Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament



Yüklə 66,25 Kb.
tarix02.03.2018
ölçüsü66,25 Kb.

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə



 

 

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament[1]



 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.[2]



1.2. Elektron xidmətin məzmunu: bu xidmət İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.[3]

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1 “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”;

1.3.2. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 5-ci hissəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli,
429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 4-cü hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli,
191 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.5-ci bəndi.[4]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.[5]

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.



2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 5-ci hissəsinə əsasən 2200 (iki min iki yüz) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİKT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 14011555071

Hesablaşma hesab: 2117131

Köçürülən məbləğ:

Rəqəmlə                    2200 (AZN)

Yazı ilə                      iki min iki yüz manat

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, http://icazeler.gov.az, e-mail: office@economy.gov.az, telefon: 012 493-88-67, faks:
012 492-58-95, sorğu mərkəzi: 195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. lisenziyanın alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.4. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;

2.6.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

2.6.6. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlər;

2.6.7.fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmətlər üçün sorğu:



3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və müraciət edən tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. bu reqlamentin 2.6.5-ci və 2.6.6-cı yarımbəndlərində nəzərdə tutulmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun


78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 



 

 

Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikasının



İqtisadiyyat və Sənaye Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün

 

Ə R İ Z Ə



________________________________________________________________________________________

(istifadəçinin edənin adı, atasının adı, soyadı)

________________________________________________________________________________________

 

Fəaliyyət növü: Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı



 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “__________”__________________________________________________________

      Nə vaxt və kim tərəfindən verilib: ________________________________________________

      Ünvan:  ___________________________________________________________________________

      Tel:    _________________________

      Faks: _________________________

 

      Əlavə olunan sənədlər:



1.      ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2.      ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

3.      xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilmədikdə təqdim edilir);

4.      əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlərin surəti;

5.      fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik



 

 

__________________ (istifadəçinin imzası)                       « ____ » ______________ 20 __



 

 

 

 



 

Hüquqi şəxsin blankında

 

Azərbaycan Respublikasının



İqtisadiyyat və Sənaye Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün

 

Ə R İ Z Ə



________________________________________________________________________________________

(istifadəçinin tam adı)

________________________________________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)

 

Təşkilati-hüquqi forması : ____________________________________________________________



       Hüquqi ünvanı: __________________________________________________________________

       Fəaliyyət ünvanı: _________________________________________________________________

 

      Fəaliyyət növü: Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı



 

       Hesablaşma hesabının nömrəsi: _________________________________________________

       Bankın adı: _______________________________________________________________________

       Tel:    _________________________

       Faks:  _________________________

 

      Əlavə olunan sənədlər:



1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

3. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

4. xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilmədikdə təqdim edilir);

5. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlərin surəti;

6. fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.



 

________________________                                    _____________________________________

    (istifadəçinin imzası)                                                       (rəhbərin  adı, soyadı)

 

« ____ » ____________ 20 __



 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2013-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)



2.       17 aprel 2013-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

3.       20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il)

4.       15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il) ilə 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament”in adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi.



Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament

 

[2] 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il) ilə 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament”in 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.



əvvəlki redaksiyada deyilirdi.

1.1. Elektron xidmətin adı: əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.

 

[3] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.2-ci, 1.4-cü bəndlərdə və həmin reqlamentə əlavə olunmuş ərizə formalarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.



 

[4] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.3.5-ci yarımbənddə “Elektron xidmət növlərinin Siyahısı”nın 24.5-ci” sözləri “2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.5-ci” sözləri ilə əvəz edilmişdir.



 

[5] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.6-cı bənddə “tam” sözü “qismən” sözü ilə əvəz edilmişdir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə