Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

44

 



 

 

 



Şəkil 2. İstehlak xassələrinin dəyərinin diaqrammı 

 

Diaqramdan  göründüyü  kimi,  döşəmə  üçün  örtüklər  qismində  istifadə  edilən 



PVX  materiallarının xidmət müddətini xarakterizə edən uzunömürlülük xassəsi (41), 

bioloci təhlükəsizlik (38), çirklənməməzlik (37), qoxunun intensivliyi (27), mexaniki 

fərqlərə  davamlılıq  (möhkəmlik)  (26,5)  və  digər  xassələr  ekspertlər  tərəfindən  daha 

yüksək  qiymətləndirilmişdir.  Xassə  çirklərini təyin  edən zaman  cəm  qiymət  balı  23-

dən az olan xassələr üzrə tədqiqat nəticələri nəzərə alınmışdır. 

PVX  linoleumlarının  keyfiyyətini  müəyyən  edən  səkkiz  Ən  dəyərli  xassə 

ekspert  qiymətləndirilməsindən  keçirilmişdir.  Onların  çəkisi  sabit  cəm  prinsipinə 

əsasən  təyin  edilmişdir.  Xassələrin  dəyəri,  çəkisi  və  çəkilərini  nəzərə  almaqla 

dəyərləri cədvəl 8-da verilmişdir. 

Cədvəl  10-dan  göründüyü  kimi,  uzunömürlülük  xassəsinin  dəyəri  (çəkisini 

nəzərə  almaqla)  xarici  görkəm  xassəsindən  3,6;  istilik  keçirməməzliyi  xassəsindən 

3,2;  istismar  xassələrinin  sabitliyi  xassəsindən  2,4;  çirklənməməzlik  və  təmizlənmə 

xassəsindən 1,4 və bioloji təhlükəsizlik xassəsindən 1,2 dəfə artıqdır. 

 

Cədvəl 8. Döşəmə üçün PVX materiallarının istehlak xassələrinin  



ekspert qiymətləndirilməsinin nəticələri 

 

Sıra 



sayı 

Xassənin  

adı 

Şifrə  

Xassənin 

dəyəri 

Xassənin 

çəkisi 

Xassənin çəkisini 

nəzərə almaqla 

dəyəri 

1. 


Uzunömürlülük  

X



41 

1,80 


73,80 

2. 


Bioloji təhlükəsizlik 

X



38 

1,62 


61,56 


 

45

3. 



Çirklənməməzlik və 

təmizlənmə 

X



37 



1,45 

53,65 


4. 

 Qoxunun intensivliyi 

X



27 



1,13 

60,51 


5. 

Mexaniki təsirlərə qarşı 

davamlılıq (möhkəmlik) 

X



26,5 

1,10 


29,15 

6. 


İstismar xassələrinin sabitliyi 

(saxlanma xassəsi) 

X

12 


25 

1,05 


26,25 

7. 


İstilik keçirməməzliyi 

X



24,5 

0,95 


23,28 

8. 


Xarici görkəm 

X



23 

0,90 


20,70 

 

Müasir  dövrdə  döşəmə  üçün  PVX  materiallarının  istehlak  xassələrini 



öyrəndikdə standart və qeyri-standart tədqiqat metodlarından istifadə edilir. 

PVX  linoleumlarının  kompozisiya  qatının  plavtifikatorlarının  yerləşməsi 

strukturun  sıxlaşması  və  boşalması  ilə  əlaqədar  olan  proseslərin  gedişatının  int 

ensivliyini müəyyənləşdirmək məqsədilə TP-2 tipli cihazlarda xarici sürtünmə əmsalı 

tədqiq edilir. Bu zaman əks cism qismində məişət ayaqqabılarının istehsalında tətbiq 

edilən  mikroməsaməli  rezin  və  termoelastoplast,  polivinilxlorid  və  poliretan  altlıq 

materiallarından istifadə edilir. Xarici sürtünmə əmsalı sürtünmə qüvvəsi və sürtünmə 

səthini sıxan yük arasındakı bucağın tangensinə uyğun təyin edilir: 











tg

 



burada,  - sıxan yük, kqs/sm

2



     - sürtünmə qüvvəsi, kqs/sm

2



 

TP-2 cihazının kons truksiyası maksimal dərəcədə sadə olmaqla, kifayət qədər 

sabit  göstəricilərin  alınmasını  təmin  edir.  Əks  cismin  sınaq  materialı  üzərində 

sürüşməsinin sürəti adətən 0,1-0,2 m/san-yə bərabər götürülür. Bu isə döşəmə örtüyü 

üzərində piyadanın ayağının orta sürüşmə sürətinə yaxındır. 

Bəzi hallarda nümunələrin PV-2 cihazında deformasiyası nəticəsində materialın 

bərpa olunma xassəsini öyrənmək üçün elastiklik əmsalı təyin edilir. 



 

46

h



h

h

n

0





 

burada, h – tədqiq olunan nümunənin qalınlığı; 



   h

n

 – yük altında 600 saniyə qaldıqdan sonra tam deformasiya; 



   h

0

 – yük götürüldükdən 600 saniyə sonra qalıq deformasiyası. 



 

PVX linoleumlarının elektrikləşməsini təyin etmək üçün PEP-2 cihazında statik 

elektrik  yükünün  potensialı  tədqiq  edilir.  Yük  əlcək  dərisini  PVX  linoleum 

nümunəsinin  səthinə  sürtməklə  əldə  edilir.  Bu  zaman  havanın  nisbi  rütubəti  35% 

olmaqla potens ial yükün əldə olunması məqamından 60 saniyə sonra təyin edilir. Bu 

metod  istismar  xüsusiyyətlərini  əks  etdirmir  (ayaqqabı  altlığının  növünü,  çirk 

hissəciklərinin mövcudluğunu və s.). 

Bu  metoddan  başqa  PVX  linoleum  nümunələrinin  elektrikləşməsini  təyin 

etmək  iəqsədilə  PESP-5,  İNEP-1  cihazları  və  VNİİPPK  qurğuşundan  istifadə  edilir. 

Bu  sınaq  metodlarına  standart  yoxdur.  Bu  cihazlar,  ələlxüsus  VNİİPPK  standart 

qurğusu  nümunələrin  identik  şəraitdə  sınanmasını  təmin  edir.  Bu  zaman  alınmış 

yükün  potensialının  sınaq  aparılan  nümunə  üzərində  getməsi  prosesi  yalnız  PVX 

linoleumun öz xassələrindən asılı olan müəyyən sürətlə gedir. 

Nümunələrin  uyuşqanlığını  45,  40,  30,  25,  20,  10  və  5  mm  diametrli  hamar 

millər  vasitəsilə  üzərlərinə  üz  tərəfi  xaricə  olmaqla  müvafiq  nümunələri  bürüməklə 

müəyyən  edirlər.  Metod  materialların  əyilmə  deformasiyasına  qarşı  davamlılığını 

müəyyənləşdirir. 

PVX  linoleumlarının  sınaq  aparılan  nümunələrinin  səthi  sınma  göstəricisi 

DÜST 18108-80-in tələblərinə uyğun təyin edilir. Bu göstəriciniölçüsü müvafiq NTS-

in qoyduğu tələblərdən kənara çıxmamalıdır. 

DÜST  14632-79-a  uyğun  ekspert  tədqiqatı  üçün  götürülən  nümunələrdə 

xlorhidrogen və bromlaşan maddələrin miqdarı təyin edilir. Metodlar xlorhidrogenin 

azotla  gümüş  və  bromlaşan  maddələrin  brom  suyu  ilə  qarışıqlı  təsir  reaksiyalarına 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə