Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

47

əsaslanırlar. Reaksiyaya digər xlortərkibli birləşmələrin daxil olmasının mümkünlüyü 



səbəbindən  götürülmüş  nümunələrdə  xlorhidrogen  miqdarının  təyin  edilmə 

metodunun  effektivliyi  aşağıdır.  Bromlaşan  maddələrin  miqdarının  təyin  edilmə 

metodu bromlaşan maddələrin hər birini identifikasiya etmək imkanını vermir. 

Mürəkkəb  maddələri  individual  komponentlərə  bölmək  yolu  ilə  onların  fiziki 

üsulla təhlili vasitəsilə aparılan və standartı olmayan qaz xromotoqrafiyası metodu ilə 

üçan  maddələrin  ayrılmasının  intensivliyi  təyin  edilir.  Təhlil  prosesində  köməkçi 

qazdaşıyıcının  xromotoqrafın  qaz  seçiminin  bütün  qovşaqlarından  (hissələrindən) 

keçdiyindən  mürəkkəb  qarışıqlar  qaz  fazasında  parçalanır.  Metodun  xüsusiyyəti  qaz 

xromotoqrafiyasının  qrupp  kimyəvi  reaksiyaları  ilə  birləşməsindən  ibarətdir. 

Metodların  bu  cür  birləşdirilməsi  identifikasiyanın  effektivliyini  təmin  edir,  çünki 

reaktorun daxilində doymamış karbohidrogenlər silikagel üzərinə vurulmuş qatı sulfat 

turşusu  tərəfindən  udulur.  Bu  metod  universal  yüksək  həssaslığa  malik,  təhlil 

müddətinə  görə  qənaətli,  sadə  və  tədqiqat  nəticələrinin  təhlili  zamanı  çox  dəqiq  bir 

metoddur. 

«Specard  İR-71»  və  NKJ-29  spektrofotometrlərində  material  nümunələrinin 

İQ-spektrometriya adlandırılan tədqiqat metodu mikrotom bıçaq vasitəsilə kəsilən və 

spektrofotometrik  şüaları  altında  saxlanılan  qalınlığı  60  mkm-dən  azalan 

plyonkayabənzər  üz  layının  eks  pert  tədqiqatına  əsaslanır.  Metod  polimer 

materiallarda  qocalma  və  diffuziya  və  miqrasiyaya  meylli  plastifikatorların 

yerdəyişmə proseslərinin gedişatının int ensivliyini müəyyənləşdirmək imkanını verir. 

Yuxarıda göstərilən tədqiqat metodlarından başqa digər metodlardan da istifadə 

edilir.  PVX  linoleumlarının  istehlak  xassələrinin  rəngarəngliyini  təbii  ki,  onların 

ekspert tədqiqatı  metodlarının müxtəlifliyinə səbəb ollur.  Bütün  istehlak xassələrinin 

ekspert  tədqiqatı  metodikalarından  konkret  metodların  seçilməsi  birinci  növbədə 

tədqiq  edilən  xassənin  xüsusiyyəti  və  məmulatların  saxlanması  və  istismarı  zamanı 

baş verən proseslərə onların təsiri ilə müəyyənləşdirilir. 



 


 

48

2.2. PVX linoleumlarının fiziki-kimyəvi xassələrinin ekspertizasının obyektləri və 



metodları 

 

Ekspertizanın obyektləri.  

Linoleumlar  1200-2000  mm  enində  rulonlar,  düzbucaq,  kvadrat  və  fiqur 

formalı  plitələr,  eləcə  cdə  standart  otaq  ölçülərində  xalçalar  şəklində  istehsal  edilir. 

Linoleumun  qalınlığı  1,2-5  mm  olur.  Rulon  linoleumları  və  plitələr  mastika  və 

yapışqanlar  vasitəsilə  hazırlanmış  əsas  üzərinə  yapışdırılır.  Linoleum  xalçalarının 

üstünlüyü  ondan  ibarətdir  ki,  onlar  birbaşa  əsas  üzərinə  sərilir  və  plintuslarla 

möhkəmləndirilir. 

Linoleum birrəngli və çoxrəngli, üz səthi isə hamar və nahamar ola bilər. 

Strukturuna görə linoleumlar altlıqsız və altlıqlı olur. Birincilər istehsalına görə 

sadə  və  iqtisadi  cəhətdən  səmərəlidir,  lakin  döşəməyə  vurularkən  çox  zəhmət  tələb 

edir. 

Altlıqsız  linoleum  birlaylı  və  çoxlaylı  olur.  Çoxlaylı  linoleum  bir  sıra 



üstünlüklərə malikdir. Belə linoleumların alt laylarını bahalı sintetik qatranlar əvəzinə 

ucuz doldurucuların yüksək miqdarı ilə istehsal edirlər. Bu linoleumun dəyərini aşağı 

salır,  bərkliyini  isə  artırır.  Üst  layda  doldurucuların  miqdarı  az  olur  və  o,  yüksək 

möhkəmliyə malikdir. 

Altlıqlı  linoleumlar  parça,  plyonka,  karton  və  istilikkeçirməyən  (liflikeçə, 

məsaməli, probkalı) altlıqlarla istehsal edilir. 

Polivinilxlorid  linoleumlar  dolduruculardan,  plastikatorlardan,  piqmentlərdən 

və s. istifadə etməklə polivinilxlorid qatranından istifadə olunur. 

Polivinilxlorid  linoleumlarından  ən  çox  tətbiq  edilən  parça,  keçə  altlıqlı  və 

çoxsaylı  altlıqsız  linoleumlardır.  Bu  linoleumlar  yaşayış,  ictimai  və  sənaye 

binalarında döşəmələrin örtülməsi üçün nəzərdə tutulmuşdur. 

Parça  altlıqlı  polivinilxlorid  linoleum  uzunluğu  12  m-dən  az  olmayaraq  1600 

mm, qalınlığı 2 və 2,5 mm olmaqla rulonlar şəklində istehsal edilir. Linoleumun əks 



 

49

tərəfləri  paralel,  tolişkəsir,  üz  səthi  hamar,  yığıntısız,  boşluqsuz  və  sıyrıntısız 



olmalıdır. 

Keçə altlıqlı polivinilxlorid linoleum uzunluğu 6 m-dən az olmayaraq eni 1,2-

1,6 m, qalınlığı 3-5 mm olan parçalar şəklində istehsal edilir. Yüksək istilik saxlama 

və səsizolyasiyası xassələri ilə seçilən bu materialı otaq ölçülü xalçalara çevirmək və 

dəmir-beton əsasına sərmək mümkün olur, bu isə taxta döşəmə, yaxud parket üzərinə 

sərilməyə nisbətən döşəmə örtməsinə sərf edilən əməyi 3-4 dəfə azaldır. 

Çoxsaylı  altlıqsız  polivinilxlorid  rulonlar  şəklində  istehsal  edilir.  Rulonda 

parçanın uzunluğu 12 m-dən az olmayaraq eni 1600 mm, qalınlığı isə 2-2,5 mm olur. 

Çeşidin  və  ölçü  göstəricilərinin  daim  yeniləşməsini,  köhnəlmiş  və  müasir 

tələblərə  cavab  verməyən  məmulatların  istehsalının  dayandırılmasını,  eləcə  də 

döşəmə üçün PVX materiallarının müasir tendensiyalarını nəzərə alaraq linoleumların 

aparılmış  ekspert  təqdimatlarının  lazımi  obyektlərini  təmin  etmək  məqsədilə 

ekspertiza üçün aşağıdakı materiallar seçilmişdir. 

1.  Kombinasiya  üsulu  ilə  istehsal  edilmiş  istiliksəskeçirməyən  altlıqlı  PVX 

linoleumu polimer layının qalınlığı 1,2 mm, üz plyonkanın qalınlığı  isə 0,2 mm.  Üst 

plyonkanın  resepturası  aşağıdakı  kimidir  (faiz  nisbəti  resepturanın  ilkin 

komponentlərinin kütlə hissələrinə uyğun olaraq hesablanmışdır): 

PVX C-64 qatran  

 

 

- 77,2% 



Dioktilftalat 

 

 



 

- 21,0% 


Trinolilfenilfosfat  

 

          - 0,238% 



Bariumkadmium sabitləşdirici           - 0,384% 

Yağ turşusunun qliserin parakfiri 

- 0,381% 

Digər əlavələr 

 

 

 



- 0,797% 

PVX linoleumunun əsas layının tərkibi: 

PVX C-62 qatran  

 

 



- 37,3% 

Dioktilftalat 

 

 

 



- 20,6% 

Xlorparafin  

 

 

          - 3,7% 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə