Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   98   99   100   101   102   103   104   105   ...   122

 
209 
Hüceyrəarası  mayenin  yaratdığı  müqavimət  -  (liflər  arasında  müəyyən  qədər  maye  olur), 
aralıq  maye  aksonun  membranı  ilə  müqayisədə  cərəyanın  axınına  az  da  olsa  müqavimət  göstərir. 
Ona görə də sinir impulsları nəql olunarkən, onlar bir sinir lifindən digərinə keçə bilmir.  
 Sinir lifinin tipləri və onların funksiyası. Jozef Erlanger və Qerbert Qasser 1937-ci ildə sinir 
dəstinin elektrik aktivliyini qeyd edərkən sinir dəstinin bir sıra xarakterik xüsusiyyətlərini müəyyən-
ləşdirmişlər.  Alınan  göstəricilərə  (sütunun  diametrinə,  oyanmanı  ötürməsinə,  funksiyasına)  əsasən 
sinir liflərini-A, V, C qruplarına ayırmışlar.  
ƏDƏBİYYAT 
1.  Физиология  человека  (учебник  для  медвузов).  Покровский  В.М.,  Коротко  Г.Ф.  ред.  М.: 
Медицина, 2003, 2005 
2. Гистология (учебник для медвузов). Улумбеков Э.Г., Челышев Ю.А. ред. М.: ГЭОТАР-МЕД, 
2001 
3. Физиология (основные законы, формулы, уравнения). Макаров В.А. М.: ГЭОТАР-МЕД, 2001 
4.  Lehrbuch  Vorklinik.  Integrierte  Darstellung  in  vier  Teilen.  Schmidt  R.F,  Unsicker  K.  Deutsche 
Arzte-Verlag GmbH. 2003 
5.  Medical  Physiology.  A  Cellular  and  Molecular  Approach.  Boron  W.F.,  Boulpaep  E.L.  eds 
Saunders (An Imprint of Elsevier Science), 2003 
6. Neuroanatomy. De Myer W. National Medical Series, Baltimore :Williams a. Wilkins, 1998 
7. Physiology. Berne R., Levy M.N., Koeppen B.M., Stanton B.A. eds. 5 
th
 edition. Mosby, 2004.  
РЕЗЮМЕ 
 Фараджев А. Н. , Гусейнли Х. С.  
ФИЗИОЛОГИЧЕСКИЕ МЕХАНИЗМЫ ФУНКЦИОНАЛЬНОЙ ОРГАНИЗАЦИИ НЕЙРОНА 
  Нервная  система  состоит  из  двух  типов  клеток  -нервных  (нейроны)  и  глиальных 
(нейроглия).  К  нейроглии  относятся  астроциты,  микроглия,  миелинобразующие  клетки 
(олигодендроциты  ЦНС  и  шванновские  клетки  периферических  нервов).  По  отношению  к 
нейронам  глиоциты  выполняют  трофическую,  опорную  и  изолирующую  (электрический 
изолятор) функции. Нейрон- основная структурно - функциональная единица нервной системы. 
Число нейронов в мозге человека превышает 100×10
9
. Основная функция нейронов- генерация, 
передача и интеграция нервных импульсов.  
 В  нервной  клетке  различают  тело  (перикарион)  и  отростки-дендриты  и  аксон.  Как 
правило, нейрон имеет несколько дендритов и один аксон. Отростки нейрона и поверхность 
перикариона  участвуют  в  образовании  синапсов.  Нейроны  -возбудимые  клетки- 
осуществляют передачу электрических сигналов в пределах самой нервной клетки (а между 
нейронами  при  помощи  нейромедиаторов  в  синапсах)  и  этим  обеспечивают  способность 
мозга к переработке информации.  
ABSTRACT 
 Faracov A. N. , Husseyli Kh. Ch.  
NEURONES FUNCTIONAL ORQANIZATION OF PHYSIOLOGICAL MECHANISM 
  Nervous  system  consist  of  2  types  of  cells-nevrous  (neyrons)  and  glial  (neyrology).  To 
neyrology relate:astrocyte, mycrology, myelin-forming cells (Oligodendrocytes of Central Nevrous 
System  (CNS)  and  Schvann  cells  of  peripheral  nerves).  As  regunds  to  neyrons  yliocytes  operate 
tropnic,  supporting  and  insulating  (elektric  insulator)  functions.    Neuron-is  a  basic  structural  and 
functional unit of the nervous system. The number of neurons in the human brain excceds 100×10
9

The main function of neurons-is generation, transmission and integration of nerve impulses 
 Neurons  in the  nerve  cell  body  (perikaryonic)  and  processes  are distingushed-dendrites and 
one  axon.  Usually  neuron  has  scueral  dendrites  and  one  axon.  The  processes  of  a  neuron  and 
perikaryon  surtace  are  involved  in  th  formation  of  synapses  Neurons-Excitable  cells-transmit 
electrical signals within nervous cells (and betweenneurons using neural mediators in the synapses) 
and it provides the brains ability to process information.  
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
 
 


 
210 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
BAYTARLIQ 
ETİBAR MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
memmedov_etibar@mail.ru 
UOT: 599.735 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 
HELMİNTOLOJİ ARAŞDIRMALAR 
 
Açar söslər:  helmintologiya, tədqiqat, ekspedisiya, geohelmintlər, biohelmintlər 
Keywords:   helminthology, research, expedition, geohelminthes, biohelminthes 
Ключевые  слова:  гельминтология,  исследования,  экспедиция,  гeoгeльминты, 
биогельминты 
Naxçıvan Muxtar Respublikasının özünəməxsus iqlimi, torpaq örtüyü, relyefi burada zəngin 
flora  və  faunanın  formalaşmasına  səbəb  olmuşdur.Tipik  dağlıq  ərazilər  və  Arazboyu  düzənliklər 
kənd  təsərrüfatı  heyvanları  üçün  qiymətli  yem  bazası  hesab  edilən  otlaqlardan  ibarətdir.  Bu 
otlaqlarda  müxtəlif  helmint  törədiciləri  və  onların  aralıq  sahibləri  –  torpaq  onurğasızları  geniş 
yayılmışdır.  Bu  baxımdan  bölgəninin  helmint  faunasının  öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Belə  ki,  muxtar  respublikanın  demək  olar  ki,  bütün  ərazilərində  yayılmış  geohelmintlər  və 
biohelmintlər bir çox helmintozların törədiciləri hesab edilirlər. İstifadə edilən otlaqların əksəriyyəti 
bu və ya digər helmintozlara görə qeyri sağlamdır. 
      Naxçıvan MR ərazisinin nisbətən kiçikliyinə və özünəməxsus fiziki-coğrafi şəraitinə görə üç əsas 
zonaya  -  düzənlik,  dağətəyi  və  dağlıq  zonalara  ayrılır.  Lakin,  son  illərin  tədqiqatlarında  Naxçıvan 
MR  tipik  dağlıq  ölkə  kimi  qeyd  edilərək,  3  əsas  coğrafi  rayona  -  Naxçıvan  düzənliyi,  Naxçıvan 
dağlıq sahəsi və Naxçıvan yüksək dağlıq sahələrinə ayırırlar. 
Muxtar  Respublikada  helmintlərın  zonalar  üzrə  yayılması,  habelə  məhəlli  ocaqların  əmələ 
gəlməsi  göstərir  ki,  helmintlərin  yaşaması  üçün  xarici  mühitin  böyük  təsiri  var.  Ona  görə  də 
helmintozlara  qarşı  görülən  bütün  tədbirlər  helmintlərin  zonalar  və  ocaqlarla  yayılması,  xarici 
mühitin helmintoz başlanğıclarından azad edilməsi zərurəti və bu mühitin sağlamlaşdırılması kimi 
elmi prinsiplərə əsaslanmalıdır. 
Yuxarıda  göstərilən  ekoloji-helmintoloji  bölgələrin  hər  birinin  özüməməxsus  xüsusiyyətləri 
vardır. Lakin, bu coğrafi rayonlar arasında ümumi əlamətlər nəzərə çarpsa da, muxtar respublikasının 
helmintoloji tədqiqat baxımından əhəmiyyəti böyükdür. Ona görə ki, muxtar respublikanın otlaqları-
nın çox hissəsi və kənd təsərrüfatına yararlı torpaq sahələri bu ərazilərdə yerləşir. 
İndiyə  qədər  yerinə  yetirilmiş  bir  sıra  helmintoloji  ekspedisiyalarda  ərazinin  helmint 
faunasının öyrənilməsi istiqamətində əsaslı tədqiqatlar aparılmışdır.  
Ümumiyyətlə,  Azərbaycanda  gövşəyən  heyvanlann  helmint  faunası  akademik 
K.İ.Skryabinin coğrafi-ekoloji helmintologiya təlimi əsasında öyrənilmişdir. Tədqiqatlar nəticəsində 
ərazinin bir çox rayonlarında gövşəyən heyvanların helmint faunası üzrə materiallar toplanılmış və 
başlıca ekoloji-helmintoloji rayonların 3 əsas və 11 yarımzonaya ayrıldığı müəyyən edilmişdir. 
Naxçıvanda mövcud olan helmint faunanın öyrənilməsinə ilk dəfə 1923-cü ildə, 10-cu İttifaq 
Helmintoloji Ekspedisiyasında (İHE) K.İ.Skryabin və N.P.Popovun rəhbərliyi altında başlanılmışdır. 
Tədqiqatlar zamanı 972 heyvan о cümlədən, 543 quş, 139 məməli və 207 balıq müayinə edilmişdir. 
Həkimlər üçün helmintoloji kurslar keçirilmiş və 8 insan helmintoloji müayinə olunmuşdur.  
Növbəti  tədqiqatlar  N.P.Popovun  rəhbərliyi  ilə  1924-cü  ildə  17-ci  İHE-da  Naxçıvanda, 
Ordubad, Culfa ərazilərində 546 heyvanın, о cümlədən 426 quş və 30 məməli heyvanın müayinəsi 
ilə aparılmışdır (10). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə