240
Təchizat: çöl və ya dağ çiçəklərindən bağlanmış dəmət; 4-5 meyvə (mulyajlar və ya varsa
təbii); dənli bitkilərdən ibarət 2 ədəd kiçik dərz; kaktus; içərisində su bitkiləri salınmış akvarium;
mamır nümunələri; qıjı herbariləri; dərman bitkilərinin herbariləri; papaqlı göbələklərin şəkilləri;
«Bitkilər insanlara nə verir» mövzusuna aid kolleksiyalar; dərslik.
Botanikadan birinci dərsin məqsədi şagirdləri bitkilərin müxtəlifliyi, onların təbiətdə,
insanın həyatında və istehsalat fəaliyyətində əhəmiyyəti ilə tanış etmək, habelə botanikanın
qarşısında duran vəzifələri şərh etməkdir.
Lakin birinci dərsdə şagirdlərdə VI-VII siniflərdə keçəcəkləri bu fənnə maraq oyatmağın
əhəmiyyəti də az deyildir.
Şagirdlərdə bu fənnə maraq oyatmağı, onların bitkilərin mühafizəsinə cəlb olunması
müəllimin birinci dərsi necə keçməsindən çox asılıdır.
Ona görə müəllimlər bitkilərin insan həyatında, sənaye və xalq təsərrüfatında əhəmiyyətin-
dən başqa indikatorluq xassələri haqqında aşağıdakıları qeydləri etməlidir:
İnsanlar hələ qədimdən bitkilərin müalicəvi əhəmiyyətini bilərək onlardan çoxlu xəstəliklərin
müalicəsində istifadə edirlər, indi də insanlar həmin dərman bitkilərindən istifadə edirlər.
Bitkilərin bir xüsusiyyətini də qeyd etmək lazımdır ki, onlar təbii hadisələri daha yaxşı hiss edir
indikator rolunu oynayır, vulkanın, zəlzələnin, iqlimin dəyişməsini, yağış yağmasını, havanın günəşli
olacağını əvvəlcədən xəbər verirlər. Müəyyən olunmuşdur ki, 400 minə qədər belə bitki barometr rolu-
nu oynayır. Götürək elə hamıya yaxşı məlum olan cincilim bitkisini. Onun çiçəkləri yağışın yağmasını
bildirən indikatordur. Əgər saat 9-da cincilimin çiçəkləri açılmayıbsa, o gün mütləq yağış yağacaq.
Gülümbahar, qramofon çiçəyinin ləçəkləri bükülübsə, mütləq yağış yağacaq. Yağışın yaxınlaş-
masını ot sarmaşığı, zəncirotu, südotu da xəbər verir. Yağışdan əvvəl xına gülünün gövdəsi nəmlənir.
Bitkilərin köməyi ilə ayrı-ayrı fəsillərin necə keçəcəyi barədə də məlumat almaq mümkün-
dür. Məsələn, aprel ayında toz ağacından şirə daha çox axırsa, yay yağışlı keçəcək. Palıd ağacında
külli miqdarda qozanın olması qış fəslinin sərt keçəcəyinə işarədir.
Alimlərin mülahizələrinə görə bitkilərin köməyi ilə hətta uzaq keçmişdə iqlimin necə
keçdiyi barədə də mühakimə yürütmək olar. Bu işdə bir neçə min il yaşamağa qadir olan püstə,
sekuoya ağaclarının gövdəsindəki illik həlqələr köməyə gəlir. İllik həlqələr güclü inkişaf edibsə
(enlidirsə), deməli həmin il yağıntı çox olub.
Bitkilərin o qədər qəribə və maraqlı dünyası vardır ki, alimlər gələcəkdə iqlimin, təbiətin
necə olacağı haqqında mülahizələr irəli sürürlər. Məsələn, Volqaboyu rayon üçün 2000-ci ilə qədər
müəyyənləşdirilmiş iqlim özünü doğruldur.
Sonu görünməyən meşədə, səhrada insan yolu itirəndə cəhətləri, marşrutu qarışdıranda onun
köməyinə bitkilər gəlir. Kompas kimi yol göstərir. Məsələn, fərz edək ki, bir nəfər meşədə yolu
itirib, onun məqsədi Şimala doğru getməkdir. Əgər həmin şəxs bitkiləri yaxşı duyursa o, meşədə
bitən ağaclara nəzər salır. Görür ki, ağcaqayının bir tərəfi ağ və təmiz, o biri tərəfi isə ləkəli və çat-
çatdır. Artıq həmin şəxsə hər şey aydındır. Belə ki, ağcaqayının ağ və təmiz tərəfi Cənubu, ləkəli və
çat-çat tərəfi isə Şimalı göstərir.
Beləliklə, o öz yolunu müəyyən edib davam etdirir.
Günəşsiz günlərdə cəhətləri təyin etmək üçün şam ağacları da köməyə gəlir. Bu ağacların Şimal
hissəsinin çətiri olduqca seyrək, meyvələri az olur. Cənub hissəsində isə bunun əksi müşahidə edilir.
Bitkilər atmosferin və hidrosferin çirklənməsinə qarşı həssasdır, çirklənmə dərəcəsini müəyyən
etməkdə onların rolu əvəzsizdir. Məsələn bağayarpağı, cincilim, kükürd qazna, bansüzgəci (dazı),
qoyunqulağı, acıçiçək-florlu birləşmələrə, iynəyarpaqlı bitkilər, palıd, gavalı, quşarmudu (üvəz), göyrüş
(vən), ot bitkilərindən sürvə, dəstərək, gülgül havanın uzun müddət çirklənməsinə davamsızdırlar.
Şagirdlərə izah etmək lazımdır ki, müasir dövrdə bioloq, geoloq, geokimyaçı, torpaqşünas,
meşəçi, hidrogeoloq, iqlimşünas, arxeoloq və s. peşə sahibləri öz tədqiqat işlərində bitki
indiqatorlarından geniş istifadə edirlər. Belə ki, bir sıra bitkilər torpağın dərinliyində faydalı
qazıntıların, qiymətli metalların, daş-qaşların və s. olduğunu xəbər verir. Müəyyən edilmişdir ki,
quşarmudu, murdarça və fındıq qarışıq halda bitdiyi ərazidə qiymətli daşlar olur.
Şam, küknar və ağ şamın kök sistemlərinin bir-birinə dolaşması həmin ərazidə qızılın
olmasına işarədir. Bəzən qızılı basdırdıqda da bu hal öz təsirini göstərir.