Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   103   104   105   106   107   108   109   110   ...   122

 
219 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
SEVİNC
 
MƏMMƏDOVA 
Baytarlıq
 
Elmi Tədqiqat
 
İnstitutu 
UOT:
 
619:576. 
 
AZƏRBAYCANDA EV
 
TOYUQLARINDA
 
EYMERİOZ
 
VƏ  
HELMİNTOZLARIN
 
YOLUXMA
 
DİNAMİKASI 
 
 
Açar sözlərquş, assosiativ invaziya, eymerioz, askaridioz, heterakidoz, koproloji müayinə, 
ekstensivlik, intensivlik 
Key  words:  bird,  associative  invasion,  eymeriosis,  ascaridiosis,  heterakidosis,  coprology 
investigation, extensivity intensivity 
Ключевые слова: птица, ассоциативная инвазия, эймериоз, аскаридиоз, гетеракидоз, 
копрологическое исследование, экстенсивность, интенсивность.  
Bazar  iqtisadiyyatının  mühüm  tələblərindən  biri  istehsal  və  xidmət  sahələrində  sağlam 
rəqabət  mühitinin  yaradılmasından  ibarətdir.  Bu  baxımdan  vətəndaşların  təhlükəsiz  ərzaqla  təmin 
edilməsində, beynəlxalq ticarətin aparılmasında, əhalinin təhlükəli xəstəliklərdən qorunmasında və 
s.  əvəzedilməz  rola  malik  olan  baytarlıq  xidmətinin  də  təkmilləşdirilməsi  və  müasirləşdirilməsi 
vacibdir. Son illərdə kənd təsərrüfatında aparılan aqrar islahatlar çox uğurla həyata keçirilir. Demək 
olar ki, hazırda respublikada heyvandarlıq və quşçuluğun 98%-i özəlləşdirilmişdir. Heyvandarlıq və 
quşçuluğun  intensiv  inkişaf  etdirilməsi  məqsədilə  damazlıq-seleksiya  işləri  və  xəstəliklərlə 
kompleks  mübarizə  tədbirləri  hazırlanır,  təsərrüfatlara  tətbiq  olunur.  Respublika  iqtisadiyyatının 
əsas  sahələrindən  biri  olan  kənd  təsərrüfatında  aqrar  islahatların  aparılması  nəticəsində  yeni 
təsərrüfat formaları yaradılmışdır ki, bu da heyvandarlığın, o cümlədən quşçuluğun inkişafına da öz 
müsbət təsirini göstərmişdir. Belə fərdi və özəl təsərrüfatlarda quşların xəstəliklərinin öyrənilməsi, 
onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və tətbiq edilməsi əsas məsələlərdən biridir.  
Aparılan baytarlıq - müalicə, sanitariya - gigiyena tədbirlərinə və quşçuluq mədəniyyətinin 
yüksəldilməsinə  baxmayaraq,  quşların  invazion  xəstəliklərlə  yoluxması  hələ  də  yüksək  səviyyədə 
qalır. Onlar orqanizmə toksiki və mexaniki təsir edir, maddələr mübadiləsinin pozulmasına, daxili 
orqanların  zədələnməsinə  və  sair  bu  kimi  patoloji  proseslərin  baş  verməsinə  səbəb  olurlar. 
Parazitlərin təsirindən bağırsaq divarının zədələnməsi nəticəsində infeksiyaya yol açılır və yoluxucu 
xəstəliklərin baş verməsinə əlverişli şərait yaranır. Parazitologiyada daha çox əhəmiyyət kəsb edən 
məsələlərdən  biri  də  assosiativ  invaziyaların  öyrənilməsidir.  Belə  ki,  çox  hallarda  quşların 
orqanizmində eyni vaxtda bir neçə törədici parazitlik edir (1,2,3).  
Eymerioz  monoinvaziya  halında  deyil,  assosiativ  formada  da  baş  verir.  Buna  görə  də 
quşların eymeriozunu öyrənərkən parazitosenozun digər nümayəndələri nəzərə alınmalı və müalicə 
-  profilaktika  tədbirləri  hazırlanıb  tətbiq  edilməlidir.  Eymerioz  təkcə  Azərbaycanın  deyil,  bütün 
dünyanın quşçuluq təsərrüfatına ciddi zərər vurur (4,5).  
Müxtəlif  quşçuluq  təsərrüfatlarında  parazitozların  öyrənilməsi  nəticəsində  müəyyən 
edilmişdir  ki,  ev  quşlarının  parazitar  xəstəliklərlə  yoluxmasına  monoinvaziya  şəklində  nadir 
hallarda rast gəlinir. Ev quşları eymeriyalarla yanaşı digər bağırsaq parazitləri ilə də yoluxur (6). Ev 
toyuqlarında  eymeriyaların  müxtəlif  helmintlərlə  (askarid,  heterakis)  eyni  zamanda  parazitlik 
etməsini şəxsi tədqiqatlarımızla müəyyənləşdirmək qarşıya məqsəd olaraq qoyulmuşdur. 
Material və metodlar 
Tədqiqatlar  2016  -  cı  ildə  Qax  rayonunun  fərdi  quşçuluq  təsərrüfatlarından  toplanmış 
materiallar əsasında BETİ-nin parazitologiya şöbəsində yerinə yetirilmişdir.  
Ev  toyuqlarının  assosiativ  bağırsaq  parazitlərini  (eymeriya,  askarid,  heterakis)  öyrənmək 
məqsədilə  döşəmə  şəraitində  saxlanan  quşçuluq  təsərrüfatlarından  3,  6  və  1  yaşında  olan  yaş 


 
220 
qruplarından  60  ədəd  kal  nümunələri  toplanmışdır.  Götürülmüş  kal  nümunələrindən  laboratoriya 
şəraitində  eymeriya  oosistaları  və  helmint  yumurtalarının  tədqiqi  əsasında  quşların  invazion 
xəstəliklərlə  yoluxması  müəyyənləşdirilmişdir.  Kal  nümunələri  Darlinq-Fülleborn  üsulu  ilə 
koproloji müayinədən keçirilmiş və eymerioz, askaridioz, heterakidozla (qarışıq invaziya) yoluxma 
aşkar olunmuşdur. 
Bizim  əvvəlki  tədqiqatlarımız  nəticəsində  müəyyən  edilmişdir  ki,  tək  bir  növ  eymeriya  ilə 
yoluxmaya  çox  az  hallarda  təsadüf  edilir.  Ona  görə  də  qarışıq  invaziyalar  öyrənilərkən 
eymeriyaların diaqnostikası növlərə görə deyil, ümumiyyətlə, kal nümunələrində tapılan oosistalara 
əsasən qoyulmuşdur. 
Koproloji  müayinələr  nəticəsində  askaridiozun  törədicisi  -  Ascaridia  galli-nin  (Schrank, 
1788), heterakidozun törədicisi - Heterakis gallinarum-un (Schrank, 1788) yumurtaları, eymeriozun 
törədiciləri - Eimeria tenella, E.acervulina, E.maxima, E.mitis tapılmışdır.  
Məqalədə verilən şəkil Carl Ziess Axio Lab.A1 markalı mikroskopla çəkilmişdir. 
Aparılan  tədqiqatlar  zamanı  koproloji  müayinə  ilə  yanaşı  natamam  helmintoloji  yarma 
müayinəsi  də  aparılmışdır.  Müayinə  zamanı  helmintlər  toplanaraq  fiksasiya  edilmiş  və 
laboratoriyanın muzeyində yerləşdirilmişdir. 
Alınan nəticələr və onların müzakirəsi 
Koproloji  müayinələr  apardığımız  Qax  rayonunun  fərdi  təsərrüfatlarında  ev  toyuqlarının 
eymerioz, askaridioz və heterakidozla yoluxması aşkar edilmişdir (Şəkil). 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
            A                                                              B       C 
 Şəkil.  A-eymeriya  (E.tenella)  oosistasının  görünüşü,  helmintlərdən:  B-  heterakis  (H.gallinarum), 
C-askarid (A.galli) yumurtaları  
  Cədvəl 
Qax rayonunda ev toyuqlarının qarışıq invaziya ilə yoluxması ( %-lə ) 
Ev 
toyuq-
larının 
yaşı 
Müayi- 
nə 
edilmiş-
dir 
Eymerioz 
Askaridioz 
Heterakidoz 
Yolux-
muşdur 
Yoluxma 
faizi 
Yolux-
muşdur 
Yoluxma 
faizi 
Yolux-
muşdur 
Yoluxma 
faizi 
3 aylıq 
60 
24 
40,0 
26 
43,3 
21 
35,0  
6 aylıq 
60 
17 
28,3 
19 
31,6 
14 
23,3 
1 yaş 
60 
11 
18,3 
10 
16,6 
12 
20,0 
Cəmi 
180  
52  
28,8  
55  
30,5  
47  
26,1  
 
 3 aylıqlar arasında eymeriozla 40,0%, askaridiozla 43,3%, heterakidozla 35,0%, 6 aylıqlar 
arasında eymeriozla 28,3%, askaridiozla 31,6%, heterakidozla 23,3%, 1 yaşında olan ev toyuqları 
arasında isə eymerioz, askaridioz, heterakidozla yoluxmanın müvafiq olaraq 18,8%, 16,6%, 20,0% 
olduğu koproloji müayinələr nəticəsində aşkar olunmuşdur (Cədvəl).  
Ümumiyyətlə, Qax rayonunun fermer quşçuluq təsərrüfatlarında təsərrüfat üzrə eymeriozla 
28,8%, askaridiozla 30,5%, heterakidozla 26,1% yoluxma müəyyən edilmişdir (Histoqram).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə