Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   87   88   89   90   91   92   93   94   ...   122

 
187 
Askorbin turşusu substratın bərpasında H-qrupunun donatoru, onun oksidləşməsində  
H-qrupunun akseptoru rolunda iştirak edir. 
Stomatoloji təcrübələrdə tətbiqi. 
1.
 
Hemorragik sindromla müşayiət olunan qinqivit. 
2.
 
Parodontit. 
3.
 
İnfeksiyalı stomatit. 
4.
 
Ağız boşluğunun infeksiyalı- iltihablı zədələnmələrində, xüsusən anemiya fonunda. 
5.
 
Ağız boşluğun yerli immunitetin aşağı düşməsi. 
6.
 
Uşaqlarda kariyesin profilaktikası. 
Nikotin turşusu (PP vitamini, B
3
 vitamini). 
1.
 
Ürəyə  təsiri  –  mikrosirkulyasiyanı,  karbohidrat  mübadilə  və  enerjisini  aktivləşdirməklə 
miokardın oksigenlə təminatını artırır; 
2.
 
Damarlara təsiri – periferik damarları genişləndirir, arterial təzyiqi aşağı salır; 
3.
 
Qaraciyərə  təsiri  –  ödün  ekskresiyasını,  zülal  sintezini  artırır,  qaraciyərin  qlikogen  əmələ 
gətirmə və dezintoksikasiya funksiyalarını stimulə edir; 
4.
 
Qan siseminə təsiri – fibrinolizi aktivləşdirir, antiaqreqant təsir göstərir
5.
 
Yağ mübadiləsinə təsiri – hipolipidemik və hipoxolesterinemik təsir edir
6.
 
Karbohidrat mübadiləsinə təsiri – hipoqlikemik təsir edir; 
7.
 
Vəzlərə  təsiri  –  tiroksinin  məhsullarını  artırır,  böyrəküstü  qabıq  hormonlarının  istehsalını 
stimulə edir. 
Nikotin turşusu orqanizmdə nikotinamidə çevirilir və toxuma tənəffüsünün açar həlqəsinə və 
maddələr mübadiləsinin bütün növlərinə nəzarət edir. 
     Stomatoloji təcrübələrdə istifadə edilməsi. 
1.
 
Parodontoz. 
2.
 
Parodontit. 
3.
 
Xroniki residiv aftoz stomatit. 
4.
 
Qlossalqiya. 
5.
 
Qırmızı yastı dəmirov. 
Rutin  (P  vitamini,  bioflavonoidlər).  P  vitamini  rutin  və  kversetin  formasında  itburnu 
meyvələrində, çaytikanında, qırmızı bibərdə və s. olur. 
 Damar  divarının  keçiriciliyini  azaldır,  kövrəkliyinə  mane  olur,  orqanizmin  oksigen 
çatışmazlığına qarşı davamlığını artırır. 
Antioksidant  təsir  göstərir,  askorbin  turşusunun  və  katexolaminlərin  oksidləşməsinə  mane 
olur,  onların  təsir  müddətini  artırır.  Hialuronidazanın  aktivliyini  azaldır,  askorbin  turşusunu 
dehidroaskorbin turşusuna çevirilməsinə yardım edir. 
     Stomatoloji təcrübələrdə tətbiqi: 
1.
 
Parodontit. 
2.
 
Qinqivit. 
3.
 
Stomatit. 
4.
 
Ağız sahəsində allergik səpgilər. 
U  vitamini  (S-metilmetionin).  Bu  vitaminə  cəfəri  yarpaqlarında,  soğanda,  kahıda,  istiotda, 
yerkökündə, şalğamda, qulancarda, pomidorda və s. təsadüf edilir. U vitaminin ən zəngin mənbəyi 
qulancarın zoğları və ağ kələmdir.  
Qələviləşdirici,  iltihab  əleyhinə,  antiallergiya  və  qaşınma  əleyhinə  təsir  göstərir.  U  vitamini 
histamini metilləşdirir, onu qeyri-aktiv formaya salır və nəticədə mədənin sekresiyası azalır, yaranı 
sağaldır və ağrıkəsici effekt göstərir. 
     Stomatoloji təcrübələrdə tətbiqi. 
1.
 
Xroniki residiv aftoz stomatit. 
2.
 
Ağız boşluğu sahəsinin allergik zədələnmələri. 
Xolinoblokator  preparatları  ilə  birlikdə  qəbul  etdikdə,  U  vitaminin  müalicəvi  effekti  artır, 
asetilsalisil turşusunun iltihab əleyhinə təsirini isə potensiallaşdırır. 
Yağda həll olan vitaminlər. 


 
188 
Retinol  (A  vitamini).  Vitamin  A  heyvan  mənşəli  məhsullardan  kərə  yağında,  yumurtanın 
sarısında,  xamada,  bəzi  balıqların  qaraciyərində  (treska,  xan  balığı  və.s),  qaramalın  və  donuzun 
qaraciyərində  olur.  Bitkilərdə  isə  retinolun  provitamini  olan  α-,  β-  və  γ-  karotinlər  olur.  İnsan 
orqanizmində bir molekul β-karotin parçalandıqda iki molekul A vitamini əmələ gəlir. Bu bitkilərə 
yerkökü, ispanaq, kahı,  yaşıl soğan, qara qarağat, itburnu, qaragilə, pomidor, şaftalı,  ərik, qırmızı 
istiot və s. aiddir. 
Retinol: 
1.
 
Epitelizasiyanı stimulə edir, epitel toxumaların funksiyalarını normallaşdırır. 
2.
 
Alaqaranlıqda görməni normallaşdırır. 
3.
 
İmmunogenezi aktivləşdirir, orqanizmin infeksiyaya qarşı rezistentliyini artırır. 
4.
 
Reproduktiv funksiyalara yardım edir. 
5.
 
Miokardın, skelet əzələsinin, qaraciyər və sinir sisteminin trofikasını yaxşılaşdırır. 
6.
 
Antioksidant və antisklerotik təsir göstərir. 
7.
 
Qanın reoloji funksiyalarını normallaşdırır. 
   Retinol: 

 
hüceyrələrdə  oksidləşmə-bərpaedici  prosesləri  stimulə  edir,  onların  proliferasiyasını 
gücləndirir. 

 
görmə piqmenti rodopsinin sintezinə yardım edir. 

 
samototropin  hormonunu,  qalxanvari  vəzin  və  böyrəküstü  vəzin  hormon  ifrazını 
aktivləşdirir. 

 
immunoqlobulinlərin, antitel, lizosom fermentlərin sintezini aktivləşdirir. 

 
fosfolipidlərin mübadiləsini, RNT, DNT, zülallar və fermentlərin sintezini nizamlayır. 
Stomatoloji təcrübələrdə istifadə edilməsi: 
1.
 
Ağız və dodaqların selikli qişalarının diskeratozu. 
2.
 
Epitelizasiya mərhələsinin eroziyalı-yaralı zədələnmələr. 
3.
 
Müxtəlif etiologiyalı dodaq qaşınmaları. 
4.
 
Qinqivitlər. 
5.
 
Stomatitlər. 
6.
 
Kariesin profilaktikası. 
7.
 
Paradontoz. 
     Yerli istifadə etmək üçün A vitamini digər preparatlarla birlikdə istifadə etmək olar: 
Hamiləliyin ilkin vaxtlarında qəbulu qadağandır!. 
Erqokalsiferol (D vitamini). 
D vitamini az miqdarda yumurta sarısında, kürüdə, kərə yağında olur. Balıqların qaraciyər və 
yağ toxumalarında isə daha çox olur, əsasən treska balığında.  
    Erqokalsiferol orqanizmdə kalsium və fosfor mübadiləsini normallaşdırır. Erqokalsiferol: 
1.
 
Kalsiumun  bağırsaq  səthindən  qana  aktiv  absorbsiyasını  stimulə  edir,  qandan  da  sümük 
toxumasına keçməsinə yardım edir.  
2.
 
Böyrəklərin  qələvi  fosfatazasını  aktivləşdirir,  kalsium  və  fosfor  ionlarının  böyrək 
kanallarında reabsorbsiyasına yardım edir. 
3.
 
Endoxondrial sümük böyüməsinin stromal zülallarınin əmələ gəlməsinə yardım edir.  
     Stomatoloji təcrübələrdə istifadə edilməsi. 
1.
 
Parodontoz. 
2.
 
Parodontit zamanı karyesin profilaktikası. 
3.
 
Qırmızı dəmirov. 
      Tokoferol  (E  vitamini).  Tokoferollar  bitki  yağlarında,  bitkilərin  yaşıl  hissələrində, 
xüsusilə  buğda,  pambıq,  qarğıdalı  rüşeymlərinin  və  çaytikanı  yağında  çox toplanır.  Tərkibində  3-
metil  qrupu  olan  α-tokoferol  daha  fəaldır.  Sardina  balığı  E  vitamini  ilə  daha  zəngindir.  Heyvan 
mənşəli məhsullardan az miqdarda yumurtanın sarısında, kərə yağında olur. Tokoferol: 
1.
 
Zülal və lipid mübadiləsini normallaşdırır. 
2.
 
Membranprotektor təsir göstərir. 
3.
 
Reproduktiv funksiyaları nizamlayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə