Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   104   105   106   107   108   109   110   111   ...   122

 
221 
 
Histoqram. Ev toyuqlarının təsərrüfat üzrə yoluxması 
 
Parazitoloji  tədqiqatlar  aparılmış  təsərrüfatlarda  koproloji  müayinə  ilə  yanaşı  helmintoloji 
yarma  müayinəsi  də  yerinə  yetirilmişdir.  Yarma  müayinəsi  zamanı  nazik  bağırsaqdan  8-16  ədəd 
askarid, kor bağırsaqdan 5-13 ədəd heterakislər toplanmış və nazik bağırsaqda eymeriya ocaqlarına 
(qan sağıntılarına) rast gəlinmişdir.  
Ev  toyuqlarının  invazion  xəstəliklərlə  yoluxmasının  yaşdan  asılılığı  nisbi  xarakter  daşıyır. 
İnvaziyanın ekstensivliyini yaşlı quşlarda yüksək olması heç də onların həssas olmasını göstərmir. 
Əsas  şərt  invaziyanın  intensivliyidir.  Küllü  miqdarda  parazitlə  eyni  vaxtda  yoluxma  zamanı 
xəstəliyin kliniki əlamətləri kəskin, ölüm isə yüksək olur. Yaşlı toyuqlar da eymeriyalarla yoluxur. 
Onlarda  da  invaziyanın  ekstensivliyi  bəzən  yüksək  olur.  Lakin  bu  invaziyadan  onlar  arasında 
ölümlə çox nadir hallarda rast gəlinir. Səbəbi isə bizim fikrimizcə təkrar invaziyalar zamanı tədricən 
yaranan immunitetlə yanaşı, yaşlı quşlarda immun statusun yüksək olmasındadır. 
Tədqiqatların  nəticələrinə  əsasən  belə  qənaətə  gəlmək  olur  ki,  kompleks  parazitoloji 
metodların  tətbiqi  baş  verən  invaziyaların  patogenezinin  mahiyyətini,  parazit-sahib 
münasibətlərinin  daha  dərin  mexanizmlərini  müəyyənləşdirməyə,  bu  əsasda  qarışıq  invaziyalara 
qarşı  tətbiq  edilən  dərman  preparatlarının  effektliyini  qiymətləndirməyə  imkan  verir.  Bu  yönlü 
tədqiqatlarla  assosiativ  invazion  xəstəliklərin  müalicə  və  profilaktikasında  indiyə  qədər 
işlədilməyən  kimyəvi  maddələrin  məqsədyönlü  axtarışı,  sınaqdan  keçirilməsi  zəruridir.  Qarışıq 
invaziyaların  törədicilərinin  eyni  zamanda  olması  təsərrüfatlar  üçün  potensial  təhlükə  yaradır. 
Təsərrüfat  daxilində  qarışıq  invaziyaların  öyrənilməsi  xəstəliklərin  mənşəyinin  vaxtında 
müəyyənləşdirilməsinə imkan verir. Bir çox bağırsaq xəstəlikləri vardır ki, onların kliniki əlamətləri 
çox  oxşar  olur  və  profilaktika  tədbirləri  aparılmadıqda  ölümlə  yanaşı  sağlam  quş  yetişdirmək  və 
reproduktiv nəsil almaq çətinləşir. 
Təsərrüfatda  qarışıq  invaziya  törədən  hər  hansı  bir  növün  az  tapılması,  yəni  invaziyanın 
intensivliyinin  nisbətən  zəif  olması  heç  də  onun  təhlükəsiz  olduğunu  sübut  etmir.  Əksinə, 
invaziyanın  geniş  yayılmasına  güclü  potensiala  malik  ola  biləcəyindən  xəbər  verir.  Quşçuluq 
təsərrüfatlarında  təbii  ekoloji  tarazlığın  pozulması  nəticəsində  parazit  –  sahib  sistemində  qarşılıqlı 
tərəflərin  müvazinəti  dəyişir,  parazitin  inkişafı  üçün  daha  münasib  şərait  yaranır.  Ona  görə  də 
təsərrüfatlarda invazion xəstəliklərə qarşı profilaktiki tədbirlər həyata keçirilərkən ümumekoloji və 
təsərrüfatdaxili faktorlar kompleks şəkildə nəzərə alınmalıdır. 
 
Nəticə: 
Aparılan tədqiqatlar zamanı Qax rayonunun fərdi təsərrüfatlarında ev toyuqlarının eymerioz, 
askaridioz  və  heterakidozla  yoluxması  aşkar  olunmuşdur.  Təsərrüfat  üzrə  eymeriozla  28,8%, 
askaridiozla 30,5%, heterakidozla 26,1% yoluxma müəyyən edilmişdir. 
 
 
Eymerioz
Askaridioz
Heterakidoz
20
25
30
35
Yoluxma
Eymerioz
Askaridioz
Heterakidoz


 
222 
 
ƏDƏBİYYAT 
1.  Musayev  M.Ə.,  Hacıyev  A.T.,  Yolçiyev  Y.Y.,  Vahidova  S.M.,  Mustafayeva  Z.Ə. 
Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları. Bakı, Elm, 1991, 
səh.41-51  
2.  Məmmədov  İ.B.  Naxçıvan  Muxtar  Respublikası  şəraitində  ev  toyuqlarının  assosiativ 
invaziyaları// AMEA Naxçıvan Bölməsi Xəbərlər, Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi, 
2011, № 4, səh. 178-182  
3.  Yolçuyev  Y.Y.,  Məmmədov  S.Ə.  Abşeronda  ev  toyuqlarının  eymeriozları  və  qarışıq 
invaziyalar. Zoologiya institutunun əsərləri, XXVIII cild, Bakı, “Elm”, 2006, səh. 912 - 917.  
 4.  Özlem  O.,  Kamile  B.  Van  yöresi  tavuklarında  paraziter  fauna  tesbiti//Türkiye  Parazitoloji 
Dergisi, 2009, c. 33, № 22, səh.162-164  
5. Лимаренко А., Дубров И. Болезни сельскохозяйственных птиц. Санкт- Петербург, 
2005, с. 251-267. 
6.  Mирoнова  A.A.  Патологоанатомические  изменения  у  цыплят  при  ассоциации 
эймериоз-капилляриоз-аскаридиоз.  Сб.науч.трудов,  посвященных  80-летию  создания  первой  в 
Роcсии кафедры паразитологии имени академика К. И. Скрябина, Персиановка, 1997, с. 79-81. 
 
ABSTRACT 
  
Sevinc Mammadova 
DINAMIC
 
INFECTION OF
 
EYMERIOSIS AND HELMINTOSIS 
 
AT DOMESTIC HENS IN AZERBAIJAN 
During  recearches  for  the  first  time  in  Azerbaijan  has  benn  found  associative  form  of 
ascaridiosis, and heterakidosis with eymeriosis at domestic hens. In private poultry in
 
Gakh district 
during coprological  investigation and  opening of domestic hens  it was  found associative infection 
with eymeriosis, ascaridiosis and heterakidosis. 
Infection  with  invasive  diseases  of  domestic  chickens  depends  on  age.  Increased  internal 
resistance  in  older  birds  does  not  indicate  that  they  are  not  sensitive.  The  main  condition  is  the 
intensity of the invasion. 
In some farms of the Gakh region  were  found eimeriosis,  ascaridiosis
 
and heterakidosis  in 
domestic chickens.  In the hosts, the infection of birds was registered with eymeriosis 28.8%, with 
ascaridiosis 30.5% and with heterakidosis.
 
 
РЕЗЮМЕ 
  
Севиндж Мамедова 
ДИНАМИКА ЗАРАЖЕНИЯ ДОМАШНИХ КУР
 
ЭЙМЕРИОЗОМ И 
ГЕЛЬМИНТОЗАМИ
 
В АЗЕРВАЙДЖАНЕ 
Во  время  исследований
 
в  Азербайджане  была  обнаружена  ассоциативная  форма 
аскаридиоза,
 
гетеракидоза
 
и  эймериоза  у  домашних  кур.  В  частных  птицеводческих 
хозяйствах  в
 
Кахского  района  во  время  копрологического  исследования  и  вскрытия
 
домашних  кур  выявилась  ассоциативная  форма  заражения  эймериоза,  аскаридиоза  и 
гетеракидоза. 
Зараженность  с  инвазионными  болезниями  домашних  цыплят
 
зависить
 
от  возраста. 
Повышенная внутренняя устойчивость у более взрослых птиц не указывает на то, что они
 
не 
чувствительны. Основное условие - интенсивность вторжения. 
В  отдельных  хозяйствах  Гахского  района  были  обнаружены  эймериоз,  аскаридиоз  и 
гетероацидоз  у  домашних  цыплят.  У  хозяствах  зараженность  птиц  зарегистрировано
 
с 
эймериозом 28,8%
,
 с аскариозом 30,5% и с гетероцидозем 26,1%. 
 
  
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə elmlər doktoru, professor E.Məmmədov
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə