Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   96   97   98   99   100   101   102   103   ...   122

 
205 
A.A.Uxtomski  sinir  sistemi  haqqında  vurğulamışdır  ki,  uşaqlarda  bəzi  mərkəzlərin 
başqalarına  nisbətən  tez  oyanması  onlarda  müəyyən  fəaliyyət    növlərinə  daha  güclü  meyillərin 
yaranmasına səbəb olur. 
 Məlumdur  ki,  orqanizmdə  gedən  proseslər  sinir  və  humoral  yolla  tənzim  olunur.  
K.M.Bıkov və  İ.L.Rozenkov kimi məşhur alimlər ali quruluşlu heyvanlarda və insanlarda humoral 
yolun (kimyəvi yol) da sinir sistemi vasitəsilə idarə olunduğunu söyləmişlər. 
 2005-ci  ildə  Məhəmməd  Azəri  beyin  haqqında  aşağıdakı  fikirləri  söyləmişdir:  “Cənab  beyin 
bütün orqanizmin sahibidir. O, ancaq quruluşuna görə  yox, həm də daxilində gedən fizioloji və psixi 
proseslərin  xarakterinə  görə  də  ən  mürəkkəb  törəmədir.  Baş  beyinin  ən  mühüm  və  ən  kamil  hissəsi 
beyin yarımkürələrinin qabığıdır. O, insanın bütün ruhi-əsəbi fəaliyyətinə göz qoyur” (2, 324).
 
Bütün bu 
xarici alimlərin sinir sistemi haqqında fikirləri ilə  yanaşı, Azərbaycanda da bu sahə ilə bağlı görkəmli 
şəxsiyyətlərin  nailiyyətləri  olmuşdur.  Belə  ki,  insan  orqanizminin  anatomik,  fizioloji-gigiyenik 
normaları haqda məlumatları H.B. Zərdabi, N. Vəzirov, K.Balakişiyev  və professor A. Əmirov təbliğ 
etmişlər.  Bundan  başqa,  Ə.Əliyev,  M.Topçubaşov,  Z.Əliyeva,  A.İ.Qarayev,  K.Ə.Balakişiyev, 
M.Q.Mustafayeva,  H.H.Həsənov,  Ş.M.Hacıyev,  A.İ.Qəribov,  P.Q.Eyvazov,  M.C.Hacıyeva,  F.İ.Cə-
fərov, A.Məmmədov və başqalarının tibb elminin inkişafında böyük rolu olmuşdur.
 
ƏDƏBİYYAT 
1.  Ado A.D., Burlakov Q.B.,Qaranina İ.P.,Davletşina R.M.,Yerzina Q.A.,İşimova L.M., 
Kulikova L.İ., Podkolzin A.A., Pıtski V.İ., Tomiles V.A., Uvarova N.A. Patoloji fiziologiya
Moskva “Mediçina”, 1973, Maarif 1980, 534 s.   
2. Əliyev Ə.H, Cəfərov F.İ., Fərəcov Ə.N. Biologiya (İnsan), Çaşıoğlu, Bakı, 2001 
3.  Məmmədov  A.,  Novruzov  H.,  Məmmədova  T.  Yaş  anatomiyası,  fiziologiyası  və  gigiyenası 
(ali məktəblər üçün dərslik). Naxçıvan, İdeya,  2011
  
4.
 
Nəcəfov C.Ə., Zeyniyev N.R., Quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. Bakı, Şuşa, 2001.
 
5.
 
https://az.wikipedia.org/wiki/Sinir_sistemi
 
 
ABSTRACT 
 
 
 
 
 
 
Shahla Gulieva 
HUMAN NERVOUS SYSTEM THEORETICAL OPINIONS  
ABOUT SYSTEMA  NERVOSUM 
The  article  deals  with  the  vieus  and  opinions  of  the  world  famous  scientists  about  human 
nervous system. The problems such as uffection, reflex arc, and its parts, playing a key role of the 
central nervous system of a human body in the harmony with the external environment during the 
entere life of a man, types of nervous system and so on are mentiored here. In addition, the problem 
regulating the ways in which owuring in the human booly is also informed here. The article reports 
scientifical  ideas  that  lead  to  some  successes  in  physioplody  and  anatomy  of  the  Azerbaijani 
scientists. 
РЕЗЮМЕ 
 
 
 
 
 
 
 
 
Шахла Кулиева 
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЕ  МНЕНИЯ  О  НЕРВНОЙ 
СИСТЕМЕ - SYSTEMA NERVOSUM- ЧЕЛОВЕКА 
В статье говорится о  взглядах и мнениях известных учёных мира  о нервной системе 
человека. Здесь обсуждены вопросы рефлекса, рефлексной дуги, его частей,  основной роли 
центральной  нервной  системы   в  единстве  организма  с  внешней  средой  в  процессах  всей 
жизненной деятельности человека,  типов нервных систем и т.д. Кроме того здесь говорится 
о  проблеме  путей  регулирования  процессов,  идущих  в  организме.  В  статье  освещены 
научные мнения не только иностранных учёных, но и учёных Азербайджана, которые стали 
основанием для   определенных успехов в области физиологии и анатомии. 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
 
 


 
206 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
 ƏDALƏT FƏRƏCOV  
XATİRƏ HÜSEYNLİ 
Azərbaycan Dövlət Pedoqoji Universiteti 
UOT:
 
612.8 
NEYRONUN FUNKSİONAL TƏŞKİLİNİN FİZİOLOJİ MEXANİZMİ 
 
Açar  sözlər:  neyron,  neyroqliya,  astrosit,  periferik,  dendrit,  neyromediator,  sinaps,  perika-
rion,  akson,  terminal,  membran,  elektrogenez,  presinaptik,  təsir  potensialı  (TP),  generasiya, 
hiperpolyarlaşma, dekrement, akkomodasiya.  
Ключевые  слова:  нейрон,  нейроглия,  астросит,  периферия,  дендрит,  нейро-
медиаторы,  синапсы,  перикарион,  аксон,  терминал,  мембрана,  электрогенез,  пресинаптик, 
потенциал действия (ПД), генерация, гиперполяризация, декрамент, аккомодация.  
Key  words:  Neuron,  glial,  astrocyte,  peripheral  nerves,  dendrit,  perikaryon,  axon,  synaps, 
membrane,  the  potential  impact,  dekremente,  accommodation,  generation,  neyrology,  mycrology, 
myelin-forming,  
 Sinir sistemi orqanizmin üzv və üzvlər sisteminin funksional vəhdənini təşkil edir və orqaniz-
min adaptasiya uyğunlaşma proseslərini əlverişli vaxtda təmin edir. Sinir sistemi iki tip hüceyrədən 
qurulub  –neyronlardan  və  qliyalardan  və  ya  neyroqliyalardan.  Neyroqliyalar  bir  neçə  tipə  ayrılır. 
Astrositlər, mikroqliyalar, mielin əmələ gətirən hüceyrələr, o cümlədən MSS-nin oliqodendritləri və 
periferik  sinirlərin  üzərini  örtən  Şvann  hüceyrələri  də  neyroqliyalara  aiddir.  Neyronlardan  fərqli 
olaraq qliositlər trofik, dayaq və izolyasiyaedici funksiya daşıyır.  
 Neyron-sinir sisteminin əsas struktur-funksional vahidi hesab olunur.  İnsan beynindəki ney-
ronların  sayı  100×10
9
–dan  artıqdır.  Neyronların  əsas  funksiyası-generasiya,  sinir  impulsalarını 
ötürmək və inteqrasiya etməkdir. Neyronun quruluşunda - sinir hüceyrəsinin cismi (perikarion) və 
çıxıntıları, yəni dendritləri və aksonu bir-birindən fərqlənir. Perikariondan bir akson və çoxlu sayda 
dendritlər ayrılır.  
 Neyronun  çıxıntıları  və  perikarionun  səthi  sayəsində  sinaptik  strukturların  yaranması  müm-
kün olur. Neyronlar-oyandırıcı hüceyrələrdir, informasiyanın neyronun hüdudları daxilində ötürül-
məsini təmin edir, həmçinində neyronlar oyanma impulslarını orqanizmin digər toxuma hüceyrələ-
rinə də ötürürlər. Bununla da, beyində informasiyaların yenidən işlənməsi mümkün olur. Neyronlar 
arasında  oyanma  siqnallarının  ötürülməsi  sinaptik  strukturlarda  yaranan  neyromediatorların  sayə-
sində baş verir.  
 Neyronların  təsnifatı.  Sinir  hüceyrələrinin  təsnifatı  olduqca  genişdir;  belə  ki,  neyronlar 
ölçülərinə və perikarionun formasına, çıxıntılarının sayına, onların sinaptik rabitələrinə, dendritlərin 
şaxələnməsinin  xarakterinə,  elektrofizioloji  təbiətlərinə,  neyromediatorların  kimyəvi  tərkibinə, 
neyron torundaki mövqelərinə (pozisiyalarına) və başqa xarakterinə görə fərqlənirlər. İcra etdikləri 
funksiyadan  aslı  olaraq  –neyronlar  afferent  (hissi,  sensor),  efferent  (hərəki,  motor)  və  aralıq  sinir 
hüceyrələrinə (assosiativ neyronlara və ya interneyronlara) ayrılırlar.  
 Sinir hüceyrələrinin müxtəlifliyinə (reseptiv və inteqrativ zonalarda,  aksonun başlanğıc seq-
mentində,  aksonda,  aksonun  terminallarında),  elektrogenezin  xarakterindən  aslı  olmalarına  görə 
təsnif  olunurlar,  bele  differensasiyanı  universal  təsnifat  hesab  etmək  olar.  Bu  təsnifata  aid  olan 
xüsusiyyətlər-sinir hüceyrəsinin hüdudlarında, onun neyron torunda və zəncirlərində, həmçinin də 
membran  elektrogenezinin  xarakterində  özünü  göstərir.  Reseptorlar  presinaptik  zonalarda  MP-nın 
(membran  potensialının)  dəyişməsi,  TP-nin  (təsir  potensialının)  akson  üzrə  ötürülməsi  zamanı 
yaranan müxtəlif siqnalların istiqaməti (giriş və çıxış vəziyyətləri) nəzərə alınmaqla özünü göstərir.  
 Membranın sükunət potensialı (MP) sakitlik vəziyyətində membranın daxili və xarici səthləri 
arasında  elektrik  potensialının  (qıcıqlandırıcının  təsiri  olmadan)  fərqinə  əsasən  müəyyən  olunur. 
Sinir  hüceyrələrinin  sükunət  potensialı  (MP)  -70  mv  təşkil  edir  və  bu  kəmiyyət  kifayət  qədər 
stabildir. Membran potensialının dəyişilməsi xüsusi terminlərlə ifadə olunur: 

 
depolyarlaşma –membran potensialı kəmiyətinin azalmasına; 

 
repolyarlaşma –MP-nın başlanğıc səviyyə ilə müqayisədə artmasına görə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə