Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   91   92   93   94   95   96   97   98   ...   122

 
195 
dayandırmaq  üçün  xüsusən  üçüncü  molyarın,  orqanizmə  15-30  v/kqr  preparat  yeridilir,  bir  neçə 
dişin  ekstraksiyasında  isə  –  6  günə  qədər  qəbul  edilir,  transfuziya  terapiyası  ilə  yanaşı  epsilon-
aminokapron turşusu da peroral, 0,1qr/kqr dozada, 6 gün qəbul edilir; 
10.
 
 Hemofliya  B xəstəliyində stomatoloji müdaxilədən 2-3  gün öncə, orqanizmə tərkibində 
faktor ІX olan prepat 15v/kqr dozada yeridilir (dondurulmuş vəya quru donor plazması; ІX faktor 
konsentratı). Dişi çıxardıqdan sonra 7-10 gün müddətində epsilon-aminokapron turşusu qəbul edilir; 
11.
 
 Antihemofil plazması kriopresipitat ekstraksiyadan 2-4 gün öncə təyin olunur
12.
 
 Autoimmun  trombositopeniyada  polivalentli  immunoqlobulin  hər  4-6  saatdan  bir  vena 
daxilinə (0,4qr/kqr bədən çəkisinə) yeridilir; 
13.
 
 Trombositopatiyada: 

 
disinon və ya etamzilat 12,5%-2,0 ml əzələ daxili yeridilir;  

 
yerli desmopressin;  

 
epsilon-aminokapron turşusu– 0,1-0,2 qr/kqr bədən çəkisinə, gün ərzində 5-8 dəfə, 2-6 gün 
qəbul edilir; 
İltihablı  odontogen  proseslərdə  trombositlərin  aqreqasiyasını  azaldan  preparatlar  qəbul 
edilmir. Məs., aspirin və digər qeyri-steroid iltihab əleyhinə maddələr, antihistaminlər, analgin. 
Hipertonik kriz 
Hipertonik kriz arterial təzyiqin anidən yüksəlməsidir.  
1.
 
Pasientə  göstərilən  stomatoloji  yardım  dayandırılır,  ağız  boşluğunda  olan  yad  maddələr 
xaric edilir; 
2.
 
Arterial təzyiq  ölçülür, ürək  yığılmalarının  sayı  hesablanır,  xəstə  yarımoturaq vəziyyətinə 
gətirilir; 
3.
 
Ağırlaşmayan  hipertonik  krizdə  qısa  təsir  müddətinə  malik  peroral  dərmanlarda  istifadə 
etmək  olar.  Arterial  təzyiq  1  saat  ərzində,  yüksələn  təzyiqin  20%-i  aşağı  düşməlidir.  12-24  saat 
ərzində  isə,  öncəki  təhlükəsiz  həddinə  (160/100)    yaxınlaşmalıdır.  Bundan  sonra  hipertoniya 
xəstəliyində istifadə edilən bazis dərmanlar istifadə edilir. Ağırlaşmamış krizlərdə AÇF ingibitorları 
(kaptopril),  kalsium  kanalı  blokatorları  (nifedipin),  β-adrenoblokatorlar  (propranolol,  metaprolol) 
istifadə etmək olar; 
4.
 
Ağırlaşmış  hipertonik  krizlərdə  isə,  stomatoloq-həkim  təcili  mütəxəssislə  (kardioloq, 
trapevt,  nevropatoloq)  məsləhətləşməli  və  ya  dəvət  etməlidir.  Kliniki  etapa  qədər,  klonidin 
(klofelin,  hemiton),  diuretiklər  (laziks  v/d),  AT-aşağı  salmaq  və  ürəyə  düşən  yükü  azaltmaq  üçün 
bəzən qanqlioblokatorlardan da istifadə etmək olar. 
Diabetik koma 
Stomatoloji  müdaxilə  zamanı  diabet  xəstələrində  bəzən  diabetik  koma  baş  verə  bilər 
(məs.,pasientin  gərgin  olmasından,  qida  qəbul  etmədiyindən  və  s.).  Hipoqlikemik  koma  zamanı 
zəiflik,  narahatlıq,  aclıq  hissi,  tərləmə,  titrəmə,  diplopiya,  dəri  səthində  hiperemiya,  əmələ  gəlir. 
Xəstədə  sonradan  taxikardiya  başlayır,  hərəkət  istqamətini  itirir,  aqressivləşir,  klonik  və  tonik 
qıcolmalar başlayır, nəticədə koma başlayır. Tənəffüs səthi olur, AT anidən aşağı düşür, refleksler 
zəifləyir, qanda şəkərin səviyyəsi 2,6 mmol/l-dən az olur. Bu əlamətlər şəkərli diabet xəstələrində, 
şəkər 5,5-11mmo l/l, yəni normada və ya normadan artıq olduqda da baş verə bilər. 
Diabetik koma zamanı stomatoloq-həkimin göstərdiyi yardım və istifadə etdiyi dərmanlar: 
1.
 
İlk öncə xəstəyə lazımı qədər isti şirin çay içirdilir. 
2.
 
Əgər əlamətlər davam edərsə: 

 
20-40 ml v/d 40% qlükoza məhlulu, 0,1 % –1,0 adrenalin d/a yeridilir; 

 
Effekt  olmazsa,  75-100  mqr  hidrokortizon  və  ya  30-50  mqr  prednizolon  5%  300-500ml 
qlükoza  məhlulunda,  qlükozanın  5%-li  məhlulunda  damcı  üsulu  ilə  v/d  yeridilir  –  qanda  şəkərin 
miqdarı 8mmol/l-ə yüksələnədək.  
Hiperqlikemik  komada  güclü  yanğı,  poliuriya,  göz  bəbəklərinin  quruması,  qanda  şəkərin 
səviyyəsi  30-55mmol/l-ə  qədər  yüksəlir,  hematokrit  və  hemoqlobulin  səviyyəsi  artır,  qlükozuriya 
artır. 
1.
 
Natrium xloridin izotonik məhlulu, v/d, 60 damcı/dəqiqədən başlayaraq, 30 damcı/dəqiqə 
müddətində; 


 
196 
2.
 
Az  təsir  müddətli  insulun  0,2v/kqr  eyni  vaxtda  v/d,  sonra  0,1v/kqr  –  qanda  şəkərin 
səviyyəsi 13,0 mmol/l -ə düşənə qədər; 
3.
 
Hər 2-4 saatdan bir qanda şəkərin səviyyəsi təyin olunur. 
Diabetli  koma  ketoasidozla  baş  verərsə,  xəstə  təcili  xəstəxanaya  yerləşdirilir  (ketoasidoz  və 
hiperqlikemiyanı insulinlə və su-elektrolit balansını tənzimləməklə).  
Bayılma 
Bayılma şüurun ani itməsidir, qısamüddətli olur, beynin işemiyası ilə əlaqəlidir. Simptomları: 

 
ətraflarda soyuqluq; 

 
nadir səthi tənəffüs

 
 zəif nəbz, AT düşməsi; 

 
üzdə solğunluq. 
1.
 
Adətən öz-özünə keçir; 
2.
 
Naşatır  spirtli  tamponla  inhalyasiy  (reflektoru  yolla  oyadır),  xəstə  horizontal  vəziyyətə 
gətirilir, ayaqlar azacıq qaldırılır və sərbəst hava axını ilə təmin edilir, pasient qrelka ilə isidilir və 
isti  şirin  çay  içirdilir.  Xəstə  özünü  yaxşı  hiss  edərsə,  öncə  oturmağa,  sonra  ayağa  durmağa  izin 
verilir; 
3.
 
Bradikardiyada  0,1%  atropin  məhlulundan  0,5-1ml;  aşağı  AT-də  isə  1%  fenilefrin 
(mezaton) 0,5-1ml v/d yeridilir. 
Epilepsiya (Epileptik tutmalar) 
Epilepsiya tutmaları anidən, psixi və ya səsdən sonra baş verə bilər. Epilepsiyanın qrand mal 
– yayılmş qıcolma forması daha təhlükəli hesab olunur.  
Tutmalar 3 fazada olur: tonik qıcolma – qıcolma müddəti 30 saniyə, yığıcı  tonusa malikdir; 
qıcolmanın klonik fazası – qıcolma müddəti 1-2 dəqiqə ( əl və ayaqların gərilməsi, xəstə dilini də 
dişləyə bilər) olur; tonik-klonik qıcolmalar - tənəffüs düzgün olur, dərin yuxu başlayır, şüur itir, bu 
proseslərin müddəti 30-40 dəqiqə olur. Qıcolma tutmaları təkrarlana bilər. 
1.
 
Tək tutmalar zamanı dərman maddəsi istifadə edilmir. 
2.
 
Ağız boşluğundan bütün predmetlər (alətlər və diş protezləri) xaric edilir, tənəffüs yoluna 
hava axımını təmin etmək (seliklər təmizlənir, havaverən tətbiq edilir).  
Təkrar tutmalar zamanı (epileptik status) xəstə xəstəxanaya yerləşdirilir. Qıcolmanı aradan 
qaldırmaq üçün, v/d 0,5% 2ml diazepam məhlulu 20ml 40% li qlükoza ilə yeridilir. Əgər qıcolma 
davam edirsə, inyeksiya 15 dəqiqədən sonra təkrarlanır 
 
ƏDƏBİYYAT 
 
1. Həsənov V.M.,
 Terapevtik stomatologiya. Təməl biliklər. Bakı,  
2010, 448 s. 
2. Terapevtik stomatologiya. Dişin sərt toxumalarının xəstəlikləri Bakı, 2012, 
376 s. 
3. Qəniyev M.M., Mirzəyev X.M., İltihab və immun proseslərə təsir göstərən dərman 
maddələrinin farmakologiyası. Tədris-metodiki işləmə, Bakı, 2001, 42 s. 
4. Ожильви К. Экстренная помощь в медицинской практике (перевод с анг.) - М.: 
Медицина, 1087 - 672 с. 
5. Терапевтическая стоматология: руководство: нац. рук. Л.А. Дмитриевой, Ю.М. 
Максимовского. Москва, 2009 -912 с. 
6. 
Лопатин Л.С. Лекарственный анафилактический шок. - М.: Медицина, 1983 - 157 с
 
7. Колмогоров С.И., Ивасенко П.И., Вагнер В.Д. и др. Неотложные состояния и 
реанимация в стоматологии: Методическое пособие. - Омск, 1996-21 с. 
8. Ожильви К. Экстренная помощь в медицинской практике (перевод с анг.) - М.: 
Медицина, 1087 - 672 с. 
9. Ивасенко П.И., Петрин И.Н., Вагнер В.Д. и др. Профилактика, неотложная помощь и 
реанимация при анафилактическом шоке в практике врача-стоматолога: Методические 
рекомендации. - Омск, 1994 - 18 с.  
10. Синдромная диагностика в педиатрии. Справочник под редакцией А.А.Баранова - М.: 
Медицина, 1997 - 310 с. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə