Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   95   96   97   98   99   100   101   102   ...   122

 
203 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
 ŞƏHLA QULİYEVA 
Naxçıvan Dövlət Universiteti 
 
UOT:
 
612.8 
İNSANIN SİNİR SİSTEMİ – SYSTEMA NERVOSUM   
HAQQINDA ELMİ-NƏZƏRİ FİKİRLƏR 
 
Açar sözlərtibb, sinir, sistem, orqanizm, refleks  
 
Key words: medical, nervous, system, organism, reflection 
Ключевые слова: медицина, нервы, система, организм, рефлекс 
Anatomiya  və  fiziologiya  biologiya  elminin  mühüm  sahələrindən  hesab  olunur. 
Biologiyanın sahələrdən bəzilərinin inkişaf tarixi eramızdan əvvəllərə təsadüf edir. Hələ o dövrlərdə 
yaşamış  təbabətin  atası  adlandırılan  Hippokrat,  II  əsrdə  yaşamış  italyan  alimi  K.Qalen,  X-XI 
əsrlərdə yaşamış türk alimi Əbu Əli ibn-Sina anatomiya, fiziologiya və gigiyenaya aid əhəmiyyətli 
məlumatlar vermişlər. XVI əsrin əvvəllərində Andrey Vezali anatomiya, XVII əsrin əvvəllərində isə 
Vilyam  Harvey  fiziologiya  elminin  əsasını  qoymuşlar.  “Refleks”  termini  tibb  elminə  çex  alimi 
Proxaska tərəfindən gətirilmişdir. XVII əsrdə fransız filosofu Rene Dekard ilk dəfə refleks haqqında 
fikir  söyləmişdir.  Refleks  orqanizmin  mərkəzi  sinir  sisteminin  iştirakı  ilə  xarici  mühit  amillərinin 
təsirinə  qarşı  verdiyi  cavab  reaksiyasıdır.  Refleks  sözü  yunanca  “əksetmə,  rəddetmə”  deməkdir. 
Orqanizmin hər hansı qıcığa qarşı cavab reaksiyası refleks qövsü adlanır. Refleks qövsü 5 hissədən 
ibarətdir: 1. Qıcığı qəbul edən sinir ucları – reseptor sahə, 2. Hissi (afferent) – qıcığı mərkəzi sinir 
sisteminə nəql edən sinir, 3. Hissiyyat mərkəzi – mərkəzi sinir sistemində qıcığı qəbul edən neyron 
toplusu,  4.  Hərəki  (efferent)  sinir  lifləri  –  mərkəzdə  qəbul  edilən  sinir  impulsunu  icraçı  üzvlərə 
çatdıran hərəki və sekretor sinirlər, 5. İcraçı üzvlər. 
Qıcığın təhlili əvvəlcə  reseptorlarda başlayır, hər  qıcıq qəbul edilmir, reseptor ancaq özünə 
uyğun olan qıcığı qəbul edir. Daha dərin təhlil beyin qabığında aparılır. Burada təhlil differensiasiya 
yolu  ilə  (hər  hansı  qıcıq  özünə  müvafiq  qabıq  mərkəzinə  ötürülür)  aparılır.  Sintez  prosesi  də  eyni 
qanunauyğunluqlarla  həyata  keçirilir.  Bu  proseslərin  insanlar  üçün  mürəkkəb,  heyvanlar  üçün  isə 
sadə formaları xasdır.  
Rus təbabətinin görkəmli klinisisti, məşhur alim və pedaqoq Q.A.Zaxarin orqanizmin həyat 
fəaliyyətində sinir sisteminin böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. 
A.A.Ostroumov    fiziologiyaya  aid  bir  sıra  dəyərli  əsərlər  yazmışdır.  Bu  əsərlərdə  sinir 
sisteminin tər ifrazında, damarların genişlənməsində və daralmasında böyük rolunun olduğunu qeyd 
etmişdir.  A.A.Ostroumov    üzvlərin  reflektor  və  ya  əks  olunmuş  pozğunluqlarına  aid  gərəkli 
məlumat işləyib hazırlamışdır. O qeyd edirdi ki, orqanizmin vəhdəti və ayrı-ayrı üzvlərin arasındakı 
qarşılıqlı  əlaqə  sinir  sistemi  vasitəsilə  həyata  keçirilir.  Məhz  buna  görə  də  çox  vaxt    öddaşı 
xəstəliyində  döş  anginası  tutması,  böyrəkdaşı  xəstəliyi  zamanı  dispepsiya  və  qusma  halları  olur. 
Görkəmli  alim, həmçinin,  orqanizmin  funksional pozğunluqları zamanı  mərkəzi  sinir  sisteminə və 
trofik təsirlərə mühüm əhəmiyyət vermişdir. 
XIX əsrin ortalarına qədər elmi mənbələrdə sinir sistemində yalnız oyanma prosesi getməsi 
haqqında məlumatlar  əsas  yer tutur. Lakin məşhur rus fizioloqu İ.M.Seçenov 1862-ci ildə ilk dəfə 
olaraq mərkəzi sinir sistemində ləngimə hadisəsini kəşf etmişdir. Sonralar müəyyən olunmuşdur ki, 
hər  bir  sinir  hüceyrəsi  həm  oyanma,  həm  də  ləngimə  halına  düşə  bilər.  Ləngimə  fəaliyyətsizlik 
demək  deyil.  Bu  hadisə  sinir  hüceyrələrinin  elə  bir  durumudur  ki,  bu  zaman  oyanma  həmin  
hüceyrələrdən keçə bilmir. Hansı reflekslərdə  ləngimə  mənbəyi  əmələ  gəlirsə, həmin reflekslər  ya 
zəifləyir,  ya  da  ləngimə  olduğu  müddətdə  tamamilə  itir.  Sinir  sisteminin  hər  iki  vəziyyəti,  yəni 
ləngimə və oyanma sinir sisteminin normal fəaliyyəti üçün eyni dərəcədə zəruri olan hadisədir. 
Bundan başqa İ.M.Seçenov 1863-cü ildə heyvan və insanın ən mürəkkəb davranışlarının, şüur 
və  təfəkkürün  beyində  baş  verən  reflektor  fəaliyyətin  məhsulu  olduğunu  göstərən  bir  fərziyyə  irəli 


 
204 
sürmüşdür. Daha  sonralar İ.M.Seçenovun bu fikirlərini  İ.P.Pavlov təcrübə  yolu ilə sübut  etmişdir.  Elə 
buna görə də dünyanın elm aləmi İ.P.Pavlovu ali sinir fəaliyyəti haqqında müasir təlimin banisi hesab 
edir.  Alim  həzm  şirələrinin  reflektor  surətdə  ifraz  olunmasının  səbəblərini  öyrənərkən  bəzi  faktlarla 
qarşılaşmışdır. Bunlar onun üçün də anlaşılmaz olmuşdur. Təcrübə obyekti olaraq seçilmiş itlərdə ağız 
suyu və mədə şirəsi itlərə qida verən zaman, həm də onlar qidanın iyini hiss etdikdə, onlara qida verən 
adamın  ayaq  səsini  eşitdikdə  belə  ifraz  olunmağa  başlayır.  Pavlov  isə  bütün  bu  hadisələri  analiz 
etmişdir. O belə bir nəticəyə gəlmişdir ki, insanlarda və heyvanlarda  anadangəlmə reflekslərlə yanaşı, 
bir sıra digər reflekslər də mövcuddur. Həmin reflekslər isə orqanizmin həyatı boyu qazanılır. Buna görə 
də İ.P.Pavlov refleksləri iki qrupa ayırmışdır: şərtsiz və şərti reflekslər. Alim şərtsiz yəni, anadangəlmə 
reflekslərin özünü də 7 qrupa bölmüşdür: 
1. Qidalanma refleksləri 
2. Müdafiə və ya xilas olma refleksləri  
3. Cinsi reflekslər 
4.Valideynlik refleksləri 
5. Bələdolma refleksləri 
6. Stato-kinetik (dayaq-hərəki) və ya lokomotor reflekslər 
7. Homeostazı (bədənin daxili mühit sabitliyini) saxlamağa yönələn reflekslər. 
Neyrofizioloq  N.A.Rojinski  24  növ  bioloji  refleks  müəyyənləşdirmişdir.  İ.M.Konorski  isə 
bütün şərtsiz refleksləri saxlanılan və qoruyucu reflekslər qrupuna aid etmişdir. 
İ.P.Pavlov sübut etmişdir ki, orqanizmin həyat  fəaliyyətinin əsasını mərkəzi sinir sisteminin 
şərti  reflektor  fəaliyyəti  təşkil  edir.  O  nervizm  dedikdə  orqanizmin  mümkün  olduqca  daha  çox 
fəaliyyətinə  sinir  sisteminin    təsirinin  şamil  etməyə  çalışan  fizioloji  cərəyanı  nəzərdə  tuturdu. 
Nervizm  nəzəriyyəsi  orqanizmin  bütövlüyünü  əsaslandırır.  Bu  isə  həyat  proseslərini  tənzim  edən 
sinir sistemi ilə təmin edilir.  
İ.P.Pavlovun  insanın    bütün  həyat  fəaliyyəti  proseslərində  orqanizmin  bütövlüyü,  onun  xarici 
mühitlə vəhdətində mərkəzi sinir sisteminin əsas rol oynaması haqqındakı təlimi tibb elminin təbii-elmi 
əsasını təşkil edir.  Ümumiyyətlə,  İ.P.Pavlov bütün sinir sistemi tiplərini iki yerə ayırmışdır: ümumi və 
xüsusi.  Heyvanların  və  insanların  sinir  sistemini  ümumi  qrupa,  yalnız  insanın  sinir  tipini  isə  xüsusi 
qrupa aid etmişdir. 
Xarici mühitin bütün qıcıqları I və II siqnal sistemlərinin elementlərindən təşkil olunmuşdur. 
Ətraf aləmin bütün materiya və hadisələri I siqnal sisteminə, I siqnal sisteminin bütün elementlərinə 
insanlar  tərəfindən  verilən  adlar,  onların  söz  ilə  ifadəsi  isə  II  siqnal  sisteminə  aiddir.  Pavlov  II 
siqnal sistemini “siqnallar siqnalı” adlandırmışdır. 
Bütün  bunlarla  yanaşı,  İ.P.Pavlov  qıcığı  qəbul  edən  sinir  ucları,  keçirən  neyronlar  və  baş 
beynin böyük yarımkürələrinin sensor hüceyrələrinin cəmini analizator adlandırmışdır. Beyin qabığı 
analizatorların  qabıq  uclarının  cəmindən  təşkil  olunur.  Brodmanın  fikrincə  (1909),  yeni  qabıq 
qatında 52 anatomofunksional mərkəz ayırd edilir.  
Nitqin  hərəkət  mərkəzi,  yəni  artikulyasiya  –  ümümi  hərəki  mərkəzə  yaxın,  aşağı  alın 
qırışığının arxa hissəsində yerləşir. Bu mərkəz pozulduqda hərəki afaziya yaranır. Afaziya zamanı  
nitq əzələlərinin hərəkəti, qışqırmaq, oxumaq bacarığı qaldığı halda, sözləri ifadə etmək qabiliyyəti 
itirilir.  1919-cu  ildə  E.K.Seppoyun  fikrincə,  ona  yaxın  başqa  bir  mərkəz  pozulduqda    isə  vokal 
amuziya – mahnı oxumaq, musiqi və sözlərdən cümlə düzəltmək qabiliyyəti itirilir (aqramatizm). 
Nitq  mərkəzlərinin  əsası  yarımkürələrdə  yerləşir.  Bir  tərəfdə  hərəkiliyi  daha  yaxşı  inkişaf 
edir. Belə ki, nitq mərkəzi sol tərəfdə yerləşir. Beyinin sol tərəfində pozğunluq olarsa, sağ qol, sağ 
ayaq  iflic  olur,  dil  tutulur.  Sağ  tərəf  pozulduqda  isə  bədənin  sol  tərəfi  iflic  olur,  amma  nitq 
saxlanılır.  1985-ci ildə S.N.Şiringer və A.D.Deutsin fikrincə, isə sol yarımkürə nitq mərkəzlərinin 
daha  çox  fəallığı  ilə  xarakterizə  olunur.  Ümumiyyətlə,  sol  beyin  yarımkürəsi  –  mücərrəd,  sağ  isə 
konkret hissiyyat, yaddaş beyni hesab olunur. 
Yetkin insanın beyin qabığının ümumi sahəsi 2000-2500 sm
2
  olur. Həmçinin beyin  qabığında 
14-18 milyarda  yaxın neyron olduğu qeyd olunur. 1972-ci ildə R.Qeyz və 1989-cu ildə B.A.Nikityuk 
tərəfindən  neyronların  sayının  10  milyarddan  50  milyardadək  olması  barədə  məlumatlar    söylənilir. 
B.A.Nikityukun  fikrincə,  qadınların  baş  beyninin  çəkisi  kişilərinkinə  nisbətən  10%  az  olur.  Bundan 
başqa,  B.A.Nikityuk  və  V.P.Çtesov  qeyd  etmişlər  ki,  baş  beynin  qocalması  stress  faktorlarının 
sıxlığından asılıdır. 
Dalqertin  də  bu  barədə  fikirləri  maraqlıdır.  O  qeyd  etmişdir  ki,  beyin  qabığı  bütün  beyin 
hissələrinin 53,7 %-ni, bazal nüvələr isə 3,7 %-ni təşkil edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə