Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   92   93   94   95   96   97   98   99   ...   122

 
197 
 
 ABSTRACT 
ZAUR HÜSEYNOV 
ASSISTANCE IN EMERGENCY SITUATIONS  
IN STOAMTOLOGICAL PRACTICES 
 
    The  urgent  need  for  modern  outpatient  dental  surgeries  remains  a  matter  of  urgency.  The 
complexity  of  the  problem  relates  to  a  specific  specificity  of  outpatient  patients.  Initially,  dental 
care is  included in  the background of pathology. Second, the jaw site is  a strong  reflectional  area 
and  adequate  anesthesiologic  care  is  required.  Patients  have  a  sense  of  fear  in  the  face  of  dental 
intervention,  which  increases  the  sensitivity  to  pain.  Third,  dental  care  is  most  commonly  seen  in 
patients with psycho-emotional stress. 
     It  is  important  to  remember  that  anesthetic  drugs  are  potentially  dangerous,  and  in  some 
cases  complications  that  may  endanger  the  life  of  the  patient.  Distinctive  features  that  make  the 
difference  between  dementia  and  dental  care  are  that  they  are  not  limited  to  assisting  the  primary 
physician  only,  especially  when  they  are  particularly  dangerous  for  life  or  health  disorders  or 
injuries, as well as the creation of a specialized physician. 
 
РЕЗЮМЕ 
ЗАУР ГУСЕЙНОВ 
ПОМОЩЬ В ЧРЕЗВЫЧАЙНЫХ СИТУАЦИЯХ В  
СТОМАТОЛОГИЧЕСКОЙ ПРАКТИКЕ 
Сложность  проблемы  связана  с  рядом  специфических  особенностей  амбулаторного 
приема  больных.  Во-первых,  стоматологическая  помощь  нередко  оказывается  на  фоне 
сопутствующей  патологии.  Во-вторых,  челюстно-лицевая  область  является  мощной 
рефлексогенной  зоной  и  требуется  адекватное  анестезиологическое  обеспечение.  У 
пациентов  наблюдается  страх  перед  стоматологическим  вмешательством,  что  повышает 
чувствительность  к  боли.  В-третьих  стоматологические  вмешательства  по  неотложным 
показаниям  проходятся  у  многих  больных  в  период  максимального  психоэмоционального 
напряжения. 
Cледует  помнить  о  потенциальной  опасности  анестезирующих  препаратов,  а  также 
иногда о скоротечном развитии осложнений, опасных для жизни пациентов. Отличительной 
особенностью  неотложной  и  скорой  стоматологической  помощи  является  то,  что  она  не 
может ограничиваться только оказанием первой врачебной помощи, но почти всегда должна 
специализированной  врачебной  помощи,  особенно  при  заболеваниях  или  травмах, 
угрожающих жизни, или при резком ухудшении состояния здоровья. 
 
 
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
  Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov 
 
 


 
198 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
AZƏR İSMAYILOV  
İLHAMİ SOLAK 
               Ege Universiteti, İzmir, Türkiyə     
UOT:612.4 
BÖYRƏK KÖÇÜRÜLMÜŞ XƏSTƏLƏRDƏ HƏYAT  
KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
               
Açar sözlər: Həyat keyfiyyəti, böyrək çatmazlığı, böyrək köçürmə, erektil disfunksiya, parathormon  
Key  words:  Quality  of  life,  renal  failure,  kidney  transplantation,  hemodialysis,  erectile 
dysfunction, creatinine, parathyroid hormone  
Ключевые  слова:  Качества  жизни,  почечная  недостаточность,  пересадка  почек, 
гемодиализ, эректильная дисфункция, креатинин, паратгормон  
Xroniki  böyrək  xəstəliyi  (XBX)  nefron  vahidlərinin  azalması  və  onların  funksional 
çatmazlığı  nəticəsində,  ümumiyyətlə  SDBÇ  ilə  tamamlanan  polietioloji  və  patofizioloji  dövrdür. 
SDBÇ  isə  böyrəklərin  endogen  funksiyalarının  geridönməz  şəkil  alması  və  qlomerulyar  filtrasiya 
surətinin  (QFS)  15  ml/dəq-ə  qədər  azalması  ilə  xarakterizə  olunur.  Xroniki  böyrək  çatmazlığı 
(XBÇ) bütün dünyada olduğu kimi Türkiyədə və Azərbaycanda da ciddi sağlamlıq problemi hesab 
edilir, dövlət səhiyyə və sosial müdafiə sistemləri qarşısında böyük çətinliklər yaradır. 2010-cu ildə 
Türk Nefrologiya Dərnəyinin (TND) Türkiyə daxilində apardığı CREDIT işinin məlumatlarına görə 
XBX  prevalansı  15,7%-dir.  Bu  dərnəyin  2010-cu  ili  əhatə  edən  registr  hesabatına  görə  ölkədə 
SDBÇ  mərhələsində  xəstələrin  sayı  təxminən  60  000-ə  qədərdir.  Həmin  xəstələrin  həyatı  böyrək 
əvəzlənməsi  rolunu  oynayan  3  bahalı,  çətin  müalicə  metodikası  hesabına  davam  edir:  peritoneal 
dializ,  hemodializ  və  böyrək  köçürülməsi  (1).  Wolfe  RA  et  al.  hemodializ  xəstələri  ilə  böyrək 
köçürülmüş  (BK)  xəstələrin  mühüm  klinik-laborator  göstəricilərini  müqayisə  etmiş,  BK-nin  4-cü 
ilinin  sonunda  bütün  səbəblərə  bağlı  letallıq  göstəricisinin  68%-ə  qədər  azalmasını,  hemodializlə 
müqayisədə  sağqalma  göstəricisinin  dəfələrlə  çox  olmasını  müəyyən  etmişdir  (3).Bu  səbəbdən 
SDBÇ olan xəstələrdə BTx ən optimal orqanəvəzləyici müalicə üsulu kimi qəbul olunmuşdur ( 2 ). 
Sonuncu onilliklərdə terapevtik və cərrahi müalicədən sonra sağlamlıqla əlaqəli keyfiyyət və 
kəmiyyət  göstəricilərinin  qiymətləndirilməsində  həyat  keyfiyyətinin  səviyyəsinin  öyrənilməsi 
etibarlı meyar kimi ön plana çıxmışdır (2).DST-nin tərifinə görə həyat keyfiyyəti insanların fiziki-
psixoloji  vəziyyətinin  subyektiv  və  obyektiv  amillərlə  ehtiva  edilməsidir  (4).  Həyat  keyfiyyətinin 
mövcud,  təklif  edilmiş  çoxsaylı  qiymətləndirmələri  tibbi  müdaxilələrin,  cərrahi  əməliyyatların 
təsirini  təyin  etmək  və  tibbi  qulluğun  (baxımın)  keyfiyyətini  qiymətləndirmək  üçün  müalicə 
strategiyalarının  planlaşdırılmasında  köməkçi  rol  oynayırlar.  Yəni,  sağlamlıqla  bağlı  həyat 
keyfiyyətinin  səviyyəsinin  qiymətləndirilməsi  SDBÇ  xəstələrinin  həyat  keyfiyyəti  ilə  bağlı  bəzi 
məsələləri  öyrənməyə,  o  cümlədən  mənfi  nəticələrin  aradan  qadırılması  üçün  qabaqlayıcı 
strategiyaları müəyyən etməyə imkanlar aça bilər. 
Həyat  keyfiyyətinin  qiymətləndirilməsində  geniş  istifadə  edilən  qısa  forma-36  (SF-36) 
SDBÇ xəstələrində də eyni müvəffəqiyyətlə tətbiq olunmaqdadır (5). XBX-nin etiologiyasında ŞD, 
arterial  hipertenziya  və  QN-lərə  səbəb  olan  təməl  böyrək  xəstəlikləri  və  bir  çox  digər  xəstəliklər, 
patoloji  vəziyyətlər  iştirak  edirlər  (16.).  O,  çox  nadir  hallarda  geridönər  prosesdir,  böyrək 
funksiyalarının  davamlı  və  dayanıqlı  enişi  ilə  xarakterizə  olunur.  XBX-nə  səbəb  olan  xəstəlik, 
patoloji  sindrom  və  ya  hər  hansı  digər  üzvi  proses  aradan  qaldırıldığı  hadisələrdə  belə  böyrək 
funksiyalarının  azalması  tendensiyası  davam  edir  (7).Türkiyədə  XBÇ-na  aparan  ilk  3  etioloji 
faktorlara ŞD, arterial hipertoniya və xroniki QN (XQN) aiddir (12). 
Son illərdə diabetik və hipertenziv  nefropatiya amillərinin tezliyi  xeyli  artmışdır.  Xüsusilə 
yaşlı xəstələrdə hipertenziv nefropatiya hadisələri daha çox rast gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə