244
alması təbiətdən istifadənin səmərəliliyinin yüksəldilməsini, istehsal proseslərinə daha mükəmməl
müasir texnologiyanın tətbiqini və insanlarda ekoloji mədəniyyətin təkmilləşdirilməsini tələb edir.
ƏDƏBİYYAT
1.
Babayev M.S., Mustafayev Q.T. Ümumi biologiyaya, ekologiyaya əlavələr. Bakı: Təhsil
Nazirliyi, 1992, 118 s.
2.
Mehrabov A.O., Cavadov İ.A. Ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmə.
Bakı: Mütərcim, 2007, 184 s.
3.
Mikayılova Ş. Ekoloji problemlərin mənəvi-estetik dünyagörüşü aspektləri. Fəl.elm.nam....
dis. Bakı, 2000, 142 s.
4.
Rıkov A.,Şerbakov A.İ. “Biologiya müəllimlərinin metodik haırlığının psixoloji analizi
haqqında”məqaləsindən.Vladimir: 1973, s.24-28
5.
Korsunskaya V.M., Verzilin V.M. Biologiyanın tədrisinin ümumi metodikası.
Ped.inst.biol.fak. tələbələri üçün dərslik. 3-cü nəşri, M., “Maarif”, 1976, 384 s.
6.
Məsimov N. Məktəblilərin ekoloji tərbiyəsi mühüm məsələdir. //Azərbaycan məktəbi Jurnalı,
№ 7, 1987, s.21-24
7.
Əsgərov Ə.A. Təbiətin mühafizəsi (dərslik). Bakı: Maarif, 1983, 201 s.
ABSTRACT
Vusala Ismailova
METHODS OF ENVIRONMENTAL PROTECTION ACTIVITIES OF
STUDENTS IN THE TEACHING OF BIOLOGY LESSONS
The article reveals the content of environmental education in biology lessons, displays
information about the state of the environment and its individual components. The article notes that
advance biology teacher must correctly identify the capabilities of environmental content of the
biology and at the same time need to create in students an impression of the relationship between
natural processes, the impact of these processes on the biosphere, society. In our opinion, with the
inclusion in the program of biology even more extensive information can be properly build
environmental, ecological activities of students. Lessons of biology scientific facts substantiate the
nature conservation activities of students, protection of flora and fauna, in-depth study of flora and
fauna. In-depth knowledge of environmental activities right motivation contributes to the formation
of environmental education and the development of awareness in this area.
РЕЗЮМЕ
Вюсала Исмаилова
МЕТОДЫ ОРГАНИЗАЦИИ ПРИРОДООХРАННОЙ ДЕЯТЕЛЬНОСТИ
УЧАЩИХСЯ ПРИ ПРЕПОДАВАНИИ УРОКОВ БИОЛОГИИ
В статье раскрывается содержание экологического образования на уроках биологии,
отображается информация о состоянии природной среды и его отдельных составных частей.
В статье отмечается, что учителя биологии должны заранее правильно определять
возможности природоохранительного содержания тем биологии и в тоже время должны
создать у учащихся впечатление о взаимосвязи между природными процессами, о влиянии
этих процессов на биосферу, общество. На наш взгляд, с включением в программу биологии
еще более обширных информаций можно правильно строить природоохранную,
экологическую деятельность учащихся. Уроки биологии научными фактами обосновывают
природоохранную деятельность учащихся природы, охрану флоры и фауны, глубокого
изучения растительного и животного мира. Глубокие знания правильной мотивации
природоохранной деятельности способствует формированию экологического воспитания и
развитию сознания в этой области.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent B.Məmmədov
245
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
ƏMRAH HƏSƏNOV
CAVANŞİR RƏHİMOV
Naxçıvan Dövlət Universiteti
UOT: 372.8:796
VOLEYBOLDA BLOKQOYMANIN
TEXNİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ
Açar sözlər: Hücum, zərbə, blokqoyma, oyunçu, ötürmə
Key words: Attack, blow, is blocked, player, pass
Ключевые слова: Атака, удар, блокировка, игрок, передача
Blok torun sərhəddində rəqib hücumçunun qarşısını almaq üçün istifadə olunan texniki bir
fənddir. Voleybolda blok müdafiə deməkdir. Hücumçu topa toxunmadan blokqoyan oyunçu topa
toxuna bilməz. Tək oyunçunun blokqoymanı yerinə yetirməsinə nəzər salsaq görərik ki, o hücum
edən oyunçunun hərəkətlərini izləyir. Blokda duran oyunçu ötürmənin istiqamətinə görə özünü
səmtləşdirərək, nəzərdə tutulan hücum sahəsinə çıxır. Blokqoymada tullanma anı hücum edən
oyunçunun hərəkətlərindən asılıdır. Yüksək ötürmələrdə zərbələri yerinə yetirərkən blok qoyan
oyunçu hücumçudan 245roto tullanır. Blok anı qollar tora yaxın olmalıdır. Əllər bir-birindən elə
məsafədə olmalıdır ki, top onların arasından keçməsin. Hücum zərbəsini qarşılamaq üçün
blokqoyan oyunçu əllərini torun yuxarı kənarından rəqib tərəfə keçirir. Blok qoymada
müvəffəqiyyət qazanmaq üçün aşağıdakı amilləri nəzərə almaq lazımdır.
Blokqoyma zamanı yerin seçilməsi;
Hücum zamanı blokqoyan oyunçunun qollarının vəziyyəti və sıçrayış (tək blokqoymada);
Sıçrayışdan əvvəl torun yaxınlığında elə məsafədə yer seçmək lazımdır ki, bu zaman tora
toxunmayasan.
Blokqoymada əsas məsələ hücum zamanı topun uçuş istiqamətini müəyyənləşdirib qarşısını
almaqdır. Əsas istiqamətdə topun qarşısını almaqdan ötrü blok edən oyunçu hücumçunun qaçış
istiqamətində sıçrayış etmək üçün öz yerini müəyyənləşdirməlidir. Hücum zərbəsi zamanı 4-cü
sahədən blokda olan oyunçu topdan sol tərəfdə durur qollarını isə yüngülcə sağ tərəfə tutur.
2-ci sahədən hücum zamanı blokda duran oyunçu həmən
şərti yerinə yetirir, lakin topdan sağ
tərəfdə yerləşir. Blok edən oyunçu topa həmişə baxmamalıdır. 2-ci ötürmənin istiqamətini təyin
edəndən sonra, hücumçuya baxmalıdır ki, onun qaçış istiqamətini və mümkün olan zərbənin
istiqamətini təyin etsin. Sıçrayış zamanı yalnız topa baxmaq lazımdır. Blokqoymada oyunçunun öz
yerini müəyyən etməsi, onun taktiki savadı, rəqib komandanının ilkin vəziyyəti, birinci ötürmənin
yönəldiyi sahə, hücum zərbəsi üçün topun ötürüldüyü sahə, rəqib komandada hücumçunun
yerdəyişməsi, topun ötürülmə trayektoriyası və zərbə nöqtəsi, hücum zərbəsini icra edən oyunçunun
fərdi xüsusiyyətlərini icra etməklə seçilir. Fərdi blokqurma bir neçə vəziyyətdə tətbiq olunur.
Rəqibin üç hücumçusu təhlükə yaradanda, mürəkkəb və sürətli taktiki kombinasiyalar zamanı
hücumda birinci ötürmələrdən yerinə yetiriləndə, yayındırıcı ötürmələrdən istifadə edəndə,
gözlənilməz hücum zərbələrində tək blokqurmanın iki üsuluna, sahə və mütəhərrik (tutucu) bloka
nəzər salaq. Sahə blokunda oyunçu meydançanın tapşırılan sahəsini bağlayır. Mütəhərrik blok
qurarkən oyunçu, hücum zərbəsinin istiqamətini bağlamağa çalışır. Bu zaman blok quran oyunçu
hücum
zərbəsinin istiqamətini, topun ötürülməsinə və hücumçunun hərəkətlərinə görə təyin edir.
Blokqoymanın keyfiyyəti tullanma hərəkətinin vaxtında yerinə yetirilməsi ilə müəyyən
edilir. Hücum zərbələri hündür və orta ötürmələrdən vurularkən, blokda duran oyunçu zərbənin
istiqamətini bağlamaq üçün hücumçudan bir qədər sonra tullanır. Sürətli qısa və qısaca
ötürmələrdən zərbə vurarkən blok edən oyunçu, hücumçu ilə bir vaxtda sıçrayış edir. Tordan uzaq
ötürmələrdən zərbə vurarkən blok edən oyunçu əvvəlkinə nisbətən gec tullanır. Oyunçu