246
blokqurarkən tullanma hərəkətlərini oyun boyunca var gücü ile yerinə yetirməlidir. Bu
aşağıdakılardan asılıdır.
Hücumçunun sıçrayışından
və blok edənin boyundan;
Ötürmənin hündürlüyündən;
Topun tordan aralı olmasından;
Tora nisbətən zərbənin hündürlüyündən;
Blokun qurulmasında əsas cəhət hücumçunun bütün hərəkətlərini diqqətlə müşahidə etməkdir.
Tullanarkən blok edən oyunçu, hücum edən oyunçunun hərəkətlərini izləməli və onun
gözlərinin içinə baxmalıdır ki, bu da blokun səmərəliliyinin daha da artırılmasına səbəb olur.
Blokqurma zamanı əllərini son anda torun üzərinə hücum zərbəsindən qabaq çıxarmaq lazımdır.
Əllərin çıxarılmasının istiqaməti və əllərin torun üzərində vəziyyəti topun tordan aralı olmasından
asılıdır. Tora yaxın ötürmələrdə hücum zərbələrini yerinə yetirərkən əlləri topa qarşı rəqib tərəfə
torun üzərindən fəal keçirmək lazımdır.
Uzaq ötürmələrdə isə zərbə vurularkən blok edən oyunçu qollarını mümkün qədər yuxarı
uzadır. Blokquranın qollarının vəziyyəti (xüsusen əllərinin) zərbənin istiqamətindən asılıdır.
Oyuna daxil edilən topun qəbul edilməsinin keyfiyyətindən asılı olaraq blokeden oyunçu
hücum zərbəsinin hansı sahədən vurulacağını müəyyən edir. İkinci ötürməni icra edən oyunçunun
hərəkətlərindən ötürmənin hansı sahəyə yönələcəyini qabaqcadan hiss etməyi bacarmaq çox vacibdir.
Beləliklə, blokedən oyunçunun taktiki ustalığı xüsusi əhəmiyyət kəsb edir. Onun əsas
vəzifəsi hücum zərbəsinin istiqamətini və vurma sahəsini hiss etməyi bacarmaqdan və yaranmış
vəziyyətdən asılı olaraq hərəkət etməkdən, habelə hücumçunun fərdi xüsusiyyətlərini öz
imkanlarını və komandanın müdafiəçilərinin imkanlarını dəqiq bilməkdən ibarətdir.
Müdafiədə göstərilən fərdi taktiki hərəkətlərə blokdan sonrakı özünümühafizə etmə bacarığı
da aiddir. Blokdan sıçrayan top blok edən oyunçuya yaxın məsafədədirsə, blokedən oyunçu
özünümühafizə etməlidir. Oyuna daxil edilən topu yaxud hücum zərbəsini qəbul edərkən
müdafiəçinin göstərdiyi taktiki səylər topu qəbul etmə üsulunun seçilməsi, komandanın sonrakı
hərkətləri ilə əlaqədar sahənin müəyyən edilməsi və topu həmin sahəyə yönəldilməsi aiddir. Qrup
şəkilində bloklaşma oyunçuların birgə düşünülmüş hərəkətlərinə əsaslanır. Bu məqsədlə əsas və
köməkçi blokda olan oyunçuların anlayışı həyata keçirilir. Əsas oyunçu blokqoymanın bu və yaxud
başqa məqamda xarakterini təyin edir. Bu ya zona, ya da tutucu blok olmalıdır. Blokda olan
köməkçi oyunçunun məqsədi ondan ibarətdir ki, son anda əsas oyunçunun hərəkətləri təyin
olunandan sonra öz əllərini onun əllərinə sıx birləşdirməkdir. Bununla əlaqədar olaraq köməkçi
oyunçuların dayaqsız fazada, yerinə yetirilən hərəkətlərin texnikası bir qədər dəyişir. Məsələ
ondadır ki, köməkçi blokda olan oyunçu ilə toqquşmaması üçün ondan bir qədər aralı məsafədə
tullanmağa məcburdur və dayaqsız fazada əllərini dartaraq, onları oyundaşının əllərinə
birləşdirməlidir. Həmin qayda ilə üç oyunçu ilə blokqoyma yerinə yetirilir. Hücum zamanı tora
yaxın ötürmələrdən, rəqib tərəfinə əllərlə bərabər bazunun bir hissəsi kecir. Zərbə vaxtı
blokqoymada topu qarşılamaq kimi vəziyyət alırlar. Belə blokqoymada top böyük sürətlə
meydançaya düşür. Beləliklə əllərin düzgün vəziyyəti, müxtəlif ötürmələrdən və meydançanın ayrı-
ayrı sahələrindən gələn zərbələrin qarşısını almaq üçün, böyük əhəmiyyət kəsb edir. Tora yaxın
ötürülmədən zərbəni bloklaşdırmaq üçün əlləri topun qarşısında tutmaq kifayətdir. Əgər ötürülmə
tordan bir qədər uzaqda yerinə yetirilirsə onda bu vəziyyətdə olan əllərlə zərbənin mərkəzi
istiqamətini neytrallaşdırmaq olar. 4-cü və 5-ci, 1-2 ci zonalar arasında olan istiqamətlər bu zaman
acıq qalır. Ona görə də belə zərbəni bloklaşdırmaq üçün bu istiqamətdən voleybolçu əllərini sağa ya
sola yerini dəyişdirməlidir. Bu da hansı istiqaməti neytrallaşdırmaqdan asılıdır.Torun kənarında
yerinə yetirilən zərbələrin qarşısını almaq üçün, blokqoyma zamanı əllərin vəziyyəti bir qədər başqa
olmalıdır. Bu zaman blokda duran oyunçunun əllərindən top meydançanın kənarına düşməmək
üçün əllərdən biri topun auta getməsinin qarşısını alır. Bu vaxt topun əksetmə bucağı rəqib
meydançaya istiqamətlənir. Ucaboylu oyunçular ücün blokqurmaq bir o qədər çətin olmur. Topu
qəbul etmək üçün onlar əlləri yuxarı vəziyyətdə tutaraq hündürə çox tullanmadan blok qura bilirlər.
Belə idmançılar yorulmadan meydançanın müxtəlif sahələrində yerdəyişərək təkrar blok qura
247
bilirlər. Buna görə ucaboylu voleybolçulardan ön xəttdə əsas blok qurub oyunçu kimi istifadə
olunur. Beləliklə blokqurmaq üçlü hücum zərbələrindən komandanın müdafiəsi üçün əsas vasitədir.
ƏDƏBİYYAT
1.
А.В.Ивойлов Волейбол. Учебник, Минск, 1974.
2.
В.А.Осколкова.
Волейбол, Учебник, Москва, 1956.
3.
О.M.Ağayeva, E.N.Qədəşov Voleybol Bakı, 2003.
ABSTRACT
Amrah Hassanov
Javanshir
Rahimov
DEVELOPMENT OF BLOCK TECHNOLOGY COMBINATION IN VOLEYBOL
The sport games, particularly volleyball is the most useful and mass means of sport in order
to provide the physical development of the great part of population and to consolidate their health.
The higher developmental level of the modern volleyball requires it as a kind of sport. In general
volleyball contributes to the development of fastness, quickness, intolerance and some other
physical qualities in the formation and development of human body. During the games the
sportsmen do high level physical activities and this increases the level of functional opportunities of
human and fosters moral and volitional qualities in them.
During the game of volleyball coaches always focus on the technical- tactical preparation of
the sportsmen. During the training the players are also taught the tricks of defense along with
attacks. The team that is properly defended is always closer to victory. The trick of blocking is one
of the most productive ways of defense.
In the article we intended to explain the technique of blocking during the defense.
РЕЗЮМЕ
Амрах Гасанов
Джаваншир Рагимов
РАЗРАБОТКА КОМБИНАЦИИ БЛОКОВЫХ ТЕХНОЛОГИЙ В ВОЛЕЙБОЛЕ
Для обеспечения физического разявития, а также для укрупления здоровя широкой
массы
населения спортивные игры,
особенно волейбол,
считается самым доступным и массовым средством, так как современный волейбол
являющийся одним из спортивных видов, требует развития высокого уровня. В общем
волейбол способствует для формирования и развития организма, ловкости, гибкости,
выносливости, на самом высоком уровня выполняют физическую работу, которая
увеличивает уровен функциональных потребностей человека, а также морально-
устойцивные качества.
Технически-тактическая подготовка спортсменов, в игре волейбол, постоянно
находится в центре внимания тренера. Во время тренеровки наряду с тактикой нападения,
игроки обучаются тактики защиты. Правильная тактика защиты всегда способствует победе
команды. Блокирование –это самый эффективный способ защиты .
В этой статье мы хотели раскрыть технику блокирования в защите.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent B.Məmmədov