242
Məqsəd: «Həşəratların müxtəlifliyi, onların təbiətdə, insanın həyatında rolu, həşəratları
mühafizə tədbirləri, zərərverici həşəratlara qarşı mübarizə üsulları haqqında bilik vermək, faydalı
həşəratlara qarşı qayğıkeş münasibət formalaşdırmaq».
Dərsin təchizi: «Kələm kəpənəyi», «Bal arısı», «Pulcuqqanadlılar», «Pərdəqanadlılar»
cədvəllər və s.
Dərsin gedişi: Dərsi təbiətdə və insan həyatında həşəratların əhəmiyyəti haqqında şagirdlərin
hansı səviyyədə biliyə malik olmalarını öyrənmək, ümumiləşdirmək məqsədə uyğundur. Bu
baxımdan həşəratların müxtəlifliyini, onların yer üzərində geniş yayılmasnı və başqa heyvanlarn
sinifləri və tipləri ilə nisbətən yüksək say şagirdlərə xatırladılmalıdır.
Nəhayət, şagirdlər torpaqda yaşayan (çoxlu böcəklərin süfrələrini və s.) həşəratların müsbət
əhəmiyyətini başa düşməlidirlər və bilməlidirlər ki, onlar çoxlu canlılarla birlikdə torpağı yumşaldırlar
və öz növbələrində onu oksigenlə zəngiləşdirir və orada yaşayan canlıların tənəffüsünə kömək edir.
Daha sonra şagirdlər təbiətdə maddələr dövranında da həşəratların əhəmiyyətini qeyd
etməlidirlər. Bununla əlaqədar onların qorunması üzrə mühüm tələbləri (mikroqoruqların təşkili,
kənd təsərrüfatında müsbət əhəmiyyətə malik olan növlərin süni yerləşdirilməsi, icazə almadan
həşərat toplanmasının qadağan edilməsi, ziyanverici həşəratlara qarşı bioloji mübarizə üsulunun
geniş istifadəsi və s.) xüsusi qeyd etmək lazımdır.
VIII sinifdə «Zoologiya» kursunda «Quşların əhəmiyyəti və qorunması» mövzusu tədris
edilərkən həm şifahi təlim üsullarından, həm də praktik metodlardan istifadə olunmuşdur.
Mövzu: «Quşların əhəmiyyəti və qorunması»
Məqsəd: Təbiətdə quşların müxtəlifliyini, insan həyatında əhəmiyyətini şagirdlərə başa salmaq,
onlarda bütün quşlara qarşı məhəbbət hissi oyatmaq, nadir və nəsli kəsilməkdə olan quşların qorunub
saxlanılması yolları haqda olan məlumatları şagirdlərə çatdırmaq. Quşlara qayğıkeş münasibət
tərbiyələndirmək, şagirdlərin quşları mühafizə fəaliyyətinin nizamlanması və sistemləşdirilməsi.
Dərsin təchizi: Naxçıvan Muxtar Respublikasında yaşayan müxtəlif quşların, onların
yumurta və balalarının, yuvalarının şəkili olan albomlar, quş müqəvvaları, müxtəlif quşların
yumurtaları, «Ziyanverici həşəratlarla bioloji metod üsulu ilə mübarizə» filmi.
Dərsin gedişi: dərsi biologiya kabinəsində Azərbaycan və Naxçıvan quş faunasını
əks etdirən müqəvvaların nümayişi ilə başlamaq lazımdır. Quşların bəzilərinin öz əhəmiyyəti vardır.
Əsasən toyuqkimilər (20 növü) və qazkimilər (50 növü) öz əhəmiyyətini daşıyırlar(3, s. 129).
Təbiətdə quşların əhəmiyyəti ilə şagirdləri tanış edərkən bildirir ki, quşlar başqa onurğalılar kimi
təbii komponentlərin ən mühim bir hissəsini təşkil edir. Quşlar həm növ tərkibinə, həm də ümumi
sayına görə müxtəlifdir. Buna görə də maddələrin dövranında onların rolu mühimdir.
Sinfə aşağıdakı suallarla müraciət edilməlidir.
1. Quşların bitkilərin həyatında nə kimi rolu var?
2. Başqa heyvanların yaşamasında quşların rolu nədən ibarətdir?
Suallara cavab aldıqdan sonra müəllimə şagirdlərin cavablarını ümumiləşdirir və
yekunlaşdıraraq qeyd edir ki, bitkilərin boy atmış requlyasiyasında və inkişafında çiçəkli bitkilərin
tozlanmasında, meyvələrin və toxumların yayılmasında quşlar mühüm rol oynayır.
Müəllim şagirdlərə izah edir ki, yırtıcı quşlar sanitar rolunu oynayır. Onlar zəif
və xəstə hey-
vanların məhv olunmasında iştirak etməklə insanlar və heyvanlar arasında yoluxucu xəstəliklərin
yayılmasının qarşısını alır.
Müəllim quşların insan həyatında böyük estetik əhəmiyyətini izah etməlidir. Qədim
zamanlardan başlayaraq bir sıra quşlar ovçular obyekti olmuşlar. Onlardan ördək, qaz, hind toyuğu,
göyərçin və s. çoxsaylı quşların adlarını çəkə bilərik. Quşlar özlərinin gözəl görünüşləri, məlahətli
səsləri ilə böyük estetik əhəmiyyət kəsb edirlər. Sonra müəllim Azərbaycanın quş faunasının
zənginliyini, eyni zamanda Naxçıvan Muxtar Respublikasında yayılan quş faunası haqqında onların
qorunmasının zəruriliyini aşağıdakı faktlarla öz şərhinə daxil etməklə şagirdlərin təbiəti mühafizə
biliklərini diyarşünaslıq materialları əsasında dərinləşdirir, genişləndirir.
Quşların bəziləri çoxdan əhliləşdirilmiş, bir çoxları ekzotik quş kimi saxlanılır. Digərləri isə
kənd təsərrüfatına ciddi ziyan vuran cücü və gəmiricilərlə qidalandıqları üçün çox xeyirlidirlər.
Quşlar bitki toxumlarının yayılmasında da əhəmiyyətli rol oynayırlar. Şagirdlərə xüsusi olaraq başa