Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə442/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   438   439   440   441   442   443   444   445   ...   540
1027 (1)

K.MapKC H (P.ƏHrejibc. 

C

OMHHCHMH



,

 

T.42, 

C

.265.


 

403 


insan  nəslinin  sonsuz  müxtəlifliyini,  beləliklə  də  insanlann 

malik olduqları qabiliyyət və istedadın da sonsuz müxtəlifliyini 

etiraf etmək humanizmin əsas prinsiplərindən biridir. 

İnsanı  bütün  bioloji  növlərdən  ayıran  materialist  fikrə  görə 

Homo  sapiens  təbiət  ilə  qarşılıqlı  təsir  prosesindəki  əmək 

fəaliyyəti  nəticəsində  meydana  gələn,  işləyən  və  inkişaf  edən 

ağıllı varlıqların sosial birliyidir. İnsanın təkamülü ümumiyyətlə 

həyatın  inkişafında  ən  ali  və  ən  mürəkkəb  bir  mərhələdir  və 

həyatın  bütün  əvvəlki  təkamülünü  özündə  ehtiva  edir.  İnsan 

bioloji növdür, o biosfera sistemində fəaliyyət göstərir və inkişaf 

edir.  Bütün  Yer  kürəsi  onun  ekoloji  mühiti,  evi  olub.  İnsanın 

fəaliyyəti biosfera ilə əhatə olunub və onun təsiri altında dəyişir. 

Bir  sözlə,  insan  və  bəşəriyyət  biosfera  hadisələridir.  Öz 

inkişafının  müəyyən  mərhələsin^ə-bİQ^era,  məlumdur  ki,  yeni 

vəziyyətə  -  noosferaya  keçirrlHQOsfer^üçün  ağılın  olması 

xarakterikdir,  o  biosferadan  ayrılmazdır  və  onun  inkişafının 

davamıdır. 

Tarix  heç  vaxt  təkrar  olunmayıb,  fəqət  insan  təbiəti  fransız 

maarifçilərinin  fikrincə  daim  dəyişməz  olaraq  qalıb.  Bu  fikrin 

tərəfdarlan  insan  təbiətinin  tarixi  konsepsiyasını  yaratmaq 

imkanını  özləri  üçün  bağlayırlar.  Həqiqət  ondan  ibarətdir  ki, 

insan ruhu özünü daha yaxşı dərk etməyə nail olursa, bu hal onun 

qarşısında sonrakı fəaliyyət üçün yeni və müxtəlif yollar açır. 

J.J.Russonun  fikrincə  iki  ftındamental  keyfiyyət  insanı 

heyvandan fərqləndirir. Birincisi, insanın hətta özünün ziyanına 

və  başqalarının  yamanlığına  imkan  yaradan  azadlığı;  ikincisi, 

heyvanlarda özünü təkmilləşdirmə qabiliyyətinin olmaması. Bu 

keyfiyyət  insanı  təbii  vəziyyətdən  çıxarır,  onun  bütün 

çatışmazlıqlarının  və  xeyirxahlıqlarının  əsası  olur.  Sonradan 

insanda baş verən bütün hadisələri - istər yaxşı, istərsə pis olsun - 

onun özü yaradır. 

Göründüyü  kimi  Russo,  insanın  mahiyyətini  əsasən  təbii 

amillər və ağıl sayəsində özünü mənəvi cəhətdən təkmilləşdirmə 

qabiliyyəti ilə izah etməyə çalışırdı. 

XX  əsrin  ortalarında  isə  Yaspers  hesab  edirdi  ki,  təkamül 

qanununa tabe olan təbiətin tarixi  yoxdur; insan da təbii  varlıq 

kimi deyil, mənəvi varlıq kimi tarixə malikdir. 

404 



Yaspersə  görə  insan  varlığını  bir  neçə  mərhələyə  ayırmaq 

olar:  1) insanın bədən kimi mövcud olması;  «hazırda mövcud 

olan  bu  empirik  varlıq»  mərhələsində  kommunikasiya  (əlaqə) 

faydalılıq  prinsipinə  tabedir;  2)  insan  varlığının  ikinci 

mərhələsində şüur elə məzmun və struktura malikdir ki, həmin 

şüuru  başqa  insanların  şüuru  ilə  eyniləşdirir  (Kantın 

terminologiyasında  transsendental  subyektivlikdir).  Yeni 

kantçıların arxasınca Yaspers bu mərhələni öz həqiqiliyinə görə 

bütün bəşəriyyət üçün ümumi olan «əyani şüur» adlandırır; 3) 

insan  varlığının  ən  yüksək  mərhələsini  Yaspers  alman 

klassikləri ilə birlikdə «ağıl» və yaxud «ruh» adlandınr və onu 

«...təfəkkürün, 

fəaliyyətin, 

hissiyyatın 

tamlığı» 

kimi 


müəyyənləşdirir.  Bu  mərhələ  «mühakimə»  edən  zaman  xarici 

strukturdan yaranan «müvəqqəti hadisə» kimi fərqlənir. Yaspers 

deyir:  «Ruh  sahəsindəki  kommunikasiya  (əlaqə)  bütövlük 

ideyasının ictimai substansiyasından yaranan şüurdur...».^'* Hər 

bir  adam  burada  öz  mövcudluğunun  mənasını  sosial  bütövün 

hissəsi olmaqla görür. 

Göstərmək  lazımdır  ki,  insan  yalnız  xarici  əlamətlər 

sistemində təsvir edilə bilməz, onun özünəməxsus daxili aləmi 

var.  İnsan daim özünü axtaran və sınayan məxluqdur.  İnsanın 

mahiyyətini  yalnız  sosial  amillərlə  izah  etmək,  faktiki  olaraq 

şəxsiyyətin  daxili  aləminin  orijinal  xüsusiyyətlərini  inkar  edir 

və onun daxili azadlığım yox etməyə aparır. 

İndiki dövrdə faktiki olaraq yeni insan tipinin formalaşması 

prosesi  baş  verir.  İndustrial  cəmiyyətin  rasional  insanı  yerinə 

postindustrial  informasiya  dövrünün  kompüterləşmiş  insanı 

gəlir.  Dərinliyə  nüfuz  edən  bütöv  bilik  səthi  təsəvvürlər  ilə, 

hədsiz dərəcədə böyük həcmli informasiyanın aiqoritmə uyğun 

olaraq  sürətlə  işlənib  qaydaya  salınması  ilə  əvəz  edilir:  qəbul 

etmək - işləyib qaydaya salmaq - ötürmək - praktiki nəticə əldə 

etmək. Belə praqmatik sxemə girməyən nə varsa hamısı yararsız 

elan  edilir.  Mikroelektron  inqilabı  insan  intellektinin  gücünü 

artırır. 

Beləliklə, insan biososial varlıq olmaqdan daha çox, özünün 

xüsusi daxili aləmi olan mənəvi-ruhi varlıqdır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə