Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə441/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   437   438   439   440   441   442   443   444   ...   540
1027 (1)

6.

 

İnsan fəlsəfəsi 

6.1.

 

İnsan haqqında ümumi anlayış. 

İnsanın təbiəti, ictimai mahiyyəti, taleyi 

Fəlsəfə  tarixində  insan  varlığı  geniş  tarixi-nəzəri  səpkidə 

araşdırılır; həyatın mənası, insanın mahiyyəti, məqsədi və 

401 



idealı  kimi  məsələlər  tədqiq  edilir.  Belə  ki,  fəlsəfi  kateqoriya 

kimi məhz «insan» çıxış edir. Bu elə anlayışdır ki, ağıllı varlığı 

başqa təbii  hadisələrdən  fərqləndirir.  Lakin  insan həm  də onu 

şəxsiyyət  kimi  müəyyənləşdirən  keyfiyyət  və  xassələrin 

daşıyıcısıdır. 

İnsan haqqında müxtəlif konsepsiyalar olubdur. Antik fəlsəfi 

fikirdə  insana  əsasən  Kosmosun  bir  hissəsi  kimi  baxılırdı, 

özünün  insani  təzahürlərində  ali  başlanğıc  olan  taleyə  tabe 

edilirdi.  Sokratın  fikrincə  fəlsəfənin  başlıca  məqsədi  insanın 

mahiyyətini  dərk  etməkdir,  nə  qədər  ki,  insan  öz  mahiyyətini 

dərk etməyib, o yerdə qalan dünyanı da dərk edə bilməz. 

Dini  dünyagörüşü sistemində insan əzəli olaraq özünün iki 

tərəfinin - ruh və bədənin birliyindən ibarətdir, Allah tərəfindən 

yaradılıb  və  idarə  edilir.  İnsanın  yaşadığı  bu  dünya  fani, 

keçicidir.  Əbədi  həyat  bədənin  cismani  ölümündən  sonra 

başlayır. Bədən maddi olduğu üçün fani, ruh əbədidir. 

Xristianlıq təliminə görə Allah insanı özünə oxşar və uyğun 

şəkildə yaradıbdır. Lakin ilk insan - Adəm cənnətdə elə günah 

işlətdi ki, oradan qovuldu. Lakin Allah ona və bütün insanlara 

günahını yumaq üçün şərait yaratdı. 

İslamın  insan  haqqında  görüşləri  başqadır.  Allah  insanı 

özünə  oxşar  yaratmayıb  və  insan  Adəmin  ilk  günahına  görə 

məsuliyyət  daşımır.  Əlbəttə,  insan  Qurana  görə  bütün 

yaradılanlardan  yüksək  olsa  da,  təbiətən  zəifdir,  lakin  əzəli 

şikəst deyil. Ona görə də insan öz həyatında günah iş görməmək 

üçün  Allahın  köməyinə  möhtacdır.  Düzgün  yolu  Allah 

peyğəmbər  və  müqəddəs  kitab  -  Quran  vasitəsilə  göstərir. 

Quranda insan haqqında deyilir: «Yaradılanlarımızın çoxundan 

üstün tutmuşuq onları» (17:70); «Çox gözəl görkəmdə yaratdıq 

biz insanı» (95:4) və s. 

Əsasən  idealist  mövqedə  duran  yeni  dövr  Avropa  fəlsəfəsi 

insanda ilk növbədə mənəvi mahiyyət görürdü. 

Əgər  antik  Avropada  insan  obrazı  kosmosentrik  idisə,  orta 

əsr  insan  obrazı  teosentrik.  Yeni  dövr  insan  obrazı 

antroposentrik idi. 

J.P.Sartr yazırdı ki, insanın özü öz varlığını yaradır, ona görə 

də öz həyatı üçün özü cavabdehdir; o nəyi seçməyinə görə 

402 



özü cavab verməlidir; lakin özünü seçməklə insan başqalannı da 

seçir. 


XIX  əsr  -  XX  əsrin  əvvəllərindəki  idealist  fəlsəfə  insanda 

yalnız  mənəvi  başlanğıcı  həlledici  hesab  edirdi,  bəzi  hallarda 

onun  mahiyyətini  rasional  başlanğıca,  başqa  hallarda,  əksinə, 

irrasional başlanğıca müncər edirdi. F.Dostoyevski təsdiq edirdi 

ki, insan sirli varlıqdır, onu açmaq lazımdır. 

Marksizmdən  başlayaraq  insan  haqqında  dialektik 

materializm  konsepsiyasının  əsas  prinsipləri  yaranır.  Bu 

konsepsiyaya  görə  insanın  təşəkkül  tapmasında  müəyyənedici 

şərt - əməkdir. Əmək fəallığının inkişafı insanın əcdadının təbii 

mahiyyətini  qlobal  olaraq  dəyişdirdi.  İnsanın  mahiyyəti 

mücərrəd  (ab-  strakt)  deyil,  konkretdir  və  tarixidir,  yəni  onun 

məzmunu prinsip etibari ilə sosial olaraq qalır, bu və ya digər 

tarixi  dövrün  konkret  məzmunundan  asılı  olaraq  dəyişir. 

K.Marks  yazmışdı:  «...İnsanın  mahiyyəti  ayrı  fərdə  xas  olan 

mücərrədlik  deyil.  Öz  gerçəkliyində  o  bütün  ictimai 

münasibətlərin məcmusuduD>.^^ 

İnsan  Kainatın  nadir  məxluqudur,  o  axıra  qədər  izah 

olunmazdır, anlaşılmazdır, sirlidir. İnsan haqqında hər cəhətdən 

yetkin,  bütöv  fəlsəfi  təlim  yaratmaq  prinsip  etibarilə  insanın 

özünü  dərk  etməsi  yolunda  bitməmiş  prosesdir,  çünki  insan 

mahiyyətinin təzahürü hədsiz dərəcədə müxtəlifdir. Nə müasir 

elm, nə fəlsəfə insan varlığının sirrini axıra qədər aça bilməz. 

İnsan  bioloji  və  sosial  tərəflərin  birliyindən  ibarətdir,  o 

təbiətin  bütün  qüvvələrinin  qarşılıqlı  təsir  sistemində 

mövcuddur,  əməyin,  ictimai  münasibətlərin  və  ünsiyyətin 

subyektidir. 

Fəlsəfə ədəbiyyatında bunun əksinə olan fikir də mövcuddur. 

Müasir sosiobioloqlar, məsələn, M.Ryuz, M.Midqli, E.Uil- son 

göstərirlər  ki,  insan  ilə  vəhşi  heyvan  arasında  heç  bir  sədd 

yoxdur. İnsan bioloji cəhətdən tükənməkdə olan məxluqdur. 

İnsan öz təkamülündə üç mərhələdən keçib: Homo epektus 

(düz yeriyən), Homo habilis (iş bacaran), Homo sapiens (ağıllı). 

Yer üzündə yaşayan bütün insanlar ən azı 50 min ilə qədər- 

dir ki, eyni bioloji növə aiddir - Homo sapiens. Lakin insanların 

davranışları arasında dərin fərqlər var. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə