə pozitiv stimullaşdırıcı effektə malik olur, 100 mM qatılıqda isə inkubasiyanın 
3  günündə  stimulyasiya  effekti  davam  edir,  5  günluk  cücərtilərdə  bu  effekt  zəifləyir,  7  günlük 
cücərtiləedə isə zəif ingibiləşdirmə effekti ilə əvəz olunur. 
NaCI duzu məhlulları  noxud cücərtilərinin kök sistemində inkubasiyanın bütün dövrlərində 
DMDH  fermentinin  aktivliyinə  stimullaşdırıcı  təsir  edir.  Lakin,  Q6PDH/  DMDH  göstəricisinin 
analizindən məlum olur ki, aşağı qatılıqlarda NaCI duzu məhlulları daha çox Q6PDH fermentinin, 
yuxarı qatılıqda isə daha çox DMDH fermentinin aktivliyinin induksiyasına səbəb olur. Məsələn, 7 
günlük  cücərtilərdə  25  mM  qatılıqda  bu  rəqəm  1.81  rəqəmi  ilə  xarakterizə  olunursa,  100  mM 
qatılıqda bu rəqəm 1.33-ə qədər azalır. Oxşar mənzərəni   Na
2
SO
4
 duzu məhlullarında da müşahidə 
etmək mümkündür. Analoji rəqəmlər bu duz məhlulları üçün 1.93 və 1.05-ə bərabərdir. Yəni, aşağı 
qatılqda əsasən  Q6PDH fermenti, yuxarı qatılıqda isə DMDH fermenti induksiya olunur. Alınmış 
nəticələr, lobya bitkilərində olduğu kimi, nisbətən zəif stress şəraitində əsasən Q6PDH fermentinin, 
kəskin stress şəraitində isə DMDH fermentinin induksiya olunduğunu göstərir. NaHCO
3
 və Na
2
CO
3
 
duzu  məhlullarında  da  bu  qanunauyğunluq  gözlənilir.  Onlar  tərəfindən  yaradılan  stress  NaCI, 
Na
2
SO
4
  duzu  məhlulları  tərəfindən  yaradılan  stressə  nisbətən  daha  kəskin  olduğundan  bu  halda 
əsasən  DMDH  fermentinin  aktivliyi    induksiya  olunur  və  bu  da  öz  əksini  Q6PDH/  DMDH 
göstəricisində tapır. Onun qiyməti hər iki duz məhlullarında vahidə  yaxın bir qiymətlə xarakterizə 
olunur.  
 
 
 
 
 
 


157 
Cədvəl 1. NaCI, Na
2
SO
4
, NaHCO
3
 və Na
2
CO
3
 duzu məhlullarının noxud toxumları cücərtiləri   
köklərinin  sitoplazmatik  Q6PDH  və  DMDH  fermentlərini  aktivlik  dinamikasına  və  onların 
aktivliklərinin nisbəti göstəricisinə təsiri 
 
Variantlar  Q6PDH aktivliyi 
DMDH aktivliyi 
Q6PDH/ DMDH 
3 gün 
5 gün 
7 gün 
3 gün 
5 gün 
7 gün 
3 gün 
5 gün 
7 gün 
Kontrol 
78 
99 
113 
53 
59 
67 
1.47 
1.68 
1.69 
NaCI 
25 mM 
50 mM 
100 mM 
 
93 
107 
116 
 
118 
127 
121 
 
127 
137 
110 
 
 
61 
65 
71 
 
 
66 
71 
76 
 
 
70 
75 
83 
 
 
1.52 
1.65 
1.63 
 
 
1.79 
1.79 
1.59 
 
1.81 
1.83 
1.33 
 
Na
2
SO
4
 
25 mM 
50 mM 
100 mM  
 
99 
113 
121 
 
131 
135 
116 
 
145 
122 
101 
 
66 
70 
77 
 
69 
73 
81 
 
75 
87 
96 
 
1.50 
1.61 
1.57 
 
1.90 
1.85 
1.43 
 
1.93 
1.40 
1.05 
NaHCO
3
 
25 mM 
50 mM 
100 mM  
 
86 
91 
103 
 
109 
110 
91 
 
112 
 93 
 78 
 
77 
91 
99 
 
98 
86 
85 
 
109 
99 
68 
 
1.12 
1.00 
1.04 
 
1.11 
1.28 
1.07 
 
1.03 
0.94 
1.15 
Na
2
CO
3
 
25 mM 
50 mM 
100 mM  
 
89 
93 
-- 
 
112 
85 
-- 
 
105 
 89 
 -- 
 
81 
85 
-- 
 
96 
81 
-- 
 
91 
75 
-- 
 
1.10 
1.09 
-- 
 
1.17 
1.05 
-- 
 
1.15 
1.19 
-- 
       
 
Beləliklə, aparılan tədqiqatlardan noxud bitkisi cücərtilərinin kök sistemini xarakterizə edən 
aşağıdakı  əsas  nəticələrə  gəlmək  olar:  birincisi,  bu  toxumalarda  Q6PDH  fermentinin  aktivlik 
səviyyəsi  DMDH  fermentinin  aktivlik  səviyyəsindən  nəzərəçarpacaq  dərəcədə  yüksəkdir,  ikincisi, 
duz stressi şəraitində kök sistemi hüceyrələrinin NADPH-la zənginləndirilməsində hər iki fermentin 
iştirak  etməsinə  baxmayaraq,  Na-izokationlu  duz  məhlulları  ilə  yaradılan  nisbətən  zəif  stress 
şəraitində əsasən Q6PDH fermentinin, kəskin stress şəraitində isə əsasən DMDH fermentinin rolu 
yüksəlir.  
ƏDƏBİYYAT 
1.
 
Касумов Н.А., Мустафаев С.И., Абдуллаева  Н.Ф., Абдуева С.М. Действие засоления 
на  сверхслабое  излучение  корней  проростков  одно  и  двудольных  культур.  Вестник 
Бакинского Университета. Серия естественных наук. Баку, 2002, № 4, стр. 94-98 
2.
 
Прохоров А. А. Точка росы - неизученный фактор в экологии, физиологии и интро-
дукции растений. Hortus Botanicus, 2015, № 10 
3.
 
Семихатова О.А., Иванова Т.И., Юдина О.С. Дыхательная цена произрастания расте-
ний в условиях засоления // Физиология растений.1993.Т.40.4:558-562 
4.
 
Ahmad  P,  Sharma  S  (2008)  Salt  stress  and  phyto-biochemical  responses  of  plants.  Plant 
Soil  Environ 54(3):89–99 
5.
 
Ball MC (1988) Salinity tolerance in the mangroves Aegiceras corniculatum and Avicennia 
marina. Aust J Plant Physiol  15:447–464 
6.
 
Bartels D, Sunkar R (2005) Drought and salt tolerance in plants. Crit Rev Plant Sci 24:23–58  
ABSTRACT 
Basti Asadova 
NaCl, Na2SO4, NaHCO3 and Na2CO3 salty  solutios of pea  seeds of pea sprouts of 
sytoplasmatic Q6PDH and the effect on DMDH enzyme dynamic activness  and on  their 
impact ratio indicator 
The problem of salt tolerance in plants has not yet been resolved by the end. There are many 
theories  on  this  subject,  and  experiments  that  prove  that  the  salt  tolerance  of  plants  depends  on  the 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə