Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   70   71   72   73   74   75   76   77   ...   134

154 
 
 
ABSTRACT 
Parvin Guliyev 
Some synthesis methods of antimony chalcogenides 
 
Semiconductor chalcogenide compounds of antimony are one of the most important materials 
of the modern era. Methods of synthesis of chalcogenide compounds of antimony, applied electrical 
engineering,  photographic  and  in  energy  transformations  acquire  special  interests.  In  this  paper, 
methods for the synthesis of thin films of antimony chalcogenides are described, and the importance 
and  prospects  of  these  methods  have  been  indicated.  With  a  specific  synthesis  method,  the 
production  of  thin  films  of  semiconductors  of  antimony  chalcogenides  is  determined,  and  a 
comparative characteristic is indicated. At the same time, the physical and chemical parameters of 
the  synthesis  of  thin  layers  are  compared.  It  was  found  that  for  every  physical  and  chemical 
properties of the resulting crystalline or semicrystalline thin films, there is a difference, depending 
on the method of the method for their preparation. 
 
РЕЗЮМЕ 
Парвин Гулиев 
Некоторые методы синтеза сурьмы халькогенидов 
 
Полупроводниковые  халькогенидные  соединения    сурьмы  одни  из  самых  наиболее 
важных материалов современной эры. Методы синтеза халькогенидных соединений сурьмы, 
применяемых  электротехнике,  фотоскопии  и  в  энергетических  превращениях  приобретают 
особые  интересы.  В  этой  статье  изложены  методы    синтеза  тонких  пленок  халькогенидов 
сурьмы, а также были указаны важности и перспективы этих методов. С конкретным мето-
дом синтеза определено, получение  тонких пленок полупроводников халькогенидов сурьмы 
и указано сравнительная характеристика.  В то же время, сравнено физическические и хими-
ческие  параметры  синтеза  тонких  слоев.  Было  обнаружено,  что  при  каждых  физических  и 
химических  свойствах  полученных  кристаллических  или  полукристаллических  тонких 
пленок существуют различие в зависимости от способа метода их получения. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor 
T.Əliyev
 
 
 
 


155 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
BƏSTİ ƏSƏDOVA 
Bakı Dövlət Universiteti 
basti.mirzoeva1984@gmail.com 
UOT:
 
541.118 
NACI, NA
2
SO
4
, NAHCO
3
 VƏ NA
2
CO
3
 DUZU MƏHLULLARININ NOXUD TOXUMLARI 
CÜCƏRTİLƏRİ KÖKLƏRİNİN STOPLAZMATİK Q6PDH VƏ DMDH 
FERMENTLƏRİNİN AKTİVLİK DİNAMİKASINA VƏ ONLARIN AKTİVLİKLƏRİNİN 
NİSBƏTİ GÖSTƏRİCİSİNƏ TƏSİRİ 
Açar  sözlər:  duz  stressi,  qlükozo-6-fosfatdehidrogenaza,  dekarboksilləşdirici  malatdehidro-
genaza, noxud cücərtiləri 
Key words: salt stress,glucose-6- fosfatdehidrogenaza, pea sprouts 
Ключевые  слова:  соль  стресс,  глюкозо-6-фосфат-дегидрогеназа,  декарбоксилирующая 
малатдегидрогеназа,ростки гороха 
Torpaq  duzluluğunun  bitkilərin  böyümə  və  məhsuldarlığına  təsirinin  qiymətləndirilməsi  və 
duzluluq faktorunun təsirinin zəiflədilməsi qlobal əhəmiyyət kəsb edən problemlərdəndir. Əldə olan 
məlumatlara görə  Yer kürəsinin səthinin təx. 7 %, əkin sahələrinin isə  20 %-i  yüksək duzluluğun 
təsirinə məruz qalmışdır. 
Duzluluğun  bitki  orqanizminə  təsiri  kompleks  xarakter  daşıyır  və  bitki  metabolizminin  bir 
sıra aspektlərini əhatə edir. Onun təsiri sayəsində bitkilərdə osmotik, ion və oksidəşdirici stress kimi 
fəsadlar  yaranır  ki,  bu  da  öz  təzahürünü  bitkilərin  böyümə  və  inkişafının  zəifləməsində,  və  nəticə 
etibarı  ilə,  onların  məhsuldarlıq  göstəricisinin  əhəmiyyətli  dərəcədə  azalmasında  tapır.    Duzluluq 
şəraitində  məhsuldarlığın  aşağı  düşməsinin  əsas  səbəbi  bu  faktorun  individual  və  bir-biri  ilə  sıx 
bağlı olan metabolik proseslərə kəskin neqativ təsiri ilə bağlıdır. 
Duza  qarşı  davamlılığın  mexanizminin  araşdırılaraq  başa  düşülməsi,  ələlxüsus  da,  alınmış 
nəticələrin praktiki həyatda tətbiq edilməsi bitkilərin tədqiqi ilə məşğul olan bioloqlar üçün vacib və 
mühüm problemlərdən biridir.  
Son vaxtlar bitkilərin duzluluq stressinə qarşı reaksiyalarının mexanizminin öyrənilməsi üçün 
güclü bir alətə çevrilmiş müxtəlif müasir üsullardan istifadə olunur.  Bu üsullardan biri də müxtəlif 
ekoloji  stresslərin  tənzimlənməsində  iştirak  edən  genlərin  və  zülalların  tədqiq  olunması,  onların 
funksiyalarının  aydınlaşdırılması,  və  bununla  əlaqədar,  stress  şəraitində  bitkilərin  metabolizmində 
baş verən dəyişikliklərin müəyyənləşdirilməsidir. Bu problemlərin araşdırılması duzluluq şəraitində 
yüksək məhsuldarlığa malik bitki sortlarının alınmasında mühüm əhəmiyyət kəsb edə bilər. Bitkilər 
müxtəlif xarici  və  daxili  siqnalları  qəbul  edərək  onlardan özlərinin  inkişafı  üçün lazım  olan  cavab 
reaksiyalarının tənzimlənməsi üçün istifadə edirlər.  
Duzluluq  stressinə  qarşı  davam  gətirmək  və  onun  neqativ  təsirini  aradan  qaldırmaq  üçün  
bitkilər  təkamülün  gedişində  müxtəlif  müdafiə  mexanizmləri  yaratmış  və    onlardan  faydalanmağa 
çalışırlar.  Bu  cür  müdafiə  reaksiyalarına  bitkilərtərəfindən  müxtəlifosmolitlər  və  osmoprotektant-
ların,    müxtəlif  tip  fermentativ  və  qeyri-fermentativ  antioksidantların  sintezi  və  toplanması  misal 
göstərilə  bilər.  Bu  prosesləri  həyata  keçirmək  üçün  isə  bitkilər  tərəfindən  yüksəkenerjili  universal 
reduksiyaedici  agent  hesab  edilən  və  hüceyrənin  reduksiyaedici  potensialının  əsasını  təşkil  edən 
NADPH tələb olunur. NADPH-ın hüceyrədə sintezini təmin edən bir sıra fermentlər mövcuddur. Bu 
fermentlər  arasında  mühüm  əhəmiyyət  kəsb  edənlər  sırasına  qlükozo-6-fosfatdehidrogenaza 
(Q6PDH,  EC  1.1.1.49)  və  dekarboksilləşdirici  malatdehidrogenaza  (DMDH,  EC  1.1.1.40)  
fermentləri aiddir.Hər iki ferment  canlı aləmdə, o cümlədən də, bitkilərdə geniş yayılmış ferment-
lərdəndir. 
Artıq  qeyd  olunduğu  kimi,əksər  sintetik  proseslərin  həyata  keçirilməsi  NADPH-sız  baş  tut-
mur.  Son  illərdə  Q6PDH  yanaşıDMDH  fermentinin  də  bitkilərin  ətraf  mühitin  ekstremal  faktor-
larının  təsirinin  aradan  qaldırılmasına  yönəldilmiş  müdafiə  reaksiyasının  formalaşmasında  iştirak 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə