Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   99   100   101   102   103   104   105   106   ...   122

 
211 
1927-ci  ildə  39-cu  İHE-nın  iştirakı  ilə  Araz  çayı  hövzəsindəki  ərazilərdə  helmint  faunanın 
öyrənilməsi  istiqamətində  əsaslı  tədqiqatlar  aparılmış,  müxtəlif  heyvan  növləri  müayinə  edilmiş, 
insanlarda helmintoloji müayinələr aparılmışdır. 
    
 
1932-ci  ildə  professor  A.M.Petrovun  rəhbərliyi  ilə  116-cı  helmintoloji  ekspedisiyada 
Azərbaycanda,  о  cümlədən  Naxçıvanda  helmintoloji  tədqiqatlar  aparılmış,  ərazinin  helmint 
faunasının  tədqiqi  istiqamətində  əsaslı  araşdırmalar  yerinə  yetirilmişdir.  Ekspedisiyanın  fəaliyyəti 
nəticəsində gövşəyən heyvanlarda 59 helmint növü aşkar edilmişdir. Bu ekspedisiya, eyni zamanda 
ilk helmintoloq mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynamışdır (10). 
Sonrakı illərdə A.C.Qayıbov Naxçıvan MR-in müxtəlif ərazilərində, о cümlədən Araz çayı 
boyunca  olan  otlaqlarda  qoyunların  helmint  və  helmintozlarının  öyrənilməsində  təqdirəlayiq  işlər 
aparmışdır (5). 
Muxtar  Respublikada  tədqiqatlar  aparmış  akademik  Y.H.Hacıyev  bir  çox  helmintozların 
öyrənilməsində,  eləcə  də  onların  yayılma  qanunauyğunluqlarının  aşkar  edilməsində  mühüm 
nəticələr  əldə  etmişdir.  Ərazidə  qoyunların  diktiokaulyozunun  öyrənilməsində  onun  çox  böyük 
xidmətləri olmuşdur (4). 
M.T.Abbasov  Naxçıvan  MR-də  kənd  təsərrüfatı  heyvanlarının  bəzi  sestodozlarının 
epizootologiyasını tədqiq etmişdir (3). 
Naxçıvan  MR-in  Arazboyu  düzənliyində  köçəri  və  oturaq  qoyunçuluq  təsərrüfatlarında 
helmintozların  yayılma  xüsusiyyətlərini  Y.M.Seyidov  öyrənmişdir.  Kənd  təsərrüfatı  heyvanları 
arasında  yayılmış  62  helmint  növündən  38  növü  Naxçıvan  MR  faunası  üçün,  birinci  dəfə  qeydə 
alınmışdır.  Müəllif  öz  tədqiqatlarında  bu  növlərin  yayılması,  onların  mövsümdən  və  sahibin 
yaşından  asılı  olaraq  say  dinamikasının  dəyişməsi,  mübarizə  və  profilaktika  yolları  barədə 
məlumatlar vermişdir (9). 
R.D.Sadıxov  Araz  çayının  muxtar  respublikanı  əhatə  edən  sahillərində  və  çay  boyunca 
yerləşən  ərazilərdəki  yaşayış  sahələrində  57  növə  və  12  dəstəyə  aid  ev  və  vəhşi  quşların  helmint 
faunasım  tədqiq  etmişdir.  O,  ərazidəki  quşlarda  55  cinsə  mənsub  98  növ  helmint  növünün 
yayıldığını müəyyən etmişdir (8).  
İ.Ə.Sadıxov  Naxçıvan  MR-də  yırtıcı  və  digər  xəzdərili  məməlilərin  helmintlərinin 
öyrənilməsi istiqamətində tədqiqat işləri aparmışdır (7). 
Naxçıvan MR-in müxtəlif otlaqlarında helmintoloji vəziyyəti öyrənmək məqsədilə P.M.Cabbarov 
əsaslı tədqiqat işləri aparmış, otlaqların helmintlərlə yoluxma dərəcələrini müəyyən etmişdir (6).  
Q.T.  Fərhadov  Naxçıvan  MR-də  xırdabuynuzlu  heyvanlarda  parazitlik  edən  nematodların 
yayılma xüsusiyyətləri və aralıq sahilərinin yayılma qanunauyğunluqlarını tədqiq etmişdir (11). 
Son  illərdə  isə  Naxçıvan  MR-də  helmintfaunanın  tədqiq  edilməsində  S.H.Məhərrəmov  əsaslı 
elmi araşdırmalar aparmışdır. Tədqiqatçı muxtar respublikada kənd təsərrüfatı heyvanlarında kompleks 
helmintfaunanın  formalaşma  xüsusiyyətlərinin  öyrənilməsi,  eləcə  də  ekoloji  zonalar  üzrə  onların 
yayılma səviyyəsinin müəyyənləşdirilməsi istiqamətində nəzərəçarpacaq tədqiqat işləri aparmışdır (1). 
Muxtar  Respublikanın  heyvandarlıq  təsərrüfatlarında  intensiv  müşahidə  edilən  anoplosefal-
yatoz  invaziyaları,  onların  törədiciləri  və  aralıq  sahiblərinin  otlaqlarda  yayılma  xüsusiyyətlərinin 
öyrənilməsi istiqamətində E.N.Məmmədov əsaslı tədqiqat işləri aparmışdır (2).  
Bütün  bunlarla  yanaşı  Naxçıvan  MR-də  helmint  faunanın,  eləcə  də  başlıca  helmintozların 
törədiciləri olan ауrı-ауrı helmint növlərinin, onların aralıq sahiblərinin hərtərəfli öyrənilməsi aktual 
problem kimi qarşıda durur. Yeni-yeni helmintoloji tədqiqat işlərinin aparılması zərurəti yaranır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Məhərrəmov  S.H.  Naxçıvan  Muxtar  Respublikasının  helmint  faunası,  Naxçıvan,  Əcəmi,  2014, 
144 s. 
2.
 
Məmmədov E.N. Naxçıvan Muxtar Respublikasında gövşəyən heyvanların anoplosefalyatozları 
və onların  törədicilərinin, aralıq sahiblərinin bioekoloji xüsusiyyətləri, Biolog. elm. dok .... dis. 
avtoreferatı. Bakı, 2013, 44 s.  


 
212 
3.
 
Аббасов M.T. Эпизоотология ларвальных цестодозов (ценуоза, эхинококкозаи цистицеркоза 
тенуикольного)  с/х  животных  Нахичеванской  АССР  и  опыт  оздоровления  овцепо-головья 
одного района от ценуроза: Авт. лис. канд. вет. наук. Самарканд, 1965, 18 с. 
4.
 
Гаджиев Я.Г. Эпизоотология диктиокаулеза овец в Нахичеванской АССР. Автореф. дисс. 
канд. вет. Наук. Москва, 1957, 15 с. 
5.
 
Гаибов  А.Д.  Гельминты  и  гельминтозы  овец  Азербайджана,  Автореф.  дисс.  канд.  вет. 
наук. Москва, 1947, 16 с. 
6.
 
Джаббаров  П.М.  Гельминтологическая  оценка  предгорных  пастбищ.  Нахичеванской 
АССР /: Исследования по гельминтологии в .Азербайджане, Баку, Элм, 1977, с. 33-34. 
7.
 
Садыхов  И.А.  Основные  результаты  изучения  гельминтов  хищных  и  других  пушно-
промысловых зверей Азербайджа- на. / Исследование по гельминтологии в Азербайджане. 
Баку: Элм, 1975, с. 95-98. 
8.
 
Садыхов Р.Д. Гельминтофауна домашних и диких птиц Нахичеванской АССР, ее эколого-
географический анализ, Автореф. дис. канд. вет. наук. Баку, 1970, 27 с. 
9.
 
Сеидов Я.М. Гельминты и гельминтозы овец Нахичеванской АССР: Автореф. дис. канд. 
вет. наук. Ереван, 1966, 23 с. 
10.
 
Скрябин К.И. Строительство Советской гельминтологии. Москва: Изд. Акад. Наук. СССР, 
1946, 211 с. 
11.
 
Фархадов  К.Т.  Закономерности  распространения  и  промежуточные  хозяева  легогных 
нематод мелького рогатого скота в Нахичеванской АССР. Автореф. дисс. канд. биол. наук. 
Баку, 1985, 21 с. 
ABSTRACT 
                               Etibar Mammadov 
THE HELMINTHOLOGICAL RESEARCHES IN THE NAKHCHIVAN 
AUTONOMOUS REPUBLIC 
 
In  the  article  is  carried  the  information  from  the  history  of  helminthological  expeditions 
spent  in  20  years of XX century up to  now in  the territory of Nakhchivan AR.  In the expeditions 
were lead significant works on studying epizootological helminthosis of animals and also people, in 
the  given  territory.  They  have  enriched  a  science  and  practice  by  a  material  on  helminthfauna  of 
animals,  have  revealed  the  basic  centers  of  a  line  helminthosis.Was  made  the  great  work  on 
revealing  a degree of distribution  helminthic diseases, on improvement of diagnostics helminthes, 
the measures on improve facilities from mainest helminthes are developed. 
 
РЕЗЮМЕ 
                                  Этибар Мамедов 
ГЕЛЬМИНТОЛОГИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ В НАХЧЫВАНСКОЙ 
АВТОНОМНОЙ РЕСПУБЛИКЕ 
 
В  статье  даны  информации  из  истории  гельминтологических  экспедиций 
проведенных  с  20-х  годов  XX  века  до  наших  дней  на  территории  Нахчыванской  АР.  В 
экспедициях  были  проведены  значительные  работы  по  изучению  эпизоотологии 
гельминтозов  животных,  а  также  людей  на  данной  территории.  Они  обогатили  науку  и 
практику  материалом  по  гельминтофауне  животных,  выявили  основные  очаги  ряда 
гельминтозов. Проделена большая работа по выявлению степени расспространения глистных 
заболеваний, по усовершенствованию диагностики гельминтов, разработаны мероприятия по 
оздоравлению хозяйств от главнейших гельминтов. 
 
  
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur (protokol № 03)
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə