Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

32

Fazalararası  laylanma  mikroproseslərinə  daxili  hissəciklərin  tərkibinin  və 



ölçüsünün  təsiri  və  yüksək  plastikliyi  olan  və  yüksək  doldurulmuş  polimerlərin 

axıcılıq həddinin tərkib komponentlərinin miqdarından asılılığı tədqiq edilmişdir. 

Göstərilmişdir  ki,  qeyri-ideal  adgeziya  əlaqələri  olan  kompozisiyalarda  daxili 

hissəciklərin  miqdarı  artdıqca  adgeziya  parçalanmasının  mexanizmi  dəyişir, 

hissəciklərin qanunauyğun olmayan ayrılmasında qanunauyğunluq müşahidə edilir və 

mikrobərabərxassəlidən  kreyzəoxşar  plastik  axıcılığa  keçid  baş  verir.  Müəyyən 

doldurulma dərəcəsinə qədər kompozisiyaların axıcılıq həddi daxili hissəciklərin tam 

ayrılmasına  müvafiq  olan  funksiya  ilə  təsvir  edilir.  Bu  doldurulma  dərəcəsi 

hissəciklərin  ölçüsü  azaldıqca  azalır.  Müşahidə  edilən  qanunauyğunluqların  izahatı 

ayrılma  gərginliyinin  hissəciklərin  ölçülərindən  asılılığına  və  makroskopik  axıcılıq 

başlanan  momentə  adgeziya  parçalanmasının  mikroproseslərinin  tamamlanmasına 

əsaslanır.  Təklif  edilmiş  modellər  kompozitin  makroskopik  axıcılığı  başlanma 

məqamına  qədər  ayrılmış  hissəciklərin  miqdarına  ayrılma  gərginliklərinin 

miqdarından asılılığının təbiətini təsvir etmək imkanını verir. 

Məmulat istehsalı zamanı materialların emalının sonuncu mərhələsində onların 

termiki emalı polimer materiallarının struktur və fiziki xassələrinin idarə edilməsinin 

geniş yayılmış üsuludur. 

Konstruksiya  və  dekorativ  təyinatlı  polimer  materiallarının  bərkimə  və 

kaskadla  yandırma  recimlərində  termoemalı,  radiasiya  şüalandırılması  (sərt  qamma 

kvantlar  və  sürətli elektronlarla)  və  istiqamətli  dartılma  (birxəttli,  ikixəttli  və  radial) 

vasitəsilə  modifikasiyası  araşdırılmışdır.  Təyin  edilmişdir  ki,  kaskadla  yandırma 

recimində  termoemal  müxtəlif  polimer  materialları  üçün  daha  effektiv  və  onların 

xassələrini dəyişmək üçün universaldır. 

Polimer  materiallarının  keyfiyyətinin  ekspert  qiymətləndirilməsi  üçün  onların 

mexaniki  xassələri  proqnozlaşdırılır.  İzoxron  və  izotermik  şəraitdə  alınan 

eksperimental əyri əsasında polimer materiallarının deformasiyasının proqnozlaşması 




 

33

mümkünlüyünü  sübut  etmək  üçün  fiziki  cəhətdən  əsaslandırılmış  daha  dəqiq 



asılılıqlar müəyyənləşdirmək cəhdi edilmişdir. 

Doldurulmuş  elastomerlərin  üzülmə  möhkəmliyinin  doldurucu  hissəciklərinin 

ölçüsündən  olan  asılılığını  təhlil  etmək  üçün  hər  yeni  zədələnmə  yaranmasının 

(nümunə  həcmində  və  zaman  boyu)  statistik  göstəriciləri  haqqında  və  əsasında 

mühitdə dağıdıcı termotəsirlərin yaranması barədə anlayışlar olan hipotezadan istifadə 

etmək təklif olunur, materialda zədələnmiş klasterin yaranma ehtimalının onun ölçüsü 

və  formalaşma  dərəcəsindən  asılılığı  araşdırılır.  Polimer  kompozitinin  strukturunda 

klasterlərin  formalaşması  nəzəriyyəsi  də  təklif  edilir.  Burada  əsas  model  qismində 

dispers doldurulmuş kompozit götürülmüşdür. 

Polivinilxlorid-polivinilbutiral-dibutilftalat 

üçlü 

sistemlərin 



akustik 

xassələrinin  və  taxta  ilə  doldurulmuş  termoplast-örtük  sisteminin  adgeziya 

xassələrinin  ekspert  tədqiqatları  plastik  kütlələrin  bu  və  ya  digər  xassələrinin 

yaxşılaşdırma yollarını axtarmaq məqsədilə aparılmışdır. 

Beləliklə,  tərkib  komponentlərinin  və  digər  amillərin  plastik  kütlə 

materiallarının 

istehlak  xassələrinin 

formalaşdırılmasına 

təsirinin 

aparılmış 

tədqiqatlarının  nəticələrini  təhlil  edərkən  belə  qənaətə  gəlmək  olar  ki,  bütün  tərkib 

komponentləri  müəyyən  funksiya  yerinə  yetirir  və  plastik  kütlələrin  istehlak 

xassələrinə  birbaşa  təsir  edir.  Məmulatların  keyfiyyətinin  lazımi  səviyyəsinə  nail 

olmaq  üçün  onların  resepturasını  tərtib  edərkən  məmulatların  istismar  şəraitini  və 

əlavələrin təyinatını nəzərə alaraq onların optimal tətbiqi məqsədəuyğun sayıla bilər. 

 

 



1.4. PVX linoleumlarının istehsalı zamanı yaranan nöqsanlar 

 

Təbiətinə  görə  plastik  kütlə  məmulatlarının  nöqsanları  struktur,  tərkib, 



formalaşdırma və bəzəndirmə nöqsanlarına bölünür. 

Plastik  kütlə  və  hazır  məmulatların  struktur  nöqsanlarına  mikroçatlar, 

mikroboşluqlar,  eləcə  də  kristallik  polimerlərdə  və  digər  polimerlərin  kristallik 



 

34

quruluşu olan sahələrində fəza quruluşunun (periodikliyinin) pozulması aiddir. Plastik 



kütlələrin mexaniki və fiziki-kimyəvi xassələri onların struktur nöqsanlarının sayı və 

növü ilə kifayət dərəcədə müəyyənləşdirilir. 

Plastik  kütlələrin  strukturunda  nöqtə  və  xətti  nöqsanlara,  eləcə  də  ayrılan 

sətirləri təşkil edən nöqsanlara rast gəlmək olar. 

Kristalın yaranma prosesində, yaxud artıq yaranmış kristalın üst qatında əmələ 

gələn  nöqtə  nöqsanları,  yaxud  vakansiyalar  kristallik  torun  tutulmamış  qovşaqları 

nöqsanların  Ən  sadə  növlərinə  aiddirlər.  Plastik  kütlələrin  mexaniki  xassələrinə 

bunlar  az  təsir  göstərir.  Eyni  zamanda  nöqtə  struktur  nöqsanları  materialın  struktur 

həssaslı xassələrinin formalaşmasında müəyyən rol oynayır. 

Plastik  kütlələrin  strukturunun  xətti  nöqsanlarına  dislokasiyalar  deyilir.  Onlar 

kristall quruluşunun periodikliyinin pozulması, onlarda yerdəyişmə, torun yerli forma 

dəyişmələrindən ibarətdir. 

Xətti  nöqsanlar  plastik  kütlələrin  mexaniki  xassələrini  xeyli  zəiflədir.  Xətti 

nöqsanların cəmi (dislokasiyaların) ayrılan səthləri təşkil edən struktur nöqsanlarının 

yaranmasına  səbəb  olur.  Onlar  xətti  dislokasiyaların  cərgə  və  torlara  qruplaşması 

nəticəsində 

yaranmaqla 

kristallarda 

müxtəlif 

istiqamətləndirilmiş 

blokların 

sərhədlərini təşkil edirlər. 

Kristallarda  dislokasiyalar  kristalların  ərinti,  yaxud  məhluldan  alınarkən 

böyüməsi,  eləcə  də  materiallardan  məmulat  alınan  və  məmulatın  istismarı  zamanı 

xaricdən  gərginliklərin  təsiri  altında  plastik  deformasiyaların  yaranması  nəticəsində 

əmələ  gəlir.  Dislokasiyaların  yığılması  yüksək  gərginliklərə  səbəb  olur  və 

deformasiya edilmiş kristallik səthində və daxilində mikroçatların yaranmasına gətirib 

çıxarır. 

Plastik  kütlə  məmulatların  bir  çox  nöqsanları  ilkin  polimerlərin  qocalması 

nəticəsində yaranır. Məsələn, polimetilmetakrilatın (üzvi şüşə) qocalması nəticəsində 

işığı  əks  edən  və  səpələyən  çoxlu  xırda  çatlar  yaranır,  məmulat  səthinin  tutqunluğu 

müşahidə edilir. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə