Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   93   94   95   96   97   98   99   100   ...   122

 
199 
Həyat  keyfiyyəti,  ümumi  olaraq  fərdin  fiziki  sağlamlığı  ilə  yanaşı  psixoloji-emosional 
vəziyyəti  və  ictimai-sosial  statusunu  ehtiva  edən  geniş  anlayışdır  (8).  Belə  ki,  uzun,  mürəkkəb 
müalicə prosesindən sonra  yalnız sağqalma artıq vacib meyar hesab edilmir. 1970-ci illərdən bəri 
klinik araşdırmalarda “həyat keyfiyyəti” anlayışı istifadə olunmağa başlanılmış və son onilliklərdə 
tez-tez  müraciət  edilən  mühüm  məsələlərdəndir.  Həyat  keyfiyyəti  həyatın  davamı  ilə  yanaşı 
individiumun fiziki-psixoloji və ictimai istiqamətlərini əhatə edən, həyatın standartları və qayğıları, 
mənəvi aspektləri baxımından meyarlar məcmusudur. Həyatın keyfiyyəti insanların maddi vəziyyə-
ti,  təhsil  səviyyəsi,  sağlamlıq  vəziyyəti,  yaşadığı  ətraf  mühit  və  sosial  atmosfer  kimi  faktorlardan 
formalaşır. Bu faktorlar içərisində təbii ki, ən əhəmiyyətlisi xəstənin sağ qalması və həyatını davam 
etdirməsidir (9, 10). 
Həyat keyfiyyəti insanın yaşadığı sosial-mədəni mühitdə sağlamlığını subyektiv və obyektiv 
olaraq qiymətləndirməklə, bir sosium kimi yararlılıq (faydalılıq) səviyyəsini müəyyən etməklə təyin 
olunur. 
Həyat keyfiyyətinin qiymətləndirilməsində daim təkmilləşdirilən müxtəlif formalar, anketlər 
istifadə edilir. Bu formalar şikayətlərin qalması (olmaması), yeni şikayətlərin əlavə olunması-olun-
maması,  depressiya,  xəstəlik  şiddəti,  həyat  keyfiyyəti,  özünə  qulluq  bacarığı,  xəstəlikdən  əvvəlki 
səriştələrinin, bacarıqlarının, zehni imkanlarının saxlanılması (itməsi), bəslənmə vərdişləri kimi öl-
çülməsi (öyrənilməsi) və sənədləşdirilməsi çətin olan vəziyyətləri qiymətləndirmə məqsədi ilə tərtib 
olunmuşdur. Müxtəlif formalarda fərqli qiymətləndirmə şəkilləri mövcuddur. Ümumiyyətlə, bu for-
malarda  müxtəlif  bal  qiymətləndirmələri  istifadə  olunur  və  fərdin  sağlamlıq  vəziyyəti,  davranışı,  etik 
vərdişlərinin saxlanılması və b. faktorlar əsasında həyat keyfiyyəti səviyyəsi ümumi bal ilə ölçülür (11). 
Həyat  keyfiyyətinin  dəyərləndirilməsi  üçün  istifadə  olunan  anket  formaları  ümumi  və 
xəstəliklə  əlaqədar  olmaq  üzrə  2  sinifə  ayrılır.  Ümumi  formalar  bütün  populyasiyada  həyat 
keyfiyyətinin qiymətləndirilməsində istifadə edilə bilər. Xəstəliklə əlaqədar formalar müəyyən qrup 
xəstəliklərin  müalicəsindən  sonra  sosiumun  həyat  keyfiyyətinin  qiymətləndirilməsində  tətbiq 
olunur. 
Dünya  səhiyyə  sistemində  həyat  keyfiyyətinin  səviyyəsinin  qiymətləndirilməsində  geniş 
istifadə olunan anket formaları cədvəl 1-də verilmişdir. 
Cədvəl 1 
Həyat keyfiyyətinin səviyyəsinin qiymətləndirilməsinin müasir formaları 
S/№ 
Beynəlxalq adı 
Azərbaycan dilində adı 
1.
 
 
Medical Outcome Study SF-36
 
Tibbi tədqiqatların nəticələri  
Qısa Forma-36
 
2.
 
 
Nottingham Health Profile
 
Nottingham sağlamlıq profili
 
3.
 
 
Mc Master Health Index Questionnaire 
Mc Master sağlamlıq sorğu indeksi 
4.
 
 
Medical  Outcome  Study  General  Health 
Survey 
Sağlamlıq vəziyyətinin  tədqiqinin ümu-
mi tibbi nəticələri 
5.
 
 
Duke Health Profile 
Duke sağlamlıq profili 
6.
 
 
Index of Well-Being (IWB) 
Rifah indeksi (IWB) 
7.
 
 
Spritzer Qality of Life Index (SQLI) 
Spritzer həyat keyfiyyəti indeksi (SQLI) 
8.
 
 
Dartmounth COOP Function Charts 
Dartmounth COOP funksiya cədvəli 
9.
 
 
World Health Organization Quality of Life 
(WHOQOL) 
Dünya  Səhiyyə  Təşkilatının  həyat  key-
fiyyəti (WHOQOL) 
Qısa Forma – 36 
Bu  anket  istifadə  baxımından  çox  sadədir,  müalicədən  sonrakı  dövrdə  cinsi  funksiyaların 
qiymətləndirilməsi  üçün  tətbiq  olunur  (12,  13-14). Cappel  JC  et  al.  görə  IIEF-5  anket  forması 
erektil  funksiyanın  qiymətləndirilməsi  üçün  sağlam  və  disfunksional  xəstələr  arasındakı  fərqin 
müəyyən edilməsində olduqca əlverişlidir (15). Türk Androloji Dərnəyi tərəfindən IIEF-5 Forması 
türkcəyə çevrilmiş, Beynəlxalq Qiymətləndirmə Forması adı altında ereksiya funksiyasının qiymət-
ləndirilməsində  etibarlılıq  qazanmışdır. Ona  görə  də  IIEF-5  formasının  türkçə  versiyası  androloji 
kabinetlərdə erektil disfunksiyanın (ED) qiymətləndirilməsində rahat istifadə edilir (16, 17, 18). 
1992-ci ildə həyat keyfiyyətinin qiymətləndirilməsi üçün Rand Corporation tərəfindən Qısa 
Forma-36 (SF-36) tövsiyə olunmuşdur (19-20). 


 
200 
Qısa  Forma-36-da  cins,  yaş,  əsas  xəstəlik,  yanaşı  xəstəliklər  nəzərə  alınmadan  ümumi 
sağlamlıq vəziyyətini əhatə edən həyat keyfiyyəti səviyyəsi qiymətləndirilir. Bu anket formasında 8 
bölmədə toplanmış 36 sualın cavabı balla qiymətləndirilir. Onlar arasında fiziki funksiyalar, fiziki 
işin  çətinliyi,  bədən  ağrıları  və  ümumi  sağlamlıq  vəziyyəti  fiziki  göstəricilər  kimi,  həyat 
göstəriciləri, ictimai funksiya, emosional-zehni işlərin çətinliyi kimi mental göstəricilər qiymətlən-
dirilir. Hər bir hissəyə 0-100 arasında dəyişən ballar verilir (9). 
İnsanın  həyat  keyfiyyətinə  mənfi  istiqamətdə  təsir  edən  bir  çox  xəstəliklərin  (piylənmə, 
şəkərli diabet,  ürək-damar xəstəlikləri, endokrin  xəstəliklər, xərçəng və b.) rastgəlmə tezliklərinin 
yüksəlməsi  problemin  aktuallığını  daha  da  artırır  (22,  23).  Bu  xəstəliklərdə  həyat  keyfiyyətinin 
mənfi istiqamətdə dəyişdiyinə dair qısa Forma-36 istifadə edilmiş bir çox elmi işlər işıq üzü gör-
müşdür (24-25). 
SDBÇ  olan  xəstələrdə  həyat  keyfiyyətinin  araşdırıldığı  bir  işdə  qlomerulyar  filtrasiya 
dəyərlərinə görə xəstələr qruplaşdırılmış, qruplar üzrə həyat keyfiyyəti balları hesablanmış və qrup-
lararası  fərqlər  müəyyən  edilmişdir.  Nəticə  olaraq,  qlomerulyar  filtrasiya  dəyəri  endikcə  fiziki  və 
mental göstəricilərin balları da etibarlı surətdə azalmışdır 
               
ƏDƏBİYYAT 
 
1.
 
Suleymanlar G, Utas C, Arinsoy T, Ates K, Altun B, Altiparmak MR, et al. A population-based 
survey  of  Chronic  REnal  Disease  In  Turkey--the  CREDIT  study  //Nephrol  Dial  Transplant, 
2011 Jun;26(6):1862-71. 
2.
 
http://www.tsn.org.tr.folders.file.tsn_registry_2011.pdf 
3.
 
Wolfe RA, Ashby VB,  Milford EL, Ojo AO, Ettenger RE, Agodoa  LY,  et  al.  Comparison  of 
mortality in all patients on dialysis, patients on dialysis awaiting transplantation, and recipients 
of a first cadaveric transplant //N Engl J Med. 1999 Dec 2;341(23):1725-0 
4.
 
Öksüz E, Malhan S. Sag
̆lığa Bağlı Yaşam Kalitesi-Kalitemetri, Başkent Üniversitesi, Ankara, 
2005 
5.
 
Ostrowski  M,  Wesołowski  T,  Makar  D,  Bohatyrewicz  R.  Changes  in  patients’quality  of  life 
after renal transplantation//Transplant Proc 2000;32:1371 e4  
7.
 
Fujisawa M, Ichikawa Y, Yoshiya K, Isotani S, Higuchi A, Nagano S, Arakawa S, Hamami G, 
Matsumoto O, Kamidono S. Assessment of health-related quality of life in renal transplant and 
hemodialysis patients using the SF-36 health survey //Urology. 2000 Aug 1; 56(2): 201-6 
8.  Türk  Nefroloji  Derneg
̆i  -  2004  Registry  Of  The  Nephrology,  Dialysis  And  Transplantation  İn 
Turkey. 
9. Watnick S, Morrison G. Böbrek Hastalıkları. In: McPhee SJ, Papadakis MA, th editors, Current 
Medical Diagnosis and Treatment. 49 ed. Adana, Nobel kitapevi, 2010; 816-49. 
10.
 
Eser E. Sağlıkla ilgili yaşam kalitesinin kavramsal temeli ve ölçümü. Sağlıkta Birikim Dergisi 
2006; 1: 1-5. 
11.
 
Testa,  M.A.,Simonson,  D.C.  (1996)  Current  concepts  -  Assessment  of  quality-of-  life 
outcomes. New England Journal of Medicine, 334 (13), 835-840.  
12.
 
Koltarla,  S.  (2008).  Taksim  Eg
̆itim  ve  Araştırma  Hastanesi  Sağlık  Personelinin  Yaşam 
Kalitesinin Aras
̧tırılması. Yüksek lisans tezi, İstanbul.  
13.
 
Kourlaba,  G.,Panagiotakos,  D.B.  (2009)  Dietary  quality  indices  and  human  health:  a  review. 
Maturitas, 62 (1), 1-8.  
14.
 
Cappelleri JC, Siegel  RL, Glasser DB, et  al.  Relation-ship  between patient  self-assessment of 
erectile dysfunction and the sexual helath inventory for men. Clin Ther 2001;23:1707-19  
15.
 
 Espinoza  R,  Gracida  C,  Cancino  J,  Ibarra  A.  Prevalance  of  Erectile  Dysfunction  in  Kidney 
Transplant Recipients. Transplant Proc. 2006;38(3):916-7 Mehrsai A, Nikoobakht M, Khanlar-
poor T, Shekarpour L, Pourmand G. Improvement of Erectile Dysfunction after Kidney Trans-
plantation, The Role of the Associated Factors. Urol J 2006:4:240-4  
16.
 
Rebello  P,  Ortega  F,  Valdes  C,  et  al.  Factors  associated  with  erectile  dysfunction  in  male 
kidney transplant recipients. Int J Impot Res 2003;15(6):433-8  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə