238
ABSTRACT
B.G.Mammadov
METHODS OF ORGANIZATION AND CARRYING OUT
OF DEMONSTRATION EXPERIMENTIn grades of 7-11
The methodical development for the organization and carrying out the demonstration
experiments in the chemistry course of 7-11 classes of secondary schools are described in the
article. At the beginning of this article the value of a school chemistry experiment in the course of
chemistry of high school was briefly described. The method of using the demonstration of chemical
experiments is developed on specific topics of chemistry in the grades of 7-11. Special attention
was payed to the combination of clarity with the word of the teacher, as well as the
implementation
of the experiment, the explanation of the obtained results and the preparation of
chemical reactions.
РЕЗЮМЕ
Б.Г.Мамедов
МЕТОДИКА ОРГАНИЗАЦИИ И ПРОВЕДЕНИЯ
ДЕМОНСТРАКЦИОННЫХ ЭКСПЕРИМЕНТОВ
В 7-11 КЛАССАХ
В статье дается методическая разработка по организации и проведению демонс-
трационных экспериментов в курсе химии 7-11 классах общеобразовательных школ. В
начале статьи коротко описано значение школьного химического эксперимента в курсе
химии средней школы. По отдельным темам химии 7-11 классов разработана методика
использования демонстрационных химических экспериментов. Уделено особое внимание
сочетанию наглядности со словом учителя, а также выполнению эксперимента, обьяс-нению
полученных результатов и составлению химических реакций.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
239
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
VÜSALƏ İSMAYILOVA
Naxçıvan Dövlət Universiteti
ivusala@inbox.ru
UOT: 372.8:57
BİOLOGİYA DƏRSLƏRİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRİN TƏBİƏTİ
MÜHAFİZƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ METODLARI
Açar sözlər: məktəb, ekoloji tərbiyə, dərs, biologiya, məsuliyyət, təbiəti mühafizə
Keywords: school, environmental education, lesson, biology, responsibility, protection of nature
Ключевые слова: школа, экологическое воспитание, урок, биология, ответственность,
охрана природы
Ümumtəhsil məktəblərində tədris olunan biologiya fənni şagirdlərin təbiəti mühafizə işinin
təşkilində mühüm rol oynayır. Onun tədrisi zamanı bütün istiqamətlərdə təbiəti mühafizə fəaliyyətinin
düzgün qurulması üçün geniş imkanlar vardır. Həm də bunu biologiya kursunun proqramı tələb edir. Bu
baxımdan proqramın izahat vərəqində belə yazılır: «Ekoloji problemlərin daha dərindən dərk edilməsi,
ekoloji tərbiyənin yüksəldilməsi məqsədi ilə bu sahədə proqrama daha geniş miqyaslı məlumatlar daxil
edilmişdir» (1, s. 3-4). Fikrimizcə, proqramların daha da yeniləşdirilməsi ilə əlaqədar daha geniş məlu-
matlar daxil edilməklə təbiəti mühafizə fəaliyyətini düzgün qurmaq olar.
Ekoloji tehsilin məzmununu açıqlayarkən pedaqoji baxımdan aşağıdakıları nəzərə almaq
lazımdır:
l. Təbii mühit ve onun ayrı-ayrı tərkib hissələrinin veziyyəti haqqında məlumatların kifayət
qədər yüksək dəqiqliyinə riayət olunmalı və təkcə məlumatlar deyil, biosferin bu və ya digər
komponentinin qismən dəyişməsinə gətirib çıxara biləcəyi nəticələrə məxsus illutistrasiyalar da
nümayiş etdirməli
2. Ekoloji hadisələri kompleks şəkildə işıqlandırmalı. Tebii prosesləri münasibətdə əks
etdirmək vacibdir: meselen, yer üzündən hansısa bitki və ya heyvan novlərinin yox olduğu haqqında
faktlar gətirmək kifayət deyil. Çoxları bu faktlara bu va ya digər dərəcədə biganə qalacaqdır. Lakin
bu misal təbii hədisələr zənciri ilə qarşılıqlı əlaqədə yaradıb onun qalan biosfer proseslərinə ve
cəmiyyətə təsiri göstərilsə tam başqa təəsurat oyatmaq olar.
3. Təbii amillərin üstünlüyünü xüsusi qeyd etməliyik.
Təbii sərvətlərin üstünlüyünü ona görə qeyd etmək lazımdır ki, insanlar təbiətlə apardıqları
mübarizədə çox vaxt praktik məqsədlərə çatmaq yolunda maneələr kimi nəzərdən keçirilən təbii
şəraitlə qarşıdurma ruhunda tərbiyə olunmuşlar.
Biologiya dərslərini tədris edən müəllimlər təbiəti mühafizə məzmunlu mövzuların imkanlarını
əvvəlcədən müəyyənləşdirməlidir. Bununla əlaqədar il ərzində əlavə olaraq şagirdin yaşadığı rayonun,
qəsəbənin, kəndin bioloji materialları, diyarşünaslıq materialları toplanmalı mövzular imkan verdikcə
nəticəli təlimə söykənərək onlara başa salınmalıdır.
Məktəb kitabxanası, fənn kabinələri, güşələr, təbiəti mühafizə muzeyində təbiəti mühafizə
məsələləri nəzərə alınmalıdır.
Məktəblərdə təbiəti mühafizə fəaliyyətinin istiqamətində konkret mövzular üzrə təcrübi-
təlim məşğələləri təşkil edilməsi məqsədəuyğun hesab edilir.
VI sinifdə «Botanika» kursundan «Təbiətdə, xalq təsərrüfatında və insan həyatında bitkilərin
əhəmiyyəti» mövzusu öyrədilərkən həm praktik, həm də şifahi təlim üsullarından istifadə edilməlidir.
Dərsin məqsədi: şagirdləri ətraf mühitdə gördükləri çiçəkli bitkilərin müxtəlifliyi ilə onların
təbiətdə, insanın həyatında və istehsalat fəaliyyətində əhəmiyyəti ilə tanış etmək; bitki aləminin
başqa qrupları və bitkilərdən bəhs edən botanika elmi haqqında ümumi məlumat vermək, şagird-
lərdə fənnə maraq oyatmaq.