Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   105   106   107   108   109   110   111   112   ...   122

 
223 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
METODİKA 
    
                                 ZƏRÖVŞƏN BABAYEVA  
Naxçıvan Dövlət Universiteti 
babayeva_z@yahoo.com  
      dr.zarifbabayeva@gmail.com 
UOT: 372.8:57 
BİOLOGİYA TƏDRİSİNDƏ İNNOVASİYALARDAN 
İSTİFADƏNİN VƏZİYYƏTİ 
 
Açar  sözlər:  təhsil,  biologiyanın  tədrisi,  onlayn,  İKT,  innovasiya,  histoqram,  pedaqoji 
eksperiment 
     
 
Key  Words:edication,  bioloji  teaching,  online,  ICT,  innovation,  histogram,  pedagogical 
experiment  
Ключевые  слова:  обучение,  преподавание  биолоджи,  онлайн,  ИКТ,  инновации, 
гистограмма, педагогический эксперимент 
 
          Təhsil sahəsində həyata keçirilən islahatların çoxluğu bu sahədə mövcud olan və yeni yaranmış 
problemlərin  həllinə  kömək  məqsədi  daşıyır.  Hər  gün  dəyişən  və  yenilənən  təlim  texnologiyaları  da 
hələlik bu problemlərin öhdəsindən gələ bilmir. Müasir tədris üsulları olan onlayn, virtual, distant təhsilə 
keçid  ərəfəsində  olan  respublikamızda  qarşıda  duran  problemlərin  həlli  hər  bir  tədris  iştirakçısından 
müasir  dünyada  baş  verən  yenilikləri  öyrənmək,  faydalılarını  tətbiq  etməkdən  ibarətdir.  Хarici  ölkə 
müəllifləri D.Bok, A.Deer, M.Koul, F.Kumbs,V.Qreyvs, R.Xeyvlok, E. Linton, S. Ellmana görə hazırda 
hər bir ölkədə təhsil sahəsi krizis vəziyyətindədir, yəni bu və ya digər səviyyədə müasir cəmiyyətin ob-
yektiv  tələbatlarına  cavab  verə  bilmir.  Fikrimizcə,  bütün  sahələrdə  olduğu  kimi,  təhsil  sistemində  də 
daim  dəyişən,  dəyişdikcə  özü  ilə  problem  yaradan  situasiyalar  olmuş  və  bu  problemlər  yenə  də 
aktualdır.  Bütün  bunların  birdən-birə  həllini  düşünmək  faydasız  olduğu  qədər  imkansız  da  deyildir. 
Bunun üçün ali və ümumtəhsil müəssisələri bir-biri ilə təcrübə mübadiləsi, nöqsanları və əldə olunmuş 
nailiyyətləri müzakirə etmələri məqsədəuyğun olardı. Təhsilin informatlaşması və bu istiqamətdə idarə-
edilməsi üçün təhsil infrastrukturunun zəruri dəyişikliyinə ehtiyac duyulur. Müasir dövrdə yeni metodi-
kalar və onların “elmi nöqteyi nəzərdən mahiyyətini analiz edərkən bu nəticəyə gəlmək olur ki, biologi-
yanın tədrisi metodikası bu suallara cavab verir: Kimi öyrətmək? Niyə öyrətmək? Nəyə öyrətmək? Necə 
öyrətmək?”.  Yəni,  birincisi  metodikada  tələb  olunan  yaş  və  bilik  səviyyəsi  nəzərə  alınmaqla  əsas 
anlayışlar ilə öyrənənlər tanış olmalıdır. "Nə öyrətmək?" dedikdə: məlumatlar, faktlar, qanunlar, nəzə-
riyyələr və təlimlər, bacarıq, yaradıcı təcrübə fəaliyyəti, anlayışlar şəklində biliklərin verilməsi nəzərdə 
tutulmalıdır.  "Necə  öyrətmək?"  tədris  formaları,  üsulları,  yaradıcı  tətbiqetmə  və  nəhayət  "Niyə  öyrət-
mək? - dedikdə öyrənənlərdə tədqiqatçılıq tələb edilir.  
Yeni  təlim  texnologiyalarından  istifadə  edən  hər  bir  biologiya  müəllimi  özü  interaktiv 
texnologiyalardan  istifadəyə  hazır  olmalı,  dərsə  qədər  didaktik  materiallar,  sual  kartları  və  tapşırıqlar 
hazırlamalı,  dərsdə  nəql  edəcəyi  hər  bir  hadisəni,  auditoriyanın  səviyyəsini  əvvəlcədən  nəzərə  almağı 
bacarmalıdır. Əvvəlki illərdən fərqli olaraq hazırda ali və orta məktəblərdə əksər müəllimlər artıq yeni 
təlim texnologiyalarından istifadə qabiliyyətinə malikdirlər. Bizim də məqsədimiz yeni təlim texnologi-
yalarının  tədrisə  tətbiqi  problemlərini  aydınlaşdırmaq,  tədris  prosesinin  daha  optimal  təşkili  istiqamə-
tində araşdırma aparmaqdır. Təcrübələr göstərir ki, son illərdə tətbiq olunan müxtəlif novator ideya və 
metodlar  tədris  prosesinin  səmərəliliyini  artırsa  da,  ənənəvi  təlim  formalarının  daxili  ziddiyyətləri  bu 
sahədə müasir tələblərə cavab verən nəticələrin alınmasında bir sıra ciddi məhdudiyyətlər yaradır: 
- təlimin kütləviliyi ilə şagirdlərin bilik və bacarıqlara yiyələnməsinin fərdiliyi arasında olan 
ziddiyyət; 
-  tədris  materiallarının  izahının  ümumi  xarakteri  ilə  anlayışların  formalaşmasının  fərdi 


 
224 
xarakteri arasında olan ziddiyyət; 
-  səhvlərin  fərdi  xarakteri  ilə  həmin  səhvlərin  araşdırılmasının  ümumi  xarakter  daşıması 
arasında olan ziddiyyət; 
-  informasiya  və  biliklərin  axınının  getdikcə  artan  həcmi  ilə  təlim  vaxtının  məhdudluğu 
arasında olan ziddiyyət; 
- təlimin fərdiləşməsi üçün lazım olan işin həcmi ilə müəllimin fiziki imkanları arasında olan 
ziddiyyət və s.  
Material və metod 
Qeyd  olunan  problemlərin  həlli  ənənəvi  təhsil  sistemi  çərçivəsində  müvafiq  vasitələrlə  həll 
edilməsi  mümkün  olmadığından  müasir  texnologiyalara  əsaslanan  yeni  təhsil  infrastrukturunun 
formalaşması ən zəruri ehtiyaclardan və proseslərdən birinə çevrilir. Həqiqətən də, təhsil sistemi hər gün 
dəyişən  texnologiyaların  inkişaf  ritmi  ilə  rəqabət  edə  bilməsə  də,  bu  inkişafdan  faydalanır,  tədris 
prosesinə  fərqlilik  gətirməyə  çalışır.  Bu  rəqabət  həmişə  olacaq  və  təhsil  sahəsində  yeniliklər  etmək 
istəyən metodistlər də fərqli metodika axtarışlarını davam etdirəcəkdir. Beləliklə, texnologiyalar dəyiş-
dikcə, inkişaf etdikcə yeni pedaqoji metodikalar da daim yenilənəcək, bir-birini əvəz edəcəkdir. 
Tədqiqatlar göstərir ki, bütün mövzular üçün eyni metod və  ya forma uyğun gələ bilməz. Ona 
görə  də  müəllimlər  hər  bir  konkret  mövzuya  uyğun  səmərəli  təlim  strategiyası  axtarıb  tapmalıdır. 
Biologiyanın  tədrisində  yüksək  səmərəyə  nail  olmağın  birinci  şərti  mövzunun  məzmunundan  asılı 
olaraq  əyanilik  prinsipinə  əməl  edilməsidir.  Əyanilik  prinsipinin  əsasında  dayanan  bir  sıra  qanunauy-
ğunluqların nəzərə alınması tədris prosesinin təşkilində mühüm əhəmiyyət daşıyır: 1.İnsanın hiss orqan-
ları  xarici  qıcıqlara  qarşı  müxtəlif  həssaslığa  malikdir;  2.Əlaqə  imkanlarının  reseptorlar  vasitəsilə 
mərkəzi  sinir  sisteminə  informasiyanı  ötürmə  qabiliyyəti  müxtəlifdir:  optik  əlaqə  kanalı  -  1,6x10
6
 
bit/san; takdil (lamisə) əlaqə - 0,13x10
6
 bit/san; akustik əlaqə - 0,32x10
6
 bit/san. Görmə orqanları daha 
çox həssas  olduğundan onlar  eşitmə  orqanlarına nisbətən beyinə 5 dəfə, takdil orqanlara nisbətən isə 
təxminən  13  dəfə  çox  informasiya  verir;  3.  Beyinə  görmə  orqanları  vasitəsilə  daxil  olan  informasiya 
hafizədə asan, tez və möhkəm iz buraxır. Təbii ki, bioloji proseslərin sadə mühazirə şəklində izahı öy-
rənmə prosesini durğun, monoton edir. Əksinə, sadalanan bioloji proseslərin interaktiv üsullarla YTT-
dən istifadə edərək multimedialı təqdimatı öyrənmə prosesinə xüsusi canlılıq gətirir. Çünki canlı təbiətin 
obyektlərinin bilavasitə müşahidə edilməsi, onların müqayisə və təyin edilməsi, onlar üzərində tədqiqat 
aparılması şagirdlərin düşüncələrinin inkişafına səbəb olur. Təbiət elmləri içərisində biologiya canlılar-
dan bəhs etdiyinə görə canlı elm sayılmağa layiqdir. Çünki o, həm bitkilər, həm heyvanlar, həm də insan 
orqanizmi, ümumiyyətlə canlılar ilə yaxından tanış olmaq imkanı verir. Araşdırmalar zamanı müəyyən 
etdik ki, bəzən öyrənənlər əyaniliklə əyani metodu qarışıq salırlar. Bu problemi də yeni texnologiyaların 
vasitəsilə  həll  etmək  daha  əlverişlidir.  Məsələn,  “Böyük  və  kiçik  qan  dövranı”  mövzusunun  tədrisi 
zamanı  bilik  mənbəyi  mövzuya  aid  videofraqment,  yaxud  multimedialı  təqdimatdırsa,  bu  əyani 
metoddur.  Müəllimin  izahı  fonunda  hər  hansı  slaydların  nümayişi  isə  əyanilikdir.  Tədqiqatlar  zamanı 
müəyyənləşdirdik ki, müəllimlər bəzən bu faktı nəzərə almır, passiv dinləyici auditoriyası qarşısında çı-
xış etməyə üstünlük verirlər. 
İndi  bütün  dünya  elmi  internet  vasitəsilə  öyrənənlərin  istifadəsindədir.  Və  onlar  virtual 
olaraq dünya kitabxanalarına ekskursiya edə, müxtəlif ölkələrin təbiəti ilə tanış ola, dünya gənclə-
rinin forumuna qoşulub  fikir  mübadiləsi edə  bilər. Nəticədə öz  elmini  nümayiş  etdirməklə  yanaşı, 
yeni  biliklər  qazanmaq  imkanı  da  əldə  edirlər.  Biologiyanın  tədrisində  informasiya  vasitələrindən 
istifadə  təkcə  dərs  zamanı  ilə  məhdudlaşmayıb,  həm  də  şagirdlərin  dərsdənkənar  fəaliyyətinin  bir 
formasıdır. Bu üsulla keçirilən dərslər şagirdlərin fərdi xüsusiyyətlərini üzə çıxarır, özünüifadəsini 
tənzimləyir və inkişaf etdirir. Ona görə də əsas diqqət ali məktəblərin məzunlarının YTT-dən istifa-
də  bacarığına  malik  olmasının  təmin  edilməsidir.  Bu  işi  məhz  tələbəlik  illərində  həyata  keçirmək 
lazımdır. Əks təqdirdə sonralar onları əlavə kurslara cəlb etmək lazım olacaq. Dünya təcrübəsindən 
istifadə edərək biologiyanın tədrisində səmərəliliyin yüksəldilməsi, ən yeni təlim texnologiyalarının 
təlimdə tətbiqi artıq beynəlxalq miqyasda öz səmərəsini təsdiqləmişdir. 
Analiz  
 
Apardığımız  təcrübələrlə  ali  və  orta  məktəblərdə  informasiya  texnologiyalarının 
biologiyanın tədrisində tətbiqinin mənimsəməyə təsiri imkanlarını araşdırdıq. Məlum oldu ki, tətbiq 
etdiyimiz  yeni  metodikanın  davam  etməsindən  asılı  olaraq  mənimsəmə  və  interaktivlik,  fənnə 
maraq artmışdır (Histoqram 1.).  
 
Eksperimental  siniflərdə  yeni  metodikanın  davametmə  müddətinə,  ardıcıllığına  və 
səviyyəsinə görə alınmış nəticələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə