234
təcrübələrinin aparılması baxımından 7-ci və 8-ci sinif şagirdləri ilə müqayisədə daha müstəqil
olurlar. Buna görə də onlar istər müəllimin dərsdə nümayiş etdirdiyi təcrübələrin hazırlanmasında
və istərsə də məktəb şagird təcrübələrinin aparılmasında fəal iştirak edirlər.
9-cu sinfin kimya proqramında mövzuların məzmununa daxil olan kimya təcrübələrinin
çoxunun nimayiş təcrübələri halında aparılması mümkündür. Burada «Qələvi metalların
xarakteristikası» mövzusununda kalium və natriumun kimyəvi xassələrinə dair təcrübələrinin
aparılması metodikası verilir.
Təcrübə 1. Qələvi metalların (Lİ, Na, K) aktivliklərinin müqayisəsi.
Təchizat: litium, natrium və kalium metalları
, distillə suyu, fenolftaleinin spirtdə məhlulu,
kristallizator, bıçaq, pinset, süzgəc kağızı. Təcrübə sorucu şkafda aparılır.
Təcrübənin aparılması metodikası.
Üç kiçik ölçülü kristallizatorun hər birinə yarısına qədər distillə suyu tökülür və bir neçə
damcı fenolftaleinin spirtdə məhlulu əlavə olunur. Sonra kerasində saxlanılan litium, natrium və
kalium metallarından bıçaqla kəsib pinset vasitəsilə götürülərək süzgəc kağızı ilə qurudulur. Eks-
perimentlərə başlamazdan əvvəl müəllim şagirdləri təlimatlandırır. Onlara bildirir ki, qələvi
metallar aktivliklərindən asılı olaraq su ilə reaksiyaları sürətli olur və kənara sıçraya bilər. Buna
görə də reaksiyaları kənardan müşahidə etmək lazımdır.
Müəllim əvvəlcə litium metalını pinsetlə göturüb birinci kristallizatora salır. Şagirdlər liti-
umun su ilə reaksiyası nəticəsində kürə formasında, çox da surətli olmayan hərəkətini və məhlulun
moruğu rəng almasını müşahidə edirlər. Müəllim natrium parçasını ikinci kristallizatora salır.
Natrium parçasının su ilə reaksiyası sürətlə gedir və kürə formasında fırlanır, məhlul moruğu rəngə
boyanır. Kaliumu üçüncu kristallizatora saldıqda su ilə reaksiyası çox sürətlə gedir. Kalium
parçasının kürə formasında “qaçışı” və güclü istilik ayrılması nəticəsimdə bənövşəyi alovla yanması
şagirdlərdə maraq oyadır. Müəllimin tapşırığı ilə şagirdlər reaksiya tənliklərini tərtib edirlər:
2 Li + 2H
2
O = 2LiOH + H
2
↑ + Q
2 Na + 2H
2
O = 2NaOH + H
2
↑ + Q
2 K + 2H
2
O = 2KOH + H
2
↑ + Q
Təcrübələrin nümayişi başa çatdıqdan sonra aşağıdakı nəticələr çıxarılır:
1. Qələvi metalların su ilə reaksiyası nəticəsində hidrogen alınır.
2. Reaksiya nəticəsində metalların hidroksidləri əmələ gəlir və məhlula qələvi xassəsi verdiyinə
görə fenolftalein moruğu rəng alır.
3. Metalların su ilə reaksiyası nəticəsində istilik ayrılır.
4. Qələvi metalların aktivliyi kaliuma doğru Li → Na → K artır.
Təcrübə 2. Yodun müxtəlif həlledicilərdə həll olması.
Təchizat: yod,
kalium-yodid,
distillə suyu, benzol, stəkanlar, spirt.
Təcrübənin aparılması metodikası.
Az miqdarda yod kristalları həvəngdə toz halına salınır. Dörd stəkan götürüb hər birinə yod
tökülür. Birinci stəkana 10 ml distillə suyu, ikinciyə 10 ml kalium-yodid, üçüncüyə 10 ml benzol,
dördüncüyə 10 ml spirt əlavə olunur. Şagidlər yodun suda az həll olduğunu və açıq sarı rəngli
məhlul alındığını müşahidə edirlər. Yod spirtdə qonur, benzolda qırmızı-bənövşəyi, kalium-yodiddə
qırmızı-qonur rəngli məhlullar əmələ gətirir. Üzvi həlledicilərdə məhlulların rəngi əmələ gələn
solvatlardan asılı olur. Yod kalium-yodidlə poliyodid kompleksi əmələ gətirir:
I
2
+ KI → KI
3
Beləliklə, şagirdlər yodun üzvi həlledicilərdə və qələvi metalların yodidlərində yaxşı həll
olmasını öyrənirlər.
Təcrübə 3. Sulfat
turşusu və SO
4
2-
ionunun təyini.
Təchizat: natrium-sulfat, sink-sulfat, duru sulfat turşusu, duru xlorid turşusu, sink metalı,
barium-xlorid məhlulu, sınaq şüşələri.
Təcrübənin aparılması metodikası.
Dörd sınaq şüşəsi götürüb, hər birində mayenin həcmi 10 ml olmaqla birinə natrium-sulfat,
digərinə sink-sulfat, üçüncüyə sulfat turşusu, dördüncüyə xlorid turşusu tökülür. Sınaq şüşələrinin
hər birinə bir sink parçası salınır. Şagirdlər üçüncü və dördüncü sınaq şüşəsində hidrogen qazının
235
alındığını müşahidə edirlər. Sonra sınaq şüşələrinin hər birinə 5 ml barium-xlorid məhlulu əlavə
olunur. Dördüncü sınaq şüşəsi müstəsna olmaqla qalanlarında ağ çöküntünün əmələ gəlməsi
müşahidə olunur. Beləliklə, şagirdlər üçüncü və dördüncü sınaq şüşəsinin hansında sulfat
turşusunun olmasını hidrogen qazının alınmasına görə deyil, barium-sulfat çöküntüsünün alınması
ilə təyin edirlər:
H
2
SO
4
+ Zn → ZnSO
4 +
H
2
↑
2HCl + Zn → ZnCl
2 +
H
2
↑
ZnSO
4
+ BaCl
2
→ BaSO
4
↓ + ZnCl
2
ZnCl
2
+BaCl
2
≠
10-cu sinifdə nümayiş təcrübələrinin aparılması mümkün olan bölmələr: karbon yarım-
qrupu elementləri, doymuş karbohidrogenlər, doymamış karbohidrogenlər, aromatik karbohid-
rogenlər.
10-cu sinfin mövcud proqramına görə kimya kursu karbon yarımqrupu elementləri ilə
başlayır. Məktəb kimya proqramının belə quruluşu elmi və metodik prinsiplərə uyğundur. Belə ki,
üzvi kimya, kimya elminin karbon birləşmələrini və onların çevrilmələrini öyrənən sahəsidir.
Karbonun qeyri-üzvi birləşmələr kimyası da çox zəngindir. Buna görə də karbon elementi qeyri-
üzvi birləşmələrlə üzvi birləşmələr arasında körpü rolunu oynayır. Başqa sözlə qeyri-üzvi
birləşmələrlə üzvi birləşmələr arasında kəskin sərhəd yoxdur. Karbonun və onun qeyri-üzvi
birləşmələrinin quruluşu və xassələrinə dair elmi-nəzəri biliklər onun üzvi birləşmələrinin
öyrənilməsinin əsasını təşkil edir.
Təcrübə 1. Karbonatlar və hidrokarbonatların xassələri.
Təchizat: əhəng suyu, xlorid turşusu, Vürs kolbası, qaz aparan boru, rezin tıxaclar, sınaq
şüşələri, distillə suyu, kalsium-karbonat.
Təcrübənin aparılması metodikası.
Qaz almaq üçün istifadə olunan sadə cihaz quraşdırılır. Vürs kolbasına bir qədər təbaşir
töküb üzərinə xlorid turşusu əlavə etməklə karbon-dioksid alınır və aşağıdakı eksperimentin
aparılmasında istifadə olunur.
Sınaq şüşəsi götürüb ona əhəng suyu tökülür. Sınaq şüşəsinə bulantı əmələ gələnə qədər
karbon-dioksid buraxılır. Bulantı əmələ gəldikdən sonra karbon-dioksidin axını davam etdirilir.
Nəticədə əvvəldə olduğu kimi şəffaf məhlul alınır. Sınaq şüşəsindəki şəffaf məhlul qızdırıldıqda
yenidən bulanır. Karbonatlar və hidrokarbonatların qarşılıqlı çevrilmələri izah olunur və reaksi-
yaların tənlikləri yazılır:
CaCO
3
+ 2HCl → CaCl
2
+ CO
2
+ H
2
O
Ca(OH)
2
+ CO
2
→ CaCO
3
+ H
2
O
CaCO
3
+CO
2
+ H
2
O →Ca(HCO
3
)
2
t
3
3
2
2
2
Ca HCO
CaCO + CO + H O
10-cu sinifdə üzvi kimya kursununun tədrisində nümayiş eksperimentinin təşkili və
aparılması özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Belə ki, qeyri-üzvi kimyadan fərqli olaraq üzvi
kimyadan nümayiş eksperimentlərinin aparılmasına çox vaxt tələb olunur. Digər tərəfdən başlanğıc
maddələr və alınan məhsul xarici görünüşünə görə bir-birindən fərqlənmirlər. Üzvi reaksiyaların
gedişi şəraitdən daha çox asılı olduğuna görə müəyyən dəyişiklik nəzərdə tutulan maddənin deyil,
başqa maddənin alınması ilə nəticələnə bilər. Bütün bunları nəzərə alaraq şagirdlər üzvi kimya
kursunun tədrisində təcrübənin aparılmasına hazırlanmalıdır.
Təcrübə 2. Metanın alınması.
Resurslar: natrium-asetat, natronlu əhəng (NaOH ilə CaO qarışığı), sulfat turşusu, çini
həvəngdəstə, 150 mm uzunluqlu və 20-30 mm diametr olçüsündə dəmir (və ya kvars) boru, metal
ştativ, 2 ədəd yastıdib kolba,
şüşə borular, rezin tıxaclar, elektrik qızdırıcı cihaz, spirt lampası.
Təcrübənin aparılması metodikası.
Toz halına calınmış 10 qram susuz natrium-asetat 20-25 qram natronlu əhənglə yaxşı
qarışdırılır. Reaksiya qarışığı dəmir borunun mərkəz hissəsinə yerləşdirilir. Borunun bir ucuna
məsaməsiz, digər ucuna məsaməli tıxac taxılır. Metal boru şüşə boru vasitəsilə yastıdib kolba ilə