Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə444/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   440   441   442   443   444   445   446   447   ...   540
1027 (1)



j

 K.Marks belə bir fikir irəli sürmüş və əsaslandırmağa ça- 

lışmışdır ki, insan öz mahiyyətinə görə yaradıcıdır; o həm 

özünü, həm də öz dünyasını yaradır. 

Həyat haqqında çoxlu müxtəlif fikirlər var: həyat əzab- 

əziyyətdir (Budda, Şopenhauer və b.); «insan həyatı acınacaq- 

lıdır» (Seneka); «həyat axmaq tərəfindən danışılan, hay-küylə

qəzəblə dolu, lakin mənasız hekayədin> (Şekspir); «bütün həy- 

at aldadılmış ümidlərin qiymətidin> (Didro); «insanın bütün 

həyatı yalana batıbdın> (Nitsşe); «biz bilmirik nə yaxşıdır, ya- 

şamaq yoxsa ölmək» (Qandi) və s. Ümumiyyətlə həyat haq- 

qında mənfi fikirlər daha çoxdur. 

^U^İpsan həyatının mənası probleminin həlli haqqında çoxsaylı 

'‘'fikirləri əsasən üç qrupa bölürlər: 1) həyatın mənası ilk baş- 

lanğıcdan onun dərin qatlarında əbədi mövcuddur. Belə izah 

daha çox dini təlimlərə aiddir; 2) həyatın mənası həyatdan kə- 

narda mövcuddur. Belə izahın əsasında dindən azad (sekulyar) 

406 



fikir dayanır. Bu konsepsiyanın tərəfdarları göstərirlər ki, insan 

dünyanı  xeyir  və  ədalət  əsasında  yenidən  qura  bilər.  Bu 

məqsədə  doğru  hərəkət  tərəqqi  adlanır.  Tərəqqi  məqsədi 

nəzərdə tutur, onu şərtləndirir, məqsəd isə insan həyatına məna 

verir;  3)  həyatın  mənası  subyektlərin  özü  tərəfindən  yaradılır. 

Həyatın mənası yoxdur, yalnız biz özümüz şüurlu və ya kortəbii, 

bilə-bilə  və  ya  qeyri-ixtiyari  olaraq  həyata  məna  veririk  və 

bununla da öz insani mahiyyətimizi seçir və yaradınc^ 

Tez-tez  həyatın  mənasını  axtarmaq  haqqında  elə  danışırlar 

ki,  elə  bil  bu  məna  haradasa  hazır  şəkildə  saxlanılır  və  onu 

yalnız  axtanb  tapmaq  lazımdır.  Lakin  məna  mahiyyət  demək 

deyil, hərçənd bu anlayışlar bir-birinə oxşayırlar. Əgər mahiyyət 

hadisələrin görünməyən, daxili hissəsinə aiddirsə, məna bizim 

hadisələrə  münasibətimizi,  onları  öyrənməyimizi,  qiymət 

verməyimizi  bildirir,  bu  isə  insana  nə  lazım  olmasını 

müəyyənləşdirmək baxımından mümkündür. 

İnsan  yeganə  varlıqdır  ki,  özünün  ölümlü  olduğunu  başa 

düşür  və  bu  halı  düşüncə  predmeti  edə  bilir.  Bunu  anlayan 

insanın  reaksiyası  ilk  baxışda  ümidsizlik  və  çaşqınlıq  hissi 

olmalıdır.  Bu  əhvali-ruhiyyəni  aradan  götürərək  insan 

yaşamaqda davam edir, hərçənd həyatının müvəqqəti olduğunu 

bilir.  Belə  biliyə  malik  olan  insan  zəruri  olaraq  çox  ciddi  və 

kəskin sual ilə qarşılaşır: həyatın mənası və məqsədi nədir? Belə 

bir fikir daha çox yayılıbdır ki, bütün bəşəriyyətin yaşamasının 

mənası  və mövcudluğunu saxlamaq və onun tərəqqisini  təmin 

etmək  üçün  səyi  gücləndirmək  və  çoxaltmaqdır.  Ayrılıqda 

götürülmüş  hər  bir  insanın  həyatının  mənası  da  elə  bununla 

müəyyən edilir. 

Hər  bir  şəxsin  həyatının  məqsədi  və  mənası  eyni  zamanda 

bütün  insan  tarixinin,  insanın  yaşadığı  cəmiyyətin  məqsəd  və 

mənasına böyük təsir göstərən sosial ideyalar və fəaliyyətlər ilə 

də sıx əlaqədədir. 

İnsanın  məqsədi,  rolu,  vəzifəsi  öz  qabiliyyətini  inkişaf 

etdirmək,  tarixə,  cəmiyyətin  tərəqqisinə,  onun  mədəniyyətinə, 

öz şəxsi həyatının təminatı işinə xidmət etməkdir. Ümumi rifaha 

çalışmaq aparıcı istiqamət olmalıdır. L.N.Tolstoy deyirdi 



407 


ki, yalnız ağılın tələbinə tabe olmayan «heyvani şəxs» ümumi 

rifah haqqında fikirləşmir. 

Ölümsüzlüyün  bir  neçə  növünü  göstərirlər.  Ölümsüzlüyün 

birinci

  növü  insanlann  əksəriyyətinə  aid  olan  nəsil  artırma 

genləridir.  İnsanlann  mütləq  əksəriyyəti  öz  sayını  artırmağa 

çalışır.  Ölümsüzlüyün 



ikinci

  növü  öləndən  sonra  əbədi 

saxlamaq məqsədilə bədənin mumiyalaşdırılmasıdır. Hələ Misir 

faraonlarmın təcrübəsi, müasir balzamlaşdırma (V.İ.Lenin, Мао 

Tszedun)  göstərir  ki,  bir  çox  sivilizasiyalarda  bu  hal  qəbul 

olunub. Ölümsüzlüyün 



üçüncü

 növü ölənin bədən və ruhunun 

Kainatda  «əriməsinə»,  kosmik  cismə  qədər  yüksəlməsinə, 

materiyanın əbədi hərəkətinə qovuşmasına inanmaqdır. Ölüm- 

süzlÜ


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə