Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə430/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   426   427   428   429   430   431   432   433   ...   540
1027 (1)

Siyasi-mədəni  münasibətdə

  milləti  təşkil  edən  bütün  insan 

qrupunun dil, mədəni, dini, ənənə, adət birliyi xüsusi vurğulanır. 

Belə  halda  mədəni  millət  və  yaxud  etnomillət  haqqında  söhbət 

gedir. 

Bioloji  münasibətdə

  milləti  müəyyən  edən  əsas  amil  onu 

təşkil  edən  insanlann  qan  birliyidir.  Belə  münasibət  Yaponiya, 

Almaniya  kimi  ölkələr  üçün  daha  xarakterikdir.  Bu  ölkələrin 

konstitusiyalarına görə damarlarından yapon və alman qanı axan 

insanlar həmin millətdən hesab edilə bilər. İsrail milləti də qan 

əlamətinə  görə  müəyyənləşir.  Yəhudi  millətinin  başqa  zəruri 

əlaməti ümumi dinə, yəni iudaizmə mənsub olmaqdır. 

İnsanın  öz  milli  mənliyini  itirib  başqa  millətin  içərisində 

əvvəlki  mövcudluğunu  itirməsinə 



assimilyasiya

  deyilir.  Bu  elə 

prosesdir ki, burada bir milli-etnik qrupun üzvü özünün əvvəlki 

mədəniyyətini, 

adət-ənənələrini, 

ümumiyyətlə 

spesifik 

əlamətlərini  itirir  və  bilavasitə  sıx  əlaqədə  olduğu  milli-etnik 

qrupun mədəniyyətini və adət-ənənələrini qəbul edir. Bu proses 

zorakı üsullarla olduğu kimi, tədricən, öz-özünə də baş verə bilər. 

«Assimilyasiya  akkulturasiya  prosesinin  bir  tipi  və  həmin 

prosesin  nəticəsi  kimi  nəzərdən  keçirilə  bilər.  Bununla  yanaşı 

tez-tez  «assimilyasiya»  termini  başqa  mənada  istifadə  edilir  və 

apancı  milli  qrupun  etnik  azlığa  münasibətdə  onun  ənənəvi 

mədəniyyətini  yox  etməyə  yönəlmiş  siyasəti  mənasında 

işlədilir...».''* 

Milli  münasibətlərin  əsasən  üç  tipi  haqqında  danışılır:  a) 

bərabərhüquqlu; b) hökmranlıq və tabeçilik; c) başqa millətdən 

olan subyekti aradan götürmək cəhdi. 

« AB iMPERiO, Казань. № 3. 2001. с.73. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə