Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   102   103   104   105   106   107   108   109   ...   122

 
217 
edildi. Müayinələr nəticəsində istər təcrübə, istərsə də nəzarət qrupunda olan quşların helmintlərlə 
yoluxduğu müəyyən edildi. 
Birinci  təcrübə qrupunda olan quşları hər birinə  20%-li tetramizol  5 mq/kq+  yovşan unu 3 
qram;  ikinci  qrupdakı  quşlara  niklozamid  0,3  q  +  boymadərən  unu  3qram  qarışıqları,  üçüncü 
qrupdakı quşlara hər birinə 5 mq/kq hesabı ilə 20%-li albendazol verildi veridi. Antihelmint qarışıq 
və preparat quşlara səhər acqarnına verildi və dərmanlamadan sonra 2 saat müddətində  yem və su 
qəbuluna imkan verilmədi. Dördüncü qrupdakı quşlar isə nəzarət qrupu kimi saxlanıldı. 
Tədqiqatların  gedişində  antihelmint  preparatlar  verildikdən  5  gün  sonra  bütün  qruplardakı 
quşlar kəsilərək bağırsaqları helmintoloji müayinə edildi. Müayinələrin nəticələri cədvəldə verimişdir.               
Cədvəl 
Ev su quşlarının helmintozlarında antihelmint qarışığın müalicə səmərəsi 
(helmintoloji yarma müayinələrinə görə) 
 
Təcrübə 
qrupları 
Quş 
sayı 
Antihelmint 
qarışıq 
doza  yolux-
ma  
səmərəlik 

İntensivlik (helmint) 
Drepanido-
taenia 
lanceolata 
Amidosto 
mum anseris 

qaz 6 
ördək 6 
tetramizol 
yovşan 


33,3 
3-5 
2-10 
 

50,0 
4-5 
2-8 
II 
qaz 6 
ördək 6 
niklozamid 
boymadərən 
 

66,6 
2-4 
3-7 
 

66,6 
2-3 
3-6 
III 
qaz 6 
ördək 6 
 
albendazol 
 

100,0 


 

100,0 


IV 
qaz 6 

 


2-15 
3-13 
ördək 6  - 
 


3-10 
3-11 
 
Cədvəldən  göründüyü  kimi  helmintoloji  yarma  müayinələrinə  görə  I  təcrübə  qrupunda 
tetramizol+ yovşan qarışının tətbiqindən sonra yoluxmuş 6 baş qazdan 2-i (33,3%), 6 baş ördəkdən 
isə  3-ü  (50,0%)  helmintlərdən  azad  olmuşdur.  Bağırsaqlardan  tapılmış  helmint  sayına  görə 
invaziyanın  intensivlik  göstəriciləri  müəyyən  edilmişdir:  Drepanidotaenia  lanceolata  qazlarda  (İİ 
3-5  helmint),  ördəklərdə  (İİ  4-5  helmint);  Amidostomum  anseris  qazlarda  (İİ  2-10  helmint), 
ördəklərdə  (İİ  2-8  helmint).  İkinci  təcrübə  qrupunda  niklozamid+boymadərən  qarışığı  verildikdən 
sonra  aparılmış  yarma  müayinələrinə  görə  yoluxmuş  6  qaz  və  6  ördəkdən  4-ü  (66,6%) 
helmintlərdən azad olmuşdur. Yarma müayinəsi nəticəsində bağırsaqlardan tapılmış helmint sayına 
görə  invaziyanın  intensivlik  göstəriciləri  Drepanidotaenia  lanceolata  qazlarda  (İİ  2-4  helmint), 
ördəklərdə  (İİ  2-3  helmint),  Amidostomum  anseris  qazlarda  (İİ  3-7  helmint),  ördəklərdə  (İİ  3-6 
helmint) olmuşdur. 
Albendazol  preparatı  tətbiq  edilmiş  III  qrupda  yarma  aparılmış  quşların  heç  birinin 
bağırsağında  helmint  növlərinə  rast  gəlinməmişdir,  yəni,  antihelmint  maddə  100%-lik  müalicə 
səmərəsi  göstərmişdir.  Nəzarət  qrupu  kimi  saxlanılmış  IV  qrupda  ördək  və  qazların  hamısının 
bağırsaqlarında sestod və nematod növlərinə rast gəlinmişdir. Belə ki, Drepanidotaenia lanceolata 
qazlarda  (İİ  2-15  helmint),  ördəklərdə  (İİ  3-13  helmint),  Amidostomum  anseris  qazlarda  (İİ  3-10 
helmint), ördəklərdə (İİ 3-11 helmint) olmuşdur. 
Tədqiqatın  nəticəsi.  Aparılmış  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  ev  su 
quşlarının  qarışıq  helmintozlarında  (drepanidotenioz  və  amidostomoz)  antihelmint  təsirli  dərman 
bitkiləri  və  yarımterapevtik  dozlarda  kimyəvi  preparatların  qarışıqları  kifayət  qədər  qənaətbəxş 
müalicəvi  səmərəyə  malikdirlər.  Helmintlərə  təbii  yoluxmuş  qaz  və  ördəklərdə  niklozamid- 
boymadərən  qarışığı  66,6%,  tetramizol-yovşan  qarışğı  isə  ördəklərdə  50,0%;  qazlarda  isə  33,3% 
müalicə  səmərəsi  göstərmişdir.  Bütün  bunlar  əsas  verir  ki,  bu  istiqamətdə  tədqiqat  işlərini  davam 
etdirib,  ev  su  quşlarının  qarışıq  invaziyalarında  daha  yüksək  müalicə  səmərəsi  verə  bilən  dərman 
bitkiləri və kimyəvi preparatların azaldılmış dozalarının qarışığından az toksiki təsirə malik, iqtisadi 
cəhətdən sərfəli yeni antihelmint vasitələr əldə edilsin. 


 
218 
 
ƏDƏBİYYAT 
1.
 
Bayramov  S.Y.  Toyuqların  askaridiozuna  qarşı  baldırğanın  və  onun  anthelmint  preparatlarla 
qarışığının işlədilməsi, Bay.elm.nam. ... dis. avtoref. Bakı, 1998, 31 s 
2.
 
Rzayev F.N. Amidostomum anseris (Zeder, 1800) nematodunun orqan və toxumalarına in vivo 
şəraitində acı yovşan (Artemisia absinthium. L.) bitkisinin təsir mexanizmi 
3.
 
Rzayev  F.N.  Azərbaycanda  ev  su  quşlarında  patogen  qurdlara  qarşı  yerli  bitki  mənşəli 
preparatların təsir mexanizminin öyrənilməsi, Bio. ü. f. dok. ...dis, avtoref. Bakı, 2011, 22 s 
4.
 
Магеррамов  С.Г.  Антгельминтные  свойства  растений.  Международный  технико-
экономический журнал, Москва, 2010, №1, с.46-48 
 
ABSTRACT 
Khonul Bayramova 
THE CURATIVE EFFECT OF A MIXTURE OF ANTHELMINTIC PREPARATIONS AND 
MEDICINAL PLANTS IN HELMINTHOSES OF DOMESTIC WATERFOWL 
 
The wide distribution of helminthiases among domestic waterfowl is the result of their close 
connection with various water bodies, where numerous invertebrate animals (mollusks, crabs, etc.), 
transmitters of pathogens of these diseases live. Very susceptible  to diseases caused by helminths, 
young waterfowl. In diseased birds a disturbance of normal development is observed, they sharply 
lag  behind  in  growth,  resistance  of  their  organism  to  infection  with  infectious  diseases  decreases. 
The use of medicinal plants in helminthiasis of birds precludes the appointment of expensive, and 
often toxic, synthetic drugs, in particular antibiotics. 
 
Birds in the first experimental group were received 20% tetramizol +5 mg / kg wormwood 3 
g each; birds in the second group received 0.3 g of niclosamide + yarrow 3g for each bird and in the 
third group and 20% of albendazole at 5 mg / kg each. 
 
РЕЗЮМЕ 
Конюл Вайрамова 
ЦЕЛЕБНЫЙ ЭФФЕКТ СМЕСЬ АНТИГЕЛЬМИНТНЫХ ПРЕПАРАТОВ И 
ЛЕКАРСТВЕННЫХ РАСТЕНИЙ ПРИ ГЕЛЬМИНТОЗАХ 
ДОМАШНИХ ВОДОПЛАВАЮЩИХ ПТИЦ 
 
Широкое  распространение  гельминтозов  среди  домашних  водоплавающих  птиц 
является  результатом  их  тесной  связи  с  различными  водоёмами,  где  обитают 
многочисленные  беспозвоночные  животные  (моллюски,  рачки,  и  др.),  передатчики 
возбудителей  этих  заболеваний.  Весьма  восприимчив  к  заболеваниям,  вызываемым 
гельминтами,  молодняк  водоплавающей  птицы.  У  больных  птиц  наблюдается  нарушение 
нормального  развития,  они  резко  отстают  в  росте,  понижается  сопротивляемость  их 
организма к заражению инфекционными болезнями. Использование при гельминтозах птицы 
лекарственных  растений  исключает  назначение  дорогостоящих,  и  зачастую,  токсичных 
синтетических препаратов, в частности антибиотиков. 
Птицы  в  первой  экспериментальной  группе  получали  20%  тетрамизола  +5  мг/кг 
полынь по 3 г каждая; птицы во второй группе получали 0,3 г никлозамида+тысячелистника 
3г по каждой птиц и в третьей группе и 20% альбендазола по 5 мг / кг каждая.  
 
  
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur (protokol № 03) 
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə elmlər doktoru, professor E.Məmmədov
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə