Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə445/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   441   442   443   444   445   446   447   448   ...   540
1027 (1)

5

nin 


dördüncü

  yolu  insanın  həyati  yaradıcılığı  ilə 

əlaqədardır.  Elmi  kəşf,  bö}äik  ədəbiyyat  əsərlərinin 

yaradılması,  fəlsəfi  əsərlər,  böyük  hərbi  qələbələr  və  dövlət 

müdrikliyini  nümayiş  etdirmək  -  bütün  bunlar  qədirbilən 

insanlann  yaddaşında  yaşayır. Peyğəmbərlərin, qəhrəmanlann, 

müqəddəslərin, memarların, ixtiraçılann xatirəsi əbədiləşdirilir. 

Bir  çox  mütəfəkkirlər  (Sokrat,  L.N.Tolstoy  və  b.)  insanın 

bioloji 

ölümünün 

labüdlüyünü 

onun  mənəvi,  əxlaqi 

ölümsüzlüyü  fikri  ilə  əlaqələndirirdilər.  İnsan  zəkasının  və 

humanistliyi-  nin  ölümsüzlüyü  bəşəriyyətin  ölümsüzlüyünü 

təmin edir. İnsanın və bəşəriyyətin irəlicədən müəyyən edilmiş 

qlobal vəzifəsi məhz bizim planetdə həyatı və zəkanı qoruyub 

saxlamağa  cavabdeh  olmasıdır;  əks  halda,  ağılsızlıqdan  və 

insansevməz- likdən (antihumanizmdən) gələn təhlükəni aradan 

qaldırmaq mümkün olmaz. 

İnsan  özünü  şəxsiyyət  kimi  başa  düşməsə  öz  həyatının 

mənasını da anlaya bilməz. Öz şəxsiyyətini müəyyənləşdirmək 

isə  özünü  başqaları  ilə  müqayisə  etmədən  mümkün  deyil. 

Həyatın mənası haqqında məsələnin insan tərəfindən qoyulması 

yalnız  o  zaman  mümkün  olur  ki,  insanda  mənlik  şüuru  baş 

qaldırır,  ləyaqət  hissi  qüvvətlənir,  öz  həyatının  əhəmiyyəti 

problemi üzərində düşünməyə başlayır. 

Xose Orteqa-i-Qasset demişdir: «...Yaşamaq o deməkdir ki, 

onu mənim əvəzimə heç kim edə bilməz, həyat onu ötürmək 



408 


hüququ olmadan mövcuddur; bu mücərrəd anlayış deyil, mənim 

həddən artıq fərdi varlığımdm>.*® 

Beləliklə, həyatın mənasının düzgün başa düşülməsi mənlik 

şüurunun  yüksək  inkişafı  və  yetkinliyi  nəticəsində  mümkün 

olur.  Bu  da  şəxsiyyətin  həqiqi  azadlıq  qazanmasının 

göstəricisidir.  Burada  idrakı  (azadlığı)  praktiki  fəaliyyət  ilə 

birləşdirməyi  bacaran  bütöv  şəxsiyyətin  inkişaf  səviyyəsi 

nəzərdə tutulur. Həyatın mənasını düzgün başa düşmək, irəlini 

görmək  -  hadisələrin  sonrakı  cərəyanını  əvvəldən  duymaq 

qabiliyyətinin  olmasını  tələb  edir  və  həyatın  bütün  sonrakı 

gedişinə bilavasitə təsir göstərir. 

İnsan  öz  qarşısına  hansı  məqsədi  qoyur?  Necə  və  hansı 

şəkildə 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə