236
əlaqələndirilir. Dəmir boru üfiqi istiqamətdə ştativə bərkidilir. Metal borunun qarışıq yerləşən orta
hissəsi qızdırılır və nəticədə aşağıdakı reaksiya gedir:
CH
3
COONa + NaOH → CH
4
+ Na
2
CO
3
Bu reaksiyada metanla yanaşı əlavə məhsullar da (aseton, etilen, hidrogen, karbon- dioksid)
alınır. Metanı qarışıqlardan təmizləmək üçün qaz buxarları birinci kolbada kondensləşir, sonra
içərisində sulfat turşusu olan kolbaya daxil olaraq quruyur və təmizlənir. Təmizlənmiş metan
qazometrə yığılır və kimyəvi xassələri öyrənilir.
Müəllim metanın alındığına şagirdləri inandırmaq üçün qazometrdən çıxan boruya yanar çöp
yaxınlaşdırmaqla metanı yandırır. Metan qazı rəngsiz alovla yanır. Bu alınan metanın təmiz
olduğunu göstərir.
Təcrübə 3. Etilenin kimyəvi xassələri.
Təchizat: etilenlə dolu qazometr, qatı bromlu su, kalium-permanqanat məhlulu, böyük
ölçülü sınaq
şüşələri, şüşə çubuqlar.
Təcrübənin aparılması metodikası.
İki sınaq şüşəsi götürüb onlardan birinə bromlu su, digərinə kalium-permanqanat məhlulu
tökülür. Sınaq şüşələrinə qazometrdən etilen qazı buraxılır. Hər iki sınaq şüşəsindəki məhlulların
rəngsizləşdiyi müşahidə olunur. Şagirdlər müəllimin doymamış karbohidrogenlərin quruluşu və
xassələrinə dair verdiyi məlumatlara əsaslanaraq məhlulların rəngsizləşməsinin etilenin doymamış
karbohidrogen olması ilə izah edirlər. Eksperimentlərdən belə nəticə çıxarılır ki, doymamış
karbohidrogenlər üçün birləşmə və oksidləşmə reaksiyaları xarakterikdir. Şagirdlər hər iki
reaksiyanın tənliklərini dəftərlərində yazırlar.
11-ci sinifin mövcud kimya proqramında üzvi kimya kursunun tədrisi davam edir. Proqrama
daxil olan mövzuların nümayiş təcrübələrinin aparılması ilə öyrədilməsi üçün 10-cu sinifin üzvi
kimya kursu ilə müqayisədə daha geniş imkanlar mövcuddur. Bu kursun proqramında nümayiş
təcrübələrinin aparılması zəruri olan mövzular aşağıdakılardır: karbohidrogenlərin təbii mənbələri
və onların emalı, spirtlər və fenollar, aldehidlər, ketonlar, karbon turşuları, mürəkkəb efirlər, yağlar,
karbohidratlar, azotlu üzvi birləşmələr.
Burada bəzi nümayiş təcrübənin aparılması metodikası verilir.
Təcrübə 1. Qliserinin natrium metalı və mis (II) hidroksidlə reaksiyaları.
Təchizat: natrium metalı, qliserin, mis (II) sulfat, natrium-hidroksid, stəkan, sınaq şüşələri,
ştativ, spirt lampası, süzgəc kağızı,
distillə suyu, pinset.
Təcrübənin aparılması metodikası.
a) stəkana 5 ml qliserin töküb içərisinə pinset vasitəsilə yaxşı qurudulmuş kiçik natrium
parçası salınır. Natrium metalı əvvəlcə qliserinin səthində hərəkət edir və tədricən qızır. Nəticədə
güclü reaksiya başlayır və hidrogen qazı ayrılır.
b) sınaq şüşəsinə 5 ml qliserin töküb üzərinə 3 ml mis (II) sulfat məhlulu əlavə olunur. Sonra
onun üzərinə sınaq şüşəsində məhlulun parlaq-göy rəngi alınana qədər tədricən natrium-hidroksid
məhlulu tökülür.
Müəllim qliserinin xassələrinə dair eksperimentləri nümayiş etdirməklə şagirdlərdə
çoxatomlu spirtlər haqqında təsəvvürləri inkişaf etdirir. Şagirdlər çoxatomlu spirtləin biratomlu
spirtlərlə oxşar xassələrinin olduğunu öyrənirlər. Belə ki, reaksiyalarda müşahidə olunan əlamətlər
təsdiq edir ki, biratomlu spirtlərdə olduğu kimi çoxatomlu spirt olan qliserinin tərkibində də
hidroksil qrupları mövcuddur. Müəllim reaksiyaların tənliklərini şagirdlərə yazdırır.
Eksperiment 2. Aldehidlərin oksidləşmə reaksiyaları.
Resurslar: 10 faizli natrium-hidroksid, 2 faizli mis (II) sulfat, 10 faizli etanal, sınaq şüşələri,
ştativ, spirt lampası
Təcrübənin aparılması metodikası.
Sınaq şüşəsinə 10 ml natrium-hidroksid töküb, üzərinə bir neçə damcı mis (II) sulfat əlavə
olunur. Əmələ gələn göy rəngli mis (II) hidroksid süzülür, sınaq şüşəsinə köçürülür və üzərinə 5 ml
etanal məhlulu əlavə olunur. Alınan qarışıq spirt lampası alovunda qızdırılır. Müəllim şagirdlərə
eksperimentin gedişini izləməyi və dəftərlərində qeyd etməyi tapşırır. Mis (II) hidroksidlə etanalın
qarşılıqlı təsiri nəticəsində əvvəlcə sarı rəngli mis (I) hidroksid, sonra isə qırmızı rəngli mis (I)
237
oksid alınır. Təcrübənin gedişində müşahidə olunan reaksiyaların tənliklərini şagirdlər özləri yazıb,
müəllimə göstərirlər:
CuSO
4
+ 2NaOH → Cu(OH)
2
↓+ Na
2
SO
4
Reaksiyanın tam tənliyi:
Təcrübə 3. Zülalların rəngli reaksiyaları.
Təchizat: zülal məhlulu, natrium-hidroksid, mis (II) sulfat, qatı nitrat turşusu, qurğuşun (II)
asetat, sınaq şüşələri, spirt lampası.
Təcrübənin aparılması metodikası.
Üç sınaq şüşəsi götürüb onların hər birinə az miqdarda zülal məhlulu tökülür. Birinci sınaq
şüşəsinə əvvəlcə 3 ml natrium-hidroksid, sonra isə həmin həcmdə mis (II) sulfat əlavə olunur.
Məhlulun qırmızı-bənövşəyi rəng alması müşahidə olunur. İkinci sınaq şüşəsinə qatı nitrat turşusu
əlavə edilir. Məhlul sarı rəngə boyanır. Üçüncü sınaq şüşəsinə qurğuşun (II) asetat və natrium-
hidroksid tökülərək spirt lampasının alovunda qızdırılır. Nəticədə qara rəngli çöküntü əmələ gəlir.
Müəllim nümayiş etdirdiyi təcrübələrdə müxtəlif rənglərin əmələ gəlməsinin zülalın
quruluşu ilə əlaqəli olduğunu şagirdlərə izah edir. O, göstərir ki, birinci təcrübədə qırmızı-
bənövşəyi rəngin əmələ gəlməsi tərkibində peptid qrupu olan zülallar üçün xarakterikdir. İkinci
təcrübədə sarı rəngin alınması zülalın tərkibində aromatik aminturşuların olduğunu göstərir.
Üçüncü
sınaq şüşəsində qara rəngli çöküntünün əmələ gəlməsi zülalın tərkibində kükürdun olduğunu təsdiq
edir. Beləliklə zülalların rəngli reaksiyalarının nümayiş etdirilməsi şagirdlərdə zülalların quruluşu
ilə onların xassələri arasında qanunauyğun əlaqənin olmasına dair bilikləri təcrübə vasitəsilə
möhkəmlədir.
ƏDƏBİYYAT
1. M.M.Abbasov,V.M.Abbasov,N.Ə.Abışov,V.S.Əliyev. Kimya.Ümumtəhsil məktəblərinin 7-ci
sinfi üçün dərslik.Bakı,2014.
2. M.M.Abbasov, A.H.Əliyev. Kimya 7-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı,2014.
3. R.Ə.Əliyeva, V..M.Abbasov, A.M.Məhərrəmov,M.M.Abbasov, S.R.Hacıyeva və. b.Kimya.
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik.Bakı,2015.
4. M.M.Abbasov, A.H.Əliyev. Kimya 8-ci sinf. Müəllim üçün metodik vəsait.Bakı,2015.
5. V.M.Abbasov,M.M.Abbasov, R.Y.Əliyev və b.Kimya.Ümumtəhsil məktəblərinin 9-ci sinfi üçün
dərslik.Bakı,2005.
6. V.M.Abbasov,A.M.Məhərrəmov,M.M.Abbasov və b.Kimya.Ümumtəhsil məktəblərinin 10-cu
sinfi üçün dərslik.Bakı,2005.
7. V.M.Abbasov,A.M.Məhərrəmov,M.M.Abbasov və b.Kimya.Ümumtəhsil məktəblərinin 11-ci
sinfi üçün dərslik.Bakı,2007.
8. Э.Г.Золотников. Химический эксперимент в условиях развивающего обучения. Химия в
школе, 2001,№ 1.
9. А.А.Гусев. Химический эксперимент как важнейший метод обучения.www. bfnm. ru/
DSWMedia/gusevaa.doc.
10. Л.А. Цветков . Методика демонстрационного эксперимента по органической химии.
WWW.Xmikat.com/info.php?id=84.