154
ABSTRACT
Parvin Guliyev
Some synthesis methods of antimony chalcogenides
Semiconductor chalcogenide compounds of antimony are one of the most important materials
of the modern era. Methods of synthesis of chalcogenide compounds of antimony, applied electrical
engineering, photographic and in energy transformations acquire special interests. In this paper,
methods for the synthesis of thin films of antimony chalcogenides are described, and the importance
and prospects of these methods have been indicated. With a specific synthesis method, the
production of thin films of semiconductors of antimony chalcogenides is determined, and a
comparative characteristic is indicated. At the same time, the physical and chemical parameters of
the synthesis of thin layers are compared. It was found that for every physical and chemical
properties of the resulting crystalline or semicrystalline thin films, there is a difference, depending
on the method of the method for their preparation.
РЕЗЮМЕ
Парвин Гулиев
Некоторые методы синтеза сурьмы халькогенидов
Полупроводниковые халькогенидные соединения сурьмы одни из самых наиболее
важных материалов современной эры. Методы синтеза халькогенидных соединений сурьмы,
применяемых электротехнике, фотоскопии и в энергетических превращениях приобретают
особые интересы. В этой статье изложены методы синтеза тонких пленок халькогенидов
сурьмы, а также были указаны важности и перспективы этих методов. С конкретным мето-
дом синтеза определено, получение тонких пленок полупроводников халькогенидов сурьмы
и указано сравнительная характеристика. В то же время, сравнено физическические и хими-
ческие параметры синтеза тонких слоев. Было обнаружено, что при каждых физических и
химических свойствах полученных кристаллических или полукристаллических тонких
пленок существуют различие в зависимости от способа метода их получения.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor
T.Əliyev
155
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
BƏSTİ ƏSƏDOVA
Bakı Dövlət Universiteti
basti.mirzoeva1984@gmail.com
UOT:
541.118
NACI, NA
2
SO
4
, NAHCO
3
VƏ NA
2
CO
3
DUZU MƏHLULLARININ NOXUD TOXUMLARI
CÜCƏRTİLƏRİ KÖKLƏRİNİN STOPLAZMATİK Q6PDH VƏ DMDH
FERMENTLƏRİNİN AKTİVLİK DİNAMİKASINA VƏ ONLARIN AKTİVLİKLƏRİNİN
NİSBƏTİ GÖSTƏRİCİSİNƏ TƏSİRİ
Açar sözlər: duz stressi, qlükozo-6-fosfatdehidrogenaza, dekarboksilləşdirici malatdehidro-
genaza, noxud cücərtiləri
Key words: salt stress,glucose-6- fosfatdehidrogenaza, pea sprouts
Ключевые слова: соль стресс, глюкозо-6-фосфат-дегидрогеназа, декарбоксилирующая
малатдегидрогеназа,ростки гороха
Torpaq duzluluğunun bitkilərin böyümə və məhsuldarlığına təsirinin qiymətləndirilməsi və
duzluluq faktorunun təsirinin zəiflədilməsi qlobal əhəmiyyət kəsb edən problemlərdəndir. Əldə olan
məlumatlara görə Yer kürəsinin səthinin təx. 7 %, əkin sahələrinin isə 20 %-i yüksək duzluluğun
təsirinə məruz qalmışdır.
Duzluluğun bitki orqanizminə təsiri kompleks xarakter daşıyır və bitki metabolizminin bir
sıra aspektlərini əhatə edir. Onun təsiri sayəsində bitkilərdə osmotik, ion və oksidəşdirici stress kimi
fəsadlar yaranır ki, bu da öz təzahürünü bitkilərin böyümə və inkişafının zəifləməsində, və nəticə
etibarı ilə, onların məhsuldarlıq göstəricisinin əhəmiyyətli dərəcədə azalmasında tapır. Duzluluq
şəraitində məhsuldarlığın aşağı düşməsinin əsas səbəbi bu faktorun individual və bir-biri ilə sıx
bağlı olan metabolik proseslərə kəskin neqativ təsiri ilə bağlıdır.
Duza qarşı davamlılığın mexanizminin araşdırılaraq başa düşülməsi, ələlxüsus da, alınmış
nəticələrin praktiki həyatda tətbiq edilməsi bitkilərin tədqiqi ilə məşğul olan bioloqlar üçün vacib və
mühüm problemlərdən biridir.
Son vaxtlar bitkilərin duzluluq stressinə qarşı reaksiyalarının mexanizminin öyrənilməsi üçün
güclü bir alətə çevrilmiş müxtəlif müasir üsullardan istifadə olunur. Bu üsullardan biri də müxtəlif
ekoloji stresslərin tənzimlənməsində iştirak edən genlərin və zülalların tədqiq olunması, onların
funksiyalarının aydınlaşdırılması, və bununla əlaqədar, stress şəraitində bitkilərin metabolizmində
baş verən dəyişikliklərin müəyyənləşdirilməsidir. Bu problemlərin araşdırılması duzluluq şəraitində
yüksək məhsuldarlığa malik bitki sortlarının alınmasında mühüm əhəmiyyət kəsb edə bilər. Bitkilər
müxtəlif xarici və daxili siqnalları qəbul edərək onlardan özlərinin inkişafı üçün lazım olan cavab
reaksiyalarının tənzimlənməsi üçün istifadə edirlər.
Duzluluq stressinə qarşı davam gətirmək və onun neqativ təsirini aradan qaldırmaq üçün
bitkilər təkamülün gedişində müxtəlif müdafiə mexanizmləri yaratmış və onlardan faydalanmağa
çalışırlar. Bu cür müdafiə reaksiyalarına bitkilərtərəfindən müxtəlifosmolitlər və osmoprotektant-
ların, müxtəlif tip fermentativ və qeyri-fermentativ antioksidantların sintezi və toplanması misal
göstərilə bilər. Bu prosesləri həyata keçirmək üçün isə bitkilər tərəfindən yüksəkenerjili universal
reduksiyaedici agent hesab edilən və hüceyrənin reduksiyaedici potensialının əsasını təşkil edən
NADPH tələb olunur. NADPH-ın hüceyrədə sintezini təmin edən bir sıra fermentlər mövcuddur. Bu
fermentlər arasında mühüm əhəmiyyət kəsb edənlər sırasına qlükozo-6-fosfatdehidrogenaza
(Q6PDH, EC 1.1.1.49) və dekarboksilləşdirici malatdehidrogenaza (DMDH, EC 1.1.1.40)
fermentləri aiddir.Hər iki ferment canlı aləmdə, o cümlədən də, bitkilərdə geniş yayılmış ferment-
lərdəndir.
Artıq qeyd olunduğu kimi,əksər sintetik proseslərin həyata keçirilməsi NADPH-sız baş tut-
mur. Son illərdə Q6PDH yanaşıDMDH fermentinin də bitkilərin ətraf mühitin ekstremal faktor-
larının təsirinin aradan qaldırılmasına yönəldilmiş müdafiə reaksiyasının formalaşmasında iştirak
Dostları ilə paylaş: |