Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   90   91   92   93   94   95   96   97   ...   122

 
193 
5.
 
Hipovolemiyanı (dövr edən qanın həcmini artırmaq) korreksiya etmək üçün, duz və kolloid 
məhlullardan ( 500-1000 ml izotonik natrium xlorid məhlulu, 400 ml dekstran) yeridilir. 
6.
 
Effekt alınmazsa – plazmafarez, oksigenterapiyası. 
7.
 
Ürəyin fəaliyyəti pozularsa və tənəffüs dayanarsa, xəstəyə müvafiq reanimasiya tədbirləri 
görülməlidir. 
Bronxial astma tutmaları 
Bronxial  astma  tutması  təngənəfəsliklə,  boğulma  ilə,  öskürəklə,  taxikardiya  ilə  başlayır. 
Bronxial astma tutmaları anafilaktik şokdan fərqlənir. Bronxial astma tutmalarında arterial təzyiqin 
aşağı  düşməsi,  dəridə  allergik  əlamətlər,  selikli  qişaların  ödemi  baş  vermir.  Bronxial  astma 
tutmasına  səbəb  kəskin  bronxoobstruksiya  –    bronxospazm  və  yapışqanlı  sekretin  toplanmasıdır. 
Uşaqlarda bronxların selikli qişalarında ödem tədricən əmələ gəldiyindən, bronxial astma tutmaları 
da tədricən baş verir.  
1.
 
Xəstəyə  göstərilən  stomatoloji  müdaxilə  dayandırılır,  ağız  boşluğundakı  yad  predmetlər 
xaric  edilir,  xəstə  oturaq  vəziyyətə  gətirilir,  təmiz  hava  ilə  təmin  edilir,  tutmaya  səbəb  olan 
faktorlardan təcrid edilir. 
2.
 
Bronxların  spazmını  aradan  qaldırmaq,  tənəffüs  yollarının  keçiriciliyini  yaxşılaşdırmaq 
üçün  təcili  olaraq  qısamüddətli  təsirə  malik,  selektiv  β
2
-  adrenostimulyatorlardan  (fenoterol, 
salbutamol) inhalyasiya formasında (1-2 dəfə nəfəs almaqla) tətbiq edilir. 
 Əgər  ilkin  inhalyasiya  effekt  verməzsə,  inhalyasiya  təkrarlanır  (hər  20  dəqiqədən  bir  1-2 
nəfəs  alma  ilə).  Preparatın  qəbulu  xəstənin  vəziyyəti  yaxşılaşana  qədər,  1saat  ərzində  3  dəfədən 
artıq  olmamaq  şərti  ilə  təkrarlana  bilər.  Preparatın  rezorbtiv  təsir  göstərməməsi  üçün, 
inhalyasiyadan sonra ağız boşluğu qar-qara edilərək təmizlənir
3.
 
β
2
-adrenomimetiklərin  qəbulu  mümkün  olmadıqda,  m-xolinoblokatorlar  qəbul  edilir. 
Örnəyin, ipratrop bromid aerozol formasında, 1-2 nəfəs almaqla qəbul edilir. Aktivliyinə görə β
2

adrenomimetiklərdən  geri  qalır.  M-xolino  -  blokatorların  təsiri  tədricən  başlayır.  Ehtiyac  olarsa 
inhalyasiya 30 dəqiqədən sonra təkrarlanır; 
4.
 
Aerozol  formasında  dərman  maddələri  olmadıqda  və  ya  xəstə  bu  dərmanı  qəbul  edə 
bilmirsə,  o  zaman  2,4%-li  aminofillin  məhlulundan  istifadə  edilir.  10  ml  2,4%  aminofillin  vena 
daxilinə yeridilir; 
5.
 
Astmatik statusda mütləq vena daxilinə damcı üsulu ilə qlükokortikoidlər (prednizolon 90-
120 mqr vəya 200ml izotonik natrium xlorhid məhlulunda 200 mqr hidrokortizon) yeridilir; 
6.
 
Bronxolitiklər olmadıqda dəri altına 0,3ml 0,–% adrenalin məhlulu və ya 0,3ml 5% efedrin 
məhlulu yeridilir; 
Xəstə  stomatoloqun  yanına  gəlmədən  öncə  mütləq  bronxolitik  preparat  qəbul  etməlidir 
(gündəlik qəbul etdiyi dozada). 
Hematoma 
Hematoma –  toxuma daxilinə  qanın  sızmasıdır və həyat  üçün təhlükə  törədə bilər. Xüsusən, 
ağız-udlaq sahəsində baş verən hematoma stenotik asfiksiya törədə bilər. Damarların zədələnməsi, 
inyeksiya sahəsində baş verən fəsadlar, qanın durulaşma qabiliyyətinin aşağı düşməsi hematomanın 
əmələ  gəlməsinə  səbəb  olur.  Hematomada  istənilən  üsullardan  istifadə  edərək,  qan 
dayandırılmalıdır.  Hematomanın  həcmindən  asılı  olaraq,  punksiya,  traxeotomiya,  soyuq  islatma 
üsulundan da istifadə etmək olar.  
Dişlərin ekstraksiyasından (çəkilməsindən) sonra baş verən qan axmalar 
Dişi  çəkdikdən  sonra  20-25  dəqiqə  müddətində  qanaxma  baş  verərsə  ilkin  postekstraksion 
qanaxma,  bir  neçə  saat  və  ya  bir  gündən  sonra  qanaxma  başlayarsa,  gecikmiş  və  ya  ikincili 
postekstraksion  qanaxma  adlanır.  Postekstraksion  qanaxma  ümumi  və  yerli  ola  bilər.  Ümumi 
qanaxmaya  qan  xəstəliklərindən  hemofiliya,  trombositopeniya  və  trombositopatiya,  avitaminozlar, 
QSİƏM-in qəbulu (aspirin vəs.) səbəb ola bilər. 
Yerli postekstraksion qanaxmaya səbəb olan faktorlar: 

 
dişin ekstraksiyası zamanı zədələnmə,  yemək zamanı alveolda qan pıxtasının zədələnməsi, 
isti mayelərin qəbulu və ya ağız boşluğunu həddən artıq güclü qar-qara etmək; 

 
adrenalini anestetiklə yeritdikdən sonra, baş verən damar parezi; 


 
194 

 
tənzif tamponun uzun müddət diş yuvasında qalması (10-20 dəqiqiə); 

 
dişi çəkdikdən bir müddət sonra, fiziki yükləmə

 
isti vannaların qəbulu. 
Gecikmiş və  ya ikincili postekstraksion qanaxmaya səbəb olan faktorlar: 

 
çıxarılmış dişin yerində infeksiyanın, irinin, yad cismin olması; 

 
diş yuvasında qırılmış diş qalığının olması; 

 
diş yuvasının divarının zədələnməsi. 
Postekstraksion  qanaxmalarda  göstərilən  tibbi  yardım  yerli  və  ümumi  aparılır.  Yerli  tibbi 
yardım: 
1.
 
Furasilinlə  ağız  boşluğu  qar-qara  edilir,  anesteziya  altında  diş  yuvasına  baxılır, 
qanaxmanın növü təyin edilir – damar zədələnməsi, sümüyün zədələnməsi, kapilyarın zədələnməsi, 
yumşaq toxumanın zədələnməsi, aşağı çənə sümüyün kanalının zədələnməsi və s; 
2.
 
Diş yuvasına hemostatik qubkadan və ya fibrinli plyonkadan tampon, yodoformlu tampon, 
10% kalsium xloridlə isladılmış tənzifdən tampon tətbiq edilir
3.
 
Kökarası çəpərdən və ya diş yuvasından gələn qanaxmalarda onlara növbəti tampon və ya 
tikiş  tətbiq  edənə  qədər  sıxacla  sıxılır.  Diş  yuvasını  desnalı  selik-sümüküstü  yamaqla  bağlamaq 
olar; 
4.
 
Qanaxmanın  qarşısını  diatermokoaqulyasiya  və  ya  kriocərrahiyyə  alətləri  vasitəsi  ilə 
dayandırmaq  olar.  Aşağı  çənə  kanalı  qanaxmasında  diş  yuvası  dibi  perforasiyası  və  həmin  diş 
yuvasına tampon tətbiq edilir. Qanaxan sahələrə soyuq isladıcılar tətbiq edilir; 
5.
 
Sümükdaxili  hemangioma  qanaxmasında  şişləri  təcili  olaraq,  çənədə  kəsik  aparmaqla, 
xaric edirlər. 
Ümumi tibbi yardım: 
1.
 
Əzələ daxilinə 12,5% 0,5- 1,0 etamzilat natrium yeridilir; 
2.
 
5% epsilon-aminokapron turşusunu 1 xörək qaşığı gün ərzində 2 dəfə təyin edilir. 1saatdan 
az olmayaraq nəzarət edilir. Uzun müddətli qanaxma olarsa təkrar diş yuvasına tampon tətbiq edilir. 
Əgər göstərilən yardımlar effekt verməzsə, xəstə təcili xəstəxananın müvafiq şöbəsinə yerləşdirilir. 
3.
 
Əgər  qanaxma  dayanarsa,  xəstəyə  3  saat  müddətində  qida  qəbulu,  2  gün  ərzində  isə  isti 
yeməklər, içkilər, ağız boşluğunun enerjili qar-qarası qadağan edilir. Xəstəyə ağır fiziki iş qadağan 
edilir, ev şəraitində və ya yataq vəziyyəti məsləhət görülür.  
4.
 
Etamzilat natrium gün ərzində 2 dəfə, hər dəfə 1 tabletka, askorutin – 1 draje gün ərzində 3 
dəfə təyin edilir. Diş yuvasına yerləşdirilən tampon 3 gündən tez olmayaraq yenisi ilə əvəz olunur. 
Qanaxmanın qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır 
1.
 
Pasientin anamnezi dəqiq və tam incələnməli – öncələri qanaxmaların, xroniki xəstəliklərin 
olub-olmaması, hansı dərman maddələrinə qarşı həssaslığın yüksək olması və s; 
2.
 
Dişin ekstraksiya texnikasına düzgün əməl edilməsi; 
3.
 
Alveolitin  inkişafının  qarşısını  almaq  üçün,  aseptika  və  antiseptikaya  düzgün  əməl 
edilməsi; 
4.
 
Xəstəyə  tövsiyə  etmək  –  tamponu  diş  yuvasında  20  dəqiqədən  artıq  saxlamamalı,  2  saat 
müddətində  qidalar  qəbul  etməməli,  ağız  boşluğunu  6  saatdan  tez  qar-qara  və  isti  mayelər  qəbul 
etməməli, isti qidalar qəbul etməməli, diş  yuvasına dil ilə toxunmamalı, isti günəş və su vannaları 
qəbul etməməli, əgər qanaxma olarsa, təcili həkimə müraciət etməli; 
5.
 
Dişi ekstraksiya etmədən öncə, qanın pıxtalaşma və qanaxma müddətini təyin etmək; 
6.
 
Kəskin iltihab fonunda diş çıxarılarsa, bədən temperaturu yüksələrsə, mütləq antibakterial 
dərman təyin edilir;  
7.
 
Ağır, atipik ekstraksiyadan sonra, diş  yuvası dəqiq incələnir, selikli qişanı zədələyə bilən 
kiçik diş qırıntıları təmizlənir, ehtiyac olarsa diş yuvasına tikiş atılır; 
8.
 
Qan  xəstəliyi  olan  adamlarda  dişlərin  ektraksiyası  stasionar  şəraitdə  və  hematoloqun 
nəzarəti altında aparılır; 
9.
 
Hemofliya  A  xəstəliyi  olan  xəstələrdə  dişlərin  postekstraksiyasından  sonra  qanaxmanın 
qarşısını  almaq  üçün  10-15vahid/  kqr  faktor  VІІІ  konsentratı  gün  ərzində  3  dəfə,  2-4  həftə 
müddətində  təyin  emək  kifayətdir.  Çeynəyici  dişlərin  çəkilməsindən  sonra  baş  verən  qanaxmanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə