Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   89   90   91   92   93   94   95   96   ...   122

 
191 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
ZAUR HÜSEYNOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:616.31 
STOAMTOLOJİ TƏCRÜBƏLƏRDƏ TƏCİLİ HALLARDA YARDIM  
 
Açar sözlər: şok,bronxial astma, hematoma, hipertonik kriz, diabetik koma, bayılma, 
epilepsiya  
Key words: shock, bronchial asthma, hematoma, hypertonic crisis, diabetic coma,     
obstruction, epilepsy  
Ключевые слова: шок, бронхиальная астма, гематома, гипертонический кризис, 
диабетическая кома, обморок, эпилепсия 
     Təxirəsalınmaz  və  stomatoloji  yardımın  fərqləndirən  xüsusiyyətlər  ondan  ibarətdir  ki, 
yalnız  ilkin  həkim  yardımı  ilə  məhdudlaşmır,  hər  zaman,  xüsusən,  həyat  üçün  təhlükəli  və  ya 
sağlamlığın kəskin dəyişməsində,  zədələnmələrdə, ixtisaslaşmış həkim yardımı göstərilir.  
Həkim-stomatoloq  müdaxilədən  öncə,  pasientin  anamnezini  dəqiq  öyrənməli,  ekstremal 
vəziyyətlərdə  təxirəsalınmaz,  tibbi  standartlara  uyğun  yardım  göstərməlidir.  Bu  zaman  göstərilən 
yardım sindrom xarakteri daşıyır.  
Allergik reaksiyalar. Şok. Anaflaktik şok.  
Allergik  reaksiyalar  ekzogen  allergenlərə  qarşı  orqanizmin  göstərdiyi  immun  reaksiyaların 
ləng,  orta  və  ağır  gedişli  formasıdır.  Allergik  reaksiyaların  ləng  və  orta  gedişli  formalarına  görə, 
angionevrotik ödem (Kvinke ödemi), sürətlə gedən formasına isə anaflaktik şok aiddir. 
Örə və Kvinke ödemi allergenlə təmasdan bir neçə dəqiqə və ya bir neçə saat sonra başlayır. 
Örə  zamanı  dəridə  qaşınmalar,  eritemlər,  makul,  papul  əmələ  gəlməsi,    temperaturun 
yüksəlməsi baş verə bilər. 
Kvinke ödemi isə dəri və selikli qişaların müxtəlif sahələrində ödemlərin  əmələ  gəlməsi  ilə 
başlayır.  Kvinke  ödemi  boyun,  boğaz  və  üzdə  baş  verməsi  təhlükəli  hesab  edilir.  Bu  zaman 
xəstələrdə  öskürmə,  təngənəfəslik,  larinqospazm,  hətta  bronxospazm  və  asfiksiya  yarana  bilər. 
Anaflaktik şok həm örə, həm də Kvinke ödemi ilə başlaya bilər. 
Müalicəsi: 
1.
 
Allergenin aradan qaldırılması (“anaflaktik şok”a bax); 
2.
 
Udlaqdakı ödemin təcili aradan qaldrılması (“anaflaktik şok”a bax); 
3.
 
Örə baş verdikdə antihistaminlərdən – suprastin, dimedrol vəya tavegildən istifadə etmək; 
4.
 
Asfiksiya baş verərsə – traxeotomiya (konikotomiya). 
Şok  –  orqanizmin  yaşaması  üçün  təhlükə  törədən  pataloji  haldır,  bu  zaman  MSS-nin  və 
hemodinamikanın,  tənəffüs  və  endokrin  sistemin,  maddələr  mübadiləsinin  funksiyalarının  qəfil 
pozulması baş verir. Şok zamanı həyat üçün vacib olan orqanizmin funksiyalarının qəfil dayanması, 
qısamüddətli oyanmalara mane olur. Şokun baş vermə səbəblərinə – kəskin zədələnmələr, bir çox 
dərman  maddələrinin  qəbulu,  psixi  oyanmalar  və  digər  güclü  qıcıqlandrıcıları  göstərmək  olar. 
Stomatoloji təcrübələrdə  əsasən  anaflaktik  şok  (  anestetiklərə,  antibiotiklərə  vəya  digər  maddələrə 
qarşı)  baş  verə  bilir.  Bu  zaman  antiqen-antitel  kompleksi  hüceyrə  membranın  zədələyir, 
toxumalarda  ödem  (bronxospazm,  qırtlaqda  odem)  əmələ  gəlir,  damarların  tonusdan  düşməsi  və 
onlarda qan depolanmır, hipovolemiya, hipoksiya baş verir. 
Orqanizmə  istənilən  yolla  daxil  olan  dərman  maddələri,  antigen  rolunu  oynaya  bilər. 
Anaflaktik şokun simptomları: 

 
ümumi zəiflik; 

 
sinədə, qarın nahiyəsində kəskin ağrılar; 

 
güclü baş ağrıları; qəfil əzginlik


 
192 
Nəzərdə saxlamaq lazımdır ki, uşaqlar bu əlamətləri doğru izah etməyə bilər !. 
Anaflaktik  şokun  inkişafını  “şüurun  itməsi”ndən  fərqləndirmək  üçün,  yadda  saxlamaq 
lazımdır ki, anaflaktik şok zamanı öncə şüur itmir və taxikardiya müşahidə edilir. Kvinke ödemi, 
bronxospazm,  tənəffüs  çatışmazlığı,  hiperemiya,  dəridə  sianoz, təngənəfəslik baş  verə  bilər. Xəstə 
narahat olur, qaşınmadan şikayət edir. Hipotenziya, böyrək çatışmazlığı, hətta ölüm baş verə bilir. 
Anaflaktik şokun aşağıdakı formaları var: 
1.
 
Sürətli forması allergen orqanizmə daxil olduqdan 1-2 saniyə sonra başlayır: 

 
şüur itir; 

 
 qıcolma baş verir; 

 
 göz bəbəklərin genişlənir, işığa qarşı reaksiyanın olmaması, arterial təzyiqin aşağı düşməsi, 
tənəffüs çətinləşir, ürək tonları itir. 8-10 dəqiqə sonra ölüm baş verir. 
2.
 
Ağır forması allergen orqanizmə daxil olduqdan 5-7 dəqiqə sonra başlayır: 

 
istilik hissiyatı artır; 

 
tənəffüs çətinləşir; 

 
baş ağrısı; 

 
ürək tonlarının zəifləməsi

 
arterial təzyiqin aşağı düçməsi; 

 
göz bəbəklərin genişlənməsi. 
3.
 
Orta forması allergenin orqanizmə daxil olmasından 30 dəqiqə sonra başlayır: 

 
dəridə allergik səpgilər; 

 
qaşınma. 
     Anaflaktik şokun bu formasında, bəzən aşağıdakı əlamətlər baş verə bilir

 
kardiogenli ağ ciyər ödemi; 

 
astmayabənzər bronxospazm, qırtlağın ödemi, larinqospazm; 

 
serebral psixomotor oyanmalar, qıcolmalar, şüurun itməsi

 
abdominal, ‘kəskin qarın‘simptomları ilə özünü göstərir. 
     Anafilkatik şok zamanı ölümün baş verməsinin səbəbləri

 
kəskin tənəffüs və ürək çatışmazlığı; 

 
beyin ödemi; 

 
kəskin böyrək çatışmazlığı;  

 
həyati vacib orqanlara qanaxmalar (baş beyin, böyrəküstü vəzlər). 
Anafilaktik şok zamanı göstərilən yardım və istifadə edilən dərman maddələri: 
1.
 
Stomatoliji müdaxilə dayandırılır. Xəstənin ağız boşluğunda yad cisim varsa, xaric edilir, 
xəstə horizontal vəziyyətə gətirilir, ayaqlar qaldırılır, baş yan tərəfə qoyulur. 
2.
 
Allergenin orqanizmə daxil olmasını dayandrırlar; 

 
yeridilmiş  məhlulu  şpris  vasitəsi  ilə  geri  çəkirlər,  inyeksiyanın  daxil  olduğu  nahiyəni 
kəsmək  (infiltrasiya  yolu  ilə  daxil  edilmiş  anestetiklər  üçün),  ağız  boşluğu  yuyulur  (dərmanları 
kənarlaşdırmaq üçün), sıxac bağlamaq (əgər dərman maddəsi qol və ya ayaqdan yeridilibsə); 

 
inyeksiya  formasında  preparatın  yeridildiyi  sahədə  dəri  infiltrasiya  edilir  və  dərialtı 
hüceyrəyə 0,5ml 0,1%-li epinefrin (adrenalin) məhlulu 5ml izotonik məhlulda inyeksiya edilir; 

 
pasientə penisillin istifadə edilibsə, penisillinaza preparatı yeridilir; 
3.
 
Eyni vaxtda istifadə edilən prepatlar: 

 
adrenalin 0,3-0,5 mqr dəri altına; 

 
venadaxilinə dəqiqədə 5-10 mqr yeritmək, 5 dəqiqə fasilə ilə 2 dəfə təkrarlamaq olar və ya 
10 ml izotonik məhlulda 0,1mqr həll edib, endotraxeal borudan yeritmək; 

 
qeyri  stabil  arterial  təzyiq  zamanı,  vena  daxili  qlükokortikoidlər  –  qidrokortizon  15-3000 
mqr və ya prednizolon 1000 mqr və ya deksametazon 4-20 mqr 10-15 ml 5% və ya 40%-li qlükoza 
məhlulunda; 

 
1% dimedrol və ya 2% suprastin və ya 2,5% pipolfen 2-3 ml vena daxili və ya  əzələ daxili 
işlədilir. 
4.
 
Eyni vaxtda eufillin (aminofillin) saatda 8mqr/ kqr yeridilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə